XASA

прил. разг. поджаристый. Xasa çörək поджаристый хлеб
XAS-XALİS
XASİYYƏT
OBASTAN VİKİ
Xasa Vəliyev
Vəliyeva Xasa Cahangir qızı (1909, Şərur-Dərələyəz qəzası – 2 iyun 1984, İliç rayonu) – əmək qabaqcılı. Sosialist Əməyi Qəhrəmanı (1949). 1909-cu ildə Kəngərli rayonunun Qarabağlar kəndində anadan olub. Əmək fəaliyyətinə başladığı vaxtdan kolxozçu, 1958-ci ildən manqa başçısı işləmişdir. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 1949-cu ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 1984-cü il iyun ayının 2-də vəfat etmişdir. Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi.
Əl-Xasa
Əl-Əhsa, həmçinin Əl-Həsa və ya Əl-Xasa (ərəb. الْأَحْسَاء‎) — Səudiyyə Ərəbistanının Şərq vilayəti ərazisində ərazi. Ərəbistan yarımadasının şimal-şərqində qərarlaşır. İran körfəzi sahillərindən Qətər yarımadası və Əl-Cafura səhrasına qədər uzanır.
Arif Xasayev
Arif Murtuzəli oğlu Xasayev (27 avqust 1934, Qazax rayonu – 13 may 2006) — texnika elmləri doktoru, professor. ADNA-nın kafedra müdiri (1978–1996), "Qaradağneft" NQÇİ ÜNİPR-in rəisi, "Neft və qazın hasilatı" elmi-tədqiqat şöbəsinin rəhbəri. == Həyatı == Xasayev Arif Murtuzəli oğlu Azərbaycanın Qazax rayonunun Qıraq Kəsəmənli kəndində anadan olmuşdur. 1956-cı ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSi-nun neft-mədən fakültəsini bitirdikdən sonra, 1966-cı ilə qədər respublikanın neft mədənlərində, "Qaradağneft" NQÇİ ÜNİPR-in operatorundan rəisinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1963-cü ildə "İstismar quyularında suların təcridi məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1966–1986-cı illərdə onun elmi fəaliyyəti AzETNÇİ və AzNKİ ilə bağlı olub və burada o "Layların eyni vaxtda ayrı-ayrılıqda istismarı", "Neft hasilatının yeni üsulları", "Laylara fiziki-kimyəvi təsir üsulları" laboratoriyalarına və "Neft və qazın hasilatı" elmi-tədqiqat şöbəsinə rəhbərlik etmişdir. 1974-cü ildə "Neft hasilatında qeyri-nyuton sistemlərinin tətbiqinin xassələrinin və xüsusiyyətlərinin tədqiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. == Elmi fəaliyyəti == Xasayev A.M. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: neft yataqlarının işlənilməsi və istismarının müxtəlif problemlərinin həlli. Xasayev A.M. 200-dən artıq elmi məqalənin, bir sıra monoqrafiyanın, dərsliklərin, tədris-metodik vəsaitlərin müəllifidir.
Badri Xasaia
Badri Xasaia (gürc. ბადრი ხასაია; 24 sentyabr 1979, Kutaisi) — Gürcüstan yunan-roma güləşçisi, Avropa çempionu, dünya çempionatlarının mükafatçısı. == Həyatı == 1979-cu ildə Kutaisi şəhərində anadan olub. 1995-ci ildə kadetlər arasında dünya birinciliyinin gümüş mükafatçısı olmuşdur. 1998-ci ildə yeniyetmələr arasında dünya birinciliyinin gümüş mükafatçısı olmuşdur. 1999-cu ildə yeniyetmələr arasında Avropa çempionu oldu. 2002-ci ildə dünya çempionatının gümüş mükafatçısı və Avropa çempionu oldu. 2005-ci ildə Avropa çempionatının bürünc medalçısı oldu. 2007-ci ildə dünya çempionatının bürünc medalını qazandı. 2008-ci ildə Avropa Çempionatının gümüş medalına sahib oldu, lakin Pekin Olimpiya oyunlarında yalnız 16-cı ola bildi.
