Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Flaşer
Flaşer (fr. Flachères) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Qran-Lem kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38167. Kommunanın 1999-cu il üçün əhalisi 301 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 530 ilə 641 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Planer
Planer (Fransız dilində: Planeur, süzülərək uçmaq) — heç bir enerji mənbəyi olmadan uça bilən sabit qanadlı təyyarədir. Bəzi planerlərin motorlu modelləri də vardır. Pilot kabinəsi tək və ya iki pilotluq ola bilər. Bir kran sistemi və ya bir təyyarənin yedəkləməsi vasitəsi ilə hərəkətə gəlirlər. Çəkici ilə müəyyən bir yüksəklikdə ayrılır və atmosferdəki hava cərəyanlarından istifadə edərək uça bilirlər. Xüsusilə təşkil edilən yarışlarda məqsəd, ən qısa müddətdə, ən uzun yolu qət etməkdir. Planerin ixtiraçısı 1886-cı ildə sınaq uçuşu zamanı vəfat edən Otto Liliental idi. Bu gün istifadə olunan planerlər, fənərka və fiberqlas kimi çox yüngül materiallardan hazırlanırlar. Dar gövdəsi, planerin havanı asanlıqla bölməsinə imkan verir, qanadları isə nazik və uzun olması ilə qaldırıcı qüvvədən daha çox istifadə etməyə imkan verir. Planerin mühərriki olmadığından qanad formaları onu havada saxlamağa kömək etməlidir.
La-Flaşer
La-Flaşer (fr. La Flachère) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Riv kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38166. Kommunanın 2012-ci il üçün əhalisi 453 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Blanet
Blanet qara dəliklərin orbitində fırlanan hipotetik ekzoplanetlər sinfinin üzvüdür.Blanetlər prinsipcə planetlərə oxşardırlar; onların öz cazibə qüvvələri tərəfindən dövrə vurdurula biləcək qədər kütlələri mövcuddur, lakin ulduzların orbitində fırlanan planetlər kimi termonüvə birləşməsinə başlatmaq üçün kifayət qədər kütlələri yoxdur. 2019-cu ildə astronomlar və ekzoplanetoloqlardan ibarət bir qrup superkütləvi qara dəliyin ətrafında və onun orbitində minlərlə blaneti saxlaya bilən təhlükəsiz zona olduğunu göstərdilər. == Etimologiyası == Yaponiyanın Kaqoşima Universitetindən Keiiçi Vadanın rəhbərlik etdiyi komanda bu adı qara dəlik planetlərinə verib. Söz qara dəlik və planetin portmantosudur. == Formasiya == Kifayət qədər böyük qara dəliyin orbitində fırlanan yığılma diskində blanetlərin əmələ gəldiyindən şübhələnirlər.
Flaven
Flaven (fr. Flavin, oks. Flavinh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Pon-de-Salar kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12102. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 8 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2186 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1413 əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 1094 nəfər İqtisadi cəhətdən fəal, 319 nəfər hərəkətsizdir (fəaliyyət göstərici - 77.4%, 1999-cu ildə 75.3%).
Flüger
Flüger — küləyin istiqamətini təyin etmək üçün işlədilən avadanlıq. Flügerlər bir sıra hallarda binaların hündür hissələrində memarlıq ornamenti olaraq istifadə olunur.
Planea
Planea (lat. Planea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Planet
Planet (yun. πλανήτες α') ya da Səyyarə — Günəş ətrafına dolanan və səthi əks olunmuş günəş şüaları ilə işıqlanan göy cismidir. 15-ci əsrədək 7 planet (Günəş, Ay, Merkuri, Venera, Mars, Yupiter və Saturn) olduğu fərz edilirdi. Hesab olunurdu ki, onlar Yer ətrafında fırlanır. XVI əsrdə Nikolay Kopernik Dünyanın heliosentrik sistemini yaratdı və sübut etdi ki, bütün planetlər Günəş ətrafında, Ay isə digər planetlərin peykləri kimi Yerin ətrafında fırlanır. Yer planet, Günəş isə özü şüalandığı üçün ulduzdur. 1781-ci ildə Uran, 1846-cı ildə Neptun və 1930-cu ildə Pluton, daha sonra diametrləri 1 km-dən bir neçə yüz kilometrədək olan kiçik planetlər kəşf edildi. Günəş sistemində doqquz böyük planet və təqribən 2300 kiçik planet məlumdur (1983-cü il etibarilə). 2006-cı ildən etibarən Beynəlxalq Astronomiya İttifaqının qərarı ilə Pluton planetlər sırasından çıxarıldı və kiçik planetlər adlı yeni qrupa aid edilməyə başladı. Planetlər daxili və xarici planetlərə bölünür.
