Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Amur
Amur çayı — Rusiyada çay
Hamur
Xamur (türk. Hamur, kürd. Xamûr) — Ağrı ilinin ilçəsi. Düşmən işğalından qurtuluş günü 14 apreldir. == Tarixçə == Ağrının ən gənc və ən kiçik rayonu Xamurun məlum tarixi, e.ə. 14-cü əsrə aiddir. Huri, Fars, Bizans, Ərəb və Bizans abidələrinin üstünlük təşkil etdiyi Xamur, Malazgird döyüşündən sonra türklərin yurdu olmuşdur. Bundan sonra bölgədə Xarəzmşahlar, Elxanilər, Qaraçobanlılar, Qızıl Ordalılar, Cəlairilər və Qaraqoyunlu dövlətləri bu torpaq üzərində hakimiyyətdə olmuşdur. O dövrdə Yuxarı Murad bölgəsinin ən güclü qalası olan Xamur, Timurun Anadolunun işğalı ilə Monqolların hakimiyyəti altına girmiş, lakin 1421 Eleşgird döyüşündən sonra Teymurun istilasından xilas olmuş və Qaraqoyunlunun hakimiyyəti altına keçmişdir. Bölgə 1467-ci ildə Ağqoyunluarın və 1502-ci ildə Səfəvilərin suverenliyi altında olmuşdur.
Ömür
Həyat — bioloji baxımdan, kimyəvi reaksiyalar və ya bir təkamül ilə nəticələnən başqa hadisələr kimi bəzi bioloji proseslər göstərən orqanizmlərin xüsusiyyəti. Üzvi birləşmələr inkişaf və çoxalma qabiliyyətlərinə malikdir. Bəzi canlılar bir-birilə ünsiyyət və ya əlaqə qura bilir və bir çox canlı daxili dəyişikliklər keçirərək ətraf mühitə uyğunluq göstərə bilirlər. Həyatı bir başqa deyişlə izah edəsi olsaq, canlılıq xarakteri daşıyan varlıqların hamısının yaşadıqları müddət ərzində qazandıqları təcrübə və yaşayışlarının toplusudur. Həyatın fiziki bir xüsusiyyəti neqativ entropiya prinsipinə tabe olmasıdır. Biologiya canlıları tədqiq edən bir elm sahəsidir. Bioloqlar, bütün canlıları bütün planeti əhatə edən qlobal miqyasdan, hüceyrə və molekulları, mikroskopik ölçüyə qədər olan canlılara təsir edən mühüm dinamik hadisələrlə birlikdə araşdıran, biologiya elmi ilə məşğul olan insanlardır. Bir çox prosesi özündə saxlayan həyatı proseslərdən bəziləri: Enerji və maddənin işlənməsi, bədəni təşkil edən maddənin işlənməsi, yaraların sağalması və bütün orqanizmlərin çoxalmasıdır. Həyatın sirləri, tarixdəki bütün insanlara təsir etdiyindən; İnsanın fiziki quruluşu, bitkilər və heyvanlar haqqındakı araşdırmalar bütün cəmiyyətlərin tarixlərində yer tapır. Bu qədər marağın bir hissəsi, insanların həyata hökm etmə və təbii qaynaqları istifadə etmək istəyindən gəlir.
Abdülkadir Ömür
Abdülkadir Ömür (25 iyun 1999, Çarşıbaşı, Trabzon ili) — Türkiyə Superliqasında çıxış edən Trabzonsporun futbolçusu. == Karyerası == === Trabzonspor === "Trabzonsporda" ilk matçına 12 yanvar 2016-cı ildə keçirilən "Adanaspor" — "Trabzonspor" matçının 65-ci dəqiqəsində çıxıb. Matç "Trabzonsporun" 1–4 hesablı qələbəsi ilə başa çatıb. "Trabzonsporda" ilk qolunu 22 dekabr 2016-cı ildə keçirilən "Trabzonspor" — "Kızılcabölükspor" matçının 35-ci dəqiqəsində vurub. Matça start heyətdə başlayan Ömür 85-ci dəqiqədə əvəzlənib. Matç "Trabzonsporun" 5–0 hesablı qələbəsi ilə başa çatıb.