Elməddin Xasayev
Qoşaqışlaq-i Xasayi (Biləsuvar)
Qoşaqışlaq-i Xasayi (fars. قوشاقشلاق خاصاي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 14 nəfər yaşayır (4 ailə).
Rauf Xasayev
Xasayev Rauf Murtuzəli oğlu - texnika elmləri doktoru, professor Xasayev Rauf Murtuzəli oğlu Azərbaycanın Qazax rayonunun Qıraq Kəsəmənli kəndində anadan olmuşdur. 1957-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mexanika fakültəsini fərqlənmə ilə bitirdikdən sonra, "Azərdənizneftkəşfiyyatı" trestində qazıma briqadasında fəhlə, qazmaçı köməkçisi və qazıma işləri idarəsində baş mühəndis işləmişdir. 1958-1960-cı illərdə Azərbaycan BK LKSM-də təlimatçı və şöbə müdiri olmuşdur. 1960-1967-ci illərdə Neft Sənayesi Nazirliyi "Xəzərdənizneftkəşfiyyat" qazıma işləri idarəsində istehsalat-texniki idarəsinin rəisi olmuşdur. 1964-1965-ci illərdə Ümumittifaq təhlükəsizlik texnikası elmi-tədqiqat institutunun aspirantı olub. 1965-cı ildə "Yuyucu qazıma məhlullarının hərəkəti zamanı hidravlik itkilərin tədqiqi və quyuların salınması prosesində bəzi mürəkkəbləşmələrin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1967-1969-cu illərdə AzPİ-nun "Nəzəri mexanika" kafedrasında baş müəllim, AzNKİ-nun "Neft və qaz yataqlarının işlənilməsi" kafedrasında dosent kimi çalışıb. 1969-1989-cu illərdə Ümumittifaq təhlükəsizlik texnikası elmi-tədqiqat institutunda laboratoriya rəhbəri, 1989-cu ildə isə elmi işlər üzrə direktor müavini işləyibdir. 1986-cı ildə "İstilikqazohidrodinamika, yuyucu məhlullar problemlərinin tədqiqi və quyuların salınması prosesindəki mürəkkəbləşmələrlə mübarizə üsullarının işlənilməsi üçün ölçülərin işlənilməsində tətbiq edilməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1991-1996-cı illərdə "Əməyin və ətraf mühitin mühafizəsi", "Sənaye ekologiyası və həyat fəaliyyətinin təhlükəsizliyi" kafedralarının rəhbəri, 1996-1999-cu illərdə isə AzPİ-nun kafedrasında professor olmuşdur.
Səbinə Xasayeva
Səbinə Səməd qızı Xasayeva (qızlıq soyadı: Süleymanova; 30 mart 1993, Bakı) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Milli Məclisinin VI çağırış deputatı. Səbinə Xasayeva 30 mart 1990-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq bölməsindən məzun olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İdarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr dərəcəsi alıb. İngilis və norveç dillərini bilir. Evlidir, 2 övladı var. Səbinə Xasayeva 2014 və 2019-cu illərdə baş tutan bələdiyyə seçimlərində 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən Lökbatan bələdiyyəsinin üzvü seçilmişdir. 2015-2019-cu illərdə Lökbatan bələdiyyəsi sədrinin müavini vəzifəsində çalışmışdır. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. YAP Gənclər Birliyi İdarə Heyətinin üzvüdür.
Səbuhi Xasayev
Səbuhi Xasayev (əsgər)
Xasabad (Üskü)
Xasabad (fars. خاص اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.252 nəfər yaşayır (344 ailə).
