Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vyetçi
Vyetçi (vyet. Việt Trì) — Vyetnamın şimalında şəhər, Futxo vilayətinin paytaxtı. 2009-cu ilin məlumatlarına görə şəhərin əhalisi 99,147 nəfərdir. Vyetçi mahalının əhalisi 2010-cu ilə görə 260,288 nəfərdir. Rayonun sahəsi 110 km2. Hanoydan 75 km və Hoşimin şəhərindən 1,794 km məsafədə yerləşir. Böyük sənaye mərkəzi olan Vyetçi ölkənin böyük çay limanına sahibdir (yük daşımalarına görə Ninbindən sonra ikinci yerdədir): 2010-cu ildə 1,493 milyon ton olmuşdur. Xonq-banq sülaləsinin hakimiyyəti dövründə qədim vyet Vanlanq vilayətinin paytaxtı olmuş Fonqtyau şəhəri Vyetçi mahalının ərazisində yerləşirdi.
Sketç
Sketç — estrada üçün yazılmış kiçik məzhəkə.
Ketsi
Ketsi (gürc. კეცი) — Qırmızı gildən (kiçik) və ya qara daşdan (daha böyük) hazırlanmış tava. Gürcü mətbəxində ocaxuri, əcəbsənəli, mçadi, xaçapuri hazırlamaq və toyuq, balıq və s. qızartmaq üçün istifadə olunur. == Xüsüsiyyəti == Ketsi, mminimum yağ miqdarı ilə şirəli, dadlı yeməklər hazırlamağa imkan verir. Rus nimçəsi və bolqar sacı ilə eyni xüsusiyyətə malikdir. Gil qablar qoxuları yaxşı udur, ona görə də müxtəlif yeməklər üçün ya ketsi, ya da bu tavalardan bir neçəsini istifadə etmək lazım olur. == İstifadəsi == Ketsi yeməkləri qaz və ya elektrik sobasında, adi sobada və ya açıq odda bişirmək üçün istifadə olunur, lakin ketsi ilə kömürdə bişirildikdə yeməklər daha dadlı olur. Saxsı qablar özündə istiliyi uzun müddət saxladığı üçün, yeməyi daha uzun müddət isti saxlamaq üçün birbaşa ketsidə verilir. Bu cür qablar xüsusi qayğı tələb edir: onları dərhal yüksək atəşə qoymaq lazım deyil.
Yutaka İkeuçi
Yutaka İkeuçi (d. 25 avqust 1961) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
Heçi
Heçi (çin. 河池市) — Çinin Quansi-Çjuan muxtar rayonunda 4 milyona yaxın əhalisi olan şəhər.
Keçi
Ev keçisi (lat. Capra hircus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin dağ keçisi cinsinə aid heyvan növü. Ev keçisi ilk əhliləşdirilmiş heyvanlardan hesab olunur. Təqribən 9000 il bundan əvvəl Yaxın Şərqdə əhliləşdirilib. Bu keçinin əcdadı Egey dənizidəki yunan adalarından Türkiyə, İraq, İran və Pakistanda rast gəlinən vəhşi bezoar keçisi olub. Əksər erkək və dişiləri saqqallı olur. Bədənləri yunla örtülüdür. Qoyun sürülərində keçilər sayca azlıq təşkil edir. Bir sürüdə ən çoxu təxminən 10–15 baş keçi olur. Lakin Kiçik Qafqazın bəzi dağ və dağətəyi kəndlərində 50–60 başdan ibarət kiçik keçi sürüləri də olub və meümkündür ki, indi də olsun.
