HƏSİ

(Ağdam, Cəbrayıl, Çənbərək, Füzuli, Gədəbəy)
süd və undan bişirilən duru xörək. – Çovannar yığılıb həsi bişirillər (Füzuli); – Nənə, birəz həsi bişi, içəx’ (Cəbrayıl); – Həsiyi qış yi:əllər (Gədəbəy)
HƏSƏMMƏG
HƏSİRXANA
OBASTAN VİKİ
Həsi Abdullayev
Həsi Abdullayev (25 dekabr 1910, Qaraağac, Qubadlı rayonu – 23 mart 1967, Bakı) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru (1963), professor (1964). ADU-da baş müəllim (1941-1948, Bakı Ali Partiya Məktəbində kafedra müdiri (1945-1955) işləmiş, 1956-cı ildən ömrünün sonunadək Azərbaycan SSR EA Tarix İnstitutunda şöbə müdiri olmuşdur. Tədqiqatları Azərbaycan tarixinin son orta əsr dövrünün (18 əsr) öyrənilməsinə həsr edilmişdir. H. Abdullayev Azərbaycan-Rusiya münasibətləri tarixinin (XVIII əsrin ikinci yarısı) ilk tədqiqatçısıdır. == Həyatı == Həsi Abdullayev 25 dekabr 1910-cu ildə Rusiya İmperiyasının Qubadlı rayonunun Qarağac kəndində anadan olmuşdur. Orta təhsilini Qubadlıda alan Həsi 1927-28-ci illərdə Şuşa Pedoqoji Məktəbində oxuyur, 1929-cu ildə Gəncə Dəmiryol Məktəbində müəllim işləyir. 1930-cu ildə Bakı pedagoji məktəbində təhsilini davam etdirir. 1939-40-cı illərdə Moskva Dövlət Universitetinin aspiranturasında təhsil alır və "Qubalı Fətəli xanın Şimali-Şərqi Azərbaycan dövlətini yaratmaq siyasəti" mövzusunda dissertasiya işini müdafiə edir. H. Abdullayev müdafiədən sonra Bakıya qayıtmış, 1941-1948-ci illərdə ADU-da baş müəllim, Azərbaycan SSR EA-da elmi işçi kimi fəaliyyət göstərmişdir. 1943-cü ildə Azərbaycan KP Mərkəzi Komitəsinin məsul təşviqatçısı, 1944-cü ildən isə Azərbaycan SSR Xarici İşlər Nazirliyində məsul vəzifəyə təyin olunmuşdur.
Qaçaq Həsi
İbalı Həsənxan Məmməd oğlu (Qaçaq Həsi) — qaçaq, mücahid Qaçaq Həsi 1861-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Yağləvənd obasında dünyaya gəlmişdi. Oba içində adına qısaca Həsi deyirdilər. Həsi qaçaq həyatı yaşamışdı. Onun qaçaqlığının səbəbi bir əhvalatla bağlıdır. 1883-cü ildə yağləvəndlilər hansı obadansa bir sürü qoyun oğurlayırlar. Heyvan yiyələri pristava şikayət edirlər. Pristav başının atlıları ilə Yağləvəndə gəlir. Sorub-soruşdurmadan bir neçə nəfəri tutub-çataqlayır. Tutulanların içində Düz Məmməd də vardı. Pristav üzünü tutuqlulara tutub deyir: - Qoyunları kim aparıb boynuna alsın, yoxsa obanı yandıracağam.
Həsin
Həsin — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Həsin Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Pensər çayının sahilində, Lənkəran ovalığındadır. Tədqiqatçılar bu oykonimi "möhkəmləndirilmış yer" kimi izah edirlər.
Həsir
Həsir — qurudulmuş qamış çubuğundan xüsusi şaquli və ya üfüqi dəzgahda toxunulmuş yer döşəməsi. Həsir rütubətin və nəmliyin qarşısının alınması üçün qamışdan, küləşdən və bəzi ağacların liflərindən hazırlanan yer döşəməsidir. Həsir toxuyan insanlar həsirçi, ümumilikdə bu sənət növü isə həsirçilik adlanır. Həsir dünyanın qədim tarixə malik ölkələrində əsas məişət atributlarından və xalq sənəti növlərindən biri hesab olunur. Çin, Yaponiya, Malayziya, Hindistan, Mərakeş, Tunis, İspaniya və Afrikanın cənub hissəsində yerləşən bir sıra ölkələrdə həsir tarixən məişət həyatının ən zəruri məmulatları arasında yer almışdır. Tarixi mənbələrdə Məhəmməd peyğəmbərin yaşadığı evin döşəməsində, İspaniya kralı V Ferdinandın sarayında, Əmir Teymurun alaçığında, Çingiz xanın "Toğakuk" adlı arabasında, Yaponiyada samurayların evlərində, söqunların saraylarında həsirdən istifadə olunduğu bildirilir. == Azərbaycanda həsir == Həsir (həsirçilik) Azərbaycanda da minilliklər əvvəl təşəkkül tapmış xalq sənəti növlərindən biridir. Ümumiyyətlə Azərbaycanda toxuculuq istehsalının kökləri qədim dövrlərə gedib çıxır. Azərbaycanda hələ qədim zamanlardan bəri hörmə sənətinin inkişafı üçün müxtəlif qamış və qarğının fərqli növləri, kətan, gicitkən, çətən və bu məqsədə yararlı bir çox bitkilərdən ibarət zəngin xammal bazası olmuşdur. Eneolit dövründən başlayaraq Azərbaycanda bir çox arxeoloji abidələrdə hörmə həsirlərin izləri və qalıqları aşkar edilmişdir.
