Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hələb
Hələb (ərəb. حلب‎‎ ḥalab; q.yun. Βέροια Béroia; yun. Χαλέπι Chalépi; osm. حلب haleb; türk. Halep; ing. Aleppo) — Suriya Ərəb Respublikasının şimal-qərbində yerləşən şəhər. Hələb vilayətinin mərkəzi sayılan bu şəhər həm də Suriyanın əhali baxımından ən böyük şəhəridir. Ümumi ərazisi 16,000 km² olan Hələbdə 4,393,000 əhali yaşayır. Hələb dünyanın ən qədim insan məskənlərindən biridir.
Hələb (İcrud)
Hələb - İranın Zəncan ostanının İcrud şəhristanının Hələb bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 829 nəfər və ya 218 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Hələb Universiteti
Hələb Universiteti (ərəb. جامعة حلب‎ Camiʿət Ḥələb) — Suriyanın Hələb şəhərində dövlət universiteti, əsası 1958-ci ildə qoyulub.
Hələb mühafazası
Hələb mühafəzəsi (ərəb. مُحافظة حلب‎: Muhāfazat Halab) - Suriyanın 14 mühafəzəsindən biridir. == Coğrafiyası == Mühafəzənin ərazisi 18,482 km², inzibati mərkəzi Hələb şəhəridir. == Əhalisi == 2011-ci ilin dekabrın 31-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 4,868,000 nəfərdir. Mühafaza ərazisində 350 türkmən kəndi vardır.
Hələb mühafazlığı
Hələb mühafəzəsi (ərəb. مُحافظة حلب‎: Muhāfazat Halab) - Suriyanın 14 mühafəzəsindən biridir. == Coğrafiyası == Mühafəzənin ərazisi 18,482 km², inzibati mərkəzi Hələb şəhəridir. == Əhalisi == 2011-ci ilin dekabrın 31-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 4,868,000 nəfərdir. Mühafaza ərazisində 350 türkmən kəndi vardır.
Hələb mühafəzəsi
Hələb mühafəzəsi (ərəb. مُحافظة حلب‎: Muhāfazat Halab) - Suriyanın 14 mühafəzəsindən biridir. == Coğrafiyası == Mühafəzənin ərazisi 18,482 km², inzibati mərkəzi Hələb şəhəridir. == Əhalisi == 2011-ci ilin dekabrın 31-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 4,868,000 nəfərdir. Mühafaza ərazisində 350 türkmən kəndi vardır.
Hələb qalası
Hələb qalası (ərəb. قلعة حلب‎‎) — Suriyanın Hələb şəhərində, möhkəmləndirilmiş böyük orta əsr sarayı. Dünyanın ən qədim və ən böyük qalalarından biri sayılır. Qala təpəsinin istifadəsi e.ə.3000-cü illərə əsaslanır. Sonradan Yunan, Bizans, Əyyubi, Məmlük və Osmanlı mədəniyyətləri tərəfindən zəbt edilmişdir. Tikilinin çoxu Əyyubi dövrünə əsaslandığı güman edilir. 2000-ci illərdə Aga Khan Trust for Culture ilə Aleppo Archeological Society tərəfindən hərtərəfli bərpa işi aparılmışdır. Şəhərə hakim olan qala, 1986-cı ildən YUNESKO-nun Dünya İrs Siyahısındadır.
Hələb sabunu
Hələb sabunu — əldəqayırma, sərt sabun qəlibidir ki, zeytun yağı və kül suyundan Suriyanın Hələb şəhərində hazırlanır. Hələb sabunu, zeytun və dəfnə ağaclarının meyvələrindən əldə edilən təbii yağlayardan hazırlanır və bioloji olaraq parçalanabilir.
Hələb vilayəti
Hələb vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1918–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Hələb şəhəri idi.
Hələb çınqılotu
Hələb çınqılotu (lat. Geum aleppicum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. == Yayılması == Orta Asiyada, Şimali Amerikada Rusiyanın Avropa hissəsində, Sibirdə, Uzaq Şərqdə yayılmışdır. == Sinonimləri == Geum aleppicum var. bipinnatum (Batalin) Hand.-Mazz. Geum aleppicum var. glabricaule (Juz.) Vorosch. Geum aleppicum subsp. strictum (Sol.) R.T.Clausen Geum aleppicum var. strictum (Sol.) Fernald Geum besserianum Fisch.
