Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Həsənov
Həsənov — Azərbaycan soyadı. === A === Abbasəli Həsənov (d. 1953) — şərqşünas və diplomat. Afiq Həsənov (d. 1951) — texnika elmləri doktoru. Akif Həsənov (d. 1952) — pedaqoq, siyasətçi və deputat. Allahverdi Həsənov (d. 1957) — texnika elmləri doktoru. Altay Həsənov (d.
Preşov
Preşov (slovak. Prešov, ukr. Пряшів, mac. Eperjes, alm. Preschau, Eperies‎) — Slovakiyanın şimali-şərqində şəhər. Torisa və Sekçov çaylarının qovuşduğu yerdə, Slanske-Vrhi və Şarişska-Vrhovina dağ yamaclarında yerləşir. Preşov - Slovakiyanın 3-cü böyük şəhəridir. Burada Slovakyanın ən böyük universitetlərindən - Preşov universiteti yerləşir.
Denov
Denov (özb. Denov) — Özbəkistanın Surxandərya vilayətində şəhər. 27 yanvar 1958-ci ildə şəhər statusu alıb. == Coğrafiya == Denov Surxandərya vilayətinin quzeyində, Termezdən 150 kilometr aralı, dəniz səviyyəsindən 520 metr yüksəklikdə yerləşir. Surxandərya çayının qolu olan Qızıl-Su çayı Denovun içindən axır. Habelə Denov Xalçayan və Dəlvərzintəpə arxeoloji abidələrinə ən yaxın şəhərdir. == İqtisadiyyat == Əhalinin gəliri əsasən Tacikistanla sərhədyanı ticarət və kənd təsərrüfatı bitkilərinin yetişdirilməsindən əldə edilir. == Əhalisi == 2010-cu ilin məlumatlarına görə Denovda 97.196 nəfər yaşamaqda imiş. 2015-ci ildə əhalisi 114.090 nəfərə yüksəldi. Əhali baxımından Termezdən sonra Surxandərya vilayətində 2-ci ən böyük yaşayış yeri sayılır.
Habil Həsənov
Hacı Həsənov
Hacı Nuru oğlu Həsənov — Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın yeni tarixi" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru. == Həyatı == Hacı Nuru oğlu Həsənov 1952-ci ildə Beyləqan rayonunun Şəfəq kəndində anadan olmuşdur. 1967-ci ildə Şəfəq kənd səkkiz illik, 1969-cu ildə Beyləqan şəhər 1 saylı orta məktəbini bitirmişdir. 1970-1974-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsində təhsil almış, universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1974-1980-ci illərdə Beyləqan rayonunun Baharabad kənd 8-illik və Qəhrəmanlı qəsəbə orta məktəblərində müəllim və dərs hissə müdiri işləmişdir. 1977-1978-ci illərdə orduda xidmət etmişdir. Ehtiyatda olan baş leytenantdır. 1980-ci ilin sonundan Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunda çalışır. 2001-ci ildən institutun "Azərbaycanın yeni tarixi" şöbəsinin müdiridir. 1981-1984-cü illərdə Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunun aspiranturasında təhsil almış, 1987-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.
Hacıbaba Həsənov
Hacıbaba Əbdüləli oğlu Həsənov — həkim, bəstəkar. == Həyatı == Hacıbaba Həsənov 13 sentyabr 1922-ci ildə Əhmədli kəndində anadan olub. 1942–1947-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb. Bir müddət Əhmədli kənd xəstəxanasında həkim, baş həkim işləyib. Lakin musiqiyə məhəbbət həkim Hacıbaba Həsənovu daha çox özünə çəkirdi. O, meylini kamançaya salmışdı. Qızı Gülbəniz xanımın söylədiyinə görə pəsdən gözəl səsi də varmış. Hacıbaba Həsənov doğulduğu Əhmədli kəndində musiqi həvəskarlarını öz ətrafına toplayıb xor və orkestr düzəltmişdi. O, 1947-ci ildə respublika üzrə keçirilmiş kənd bədii özfəaliyyət olimpiadasında iştirak etmiş, burada onun "Sovet xalqı" kantatası ifa edilmiş, Fəxri Fərmanla təltif olunmuşdu. Bu Fəxri Fərman onun yaradıcı həyatında birinci və axırıncı deyildi.