Mirzə Həsib Qüdsi
Mirzə Həsib Qüdsi (1828, Bakı – 1908, Bakı) — XIX əsr Azərbaycan şairi. Mirzə Həsib Qüdsi 1828-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini doğulduğu şəhərdə aldıqdan sonra Tehran şəhərinə yollanaraq mükəmməl dini və dünyəvi təhsil almışdır. Bakıya qayıtdıqdan sonra isə mədrəsə açmış və ömrünü dini alimlərin yetişməsinə sərf etmişdir. Bu böyük alim və şair 1908-ci ildə Bakıda vəfat etmişdir. Təəssüf ki, bir çox din alimləri və Əhli-Beyt (ə) şairləri kimi Mirzə Həsib Qüdsinin də həyat və fəaliyyəti barədə məlumat yox dərəcəsindədir. Zəngin irsə malik olan şairin şerləri mütəmadi olaraq o dövrün mətbuat orqanlarında: "Məktəb", "Şərqi Rus", "Həyat", "İrşad", "Dəbistan", "Tazə həyat", "Füyuzat" və başqalarında çap edilmiş, divanı isə 1883 və 1887-ci illərdə Təbrizdə, 1901-ci ildə isə Bakıda nəşr edilmişdir. Sovet imperiyası dövründə isə şairin divanı mərhum Əliəbbas Müznib tərəfindən tərtib edilsə də çap edilməmişdir. Bu kitab ancaq müstəqillik dönəmində Sona Xəyal və Mustafa Mailoğlu tərəfindən transfonelimerasiya edilərək nəşrə hazırlanmış və 2004-cü ildə nəşr edilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi şair zəngin və çoxşaxəli ədəbi irsə malikdir.
Şeyx Həsinə
Şeyx Həsinə Vazid (benq. হাসিনা ওয়াজেদ, 28 sentyabr 1947[…]) – Banqladeşin Baş naziri (1996–2001, 2009-dan bəri), 2009-cu ildən "Avami Liq" partiyasının lideri Fəridpur vilayətində (dəqiqliklə, 1995-ci ildə yaradılmış Tonqiparə əyaləti) anadan olub. Müstəqil Banqladeşin ilk başçısı (1971–1975-ci illər), ölkədə "millət atası" adlanan Şeyx Mucibur Rəhmanın qızıdır. 1969-cu ildə Dəkkə şəhərində tələbə iğtişaşlarında iştirak edib. 1971-ci ildə Banqladeşin müstəqilliyi uğrunda gedən müharibə zamanı Pakistan işğalçı ordusu tərəfindən həbs edilib. 15 avqust 1975-ci ildə hərbi çevriliş zamanı Şeyx Mucibur Rəhman və onun 20-yə yaxın ailə üzvləri sui-qəsdçilər tərəfindən öldürülmüşdür; Şeyx Həsinə həmin vaxt Almaniya Federativ Respublikasında olmuş, bütün ailə üzvlərindən təkcə o və çevriliş zamanı Banqladeşdə olmayan bacısı da sağ qalmışdır. 1981-ci ildə, hələ xaricdə ikən atasının əvvəllər rəhbərlik etdiyi – "Avami Liq" partiyasının başçısı seçilmişdir. Həmin ildə Banqladeşə qayıtmışdır. Əvvəl hərbi rəhbər, sonra isə ölkənin başçısı olmuş Ərşad pejiminə və onun idarəçiliyuinə qarşı qatı müxalifətdə kütləvi etiraz aksiyasının təşkilatçısı olmuş, dəfələrlə həbs edilmişdir. 1991-ci ildə Ərşad hakimiyyətdən getdikdən və demokratik idarəetmə sisteminin bərpasından sonra, onun rəhbərlik etdiyi "Avami Liq", Halidə Ziyanın başçılıq etdiyi Bangladeş Milli Partiyasının parlament seçkilərində uduzdu.
Əl-Həsib
Əl-Həsib (ər. الحسيب) — Allahın adlarından biri.

Значение слова в других словарях