Hələb şamı
Pinus halepensis (lat. Pinus halepensis) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. == Yayılması == Aralıq dənizi ölkələri, İspaniya, Fransa, Almaniya, o cümlədən Şimali Afrika, Suriya, Fələstində yabanı halda bitir. Hündürlüyü 25 m-ə, diametri 50 sm-ə çatan, düz və ya əyrigövdəli ağacdır. Cavan ağacların çətiri sıx, oval-konusvarı və ya piramidaldır. Budaqları uzun elastik, iynəyarpaqlarla örtülmüşdür, zoğları nazikdir, tumurcuqların uzunluğu 5–10 mm-ə çatır. İynəyarpaqları cüt-cüt yerləşir, yumşaq və nazikdir, cavan iynəyarpaqlar açıq-yaşıl, yaşlı iynəyarpaqlar isə tünd yaşıl olub, kənarları hamar, ucları sivriləşmişdir. Yarpaq qını 5–8 mm uzunluqdadır. Qozaları meyvə saplaqlarından asılı halda yerləşir. 2-6 ədədi bir yerdə və ya tək-təkdir.
Hələb əmirliyi
Hələb (ərəb. حلب‎‎ ḥalab; q.yun. Βέροια Béroia; yun. Χαλέπι Chalépi; osm. حلب haleb; türk. Halep; ing. Aleppo) — Suriya Ərəb Respublikasının şimal-qərbində yerləşən şəhər. Hələb vilayətinin mərkəzi sayılan bu şəhər həm də Suriyanın əhali baxımından ən böyük şəhəridir. Ümumi ərazisi 16,000 km² olan Hələbdə 4,393,000 əhali yaşayır. Hələb dünyanın ən qədim insan məskənlərindən biridir.
Hələb əyaləti
Hələb əyaləti — Osmanlı imperiyasının əyalətlərindən biri.
Qleb Abakumov
Qleb Arsentiyeviç Abakumov (rus. Гле́б Арсе́нтьевич Абаку́мов; 30 sentyabr 1937, Yadrin[d] – 29 avqust 2019, Nijni Novqorod) — SSRİ və Rusiya kimyaçısı. O, Rusiya Elmlər Akademiyasının müxbir üzvü (1991), SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1987-ci ildən), Rusiya Elmlər Akademiyasının akademiki (2000-ci ildən) olmuşdur. == Həyatı == 1962-ci ildə N.İ. Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir. Kimya elmləri doktoru (1976), professor (1980), Nijni Novqorod Dövlət Universitetinin Kimya fakültəsində (1962–1964), SSRİ Elmlər Akademiyasının polimerlərin stabilləşdirilməsi laboratoriyasında (1964–1968), SSRİ Elmlər Akademiyasının Kimya İnstitutunda (1968–1988) işləmişdir. Rusiya Elmlər Akademiyasının Q. A. Razuvayev adına Metal Üzvi Kimya İnstitutunun direktoru, 2016–2019-cu illərdə institutun elmi direktoru olmuşdur. Nijni Novqorod şəhərində yerləşən Buqrovski qəbiristanlığında dəfn edildi. == Nəşrlər == Rusiya və beynəlxalq elmi jurnallarda 350-yə yaxın nəşrin müəllifidir. == Təltif və mükafatlar == SSRİ Dövlət Mükafatı (1985) "Dostluq" ordeni (1999) == İstinadlar == == Xarici keçidlər == Абакумов Глеб Арсентьевич. Информационная система «Архивы Российской академии наук».
Qleb Strijenov
Qleb Aleksandroviç Strijenov (rus. Глеб Александрович Стриженов; 21 iyul 1925, Voronej, SSRİ – 4 oktyabr 1985, Moskva) — SSRİ aktyoru, əməkdar artist. (1974) == Həyatı == Oleq Strijenovun qardaşı olan Qleb Rusiyanın Voronej şəhərində, 1923-cü ildə dünyaya gəlmişdir.
Suran (Hələb)
Sövran (ərəb. صوران‎; türk. Savran) — Suriyanın Hələb mühafəzəsində şəhər, Əzaz məntəqəsində eyniadlı nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 6.988 nəfərdir. Əhalini türkmanlar təşkil edir.