Anna Ketli
Anna Ketli (mac. Anna Kéthly, 16 noyabr 1889-cu il, Budapeşt, Avstriya-Macarıstan — 7 sentyabr 1976-cı il, Blankenberge, Belçika) — XX əsr, sosial-demokratiya istiqamətli macarıstan siyası xadimi. 1945–1948-ci illərdə Macarıstan sosial-demokrat partiyasının parlament fraksiyasındakı rəhbəri. 1956-cı ildə Macar inqilabı zamanı partiyanın yenidən yaradıcısı. == Bioqrafiyası == Anna doqquz uşaqlı kasıb bir ailədə anadan olmuşdur. 1917-ci ildə o Macarıstan sosial-demokrat partiyasına daxil olmuş və tezliklə partiyanın ən fəallarından biri oldu. 1919-cu Ketli partiya komitəsinə seçildi. Növbəti ildən isə Anna partiya qazeti olan "Népszava"da müxtəlif yazılar yazmağa başladı. 1922-ci ildə sosial-demokrtalar partiyasından parlamentə seçildi və ardıcıl olaraq 1944-cü ilə kimi parlamentdə partiyasını təmsil etdi. Faşit işğalı zamanı Budapeşti tərk etmiş və saxta sənədlə yaşamışdır.
Kenci Honnami
Kenci Honnami (23 iyun 1964, Osaka prefekturası) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Kenci Kavay
Kenci Kavay (23 aprel 1957, Tokio) — yapon bəstəkarı. == Həyatı == Kenci Kavay 23 aprel 1957-ci ildə Yaponiyanın Tokio şəhərində anadan olub.Uşaqlığından musiqiylə məşğul olurdu. Tokio Universitetini bitirib. == Animasiyada işləri == «Mobile Suit Gundam 00» «A-Ko the Versus» (OVA) «Aka-chan to Boku» «Blue Seed» (teleserial) «Blue Seed» (OVA) «Burn Up!» «Corrector Yui» «D4 Princess» «Dai-Guard» «Dark Myth» «Devilman» «Death Note» «Eyeshield 21» (tammetrajlı film) «Fate/stay night» «Ghost in the Shell» (tammetrajlı film) «Ghost in the Shell 2: Innocence» «Gunparade March» «Guystars — Fractions of The Earth» «Hime-chan’s Ribbon» «Higashi no Eden» «Higurashi no Naku Koro ni» «Higurashi no Naku Koro ni Kai» «Hyper Police» «Iczelion» «Irresponsible Captain Tylor» «Jinki:Extend» «Joker Game» «Kurogane Communication» «Luna Varga» «Maison Ikkoku» «Mermaid Forest» «Metal Fighter Miku» «Mighty Space Miners» «Mini Pato» «Mob Psycho 100» «Musha Maru Den Two» «Otogi Zoshi» «Patlabor» (OVA) «Patlabor» (телесериал) «Patlabor 1» (tammetrajlı film) «Patlabor 2» (tammetrajlı film) «Patlabor WXIII» (tammetrajlı film) «Ranma ½» (OVA) «Ranma ½» (teleserial) «Ranma ½: Big Trouble in Nekonron, China» (tammetrajlı film) «Rave Master» «Rune Soldier» «Samurai Pizza Cats» «SD Gundam Musha, Knight, Commando» «Sky Crawlers» (2008, tammetrajlı film) «Sorcerer Hunters» (teleserial) «Sorcerer Hunters» (OVA) «Starship Operators» «UFO Princess Valkyrie» «UFO Princess Valkyrie 2» «Vampire Princess Miyu» (OVA) «Vampire Princess Miyu» (teleserial) «Windy Tales» «YAT Anshin! Uchu Ryokou» «YAT Anshin!
Kenci Toçio
Kenci Toçio (d. 26 may 1941) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Keyci Kaymoto
Keyci Kaymoto (d. 26 noyabr 1972) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Keyci Tamada
Keyci Tamada (d. 11 aprel 1980) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 72 oyun keçirib, 16 qol vurub.
Kəmçi dağı
Kəmçi dağı - Ordubad rayonu ərazisində dağ. Şumer mənşəli qədim əfsanəyə görə, guya dünya daşqını baş vermiş, Nuh Peyğəmbər gəmisi ilə üzüb Gəmiqaya dağı ərazisinə çatmışdır. Burada suyun səviyyəsi çox hündürə qalxdığı üçün Gəmiqayanın zirvəsi belə görünməz olduğundan gəmi zirvəsindən ötüb keçərkən ona toxunub bərk silkələnmişdir. Lakin Nuh peyğəmbər bundan narahat olmayıb demişdir ki, bu, Kəmçi qaya, yəni kəm, kiçik qayadır. Ordubaddan cənubda, Arazın sağ sahilində (Cənubi Azərbaycanda) də Kəmşi adlı dağ varr. KƏMKİ dağı — El arasında Kəmçi dağının digər adı.