Playner
Planer (Fransız dilində: Planeur, süzülərək uçmaq) — heç bir enerji mənbəyi olmadan uça bilən sabit qanadlı təyyarədir. Bəzi planerlərin motorlu modelləri də vardır. Pilot kabinəsi tək və ya iki pilotluq ola bilər. Bir kran sistemi və ya bir təyyarənin yedəkləməsi vasitəsi ilə hərəkətə gəlirlər. Çəkici ilə müəyyən bir yüksəklikdə ayrılır və atmosferdəki hava cərəyanlarından istifadə edərək uça bilirlər. Xüsusilə təşkil edilən yarışlarda məqsəd, ən qısa müddətdə, ən uzun yolu qət etməkdir. Planerin ixtiraçısı 1886-cı ildə sınaq uçuşu zamanı vəfat edən Otto Liliental idi. Bu gün istifadə olunan planerlər, fənərka və fiberqlas kimi çox yüngül materiallardan hazırlanırlar. Dar gövdəsi, planerin havanı asanlıqla bölməsinə imkan verir, qanadları isə nazik və uzun olması ilə qaldırıcı qüvvədən daha çox istifadə etməyə imkan verir. Planerin mühərriki olmadığından qanad formaları onu havada saxlamağa kömək etməlidir.
Plener
Plener (fr. plein air – açıq hava) — boyakarlıqda günəş işığı və atmosferin təsiri ilə əmələ gələn rəng dəyişikliklərinin tabloda verilməsini ifadə edən termin. Plener boyakarlığı naturanı bilavasitə öyrənmək və onun real simasını daha tam əks etdirmək məqsədilə rəssamların emalatxanadan kənarda, açıq havada işləmələri ilə əlaqədar meydana gəlmişdir. Renessans dövrü rəssamları gümüşü-boz rəng çalarlarından istifadə edərək tablolarında işıq-hava mühitini ustalıqla vermişlər. Ancaq plener prinsiplərinin geniş yayılması XIX əsrin 1-ci yarısına təsadüf edir. Plener prinsipləri XIX əsrin ortalarında Barbizon məktəbinə mənsub rəssamların, eləcə də K.Koronun, əsrin 2-ci yarısında isə impressionizm nümayəndələri K.Mone, K.Pissarro, O.Renuar və başqalarının yaradıcılığında əksini tapmışdır. Rusiyada İlya Repin, Surikov, Levitan, Azərbaycanda isə Səttar Bəhlulzadə və başqaları bir sıra əsərlərini plenerdə yaratmışlar. == Şəkillər == == Ədəbiyyat == ASE, VII cild, Bakı, 1983. səh. 559.
Skaner
Skaner (ing. scanner) – gerçək görüntünün rəqəmli surətini yaratmaq üçün qurğudur. Skaner sənədlərin, mətnlərin, çertyojların, qrafiklərin, rəsmlərin, fotoşəkillərin kompyuterə daxil edilməsi üçün qurğu. Sənədin rəqəmsal təsvirini yaradır və onu kompyuterin yaddaşına yerləşdirir. Skanerin iki növü var: standart skaner üzçıxaran maşının kiçildilmiş variantını xatırladır; portativ (daşınan) skaner isə əslində rəqəmli kameradır.Skaneriniş prinsipi üzçıxaran qurğunun (kseroksun) iş prinsipi ilə çox oxşardır. Ancaq ondan fərqli olaraq skaner görüntünün üzünü çıxarmır, onu qrafik fayla çevirir. Fayl kompüterdə yadda saxlanıldıqdan sonra onu başqa yerə köçürmək, dəyişdirmək, elektron poct ilə göndərmək və s. olar. Skanerlərdən nəşriyyat işlərində, layihələndirmə sistemlərində, animasiyalarda geniş istifadə olunur. Təqdimatların, məruzələrin, yüksək keyfiyyətli reklam materiallarının hazırlanmasında bu qurğuların əvəzi yoxdur.
