Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Heşi (İran)
Heşi (fars. هشي‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 146 nəfər yaşayır (41 ailə).
Həsi Abdullayev
Həsi Abdullayev (25 dekabr 1910, Qubadlı rayonu – 23 mart 1967, Bakı) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru (1963), professor (1964). ADU-da baş müəllim (1941-1948, Bakı Ali Partiya Məktəbində kafedra müdiri (1945-1955) işləmiş, 1956-cı ildən ömrünün sonunadək Azərbaycan SSR EA Tarix İnstitutunda şöbə müdiri olmuşdur. Tədqiqatları Azərbaycan tarixinin son orta əsr dövrünün (18 əsr) öyrənilməsinə həsr edilmişdir. H. Abdullayev Azərbaycan-Rusiya münasibətləri tarixinin (XVIII əsrin ikinci yarısı) ilk tədqiqatçısıdır. == Həyatı == Həsi Abdullayev 25 dekabr 1910-cu ildə Rusiya İmperiyasının Qubadlı rayonunun Qarağac kəndində anadan olmuşdur. Orta təhsilini Qubadlıda alan Həsi 1927-28-ci illərdə Şuşa Pedoqoji Məktəbində oxuyur, 1929-cu ildə Gəncə Dəmiryol Məktəbində müəllim işləyir. 1930-cu ildə Bakı pedagoji məktəbində təhsilini davam etdirir. 1939-40-cı illərdə Moskva Dövlət Universitetinin aspiranturasında təhsil alır və "Qubalı Fətəli xanın Şimali-Şərqi Azərbaycan dövlətini yaratmaq siyasəti" mövzusunda dissertasiya işini müdafiə edir. H. Abdullayev müdafiədən sonra Bakıya qayıtmış, 1941-1948-ci illərdə ADU-da baş müəllim, Azərbaycan SSR EA-da elmi işçi kimi fəaliyyət göstərmişdir. 1943-cü ildə Azərbaycan KP Mərkəzi Komitəsinin məsul təşviqatçısı, 1944-cü ildən isə Azərbaycan SSR Xarici İşlər Nazirliyində məsul vəzifəyə təyin olunmuşdur.
Qaçaq Həsi
İbalı Həsənxan Məmməd oğlu (Qaçaq Həsi) — qaçaq, mücahid == Həyatı == Qaçaq Həsi 1861-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Yağləvənd obasında dünyaya gəlmişdi. Oba içində adına qısaca Həsi deyirdilər. Həsi qaçaq həyatı yaşamışdı. Onun qaçaqlığının səbəbi bir əhvalatla bağlıdır. 1883-cü ildə yağləvəndlilər hansı obadansa bir sürü qoyun oğurlayırlar. Heyvan yiyələri pristava şikayət edirlər. Pristav başının atlıları ilə Yağləvəndə gəlir. Sorub-soruşdurmadan bir neçə nəfəri tutub-çataqlayır. Tutulanların içində Düz Məmməd də vardı. Pristav üzünü tutuqlulara tutub deyir: - Qoyunları kim aparıb boynuna alsın, yoxsa obanı yandıracağam.Düz Məmməd cavab verir: - Başına dönüm, mənim oğru-əyriliklə aram olmaz, burax, gedim işimin dalınca.Pristav hirslənir: - Niyə oğru deyilsən, haca getmisən?
Heveşi Şandor teatrı
Heveşi Şandor teatrı (mac. Hevesi Sándor Színház) — Macarıstanın Zalaeqerseq şəhərində yerləşən teatr. Şəhərin mərkəzindəki Kostolanyi küçəsində yerləşir. == Tarixi == Binanın inşasına 1950-ci illərdə başlanılmışdır. Tikilməsində ilkin məqsəd işləyən təbəqə üçün mədəni və ictimai tədbirlərin keçirələcəyi məkan inşa etmək idi. Daha sonralar Zalaeqerseq Həmkarlar Birliyinin İşləyən Təbəqə üçün nəzərdə tutulmuş evi (Szakszervezetek Zalaegerszegi Munkásotthona) adlandırıldı. 1968-ci ildə İojef Katonanın Ban Bank əsəri bu teatrda tamaşaya qoyuldu. 1980-ci illərdə binanın interyeri daha da təkmilləşdirildi və 1983-cü ildə İmre Madaçın Bir insanın faciəsi (Az ember tragédiája) əsərinin nümayişi ilə teatr ilk dəfə öz fəaliyyətinə başladı.