Amur (mifologiya)
Amur və ya Kupidon — Qədim Roma mifologiyasında məhəbbət tanrısı.
Amur arizeması
Amur arizeması (lat. Arisaema amurense) — aroidkimilər fəsiləsinin arizema cinsinə aid bitki növü.
Amur cökəsi
Amur cökəsi (lat. Tilia amurensis) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.
Amur enlibaşı
Amur enlibaşı (lat. Pseudorasbora parva) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin pseudorasbora cinsinə aid heyvan növü. == Xarakterik morfoloji əlamətləri == Bədəni üst tərəfdən sarımtıl-boz, yanlardan açıq boz, üzgəcləri (bel, döş, qarın, anal və quyruq) açıq sarımtıl rəngdədir. Körpə fərdlərdə bədənin arxa hissəsində yan xətti boyunca tünd rəngli qara zolaq olur, yetkin fərdlərdə bu zolaq itir. İri fərdlərin pulcuqlarının arxa hissəsi aypara formalı qara zolaqla örtülmüşdür. Azərbaycan sularında yaşayan Amur enlibaşının uzunluğu 3.1–9.5 sm, kütləsi 0.33–10.7 q arasında dəyişir. == Yaşayış yeri və həyat tərzi == Şirin və şortəhər su hövzələrində yaşayan Amur enlibaşı durğun su tutarlarında daha çoxsaylı olur. Qış aylarında yırtıcı balıqlardan qorunmaq üçün su hövzələrinin dib hissələrində passiv hərəkət edirlər. Ömrün uzunluğu orta hesabla 4–5 il olub, 1–2 yaşında cinsi yetkinliyə çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir.
Amur məxmərağacı
Amur məxmərağacı (lat. Phellodendron amurense) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin məxmərağacı cinsinə aid bitki növü. == Arealı == Çində və Koreyada yayılmışdır. == Botaniki xarakteristikası == Hündürlüyü 25 m-ə, gövdəsinin diametri 70 sm-ə çatan, kənarları aşağıya doğru əyilmiş, sıx çətirli ağacdır. Gövdəsi boz qabıqla örtülmüş və iki qatlıdır: üst qatı məxməri, alt qatı sarıdır. Yarpaqları lələkvaridir, 5–13 xırda yarpaqcıqdan ibarətdir, uzunluğu 25–35 sm-dir. Yarpaqcıqların kənarı tam və ya bir qədər dalğavari dişlidir, ucu sivridir. Üstdən nöqtəşəkilli, açıq-yaşıldır, lətli vəzilərlə örtülüdür. İyun-iyul aylarında çiçəkləyir. Çiçəkləri bircinslidir, sarımtıl-yaşıl rəngdədir, budaqlarının uclarında süpürgəşəkilli çiçək qrupunda toplaşmışdır.
Amur nərəsi
Amur nərəsi (lat. Acipenser schrenckii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Amur plitəsi
Amur plitəsi — materik qabığı üzərində yerləşən litosfer plitəsi. Plitənin sahəsi 0,13066 steradion təşkil edir. Plitənin üzərində Mancuriya, Koreya yarımadası, Qərbi Yaponiya və Primorsk diyarının əraziləri yerləşir. Adətən Avrasiya plitəsinin təkib hissəsi kimi göstərilir. Şimaldan və qərbdən Avrasiya plitəsi, şimal-şərqdən Oxot plitəsi, cənubdan isə Filippin plitəsi ilə sərhədlənir. Avrasiya plitəsi ilə Amur plitəsi arasında Baykal rifi yerləşir.
Amur pələngi
Amur pələngi (lat. Panthera tigris altaica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin pələng növünə aid heyvan yarımnövü. Nadir yarımnövdür, bəzi yerlərdə tamamilə yox olub. == Görünüşü == Zahiri görünüşü üçün pələngin görünüşünə baxın. Bədənin uzunluğu 190-290 sm-dir. bəzən 317 sm. Quyruğunun uzunluğu 115 sm. qədərdir. Tük örtüyü qışda hündür, gur və sıxdır. Əsas fon rəngi açıq, narıncı çalarlı tünd sarıdır.