Slayer
Slayer — Kaliforniyanın Hantinqton şəhərində yaradılmış treş metal qrupu. Qrup 1981-ci ildə bassist-vokalist Tom Araya, və gitaraçılar Kerri Kinq və Ceff Hanneman tərəfindən yaradılmışdır. Slayer-in sürətli və aqressiv musiqi stili onları Metallica, Megadeth və Anthrax da treş metalın əsas "böyük dördlüy"ündən biri etmişdir. Slayer-in hazırkı heyəti Kinq, Araya, zərbçi Pol Bostaf və gitaraçı Qeri Holtdan ibarətdir. Hanneman və zərbçilər Dave Lombardo, Con Dette qrupun keçmiş üzvləridir. Qrupun orijinal heyətində Kinq, Hanneman, Araya mahnıların sözlərini yazmış, Kinq və Hanneman isə qrupun bütün musiqiləri bəstələmişdirlər. Qrupun mahnılarının sözləri və albom üzlükləri qətl, seriyalı qatillər, nekrofiliya, işgəncə, insanlar üzərində aparılan eksperimentlər, satanizm, nifrət, terrorizm, din, anti-din, Nazism və mühəribələr mövzusunda olduğu üçün qrupun albomları qadağalara, gecikmələrə, məhkəmə işlərinə və dini qruplar və cəmiyyətin bir sıra dəstələri tərəfindən tənqidə məruz qalmışdır. Buna baxmayaraq onun musiqiləri yüksək dərəcədə təsirli olmuş və bir çox qruplar tərəfindən musiqisi, vizual imici və mahnı sözləri baxımından təsir mənbəyi olduğu vurğulanmış, qrupun üçüncü albomu olan Reign in Blood (1986) treş metal albomları arasında ən ağırlardan biri və ən təsirlisi olması hesab edilir. Slayer bugünədək 12 studiya, 2 canlı albom, bir boks-set, 6 musiqi klipi, 2 EP və bir kover-albom buraxıb. Qrupun studiya albomlarından dördü ABŞ-də qızıl sertifikata layiq görülmüşdür.
Filander
Filander (lat. Thylogale) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinin kenqurular fəsiləsinə aid heyvan cinsi.
Faker
Li San Hyok (kor. 이상혁; 7 may 1996, Seul) və ya daha çox tanınan adı ilə Faker (kor. 페이커) – "T1" komandası üçün çıxış edən cənubi koreyalı peşəkar League of Legends oyunçusu. Əvvəlcə Koreya serverində GoJeonPa adı ilə çıxış edən Faker 2013-cü ildə "T1" klubuna cəlb edilmişdir və o vaxtdan komandanın orta koridor oyunçusudur. Bütün dövrlərin ən yaxşı League of Legends oyunçusu hesab olunur.Faker yüksək mexaniki bacarıqları və çoxistiqamətli çempion hovuzuna görə tanınır. Leblank, Zed, Sindra, Azir, Ahri və Rayz ilə performansları məşhurdur. Koreya çempionatında 1000 və 2000 öldürmə sərhədlərinə çatan ilk oyunçu, 500 oyun keçirən ikinci oyunu, 600 oyun keçirən isə ilk oyunçudur.Faker League of Legends Dünya Çempionatını 3 dəfə qazanan iki oyunçudan biridir (2013, 2015, 2016). Dünya çempionatından əlavə 2014-cü ildə All-Star Paris, 2016 və 2017-ci illərdə Mövsümarası Dəvəti, 2016-cı ildə isə IEM turnirini qazanmışdır. Faker indiyə kimi turnirlərdən 1,254,240.23 ABŞ dolları qazanmışdır və bu, onu ən çox gəlir əldə edən 64-cü e-idmançı edir. Dünya çempionatlarında qalib gəldiyi üçün oyunda ona aid 3 kostyum var: SKT T1 Zed (2013), SKT T1 Rayz (2015), SKT T1 Sindra (2016).
Flame
Flame — Kompüter virusu, hansı ki, Microsoft, Windows 7, XP, Vista əməliyyat sistemlərində fəaliyyət göstərir. Bu virusu Roel Şuvenberg Wiper virusunu, hansıki İranın dövlət kompüterlərinə hücum etdi, izləyəndə aşkarladı. Roel Şuvenberg Kasperski laboratoryiasında kompüter təhlükəsizliyi departamentində işləyir. Virus 2010-cu ilin mart ayından işləyir. Əsas təhlükəli funksiyalari: Sistemin fayllarını yığmaq Kompüterin göstəricilərini dəyişmək Səs yazma Danışıqlıqlara qoşulma Ekranın şəklini (skrinşotu) yadda saxlamaqFlame virusunun proqram kodu Stuxnet virusunun kodundan 20 qat artıqdı (20МВ). Flame sıxılış üçün zlib, libbz2, ppmd kitabxanalarını, sqlite3 informasiya bazasını , Lua virtual maşınını istifadə edir.
