is. [
ər. ]
1. İnsan, heyvan və ya bitkinin doğuluşundan ölümünə qədərki fizioloji vəziyyəti; həyat.
Ömürdür, biri az yaşayır, o biri çox yaşayır. T.Ş.Simurq.
Hayıf ömür qısa, arzu genişdir; Kim bu qayğı ilə titrəməmişdir. M.Müşfiq.
□ Ömür yoldaşı – arvad, zövcə, həyat yoldaşı.
Ağlını başına vursun, görsün ki, tapdığı adam onunla ömür yoldaşı olacaqmı? Mir Cəlal.
2. Ömrümdə, ömründə şəklində – heç bir zaman, heç vaxt, qətiyyən.
Ömründə gəlməyib doğru dilinə. Q.Zakir.
[Naşad] ömründə bu qədər sərt və dikbaş bir qadın görməmişdi. S.Hüseyn.
3. Ömrüm-günüm şəklində – nəvazişlə, mehribanlıqla müraciət.
[Qadın Tahirə:] Bəs mənim balamı niyə gətirmədin, ömrümgünüm? M.Hüseyn.
◊ Ömür (ömrü) bada getmək – ömrün hədər keçdiyinə təəssüf bildirir.
Könül verdim hər bivəfa yadlara; Hayıf oldu, ömür getdi badlara. M.V.Vidadi.
Ömür keçirmək (sürmək) – yaxşı və rahat yaşamaq; ümumiyyətlə, yaşamaq, həyat sürmək.
Sür ömrünü, çək ləzzətini, can ələ düşməz. Ə.Qəmküsar.
İkisi də əl-ələ verib, şad və xürrəm diriliyin geniş bağında ömür sürürdülər. Çəmənzəminli.
Telli … dörd il bundan əvvəl İslamın evinə gəlmiş, yalnız iki ilini bəxtiyar bir gəlin kimi ömür sürmüşdü. S.Hüseyn.
Ömür vermək – həyat vermək, can vermək, yaşatmaq.
Donbas bizə kömür verir; Ocaqlara ömür verir. M.Müşfiq.
Ömür (ömrü) yarıdan keçmək – ömrün keçməsinə təəssüf bildirir.
Baş ağardı, ömür keçdi yarıdan; Qurtarmadım hərgiz ahü zarıdan. Q.Zakir.
Ömrü uzanmaq – daha çox yaşamaq, ömrü uzun olmaq.
Bülbülün səsi kimi; Qaynayır incə səsin; Sanki ömrüm uzanır; Uzandıqca nəfəsin. Ə.Cavad.
Ömrü vəfa etməmək – az ömür sürüb arzusuna, ümidinə yetişməmək, istədiyini, gözlədiyini görməmək, nəsib olmamaq.
Ömrüm (ömrün, ömrü…) boyu (uzunu) –
1) həmişə, daima, bütün həyatım (həyatın, həyatı) boyunca. Ömrüm boyunca sənə minnətdaram. Ömrü boyunca işləyib;
2) heç bir zaman, heç bir vaxt. Ömrüm boyu unutmaram.
Ömründə bir gün görməmək – ömrü boyu əzab-əziyyət çəkmək, xoş gün görməmək.
[Balaş:] Yazıq nə hala düşmüş, necə də saralmış, solmuş, [Sevil] ömründə bir gün görməmiş(dir). C.Cabbarlı.
Ömrün (ömrünüz) uzun olsun! – xeyir-dua, təşəkkür məqamında işlədilir.
[Mirzə Səfər:] Ağa, məsləhətiniz çox gözəldir, ömrünüz uzun olsun, siz həmişə mənim uşaqlarımın qeydinə qalıbsınız. Ə.Haqverdiyev.
Ömrünü çürütmək – uzun zaman vaxtını boş keçirmək.
[Gəray bəy Cəlala:] Oğul, mən bilirəm, sevdaya düşən; İnsanlar ömrünü çürüdür bəzən… S.Vurğun.
Ömrünü sənə (sizə və s.
) bağışladı – öldü, canı çıxdı.