Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Filander
Filander (lat. Thylogale) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin kenqurular fəsiləsinə aid heyvan cinsi.
Flaşer
Flaşer (fr. Flachères) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Qran-Lem kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38167. Kommunanın 1999-cu il üçün əhalisi 301 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 530 ilə 641 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Planer
Planer (fr. planeur, lat. planus sözündən yaranıb) — heç bir enerji mənbəyi olmadan uça bilən sabit qanadlı təyyarədir. Bəzi planerlərin motorlu modelləri də vardır. Pilot kabinəsi tək və ya iki pilotluq ola bilər. Bir təyyarənin yedəkləməsi vasitəsilə hərəkətə gəlirlər. Çəkici ilə müəyyən bir yüksəklikdə ayrılır və atmosferdəki hava cərəyanlarından istifadə edərək uça bilirlər. Xüsusilə təşkil edilən yarışlarda məqsəd, ən qısa müddətdə, ən uzun yolu qət etməkdir. Aerodinamikanın ümumi prinsipləri haqqında bəzi fikirlər hələ Qədim Misirdə məlum idi. 1898-ci ildə ağacdan hazırlanmış "Ficus Sicomorus" heykəlcik aşkar edilib.
Faker
Li San Hyok (kor. 이상혁; 7 may 1996, Seul) və ya daha çox tanınan adı ilə Faker (kor. 페이커) – "T1" komandası üçün çıxış edən cənubi koreyalı peşəkar League of Legends oyunçusu. Əvvəlcə Koreya serverində GoJeonPa adı ilə çıxış edən Faker 2013-cü ildə "T1" klubuna cəlb edilmişdir və o vaxtdan komandanın orta koridor oyunçusudur. Bütün dövrlərin ən yaxşı League of Legends oyunçusu hesab olunur. Faker yüksək mexaniki bacarıqları və çoxistiqamətli çempion hovuzuna görə tanınır. Leblank, Zed, Sindra, Azir, Ahri və Rayz ilə performansları məşhurdur. Koreya çempionatında 1000 və 2000 öldürmə sərhədlərinə çatan ilk oyunçu, 500 oyun keçirən ikinci oyunu, 600 oyun keçirən isə ilk oyunçudur. Faker League of Legends Dünya Çempionatını 4 dəfə qazanan yeganə oyunçudur (2013, 2015, 2016, 2023). Dünya çempionatından əlavə 2014-cü ildə All-Star Paris, 2016 və 2017-ci illərdə Mövsümarası Dəvəti, 2016-cı ildə isə IEM turnirini qazanmışdır.
Danio foankei
Danio rerio (lat. Danio rerio) — danio cinsinə aid balıq növü.
Feddison Flanders
Feddison Flanders (19 yanvar 1994) — Arubalı peşəkar kişi BMX velosipedçisi. Feddison Flanders Arubanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Feddison Flanders 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 34.348 saniyəlik nəticəsi ilə 75-ci yeri tutdu.
İlankəş (Kəleybər)
İlankəş (fars. ايلان كش‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 11 nəfər yaşayır (5 ailə).
Emanuel Lasker
Emanuil Lasker— Alman şahmatçısı, riyaziyyatçısı və filosofu. O, şahmat üzrə ikinci dünya çempionu olmuş və bu adı 27 il ərzində özündə saxlamışdır (1894-dən 1921-ci ilə kimi). == Həyatı == Emanuil Lasker 1869-ci il dekabrın 24-də anadan olmuşdur. Uşaqlıqdan riyaziyyata həvəs göstərirdi. Ona görə də valideynləri onu Berlinə oxumağa göndərirlər. Laskerin şahmata maraq göstərməsinin iki səbəbi olmuşdur. Birincisi, yanında yaşadığı böyük qardaşı yaxşı şahmat oynayırdı.Bir dəfə Lasker xəstə olarkən qardaşı ona şahmat oynamağı öyrətmiş və şahmat dərsliyi hədiyyə vermişdir. İkinci səbəb isə, onun oxuduğu məktəbin direktorunun yerli şahmat klubunun çempionu və prezidenti olması idi. Direktor gələcək çempionun şahmat qüvvəsinin inkişafına böyük kömək etmişdir. == Şahmat Karyerası == Məktəbi qurtardıqdan sonra Lasker Berlin universitetinin riyaziyyat fakültəsinə daxil olur.