Lamer
Lamer (en. lamer) – (slenq) kompüter texnologiyalarından o qədər də yaxşı baş çıxarmayan istifadəçi ("lame" ingilis dilində "axsaq", "şikəst" deməkdir). Peşəkar kompüterçi haqqında işlədildiyindən, bu termin təhqiredicidir. Tez-tez bu sözdən "haker", "kompüter qurusu" anlayışlarına qarşılıq kimi istifadə olunur. Rus dilində çox zaman "lamer" sözünün əvəzinə, "təcrübəsiz adam" mənasını verən "çaynik" sözü işlədilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Laser
Dağrazyanası (lat. Laser Borkh.) == Dərman bitkisi kimi istifadə olunan növləri == Üçdilim dağrazyanası (lat.
Andropogon glaber
Bothriochloa bladhii (lat. Bothriochloa bladhii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin bothriochloa cinsinə aid bitki növü. == Arealı == Seneqal və Efiopiyadan Cənubi Afrikaya qədərki Afrika torpaqları, Orta şərq, cənub və şərqi Asiya və Avstraliya üçün endemikdir. == Sinonimləri == Amphilophis glabra (Roxb.) Stapf Amphilophis glabra var. haenkei (J. Presl) E.G. Camus & A. Camus Amphilophis haenkei (J.Presl) Haines Amphilophis insculpta var. vegetior (Hack.) Stapf Amphilophis intermedia (R.Br.) Stapf Amphilophis intermedia var. acidula (Stapf) Stapf Amphilophis odorata (Lisboa) A.Camus Anatherum glabrum (Roxb.) Schult. Anatherum montanum (Roxb.) Schult. Andropogon annulatus var. bladhii (Retz.) Hack.
Animal Planet
Animal Planet (azərb. Heyvanlar aləmi‎) — Discovery Channel şirkətinə məxsus Amerika kabel kanalıdır. 1 oktyabr 1996-cı ildə yaradılıb, şəbəkə əsasən vəhşi və ev heyvanları haqqında seriya və sənədli filmlərə həsr olunub. Peyk və kabel versiyalarında yayılmışdır. Kanal, yaşayış yerlərində heyvanları göstərən filmləri, Qırmızı Kitabda qeyd olunan növlərlə bağlı hekayələr yayımlayır. Kanalın şüarı — «Planetimizdə 2 milyondan çox canlı var. Onlardan biri — sənsən. Qalan hissəsini isə Animal Planet kanalının proqramlarında tanış ol.» Kanalın müəyyən versiyaları Kanada, Hindistan, Yaponiya, Tayvan və digər ölkələrdə yaradılmışdır. Bəzi yayımları DVD şəklində buraxılır. == Tarixi == «Animal Planet» kanalı 1 oktyabr 1996-cı ildə əsası qoyulmuşdur.
Boris Blaxer
Boris Blaxer (ing. Boris Blacher) (19.1.1903, Çin, Nü-Çan – 30.1.1975, Berlin) — alman bəstəkarı, pedaqoq. == Fəaliyyəti == İlk musiqi təhsilini Xarbin və İrkutskda almışdır. F.E. Koxun tələbəsi (1922–26, Berlin) olmuş, musiqi nəzəriyyəsi fənlərini Berlin Universitetində öyrənmişdir (1927–31). 1938–39-cu illərdə Drezden konservatoriyasında dərs demişdir. Qərbi Berlin Ali Musiqi Məktəbinin professoru (1948-ci ildən) və direktoru (1953–70) vəzifəsində işləmiş, Qərbi Berlin İncəsənət Akademiyasının prezidenti (1968–71) olmuşdur. Blaxerin ilk instrumental əsərlərində İ.F. Stravinskinin təsiri hiss olunur. “Orkestr üçün konsert musiqisi” əsərində (1937) caz stilistikasını tətbiq etmişdir. Orkestrə və polifonik texnikaya dərindən bələd olan Braxerə Paqanini mövzusunda yazdığı orkestr variasiyaları (1947) dünya şöhrəti qazandırmışdır. 1940-cı illərin sonundan 12 tonlu kompozisiya metodundan istifadə etmiş, özünün “dəyişən vəzn” (variable Metren) yaradıcılıq texnikasını işləyib hazırlamışdır.