Axtarış həvəsi (film, 1970)
Axtarış həvəsi qısametrajlı sənədli televiziya filmi rejissor Teymur Bəkirzadə tərəfindən 1970-ci ildə çəkilmişdir. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Tahir Salahovun yaradıcılığına həsr olunmuşdur. == Məzmun == Film Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Tahir Salahovun yaradıcılığına həsr olunmuşdur. Filmdə onun bəzi əsərlərinin yaranma tarixindən, sənətkarın öz qəhrəmanları ilə görüşməsindən, xarici ölkələrdə olmasından bəhs edilir. Tahir Salahov həyatla sıx bağlı olan sənətkarlarımızdan biridir. O, ölkəmizdə baş verən ictimai hadisələri dərindən təhlil edərək, fəlsəfi fikirləri bədii surətlər vasitəsilə öz əsərlərində əks etdirir. T.Salahov, əsl mənada böyük sənətkar olduğu üçün əsərlərinin mövzusunu xalqımızın qaynar həyatında axtarır, böyük axtarış ehtirasları ilə yaşayır.
Boesi
Anisi Manli Severin Boesi (lat. Anicius Manlius Severinus Boethius; təq. 480[…], Roma – ən tezi 524 və ən geci 526, 25 oktyabr 524 və ya 524, Paviya) — neoplatonçu filosof, Roma dövlət xadimi, xristian ilahiyyatçısı və müqəddəsi. == Həyatı == Boesi Roma imperiyasının süqutundan sonra Şimali İtaliyada yaranan Ostqotlar krallığında yaşayıb, yaratmışdır. O Romanın patrisi ailəsində anadan olmuşdu və ostqot kralı Teodorikusun (latınca Theodoricus) dövründə, yüksək dövlət vəzifələrini tutmuşdu. Lakin sonra, Boesini Ostqot dövlətinin mövcudluğuna son qoyulması məqsədi ilə bizanslılarla məxfi danışıqların aparılmasında ittiham etmişdilər. Dövlətə qarşı xəyanətdə ittihamlandırılan Boesi zindana atılmış və orada bir müddət saxlandıqdan sonra edam edilmişdi. Boetsiyə “sonuncu romalı” ləqəbi vermişdilər. == Fəlsəfəsi == Boesi tərcüməçi və filosof kimi tanınmışdı. O yunan dilindən latın dilinə bəzi riyazi əsərləri, məsələn Evklidesin (Eukleides) «Başlanğıclar» əsərini tərcümə etmişdi.
Creşi
Kipircik və Gibircik - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. == Etimologiyası == Kəndin adı türk dilindəki sis (yarıq, quyu) və qala sözlərindəndir. == Tarixi == == Fiziki-coğrafi mövqeyi == Kipircik kəndi avtomobil yolu kənarında, dəniz səviyəsindən 620 m yüksəkdə yerləşir. == Əhalisi == Kəndin əhalisi 1870-ci ildə 9 ailədə 60 nəfər, 1918-ci ildə 178 nəfər, 1926-ci ildə 30 ailədə 172 nəfər, 2002-ci ildə 181 nəfər, 2006-ci ildə 134 ailədə 513 nəfər olmuşdur.