Emanuil Lasker
Emanuil Lasker— Alman şahmatçısı, riyaziyyatçısı və filosofu. O, şahmat üzrə ikinci dünya çempionu olmuş və bu adı 27 il ərzində özündə saxlamışdır (1894-dən 1921-ci ilə kimi). == Həyatı == Emanuil Lasker 1869-ci il dekabrın 24-də anadan olmuşdur. Uşaqlıqdan riyaziyyata həvəs göstərirdi. Ona görə də valideynləri onu Berlinə oxumağa göndərirlər. Laskerin şahmata maraq göstərməsinin iki səbəbi olmuşdur. Birincisi, yanında yaşadığı böyük qardaşı yaxşı şahmat oynayırdı.Bir dəfə Lasker xəstə olarkən qardaşı ona şahmat oynamağı öyrətmiş və şahmat dərsliyi hədiyyə vermişdir. İkinci səbəb isə, onun oxuduğu məktəbin direktorunun yerli şahmat klubunun çempionu və prezidenti olması idi. Direktor gələcək çempionun şahmat qüvvəsinin inkişafına böyük kömək etmişdir. == Şahmat Karyerası == Məktəbi qurtardıqdan sonra Lasker Berlin universitetinin riyaziyyat fakültəsinə daxil olur.
Gəncə (tanker)
"Gəncə" — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tankeri. Gəncə şəhərinin adını daşıyır. == İnşası == Bu tanker “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Caspian Marine Services” Alyansı tərəfindən sifariş olunan tankerlərdən biridir. == Texniki göstəriciləri == Tanker 7 min ton yükgötürmə qabiliyyətinə malikdir. Uzunluğu 140,9, eni 16,7, saya oturumu isə 4,2 metr olan bu tanker Volqa-Don-Maks tipli, yəni, dayaz sularda üzməklə maksimum yükgötürmə qabiliyyətinə malikdir. Bu tanker ən müasir avadanlıqla təchiz olunub. == Fəaliyyət istiqaməti == “Gəncə” tankerinin texniki göstəriciləri onun gələcəkdə Xəzər hövzəsində dayaz limanlara daxil olmasına, eyni zamanda, Volqa-Don, Volqa-Balt kanallarında üzməsinə imkan yaradır. == İstismara verilməsi == "Gəncə" tankerinin istismara verilməsi mərasimində 18 noyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etmişdir.
La-Flaşer
La-Flaşer (fr. La Flachère) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Riv kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38166. Kommunanın 2012-ci il üçün əhalisi 453 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Mitsubishi Lancer
Mitsubishi Lancer — Yapon avtomobil istehsalçısı Mitsubishi tərəfindən 1973-cü ildən bu günə kimi istehsal olunan sedan. Digər adları: Colt Lancer, Dodge/Plymouth Colt, Chrysler Valiant Lancer, Chrysler Lancer, Eagle Summit, Hindustan Lancer, Soueast Lioncel, Mitsubishi Carisma, Galant Fortis. Modelin adı "lance" (nizə, cida) adlanan döyüş alətindən istifadə edən əsgərlərdən irəli gəlir.
Mixael Yanker
Mixael Yanker (23 mart 1992) — Almaniyalı atıcı. Mixael Yanker Almaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Mixael Yanker birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 620.8 xal toplayaraq 29-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Zərdüşt (tanker)
Zoroastr — dünyada ilk neft tankeri. 1994-cü ilin iyun ayının 10-da Bakı şəhərində "Azərmarka" şirkəti tərəfindən Nobel qardaşları şirkətinin yaradılmasının 115 illiyinə həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 25 manat, tirajı isə 50000 ədəd olan həmin markalardan biri "Zoroastr" gəmisinə həsr olunmuşdur.
Jozias Braun-Blanket
Jozias Braun-Blanket (fr. Josias Braun-Blanquet; doğulanda adı alm. Josias Braun‎, 3 avqust 1884, Kur[d] – 20 sentyabr 1980, Monpelye) — XX əsrin görkəmli geobotaniklərindən biridir.
Albert Anker
Albert Samuel Anker (1 aprel 1831[…] – 16 iyul 1910[…]) ən çox uşaq portretləri ilə tanınmış İsveçrəli rəssamdır.
Robert Anker
Rengert Robert Anker (26 aprel 1946 – 20 yanvar 2017, Amsterdam) — Niderlandlı yazıçı. 1993-cü ildə yazdığı De terugkeer van kapitein Rob novellasına görə Anker Ferdinand Bordeviyk Mükafatına layiq görülmüşdür. 2002-ci ildə isə yazdığı Een soort Engeland əsərinə görə Libris Mükafatına layiq görülmüşdür.
Bessi Dayroen-Lanser
Bessi Dayroen-Lanser (19 fevral 1971) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Bessi Dayroen-Lanser Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Bessi Dayroen-Lanser Olimpiadanın qalibi olub.
