Aran İyesi

Abzar iyesi — Türk mifologiyasında həyətin qoruyucu ruhu. Abazar iyesi olaraq da ifadə edilər.

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Bəzi dillərdə bu adlarla bilinər:

  1. Öyen (Öven, Üven, Övenik, Üvenik) İyesi
  2. Çulan İyesi
  3. Kura İyesi
  4. Tirgen İyesi
  5. Aran İyesi
  6. Damız (Tamız) İyesi
  7. Kitre İyesi

Evin həyətində və ya bağçasında yaşayır. İnsanların gözünə ancaq uzaqdan və müxtəlif heyvan qılıqlarına girərək görünür. Ev heyvanlarını sevər. Məsələn atların quyruğunu hörməkdən çox xoşu gəlir. Hər obyektin bir qoruyucu ruhu olduğu üçün, əslində həyət divarının belə ayrı bir iyesi vardır. Həyət anlayışı fərqli şivə və ləhcələrdə fərqli sözlərlə qarşılandığı üçün adı dəyişir, lakin məzmun təxminən olaraq eynidir. Əgər söz olaraq ən çox bilinən Abzar İyesidir. Avlu iyesi də buralarda yaşayır və gəzişir.

Aran iyesi evin ahırında yaşayır, həyətində gəzinir. Ümumiyyətlə ahırda və həyətdə yaşayır və orada yaşayan canlılara sahib çıxar. Bəzən bir heyvan qılığında, görünər. Ahır iyesi ahırda yaşayan heyvanların bəzilərini sevər, bəzilərini çəkə bilməz. Sevdiyi heyvanın (ümumiyyətlə atın) yelesini hörər. İnsanlar görmədiyi zaman onun önünə quru ot atar. Sevdiyi inəyin quyruq ucunu darayar. Sevmədiyi atı gecə boyu koşturur, tər içində buraxar, yorar. Otu sevdiyi atın önünə qoyar, sevmədiyi atı aç buraxar.

Mal iyesi[redaktə | mənbəni redaktə et]

Mal iyesi - türk və altay xalq inancında heyvan iyesidir. Abzar iyesi və ya Aran iyesi ilə əlaqəli bir varlıqdır. Mal (Sıyır) iyesi, Davar (Tavar) iyesi, Dəvə (Teve) iyesi, Yond (Yunt) iyesi ("At iyesi") kimi növləri vardır. Atların və malların qoruyucu ruhudur. Türklər heyvanları ümumiyyətlə dörd sinifə ayırarlar. Atlar, inəklər, qoyunlar və dəvələr. Mal anlayışı bunların hamısını əhatə edər. Ancaq kimi bölgələrdə yalnız iribuynuzlu heyvanlar (at və inək) və ya sırf inəklər üçün deyilər. Mal iyesi də bu heyvan sürülərinin başında onları qoruyur. Mal sözü monqol mənşəli bir olub, iribuynuzlu heyvan deməkdir. Ərəbcə əşya, məhsul mənasını verən Mal ilə heç bir əlaqəsi yoxdur.

Etimologiya[redaktə | mənbəni redaktə et]

(Ab / ​​Ap) kökündən törəmişdir. Söz kökündə külək mənası vardır. Kökenbilimsel olaraq baxıldığında küləkli yer demək ola bilər. Avlu mənası daşıyır.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0)  (türk.)
  • Abzar iyasi Dünya xalqlarının mifləri. Ensiklopediya  (rus.)
  • Коблов Я. Д., Мифология казанских татар, «Известия Общества археологии, истории и этнографии при Казанском университете», 1910, т. 26, в. 5  (rus.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]