Qleb Panfilov
Qleb Anatolyeviç Panfilov (rus. Глеб Анатольевич Панфилов; 21 may 1934, Maqnitoqorsk, Çelyabinsk vilayəti – 26 avqust 2023, Moskva) — Rusiya və Sovet rejissoru və ssenaristi. == Həyatı == Qleb Panfilov 21 may 1934-cü ildə Maqnitoqorskda doğulub. 1957-ci ildə Ural Politexnik İnstitutunun kimya fakültəsini bitirir. 1961-ci ildə Sverdlovsk televiziyasında çalışmağa başlayır. 1960–1963-cü illərdə Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunda operatorluq fakültəsində qiyabi təhsil alır, sonra isə rejissorluq şöbəsində əyani təhsilə keçir. 1966-cı ildə Lenfilmdə çalışmağa başlayaraq, orada 1967-ci ildə "В огне брода нет" (Yanğında keçid yoxdur) adlı ilk bədii filmini çəkir. 1970-ci ildə "Начало" (Başlanğıc) filmini çəkir. Filmin çəkilişləri zamanı Panfilov aktrisa İnna Çurikova ilə ailə həyatı qurur. O vaxtdan bəri o, onun ilham pərisinə çevrilir.
Heb-Sed
Heb-Sed və ya Sed Bayramı ("quyruq bayramı") Qədim Misirdə ən qədim və qədim dövrlərə aid hökümdarın şərəfinə təşkil olunan bir mərasimdir. Bu mərasim Ptolomey dövrünə qədər hökumdarların həyatında onların təqdimatı üçün mühüm hadisə sayılırdı. Bayram xüsusən fironun hökumranlığının otuzuncu ilindən başlayaraq üç ildən bir keçirilərmiş. Bu qədim mərasim hələ firon Den və Coserin zamanında qeyd olunmuşdur. Təkcə hökumdar Xatşeptsut Heb-Sed mərasimini vaxtından əvvəl, Hökumranlığının XVI ilindən başlayaraq qeyd etmişdir. Bu mərasimdə məqsəd hökumdar səltənətinin nəyə qadir olmasını göstərmək olmuşdur. Mərasimin ilkin yaranma səbəbi tam izah edilməmişdir. Bəzi misirşünaslar qeyd edirlər ki, mərasimin qayəsi yaşlaşmış və qocalmış hökumdarın hakimiyyət dövrünün yubiley kimi qeyd etməklə yanaşı onun öldürülərək cavan hökumdarla əvəz etdirilməsi olmuşdur. Afrika xalqları arasında hökumdarın bu şəkildə öldürülməsi müasir dövrlərə qədər gəlib çatmışdır. Bayramın əsas elementi heyvan quyruğu olmuş sonrakı dövrlərdə onu ced əvəz etmişdir.
Hələb Beynəlxalq Stadionu
Hələb Beynəlxalq Stadionu (ərəb. ملعب حلب الدولي‎) — Olimpik bir standartlara uyğun, çoxlu imkanlara malik, tamamilə üstü bağlı olan və Hələb şəhərindəki stadiondur. Suriyanın ən böyük stadionudur və hal-hazırda əksər futbol oyunları üçün istifadə edilir. Əl-ittihad Hələb klubu öz ev oyunlarını bu stadionda keçirir. Eyni zamanda Suriya Milli futbol komandasının bəzən ev sahibliyi etdiyi stadiondur. Stadion 2007-ci ildə açılmışdır və 75000 tamaşaçı tutumuna malikdir. Stadion Hələbin cənub bölgəsində, Əl-Həmədani İdman Şəhərciyinin yaxınlığında yerləşmişdir. == Tarixi == Stadiounun inşasına Polşalı inşaatçı-memar Stanislav Kus ilə memar Fevzi Xəlifənin köməyi ilə dizaynlara əsaslanaraq 1980-ci ildə başlanılmışdır. Aralıq Dənizi oyunları üçün 1987-ci ildə inşasının başa çatması planlaşdırılırdı. Suriya hökumətinin səlahiyyətliləri bütün çətinliklərin öhdəsindən gəlmək üçün ciddi bir proqramı tətbiq etdi, ancaq tikinti müddəti 2003-ci ilə qədər dayandı və maliyyə çətinliklər səbəbiylə 2 il gecikdi.
Şəhrək-i Hələb (Mahnişan)
Şəhrək-i Hələb (fars. شهرك حلب‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 551 nəfər yaşayır (112 ailə).