Amur quşarmudu
Adi quşarmudu (lat. Sorbus aucuparia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir. Meyvələri tam yetişəndə toplanır. Meyvələrinin xoşagələn turşməzə dadı vardır. Təbabətdə quşarmudu mədə-bağırsaq, nəfəs yolları xəstəliklərində istifadə olunur. Çox vaxt təzə dərilən kimi, bəzən isə xüsusi peçlərdə qurudandan sonra işlədilir. Təzə dərilmiş meyvələri soyuq binalarda və ya dondurulmuş halda bütün qış ayları saxlamaq olur.
Amur qızılquşu
Amur qızılquşu (lat. Falco amurensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Amur qərənfili
Amur qərənfili (lat. Dianthus amurensis) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü.
Amur vilayəti
Amur vilayəti (rus. Амурская область) — Rusiya Federasiyasının subyektlərindən biri. == Coğrafiyası == Amur vilayəti Rusiyanın cənub-şərqində, şimaldan Stanovoy Silsiləsi və cənubda Amur çayı arasında yerləşir və şimalda Saxa respublikası ilə, şərqdən Xabarovsk diyarı və Yəhudi muxtar vilayəti, cənubda Çinin Heilongjiang şəhəri və qərbdə Zabaykal diyarı ilə həmsərhəddir.
Amur xoruzgülü
Amur xoruzgülü (lat. Adonis amurensis) — qaymaqçiçəyikimilər fəsiləsinin xoruzgülü cinsinə aid bitki növü.
Amur yasəməni
Amur yasəməni (lat. Syringa amurensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin yasəmən cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə Uzaq Şərqdə bitir. == Botaniki təsviri == Hündürlüyü 20 m, diametri 20-30 sm olan, sıx çətirli ağacdır. Yarpaq ayaları enli-yumurtavari və ya ellipsvari olub, zəif qırışlıdır. Çiçəkləri ətirli, ağ rəngli, diametri təxminən 6-8 mm, uzunluğu 25 sm-ə qədər olan sıx süpürgə çiçək qrupuna yığılmışdır. İyul ayında 3 həftəyə qədər müntəzəm və bol çiçəkləyir, meyvəsi oktyabr ayında yetişir, uzunluğu 1,5 sm, eni 0,3-0,4 sm olan, iki laylarla açılan qutucuqlardan ibarətdir. Meyvəsinin qabığı tünd boz və ya qonur rənglidir. == Ekologiyası == Balvericidir. Tez böyüyür.
Amur yağıotu
Amur yağıotu (lat. Epilobium amurense) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin yağıotukimilər fəsiləsinin yağıotu cinsinə aid bitki növü.
Amur zirinci
Amur zirinci (lat. Berberis amurensis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada və Çində meşələrdə, dağ çaylarının sahillərində, daşlıq torpaqda bitir. == Botaniki təsviri == Hündürlüyü 2-3 m-ə qədər olan az budaqlı koldur. Cavan budaqları sarımtıldır,yaşlandıqca bozumtul rəng alır. Qoca zoğları qırışlı qabıqla örtülmüşdür. Yarpaqları sadə, dərili, iri, uzunluğu 10 sm-ə qədər olan yumurtaşəkilli, neştərvari formalı, kənarları xırda dişlidir. Yazda və yayda parlaq yaşıl, payızda qızılı-qırmızı və ya qırmızıdır. Uzun zoğlarda yarpaqları növbəli yerləşir, qısa zoğlarda dəstələrə yığılmışdır. Bu cür dəstələrin bünövrəsində 3-5 yerə bölünmüş, iri iynələr şəklini dəyişmiş yarpaqlar hesab edilir.
Amur çayı
Amur çayı (çin. 黑龍江, rus. Амур) — Uzaq şərq və Şimali Asiya ərazisindən axan çay. Çay Rusiya və Çin sərhədi boyunca axır. Onun uzunluğu 2824 metr təşkil edir. Çay Oxot dənizi və Yapon dənizinə tökülür. == Adı == Çayın adı tunqus-mancur dillərində "amar", "damur" olaraq "böyük çay" mənasında işlədilir. Çinlilər Amuru "Xeyxe" (çin. 黑河) — "qara çay", sonra isə "Xeylunszyan" — (çin. 黑龙江) "Qara əjdaha çayı" adlandlrmışlar.