Vida həcci
Vida həcci – hicrətin onuncu ilinin Zülhiccə ayında Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə hicrət etdikdən sonra Məkkəyə ilk dönüşü, eyni zamanda ilk və sonuncu həccidir. Məhəmməd peyğəmbər cüməyə düşən bu ayın onuncu günündə minlərlə müsəlmanın qarşısında məşhur xütbəsini oxumuşdur. Peyğəmbər həcc mərasiminin son qaydalarını bu həcc zamanı yerinə yetirmişdir. Sonralar müsəlmanlar həcci bu qaydalara uyğun icra etməyə başlamışdırlar. Peyğəmbərin Vida həccincə oxuduğu xütbə "Yəqubi tarixi"ndə daha geniş formada verilib. Digər kitablarda bu xütbə nisbətən müxtəsər şəkildə rəvayət edilib. A. Əlizadə, E. Səmədov. İslam ensiklopedik lüğəti (tarix, fəlsəfə və hüquq). Bakı: AMEA Fəlsəfə və Hüquq institutu nəşri, 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s. 272.
Heyci Oykava
Heyci Oykava (及川 平治, Oykava Heyci, 28 mart 1875, Miyaqi prefekturası – 1939 və ya 1 yanvar 1938) – Yaponiya pedaqoqu. Yeni təhsil hərəkatında iştirak etmişdir. == Həyatı == 1875-ci ildə Yaponiyanın Miyaqi prefekturasında doğulmuşdur. 1907–1936-cı illərdə Hyoqo prefekturasındakı Akaşi Qadınlar Normal Məktəbinin nəzdində olan ibtidai məktəbin direktoru olmuşdur. O, almanların qrup instruksiyası nəzəriyyəsinin müdafiəçisi olmuş, uşaqların yaşadığı təcrübələrin vacibliyini vurğulamışdır. Amerikalı pedaqoq Con Dyuinin fikirlərindən təsirlənmişdir. Oykava 1920-ci illərin əvvəllərində Yaponiyada başlamış yeni hərəkatının nümayəndəsi olmuş və fikirlərini praktikaya çevirərək şagirdlərin fəaliyyətlərdəki iştirakını artırmağa çalışmışdır. O, məktəbdə öyrədilən şeylərin şagirdin həyatına inteqrasiya edilməsini və öyrədilənlər əsasında hərəkət edilməsi əsasında intellektin inkişaf etdirilməsini müdafiə etmişdir. 1912-ci ildə "Praktiki qrup işinin pedaqogikası" (Bundan şiki doteki kyoiku koqi yoko) adlı əsəri nəşr olunmuşdur. 1921-ci ildə Tokioda 5500 nəfərin iştirakı ilə baş tutmuş "Səkkiz Pedaqoq"un Pedaqoji Müdafiə Konfrasında "Dinamik təhsilin mahiyyəti" mövzusunda mühazirə ilə çıxış etmişdir.
Keti Beyts
Ketlin Doyl "Keti" Beyts (28 iyun 1948[…], Memfis, ABŞ) — Qızıl Qlobus mükafatlı Amerikalı teatr və kino aktrisası. == Filmoqrafiya == Titanik (1997) İlahi ordasan?