Clockwork Planet
Clockwork Planet (クロックワーク・プラネット, Kurokkuwāku Puranetto, azərb. Saat mexanizmi planeti‎) — Şinonun rəssamlığı ilə Yuu Kamiya və Tsubaki Himana tərəfindən yazılan ranobe seriyası. 2 aprel 2013-cü ildən bu yana Kodansha nəşriyyatının Kodansha Ranobe Bunko imprinti altında 4 cildi çapdan çıxmışdır. Kuronun rəssamlığı ilə hazırlanan manqa adaptasiyası isə 2013-cü ildən Kodansha nəşriyyatının "Monthly Shōnen Sirius" şonen manqası jurnalında nəşr olunur. Manqanın 5 tankobon cildi çapdan çıxmışdır. Anime adaptasiyasının 2017-ci ilin aprelindən yayımlanması planlaşdırılır. == Məzmun == Hadisələr tamamilə dağılmış və saat mexanizmi ilə tamamilə yenidən tikilmiş dünyada baş verir. Bir gün Naoto Miura adlı lisey şagirdi gözlənilmədən bir avtomat qızla rastlaşır. == Personajlar == Naoto Miura (見浦ナオト, Miura Naoto) Səsləndirən: Yoşino NancoRyuZU (リューズ, Ryūzu) Səsləndirən: Ay KakumaMariya Bell Breqe (マリー・ベル・ブレゲ, Marī Beru Burege) Səsləndirən: Saori OnişiVaynni Halter (ヴァイネイ・ハルター, Vai'nei Harutā) Səsləndirən: Keniçiro MatsudaAnkoR (アンクル, Ankuru) Səsləndirən: Sayaka Senbonqi == Media == === Ranobe === İlk ranobe cildi 2 aprel 2013-cü ildə Kodansha nəşriyyatı tərəfindən Kodansha Ranobe Bunko imprinti altında nəşr olunmuşdur. 29 dekabr 2015-ci ilə kimi dörd cildi çapdan çıxmışdır.
Cırtdan planet
Kiçik planet və ya Cırtdan planet (ing. Dwarf planet) — Beynəlxalq Astronomiya İttifaqı planetlər haqqında 24 avqust 2006-cı il tarixində etdiyi açıqlama nəticəsində yaradılan səma cisimləri üçün kateqoriya. Ancaq günəş sisteminə aid olub, planetlər kateqoriyası və kiçik günəş sistemi cisimləri kateqoriyasından fərqlənir.
Daucus glaber
Yabanı yerkökü (lat. Daucus carota) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yabanı yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir. Tərkibində az miqdarda şəkər olan özəyin dadı yerkökünün ətli hissəsinə nisbətən pis olur. Yerkökünün tərkibində orta hesabla 4–12% şəkər, 0,53–2,23% zülal, 0,1–0,7% yağ, 0,54–3,50% sellüloza, 0,4–2,9% pektin maddəsi, 2,3–5,6% azotsuz ekstraktlı maddə, o cümlədən dekstrin və nişasta, 0,6–1,7% kül olur.
Doqquzuncu Planet
Doqquzuncu Planet və ya Planet X — ləqəbli nəhəng, buzlu planet daxil olduğumuz Günəş sisteminə aid olması fərz edilir. Bu fikri irəli sürənlər Kaliforniya Texnologiya İnstitutunun əməkdaşları Mayk Braun və Konstantin Barigindir. Planetin mövcudluğu Koyper qurşağındakı cisimlərin hərəkəti vasitəsilə təxmin edilib. Bu planetin Nis modelindəki fərzi beşinci nəhəng planet olma ehtimalı da var.
Eli Qlader
Eli Qlader - tanınmış Norveç rəssamı. == Həyatı == Eli Qlader artıq bir neçə ildir ki, Azərbaycanda yaşayır. Burada o, əsasən bədii foto sənətilə məşğuldur. O, özünün bir sıra müasir fəlsəfi və sənətşünaslıq araşdırmalarını "Oranjereya" fəlsəfi-bədii konsepsiyasında ümümiləşdirmişdir. Təqdim olunan sərgi bir neçə il bundan öncə başlanılmış bu böyük konseptual layihənin bir hissəsidir. Bu layihə çərçivəsində Milli Elmlər Akademiyasının nəznindəki Mərkəzi Botanika Bağında performans keçirilmiş və onun əsasında film çəkilmişdir.