Hamur (Ağrı)
Xamur (türk. Hamur, kürd. Xamûr) — Ağrı ilinin ilçəsi. Düşmən işğalından qurtuluş günü 14 apreldir. == Tarixçə == Ağrının ən gənc və ən kiçik rayonu Xamurun məlum tarixi, e.ə. 14-cü əsrə aiddir. Huri, Fars, Bizans, Ərəb və Bizans abidələrinin üstünlük təşkil etdiyi Xamur, Malazgird döyüşündən sonra türklərin yurdu olmuşdur. Bundan sonra bölgədə Xarəzmşahlar, Elxanilər, Qaraçobanlılar, Qızıl Ordalılar, Cəlairilər və Qaraqoyunlu dövlətləri bu torpaq üzərində hakimiyyətdə olmuşdur. O dövrdə Yuxarı Murad bölgəsinin ən güclü qalası olan Xamur, Timurun Anadolunun işğalı ilə Monqolların hakimiyyəti altına girmiş, lakin 1421 Eleşgird döyüşündən sonra Teymurun istilasından xilas olmuş və Qaraqoyunlunun hakimiyyəti altına keçmişdir. Bölgə 1467-ci ildə Ağqoyunluarın və 1502-ci ildə Səfəvilərin suverenliyi altında olmuşdur.
Midnight Hour
Midnight Hour (azərb. Gecə yarısı‎) – C. C. Catch tərəfindən 1986-cı ildə ifa edilmiş mahnıdır.
Qara amur
Qara amur və ya Çin külməsi (lat. Mylopharyngodon piceus) — Çəkikimilər dəstəsindən balıq növü. Öz cinsinin yeganə nümanyəndəsidir. Rusiyada nadir növ sayılır və sayları getdikcə azalır. Çində isə sənaye əhəmiyyətli balıq növüdür. 1972-ci ildən SSRi ərazisində Amur çayının hövzəsində ovlanması qadağan edilmişdir. Növ Amur çayı hövzəsindən Çinin cənubuna qədər ərazilərdə yayılmışdır. Bədəni uzadılmış formadadır və iri pulcuqlarla örtülmüşdür. Xarici görünüş baxımından ağ amura bənzəyir ancaq rənginin tündlüyünə görə ondan seçilir. Qara amurlar molyusklar, həmcinin həşərat sürfələri və digər orqanizmlərlə qidalanır.
Amur kirpisi
Amur kirpisi — Amur kirpisi (Erinaceus amurensis), həmçinin Mançuriya kirpisi də adlanır, daha açıq rəngli olsa da, görünüşü və davranışı ilə Avropa kirpisinə bənzəyən kirpidir. Digər kirpilər kimi, ov axtararkən qoxu və eşitmə duyğusundan istifadə edir və "kirpi" adı yem axtararkən etdiyi donuza bənzər homurtulara aiddir. == Təsviri == Bu kirpi Avropa kirpisi ilə yaxından əlaqəlidir və ondan bir qədər böyük və daha açıq rəngdədir, baş və bədən uzunluğu 160 ilə 290 mm (6 və 11 düym) arasındadır və çox qısa quyruğu var. Çəkisi 600 ilə 1000 q (21 və 35 unsiya) arasındadır. Baş, arxa və yanlar uzun, iti tikanlarla örtülmüşdür. Bunlar iki fərqli rəngdədir; bəziləri düz ağdır; digərlərinin ağ və ya sarımtıl-qəhvəyi əsası və ucu, mərkəzi hissəsi isə ortadan tünd qəhvəyi rəngə malikdir və heyvana tamamilə solğun, qəhvəyi-boz rəng verir. Başındakı tüklər bir-birindən çılpaq dərinin ensiz zolaqları ilə ayrılır. Keratinlə örtülmüş tüklər möhkəmdir ki, qırılmasın və yıxılmasın. Bu onurğalar təhlükə zamanı müdafiə mexanizmi kimi istifadə olunur. Kirpi qıvrılaraq topa çevrilir, burada onların tükləri çölə baxır və üzü/başı içəriyə bükülür.