Elza Lasker-Şüler
Elza Lasker-Şüler(alm. Else Lasker-Schüler‎, tam adı alm. Elisabeth Lasker-Schüler‎; 11.2.1869, Elberfeld, müasir Vuppertal — 22.1.1945, Qüds, Fələstin) —Alman şairəsi. == Həyatı == Elza Lasker-Şüler 1869-cu ildə, Wuppertal şəhərində, zəngin və yəhudi bir ailədə dünyaya göz açdı. O altı bacı-qardaşın ən kiçiyi idi. Hələ dörd yaşında ikən yazıb oxumağa başladı. Sonrakı illərdə məktəb həyatına özünü uyğunlaşdıra bilmədiyinə görə on bir yaşında məktəbi buraxıb evdə dərs almağa başladı. On üç yaşında çox sevdiyi qardaşını itirdi və iyirmi bir yaşında isə anasının ölümü onda dərin izlər buraxdı. O bu itkini öz ömründə "Cənnətdən qovulmaq" kimi dəyərləndirdi və onun acısını hər zaman duydu. Anası üçün həsrət və kədərlə dolu şeirlər yazdı.
Suraxanı tanker-muzeyi
Suraxanı gəmi-muzeyi — Azərbaycanda gəmiçiliyin inkişafı və dənizçilik ənənələrinin tarixini əks etdirən muzey. Dünyada ilk tanker-muzeyin Bakıda fəaliyyət göstərməsi yerli sakinlər və gündən-günə artan turistlərə Xəzərin və ölkəmizdə Gəmiçiliyin tarixi, Azərbaycanın qəhrəman dənizçilərinin rəşadətli əməyi ilə yaxından tanış olmaq imkanı qazandırır. "Suraxanı" gəmi-muzeyi qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın keçmişi ilə gələcəyi arasında körpü rolunu oynayır. 2021-ci il martın 1-də Bakıda "Suraxanı" gəmi-muzeyin açılışı olmuşdur. Dünyada ilk dəfə yaradılan bu muzeyin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Muzeyin zallarında ən müasir texnoloji avadanlıqlardan istifadə edilməklə, bir sıra innovativ yenilikərə imza atılıb. Ziyarətçilər burada Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanışlıq imkanı qazanacaqlar. Azərbaycanda "Suraxanı" gəmi-muzeyinin yaradılması gəmiçiliyin inkişafı ilə yanaşı, dənizçilik ənənələrinin qorunması, tarixinin araşdırılıb öyrənilməsi və yaşadılması istiqamətində həyata keçirilən əsas layihələrdəndir. Ölkəmizdə qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən "Suraxanı" gəmi-muzeyinin yaradılması bu sahədə atılan növbəti mühüm addımdır. Muzey qismində "Suraxanı" tankerinin seçilməsi də təsadüfi deyil.
Rockwell B-1 Lancer
B-1B Lancer, ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) arsenalında olan uzun mənzilli strateji bombardmançı təyyarə. Boeing B-52 Stratofortress və Northrop B-2 Spirit ilə birlikdə ABŞ uzunmənzilli bombardmançı qüvvələrinin onurğasını təşkil edir.1973–1974 və 1983–1988-ci illər arasında istehsal edilmişdir. Əsas funksiyası: Uzun Mənzilli, çoxməqsədli, ağır bombardman İstehsalçı: Boeing, North America (əvvəllər Rockwell International, North American Aircraft); Hücum elektron sistemlərini: Boeing Military Airplane; Müdafiə elektron sistemlərini: EDO Corporation Motor: Dörd General Electric F101-GE-102 turbofan afterburnerli motor İtələmə gücü: Afterburnerlərə bərabər motor başı 13607 Kq.
Prezident Heydər Əliyev (tanker)
Prezident Heydər Əliyev — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi QSC-ə (ASCO) aid olan gəmilərdən biri. Gəmi Heydər Əliyevin adını daşıyır. Gəmis Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin nəqliyyat donanmasına məxsus ən nəhəng tankerlərdən biridir. Uzunluğu 149,9 metr, eni 17,3 metr olan tankerin tam yükgötürmə qabiliyyəti 13,8 min tondur. Gəmi maye yüklərin daşınmasında istismar edilir. 2008-ci ilin iyul ayının 21-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 150 illiyinə həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 20 qəpik, tirajı isə 20070 ədəd olan həmin markalardan biri "Prezident Heydər Əliyev" gəmisinə həsr olunmuşdur. Prezident Heydər Əliyev gəmisi "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və istismara qaytarılıb. Gəmidə təmir zamanı tankerin sualtı və suüstü hissələri, göyərtəsi təmizlənərək rənglənib. Yük anbarlarında və ballast çənlərində gövdə-qaynaq işləri görülüb.