Hamsi
Avropa ançousu, həmçinin siyənəyəoxşar dəniz balığı, xamsa, xəmsi və ya hamsi (lat. Engraulis encrasicolus) — ançous (Engraulidae) fəsiləsindən balıq növləri. == Təsviri == Yetkinlərinun bədən uzunluğu adətən 12–15 santimetr olur və 20 santimetrdən uzun olmur.Bədən uzunsov, alçaq, sikloid pulcuqlarla örtülmüş, başı yanlardan çılpaqdır. Axçası nazikdir və asanlıqla yığılır. Üst çənə önə çıxır. Ağızı böyük və yarımüzlüdür, alt çənəsi dar və uzun, uzun və nazik üst çənənin arxa ucu preoperkulumun qırağından kənara çıxır. Çənələrində kiçik dişlər var. Qarın yatalağının kili və yandivar xətt yoxdur. Qarın yatalağındakı üzgəclərin əsasları belindəki üzgəcindən başlayaraq şaquli tərəfin qarşısında yerləşir. Ağız açılışı çox genişdir.
Hatsi
Çörəkli (əvvəlki adı: Hatsi) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Hatsi kəndi Çörəkli kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çörəkli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Toponimikası == Kənd XIX əsrin əvvəllərində İrandan gəlmiş erməni ailələrinin Çörəkli adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ermənilər kəndi Hatsi (erm. "çörəkli") adlandırmışdılar. 1992-ci ildən kəndin adı yenidən özünə qaytarılmışdır. == Tarixi == === Tarixi abidələri === Çörəkli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Hepsi
Hepsi - Türkiyə musiqi qrupu. Qrupda 4 ifaçı var. Eren Bakıcı 1984-cü il mayın 18-də İstanbul şəhərində anadan olub. Memar Sinan Gözəl Sənətlər Universitetinin Dövlət Konservatoriyasının "Balet" fakultəsinin məzunu olub.Elə həmin məktəbdə müasir rəqs təhsili alan Eren Bakıcı Atatürk Mədəniyyət Mərkəzi Uşaq və Gənclik Baletinin sərgilədiyi oyunlarda altı il ərzində müxtəlif rollar oynayıb. Londonda Urdang Dans Akademiyasında və Budapeştdə Rəqs məktəbində təhsil alıb. Rəqs nominasiyaları ilə Çində Türkiyəni təmsil edən Eren reklam üçün kiçik jing-lar səsləndirib. Britney Spears və Michael Jackson kimi dünya ulduzları ilə çalışan Selatin Qara ilə bir aylıq "workshop" çalışmasını gerçəkləşdirib. Qrupun ən cazibədar üzvlərindən olan Cemre Kemer 1985-ci il fevralın 17-də İstanbulda dünyaya gəlib. Memar Sinan Gözəl Sənətlər Universitetinin Dövlət Konservatoriyasının Balet fakultəsini bitirib.Adı çəkilən məktəbdə Klas Balet üzrə təhsilini davam etdirən Cemre KEMER Atatürk Mədəniyyət Mərkəzi Uşaq və Gənclik Baletinin təşkil etdiyi tamaşalarda beş il müxtəlif obrazları canlandırıb. Kliplərdə aktyorluq edib.
Heşin
Heşin (Ermənistan)
Hikeşi
Hikeşi (火消) – Edo dövrünün Yaponiya yanğınsöndürənləri. Edo dövründə Yaponiya şəhərləri əsasən taxta tikililərdən ibarət idi və buna görə tez-tez yanğınlar baş verə bilirdi. Böyük yanğınların qarşısını almaq üçün şəhərlərdə yanğınsöndürmə briqadaları formalaşdırılmışdı. Edo, Kioto və Osaka kimi böyük şəhərlərdə hikeşi briqadaları şoqunluq tərəfindən təşkil olunurdu. Daymyolar və hakamotolar Edoda və qəsrlərində hikeşi briqadalarını qururdular. Adi sakinlər isə məhəllələrino qorumaq üçün öz hikeşi briqadalarını təşkil edirdilər.Edo şəhərində 3 növ hikeşi mövcud olmuşdur: cobikeşi (定火消, şoqunluğun hikeşiləri), daymyo hikeşi (大名火消, daymyoların hikeşiləri) və maçi hikeşi (町火消, şəhərlilərin hikeşiləri). == Növləri == === Cobikeşi === Cobikeşi briqadaları 1650-ci ildə 4 briqada ilə qurulmuş, 1657-ci ildə baş vermiş Meyreki yanğınından sonra böyüdülmüş, 1704-cü ildə isə 10 briqadadan ibarət olması qərarlaşdırılmışdır. Cobikeşilər şoqunluğun rəsmiləri hesab olunurdular və hatamotolardan əmr alırdılar. Hər cobikeşi birliyi 36 samuraydan ibarət idi. Samuraylar bu işə görə şoqunluqdan ödəniş alırdılar.Cobikeşilər şəhərdəki yanğınlarla və digər təcili vəziyyətlərlə mübarizə aparır, bu zaman daymyo hikeşilərə və maçi hikeşilərə başçılıq edirdilər.