Keti Eder
Keti Eder — Amerikalı fəal və sosial sahibkar, 50 Miles More, Kids Tales və The Future Coalition sosial layihələrinin təsisçisi və rəhbəri, sonuncunun icraçı direktoru. 2019-cu ilin dekabr ayında Eder Forbes 30 Under 30 Hüquq və Siyasət siyahısına daxil edilir. == Bioqrafiya == Eder Viskonsin ştatının Milouki şəhərində anadan olub və böyüyüb. Keti 2018-ci ildə Şorewud Liseyini bitirib və 2020-ci ilin payızında Stenford Universitetinə daxil olub. Ailədə beş uşağın ən kiçiyidir. == Fəaliyyəti == === Uşaq nağılları === Keti 13 yaşında olanda “Kids Tales” (“Uşaq nağılları”) qeyri-kommersiya təşkilatını təsis edir. Təşkilatın məqsədi məktəbdən kənar heç vaxt yazmamış uşaqlar üçün yaradıcı yazı seminarları keçirməkdir. Kids Tales seminarı zamanı uşaqlar hekayə yazır, daha sonra antologiya kimi real kitabda nəşr olunur. Kids Tales seminarlarında doqquz ölkədən 1500 uşaq iştirak edir. Kids Tales 400-dən çox yeniyetmə müəllimi cəlb etmiş və 90 antologiya nəşr etdirmişdir.
Keti Fetişi
Keti Fetişi (alb. Keti Fetishi; 15 aprel 1997) — Albaniya peşəkar velosipedçisi. 2017-ci ilin yazından bəri, UCI Women’s Team kateqoriyasında onceria Zabri - Fanini Albaniya velosiped komandasında çıxış edir.
Keti Friman
Keti Friman—400 metr məsafəyə qaçış üzrə ixtisaslaşmış sabiq Avstraliyalı sprinter. O, 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında 400 metr məsafəyə qadınların yarışında birinci olmuşdur. Keti Friman həmçinin 2000-ci ildə Yay Olimpiya Oyunlarında Olimpiadanın məşəlini də yandırmışdı. Friman 1990-ci ildə 16 yaşında ilk dəfə Aborigen Birlik Oyunlarının qızıl mükafatçısı olub. 1994-cü il onun karyerasının yüksəliş dövrü idi. Kanadada təşkil olunmuş 1994-cü il Birlik Oyunlarında, Friman 200 metr və 400 metrlik məsafələrin hər ikisində qızıl medal qazanıb. O, həmçinin 1996-cı il Olimpiya Oyunlarında gümüş medal qazanıb və 1997-ci il Dünya Çempionatında 400 metr məsafyə yarışlarda birinci olub. 1998-ci ildə zədə səbəbindən Friman qaçış yarışlarından bir müddət ayrıldı. O, idmana 1999-cu il Dünya Çempionatında 400 m məsafəyə yarışda birinci yeri tutmaqla qayıdıb. Keti Friman 2003-ci ildə karyerasını bitirdiyini elan edib.
Keti Lamkin
Keti Lamkin (10 dekabr 1947, Qreyam[d], Texas – 4 aprel 2022) — ABŞ aktrisası.
Keti Perri
Ketrin Elizabet Hadson (ing. Katheryn Elizabeth Hudson; 25 oktyabr 1984, Santa-Barbara, Kaliforniya) — və ya səhnə adı Keti Perri (ing. Katy Perry) kimi tanınan ABŞ müğənnisi və bəstəkarı. Kiçik yaşlarından kilsələrdə çıxış edən Ketrin yeniyetməlik dövründə qospel ifaçısı olaraq musiqi karyerasına başlamaq qərarına gəlmişdir. Gənc müğənni Red Hill Records albom şirkəti ilə müqavilə imzalamış və 2001-ci ildə Katy Hudson adlı ilk qospel albomunu çıxartmış, lakin albom reklam cəhətdən müğənni üçün heçdə uğurlu olmamışdır. Red Hill Records-la əlaqələrini dayandırdıqdan sonra o, 2002-ci ildə beynəlxalq musiqi aləminə qatılmaq məqsədilə Los-Ancelesə köçmüşdür. O Los-Ancelesdə bir neçə tanınmış prodüserlərlə işləməyə başlamışdır. Növbəti dörd il boyunca müğənni iki albom şirkəti ilə anlaşmalar imzalamış və hər iki anlaşma ona həvəsində olduğu şöhrəti qazandıra bilməmişdir. "Keti Perri" səhnə adını götürdükdən sonra müğənni 2007-ci ilin aprel ayında Capitol Records albom şirkəti ilə növbəti anlaşma imzalamışdır. Keti Perri 2008-ci ildə One of the Boys adlandırdığı ikinci studio albomunda yer alan "I Kissed a Girl" və "Hot n Cold" sinqlları ilə dünyada şöhrət qazanmağa nail olmuşdur.