Müqəddəs Boris və Qleb kilsəsi
Müqəddəs Boris və Qleb kilsəsi (belar. Каложская царква, Царква Св. Барыса і Глеба) — Belarusiyanın Qrodno şəhərindəki ən köhnə tikilidir. Qara Ruteniya memarlığının yeganə sağ qalan abidəsidir. Bu memarlıq üslubu digər Pravoslav kilsələrindən divarda xaç və ya digər fiqurlar yaratmaq üçün düzülmüş göy, yaşıl və ya qırmızı rəngli daşlarla bəzədilmiş fasadı ilə fərqlənir. == Memarlıq == Kilsə altı dairəvi sütun tərəfindən dəstəklənən çarpaz damlı bir binadır. Binanın xarici binanın özü kimi dairəvi formalı künclərə sahib sütunlarla dəstəklənib. Yandakı çıxıntılarda iki pilləkən aşkar edilmişdir və bunların məqsədi aydın deyil. Döşəmə dekorativ naxışlar təşkil edən keramik kafel ilə döşənmişdir. Daxili adətən Şərqi pravoslav kilsələrində rezonator kimi xidmət edən, lakin bu tikilidə dekorativ görüntü üçün vurulmuş saysız-hesapsız küplərlə örtülmüşdür.
Ales
Ales (fr. Alès) — Fransada yerləşən Ales rayonun inzibati mərkəzi. == Tarixi == XVI əsrdə Ales mühüm quqenot mərkəzi idi. Şəhərin 1629-cu ildə Fransanın kralı XIII Luis tərəfindən ələ keçirildikdən sonra Nantesin fərmanını təsdiqləyən sülh müqaviləsi bağlanmışdı.
Alet
Alet (Mikena çarı) — yunan mifologiyasında personaj. Alet (Korinf çarı) — yunan mifologiyasında personaj.
Alət
Alət — obyektə təsir etmək üçün əl ilə idarə edilən sadə qurğu, predmet və ya maşın. Onunla obyekt öyrənilir, ölçülür və ya dəyişilir. Geniş mənada obyekti dəyişmək və ya yaratmaq üçün istifadə edilən vasitə. O ancaq əmək aləti olaraq köməkçi vasitə deyil. == Alət anlayışı == "Alət" heç də bütün maşən və qurğular demək deyil. Alət dedikdə əllə istifadə edilə bilən, daşınan və ötürülə bilən qeyri-stasionar qurğular başa düşülür. Təbiətdə alətlərin məqsədli hazırlanması qabiliyyəti insanlarla yanaşı bəzi heyvanlara da aiddir. Hissənin alətlə emalı insan və heyvanın fiziki gücünün istifadəsi və ya maşınların tətbiqi ilə həyata keçirilir. Aləti sərbəst olaraq tətbiq edən maşın və dəzgahlar alət hesab edilmir. Ümumlilkdə alət aşağıdakı hallara xasdır: Dülgərlik işləri (çəkic, yiyə, açar), Presləmə və yayma prosesləri (formalar), Dəzgahlarda tətiq olunan kəsmə əməliyyatları (kəski, frez, burğu) İnformasiya texnologiyasında yeni proqramların yaradılmasında (kompayler, interpreter).
Bled
Bled (sloven. Bled, alm. Veldes‎) — Sloveniyanın şimal-qərb hissəsində yerləşən şəhər. İtaliya və Avstriya sərhəddinə yaxındır. 2002-ci ilin siyahıya alınmasına görə şəhərin əhalisi— 5252 nəfərdir. Şəhər ətrafı yaşayış məntəqələri ilə birlikdə — 10 899 nəfərdir. Bled şəhəri Bled gölü sahilində, Yulian Alpları dağları ətəklərində yerləşir. Şəhər Triqlav Milli Parkından şərqindədir. Ölkənin populyar turizm mərkəzi hesab olunur == Coğrafiyası == Bled ölkənin paytaxtı Lyublyanadan 45 km şimal-qərbdə və Esenise şəhərindən isə 10 km cənub-şərqdə yerləşir. Şəhərin 8 km şimalından Avstriya sərhəddi, 40 km qərbindən isə italiya sərhəddi keçir.
Ereb
Ereb (yun. Ἔρεβος; lat. Erebus, mənası zülmət, qaranlıq deməkdir.) qədim yunan mifologiyasında və Hesiod teoqoniyasına görə daimi zülməti tərənnüm edən Xaosdan sonra törənmiş ilk tanrılardan biri, Niksin qardaşı və ondan dünyaya gətirmiş olduğu Efir və Hemeranın atasıdır. Mifologiyaya görə, yeraltında qalan mağaralar və digər qaranlıqlar Erebin hökmündədir.
FLEK
FLEK (ing. Front for the Liberation of the Enclave of Cabinda) — Anqolanın anklav Kabinda əyalətinin müstəqilliyi uğrunda silahlı mübarizə aparan terror təşkilatı.