Hiveri
Hiveri — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 257 nəfərdir. == Toponimiyası == Hivəri oykonimi Hovarı, Hoveri variantlarında da qeydə alınmışdır. Belə ehtimal edilir ki, oykonim talış dilindəki hu (dağıdılmış, uçurulmuş) və var (yer, kənd, qala, möhkəmləndirilmış yer) sözlərindən düzəlib, "dağıdılmış kənd" mənasındadır. Yaşayış məntəqəsi köhnə kənd yerində salındığına görə belə adlandırılmışdır.
Hivəri
Hiveri — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 257 nəfərdir. == Toponimiyası == Hivəri oykonimi Hovarı, Hoveri variantlarında da qeydə alınmışdır. Belə ehtimal edilir ki, oykonim talış dilindəki hu (dağıdılmış, uçurulmuş) və var (yer, kənd, qala, möhkəmləndirilmış yer) sözlərindən düzəlib, "dağıdılmış kənd" mənasındadır. Yaşayış məntəqəsi köhnə kənd yerində salındığına görə belə adlandırılmışdır.
Hoveri
Hoveri — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Hələşi
Hələşi — İranın Kirmanşah ostanının Kirmanşah şəhristanının Firuzabad bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 457 nəfər və 114 ailədən ibarət idi.
Həsin
Həsin — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Həsin Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Pensər çayının sahilində, Lənkəran ovalığındadır. Tədqiqatçılar bu oykonimi "möhkəmləndirilmış yer" kimi izah edirlər.
Həsir
Həsir — qurudulmuş qamış çubuğundan xüsusi şaquli və ya üfüqi dəzgahda toxunulmuş yer döşəməsi. Həsir rütubətin və nəmliyin qarşısının alınması üçün qamışdan, küləşdən və bəzi ağacların liflərindən hazırlanan yer döşəməsidir. Həsir toxuyan insanlar həsirçi, ümumilikdə bu sənət növü isə həsirçilik adlanır. Həsir dünyanın qədim tarixə malik ölkələrində əsas məişət atributlarından və xalq sənəti növlərindən biri hesab olunur. Çin, Yaponiya, Malayziya, Hindistan, Mərakeş, Tunis, İspaniya və Afrikanın cənub hissəsində yerləşən bir sıra ölkələrdə həsir tarixən məişət həyatının ən zəruri məmulatları arasında yer almışdır. Tarixi mənbələrdə Məhəmməd peyğəmbərin yaşadığı evin döşəməsində, İspaniya kralı V Ferdinandın sarayında, Əmir Teymurun alaçığında, Çingiz xanın "Toğakuk" adlı arabasında, Yaponiyada samurayların evlərində, söqunların saraylarında həsirdən istifadə olunduğu bildirilir. == Azərbaycanda həsir == Həsir (həsirçilik) Azərbaycanda da minilliklər əvvəl təşəkkül tapmış xalq sənəti növlərindən biridir. Ümumiyyətlə Azərbaycanda toxuculuq istehsalının kökləri qədim dövrlərə gedib çıxır. Azərbaycanda hələ qədim zamanlardan bəri hörmə sənətinin inkişafı üçün müxtəlif qamış və qarğının fərqli növləri, kətan, gicitkən, çətən və bu məqsədə yararlı bir çox bitkilərdən ibarət zəngin xammal bazası olmuşdur. Eneolit dövründən başlayaraq Azərbaycanda bir çox arxeoloji abidələrdə hörmə həsirlərin izləri və qalıqları aşkar edilmişdir.