Keti Veselak
Keti Vezelak (ing. Cathy Weseluck) — kanadalı aktrisa və komediyaçı, Vankuverdə okean Produktions ilə tez - tez işləyən, Britaniya Kolumbiyası və tanındğı rollar Ölüm Dəftərində "Near", Kibersiks/Adrian Seydelmanada "Cybersix" və Mənim kiçik Ponimə:Dostluq sehrində "Spike". == Erkən illəri == Keti Veselak Kanadanın Toronto şəhərində anadan olub. Onun rus kökləri var. Onun qohumları əslən Rusiya imperiyasından və ya Sovet İttifaqından (indiki Belarus ərazisi) gəlir. == Karyera == === Radyo === Səs aktrisası olmadan əvvəl, Vezelak, CBC radiosunda əlaqəli bir istehsalçı idi, aparıcılardan biri özünü səsləndirmədə sınamağı məsləhət gördü. Onun ilk səs işi Vancouver Centre ticarət mərkəzi üçün radio stansiyası oldu. === Səsləndirmə === Veselak bir çox cizgi filmləri və anime seriyasını səsləndirdi. O, Qandamın mobil kostyumunda Mirai yasima, Qandam qanadı Dorothy Catalonia və Katherine Bloom, Ölüm dəftəri yanında, Cybersixdə Cybersix, 1 / 2 dərəcə şampun, İnuyash ildə Kagome anası, Vern in U. B. O. S., Project ARMS və toddler Tranx, Chaotsu və Purar da Misa Takatsuki (bir çox başqaları arasında). O, həmçinin "mənim kiçik ponim: Dostluq sehrdir"animasiya uşaq serialında Spike və bir neçə ikinci dərəcəli personajları səsləndirir.
Keti Şixi
Keti Şixi (d. 26 aprel 1970) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Keti Şixi, ABŞ yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Avstraliya yığmasına 4:5 hesabı ilə məğlub olan ABŞ yığması, Sidney Olimpiadasının gümüş medalına sahib oldu.
Keçi doqquzdonu
Keçi doqquzdonu (lat. Lonicera caprifolium) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Avropada, Kiçik Asiyada kolluqlarda və meşələrdə bitir. Böyük və Kiçik Qafqazda yayılmışdır. == Botaniki təsviri == Sarmaşan və ya sürünən koldur, 8 m-dək uzana bilir. Cavan zoğları çılpaq, açıq-yaşıl, işıq düşən tərəfdə isə bənövşəyi-qırmızı olur. Yarpaqları 4-10 sm uzunluğunda, möhkəm, dərili, ellipsvari və ya enli-ellipsvari, üst tərəfi tünd-yaşıl, alt hissəsi isə göyümtül rənglidir. Yuxarı yarpaqların 2-3 cütü ellipsvari diskə yığılır, rəngini payıza qədər saxlayır. Üç yaşından etibarən çiçəkləməyə başlayır. Çiçəkləri oturaqdır.
Keçi məməsi
Keçməməsi və ya Keçi məməsi — el şənliklərində və toylarda geniş oynanılan Azərbaycanın ən qədim kişi rəqslərindən biri. Əsasən Şirvan zonası və Bakı kəndlərində məşhurdur. Çox gözəl melodiyalı və ahəngdar musiqisi var. Rəqs bir qədər aram və cəld templə də ifadə oluna bilər. Bu rəqs Orta Mahur və Bayatı-Qacar üzərində qurulmuşdur. Musiqisinin tondan-tona keçməsi onu daha da coşqun və ahəngdar edir. Bəzən bu rəqsi səhvən "Keçi məməsi" adlandırırlar ki, bu da məzmuna uyğun gəlmir. Əslində rəqsin "keçməməsi" adlandırılması, rəqs edənlərin bir-biri ilə yarışa girərək gözəl və çevik rəqs hərəkətləri nümayiş etdirməklə rəqabət aparmasına, bir-birini keçməsinə işarə edir.