Xasabağ
Hacıməlik (əvvəlki adı: Əzizbəyov) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati-ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Xanlar rayonunun Yeni Əli Bayramlı inzibati ərazi vahidinin Əzizbəyov kəndi və Quşqara kənd inzibati ərazi vahidinin Xasobağ qəsəbəsi vahid yaşayış məntəqəsi kimi şəhər tipli qəsəbə kateqoriyasına aid edilmiş, şəhər tipli Əzizbəyov qəsəbəsi mərkəz olmaqla Əzizbəyov qəsəbə ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Əzizbəyov qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Əzizbəyov şəhər tipli qəsəbə Hacıməlik şəhər tipli qəsəbə, Əzizbəyov qəsəbə inzibati-ərazi vahidi Hacıməlik qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. Hacıməlik qəsəbəsini təşkil edən keçmiş Xasabağ qəsəbəsi Gəncə şəhəri yaxınlığında yerləşir. Qəsəbəni 1960-cı illərdə Nizami adına sovxozun üçüncu Şöbəsi yanında vaxtilə Gürcüstandan Orta Asyaya surgun edilmiş və sonralar Azərbaycana gəlib burada məskunlaşmış türklər Xasabağı adlı ərazidə salmışlar. Yerli əhalinin məlumatına görə, Xasa buradakı bağın sahibinin adı olmuşdur. Oykonim "Xasanın bağı" mənasındadır.
Xasadarlı
Xasadarlı (İraq)
Xasadarlı (Goranboy)
Xasadarlı — Azərbaycan Respublikasının Goranboy rayonunun Səmədabad kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Əzizbəyov kənd inzibati-ərazi vahidinin Xasadarlı kəndi Səmədabad kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. Tədqiqatçılara görə, oykonimin əsli Xasadərəli olmalıdır. Onların fikrincə, xasa (Azərbaycan dilinin bəzi dialektlərində "yaşıllıq, göylük" mənasında işlənir) və dərə komponentlərindən düzəlmiş bu oykonim "yaşıl dərə" mənasındadır. Lakin eyni zamanda, dialektlərimizdə "çirkli, bulanıq" mənasında həsə sözü də işlənir ki, bu da Xəsədərəli (Həsədərəli) toponiminin Qarasuçay dərəsi coğrafi adı ilə eyni mənanı daşıdığını söyləməyə əsas verir. Kənd Qarasuçayın dərəsində, Gəncə-Qazax düzənliyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 255 nəfər əhali yaşayır.
Xasadarlı (İraq)
Xasadarlı — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Süleymanbəy nahiyyəsində kənd. Əhalisinin 90%-dən çoxunu etnik türkmanlar, qalan qismini isə kürdlər təşkil edir.
Xasan gölü
Xasan gölü — Rusiya Federasiyasının Primorsk diyarı ərazisində elədə böyük olmayan şirinsulu göl. Vladivostokdan 130 km cənub-qərbdə Çinlə sərhəddən bir qədər aralıda, Poset körfəzindən cənub-şərdə yerləşir. Xasan rayonunda olan dörd gölfdən biridir ki, burada şanagüllə bitir. Gölün sahəsi 2,23 km², su toplayıcı sahəsi isə 6,68 km²dir. Gölün adı dünya tarixinə SSRİ və Yaponiya arasında baş vermiş Xasangöl döyüşü ilə əlaqəli düşmüşdür. Bununla əlaqədar Rusiyada bir çox adlar meydana gəmişdir. Sankt-Peterburq — Xasanskaya küçəsi. Omsk — «Xasan gölü» küçəsi. Perm — «Xasan qəhrəmanları» küçəsi.
Xasaqa
Xasavyurd
Xasavyurd (qum. Хасав-юрт, rus. Хасавюрт, 1847-ci ilə kimi Yarıqsu, qum. Yarıqsuw, Ярыкъсув, rus. Ярыксув) — Rusiyada şəhər, Dağıstanın Xasavyurd rayonun inzibati mərkəzi. Şəhərdə eyniadlı dəmiryol stansiyası vardır.
Xasavyurd rayonu
Xasavyurd rayonu – Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. Rayonun sahəsi 1.425 km², inzibati mərkəzi Xasavyurd şəhəridir. Rayonun əhalisi 149.293 nəfərdir (2015-ci il).
Xasavyurt
Xasavyurd (qum. Хасав-юрт, rus. Хасавюрт, 1847-ci ilə kimi Yarıqsu, qum. Yarıqsuw, Ярыкъсув, rus. Ярыксув) — Rusiyada şəhər, Dağıstanın Xasavyurd rayonun inzibati mərkəzi. Şəhərdə eyniadlı dəmiryol stansiyası vardır.