Ivesia
Ivesia (lat. Ivesia) — gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Ivesia:The Plant List saytında takson barədə məlumat.
Kreşi
Kreşi (fr. Créchy) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03091. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 473 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 303 nəfərin (15-64 yaş arasında) 231 nəfəri iqtisadi cəhətdən fəal, 72 nəfər hərəkətsiz (fəaliyyət göstərici 76,2%, 1999-cu ildə 67.9%) olmuşdur. Fəal 231 nəfərdən 213 nəfəri (117 kişi və 96 qadın), 18 nəfəri işsizdir (7 kişi və 11 qadın). Fəal olmayan 72 nəfər arasında şagird və ya tələbə, 25 nəfər təqaüdçü, 22 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Ərəşi
Ərəşi — təxəllüs.
Abzar iyesi
Anax iyesi
Aran İyesi
Atom nüvəsi
Atom nüvəsi – onun əsas kütləsinin və strukturunun cəmləşdiyi atomun mərkəzi hissəsi olub, atomun aid olduğu kimyəvi elementi təyin edir. Atom nüvəsi haqqında bilik radioaktivliyin, nüvə parçalanmasının başa düşülməsi üçün əhəmiyyətlidir. == Ümumi məlumat == Atomun nüvəsi bir femtometr ölçüsündədir, bu atomun ölçüsündən 100 dəfə kiçikdir. Nüvənin çəkisi atoma daxil olan elektronların çəkilərindən 4000 dəfə böyükdür və bu ona daxil olan zərrəciklərin sayından və enerjisindən kəskin asılıdır. Atom nüvəsi nüvə fizikasında öyrənilir. Atom nüvəsi nukleonlar – müsbət yüklənmiş protonlar və neytral neytronlardan ibarətdir. Bu hissəciklər bir-biri ilə möhkəm əlaqədədirlər. Nüvədəki protonların sayına (Z) onun atom nömrəsi deyilir. Bu elementin dövrü cədvəldə sıra nömrəsinə uyğun gəlir. Nüvədəki protonların sayı neytral atomun üz qatının strukturunu və bununla uyğun elementin kimyəvi xassələrini təyin edir.
Atomun nüvəsi
Atom nüvəsi atomun mərkəzində yerləşən, proton və neytronlardan ibarət kiçik ve sıx bir bölgədir. Atom nüvəsi1911-ci ildə Ernest Rezerford tərəfindən kəşfedildi. Bu kəşf, 1909-cu ildə həyata keçirilən Geiger-Marsden qızıl lövhə təcrübəsinə istinad edir. Neytron’un 1932-ci ildə kəşfindən sonra, nüvənin proton və neytronlardan ibarət olduğu modeli Dmitri Ivanenko və Werner Heisenberg tərəfindən sürətlə inkişaf etdirildi. Atomun kütləsinin demək olarki bütünü nüvə içərisindədir, elektron buludunun atom kütləsinə qatqısı olduqca azdır. Proton ve neytronlar nüvə qüvvəsi tərəfindən nüvəni əmələ gətirmək ücun birbirlerinə bağlanmışdır. Atom nüvəsinin diametri 1.75 fm 1.75 fm-den (1.75×10−15 m) 15 fm’yə qədər çatir. Hidrogen atomunnüvəsinin diametri (tek bir protonun diametri) üçün 1.75 fm(1.75 × 10^-15m)’dir Daha ağır atomlarda, misal üçün uraniumda, nüvənin diametri 15 fm’ye qədər cata bilir. Bu ölçülər atomun öz diametrindən (nüvə + elektron buludu) çox daha kiçikdir. Atom nüvəsinin quruluşu və nüvəni bir arada tutan qüvvələr üzerində araşdırmalar apararan fizikanın bölməsinə nüvə fizikası adlanır. == Giriş == === Tarix === Nüvə 1911-ci ildə Ernest Rutherford’un Thomson’a aid üzümlü kek atom modeli üzerindəki tecrübələrinin səyləri nəticəsində tapılmışdır.