Xasavyurt müqaviləsi
Xasavyurt müqaviləsi — Rusiya Federasiyası federal hökumətinin nümayəndələri və Çeçen İçkeriya Respublikası rəhbərliyinin 31 avqust 1996-cı il tarixli birgə imzaladığı müqavilə. Müqavilə Rusiya Federasiyası və Çeçenistan Respublikası qarşılıqlı əlaqələrin prinsiplərini özündə əks etdirir. Xasavyurt müqaviləsinin imzalanmasından sonra Çeçenistan ərazisində hərbi əməliyyatlar dayandırılır və Birinci Çeçenistan müharibəsi başa çatır. Müqavilə 1996-cı ilin avqustunda Qroznı, Arqun, Qudermes şəhərləri üzərində nəzarəti quran Çeçenistan İçkeriya Respublikasının silahlı birləşmələrinin uğurlu "Cihad" hərbi əməliyyatı fonunda imzalanmışdır. Federal qoşunların maddi, texniki dəstəyi və hərəkətlərinin kifayət qədər yaxşı təşkil edilməməsi müqaviləyə rəvac verir. Rusiya Silahlı Qüvvələrinin general-leytenantı Lev Roxlinin fikrincə, problemi hərbi yolla həll etmək cəhdinin özü səhv addım idi. Sənədi imzalayanlar (imzalanma zamanı tutulan vəzifələr):Çeçen İçkeriya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aslan Masxadov (Çeçenistanın İçkeriya Respublikasının Prezidenti vəzifəsini icra edən Zəlimxan Yandarbiyev adından) və Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibi Aleksandr Lebed (Rusiya Prezidenti Boris Yeltsin adından). Bundan əlavə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Sergey Xarlamov və İçkeriya Çeçenistan Respublikasınin vitse-prezidenti Said-Xasan Abumuslimov da müqavilələr imzaladılar. 22 avqust 1996-cı il tarixli Qroznı şəhərində və Çeçenistan Respublikasının ərazisindəki atəşkəs və hərbi əməliyyatların təxirəsalınmaz tədbirləri haqqında sazişdən fərqli olaraq, imzalayanların adlarının soyadları və baş hərfləri vəzifələr göstərilmədən verilir. İmza atanlar Aleksadr Lebed və Aslan Maxhadov göstərilir.
Xasay Hacıyev
Xasay Məmmədhəsən oğlu Hacıyev (1902, Bakı – Bakı) — mühəndis, dövlət xadimi. Xasay Məmmədhəsən oğlu Hacıyev 1902-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir. Gimnaziyada təhsil almış, Moskva Universitetini bitirmişdir. Universiteti mühəndis kimi bitirən Xasay bəy Hacıyev uzun müddət rabitə sistenmində işləmişdir. Azərbaycan SSR Rabitə Nazirinin 1-ci müavini vəzifəsində çalışmışdır.
Xasay Musayev
Xasay İbrahim oğlu Musayev — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Elastiklik və plastiklik nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi, dosent. Xasay İbrahim oğlu Musayev 13 iyul 1929-cu ildə Azərbaycan Respublikası Yevlax rayonunun Karamanlı kəndində anadan olmuşdur. 1949-1951-ci illərdə Agdam Dövlət Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1951-1954-cu illərdə Yevlax rayonu Malbinəsi kənd orta məktəbində və Yevlax şəhər 1 nömrəli orta məktəbdə riyaziyyat fənnindən dərs demişdir. 1955-1960-cı illərdə Azərbaycan Respublikası Politexnik İnstitutunun “Sənaye mülki tikinti” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) nəzəri mexanika kafedrasında əyani sonra isə qiyabi aspirantı olmuşdur. 1975-ci ildə professor Y.Ə.Əmənzadənin rəhbərliyi altında “Dairəvi olmayan hamar və qabırqalı örtüklərdə bir neçə sərhəd məsələlərinin həlli ” mövzusunda Azərbaycan Respublikası Politexnik İnstitutunda texnika elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiyanı müdafiə etmişdir. 2000-ci ildən indiyə kimi AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin kiçik elmi işçisi, elmi işçi və aparacı elmi işçi vəzifəsində çalışır. 2011-ci ildə “Deformasiya olunan bərk cisim mexanikası” ixtisası üzrə dosent elmi adı almışdır. 1949-1951-ci illərdə Agdam Dövlət Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsi, tələbə 1955-1960-cı illərdə Azərbaycan Respublikası Politexnik İnstitutunun “Sənaye mülki tikinti” fakültəsi, tələbə 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) nəzəri mexanika kafedrası, aspirant 1975-ci il Azərbaycan Respublikası Politexnik İnstitutu, texnika elmləri namizədi Dissertasiyanın adı: "Dairəvi olmayan hamar və qabırqalı örtüklərdə bir neçə sərhəd məsələlərinin həlli" 1951-1954-cu illərdə Yevlax rayonu Malbinəsi kənd orta məktəbində və Yevlax şəhər 1 nömrəli orta məktəbdə riyaziyyat fənni üzrə müəllim 1960-1970-ci illərdə Azərbaycan Dövlət Layihə İnstitutunda konstruktor 2000-ci ildən indiyə kimi kiçik elmi işçisi, elmi işçi və aparacı elmi işçi "Elastiklik və plastiklik nəzəriyyəsi" şöbəsi.
Xasay Vəzirov
Xasay Həsən oğlu Vəzirov (24 fevral 1914, Şuşa – 1998) — "Kommunist" qəzetinin baş redaktoru, "Azərinform"un direktoru, üçüncü, dördüncü çağırış Azərbaycan SSR Ali Sovetinin və Bakı Şəhər Zəhmətkeş Deputatlar Sovetinin deputatı. Xasay Vəzirov 1914-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Orta və ibtidai təhsilini Bakıda almışdır. Sonra təhsilini artırmaq üçün Bakı Pedaqoji Texnikumunu bitirdi, təyinatla Əli-Bayramlı şəhər ibtidai məktəbinə göndərildi. 1931-ci ildə Bakıya qayıdan Xasay Vəzirov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı olan "Yeni yol" ictimai-ədəbi qəzetinin redaksiyasında işləməyə başladı. 1933–1939-cu illərdə Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Sənaye İnstitutunda təhsil alaraq ali fərqlənmə diplomu ilə iqtisadçı-mühəndis adı almışdır. 1948-ci ildə həmin institutda aspirantura təhsilini tamamlamışdır. 1949-cu ildə mətbuat tarixindən namizədlik dissertasiyasını müdafiə etmişdir. İkinci Dünya müharibəsində Sovet Ordusunda məsul vəzifələrdə çalışmışdır. Xasay Vəzirov 1939-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.
Xasay xan Usmiyev
Xasay xan Usmiyev — çar ordusunun qumuq general-mayoru, Xurşidbanu Natəvanın birinci əri. 1808-ci ilin 3 aprel tarixində Ağsaylı qumuq əsilzadəsi Musa Xan Usmiyevin ortancıl oğlu olaraq dünyaya gəlmişdir. Sultan Murad (d. 1841) adında böyük qardaşı və Adil adında kiçik qardaşı olmuşdur. Bacısı Tuti Bikə Xanım İsmayıl bəy Qutqaşınlı ilə evlənmişdir. İsmayıl bəy Rusiya imperiyasının nə yüksək mükafatı olan Müqəddəs Georgi Ordeni ilə mükafatlandırılan ilk azərbaycanlıdır. Uşaq ikən Tiflisə girov olaraq aparılmışdır. 1825-ci ildə Peterburqda yerləşən Pajes Korpusunu bitirdikdən ölümünə qədər Rusiya İmperator Ordusunda xidmət etmişdir. İlk öncə 43-cü Jaeger Alayında, 1833-cü ildən isə Xerson Qrenadyor Alayında xidmət etmişdir. 1834-cü ilin mart ayının 22-də zabit olmuş və 1841-ci ildə ştabs-kapitan rütbəsinə yüksəlmişdir.

Значение слова в других словарях