Hafiz Həsənov
Hakim Həsənov
Henrix Həsənov
Henrix Həsənov — gəmi inşaatçısı, texnika elmləri doktoru, gəmi inşası və gəmi buxar qazanları və buxar generatorlarının dizaynı sahəsində mütəxəssis, dəniz gəmilərinin atom mühərrik-reaktorlarının baş dizayneri. Sosialist Əməyi Qəhrəmanı. == Bipoqrafiyası == 1910-cu il iyulun 8-də Dərbənddə (indiki Dağıstan Respublikasında) qarışıq işçilər ailəsində anadan olmuşdur. Atası milliyyətcə ləzgi olan Əli (Əlimirza) Həsənov və anası yarı alman, yarı fransız olan Yelena Vladimirovna Bekin ailəsndə anadan olur. Məktəbi bitirdikdən sonra, 1927-ci ildə Frunze Ali Hərbi Dəniz Məktəbinə (Leninqrad) daxil olur, lakin 1929-cu ildə xəstəlik səbəbiylə tərxis edilir və Daqrıbtrest kooperativ fabrikində mexanik olaraq işə başlayır. 1930-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetiyə daxil olur, 1931 -ci ildə Leninqrad Gəmiqayırma İnstitutuna keçir. 1935-ci ildə institutu bitirdikdən sonra Serqo Ordjonikidze adına Baltik Gəmiqayırma Zavodunun Mərkəzi Dizayn Bürosuna işə göndərilir. 1938-ci ildə gəmi buxar qazanları dizaynçıları qrupunun rəhbəri olur. Böyük Vətən müharibəsi illərində, hərbi gəmilərin qurulmasında ixtisaslaşan Şimal Layihə-Konstruktor Bürosunda işləməyə davam edir. 1946-cı ildən Baltik Gəmiqayırma Zavodunda Baş Dizayner və Mərkəzi Dizayn Bürosunun rəhbəri işləyir.
Hikmət Həsənov
Hikmət Hüseyn oğlu Həsənov (9 oktyabr 1975, Pirəhmədli, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Birinci Ordu Korpusunun komandiri (2014–2021). 2016-cı il Aprel döyüşlərində istiqamət komandiri kimi cəbhənin 3 istiqamətində — Ağdam-Tərtər-Goranboy cəbhəsində döyüşləri idarə edib. 2020-ci il oktyabrın 3-də Ağdərə istiqamətində yerləşən Suqovuşanın işğaldan azad edilməsinə başçılıq etmişdir. == Hərbi xidməti == === Xidmətinin ilk illəri === Hikmət Həsənov 1993-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsində Taqım Komandiri vəzifəsində xidmət edib. Daha sonra xidmətini Ağdam rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqada komandiri vəzifəsində davam edib. Ardınca isə bölük komandiri və tabor Komandiri vəzifələrində xidmət edib. 2002-ci ildə Çin Xalq Azadlıq Ordusunun Nanjinq Quru Qoşunları Ali Hərbi Akademiyasına daxil olub və 2003-cü ildə təhsilini xüsusi fərqlənmə ilə bitirib. 2003-cü ildə Qazax rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqada komandirinin MTT üzrə müavini vəzifəsinə təyin olunub, bir müddət sonra isə xidmətini Tovuz rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqadanın qərargah rəisi olaraq davam edib. 2004-cü ildə Tovuz rayonu istiqamətində hal-hazırda adı "Dilqəm postu" olan mövqeyi erməni işğalından azad elədiyi üçün briqada komandiri vəzifəsinə təyin olub. 2005–2008-ci illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə briqada komandiri vəzifəsində xidmət edib.
Hilal Həsənov
Hilal Həsənov (10 sentyabr 1943, Kirovabad – 30 oktyabr 2019, İstanbul) — Azərbaycan novator teatr rejissoru. Gəncə Dövlət Kukla Teatrının yaradıcısı eyni zamanda keçmiş baş rejissoru, bədii rəhbəri. == Həyatı == Hilal Mahmud oğlu Həsənov 10 sentyabr 1943-cü ildə Gəncə şəhərində anadan olub.1959-cu ildə Gəncə şəhəri 20 saylı tam orta məktəbi bitirib. Həmin ilin oktyabr ayının 1-də Gəncə Dövlət Dram Teatrının yardımçı heyətinə aktyor kimi qəbul olunaraq əmək fəaliyyətinə başlayıb. Sənətə olan məhəbbəti onu 1962-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsinə gətirib. İnstitutda təhsil alarkən onun sənət müəllimi və kurs rəhbəri Rza Sarabski olub. Hilal Həsənov 1963–1966-cı illərdə hərbi xidmətə çağrıldığından ali təhsilini 1970-ci ildə bitirə bilib. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında suflyor, rejissor köməkçisi və rejissor assisenti kimi də fəaliyyət göstərib. Bu teatrın səhnəsində 27 sentyabr 1969-cu ildə səhnəyə qoyulan dramaturq Asif Zeynallı və bəstəkar Nəriman Məmmədovun "Məmmədəli kurorta gedir…" pyesinin tamaşasında quruluşçu rejissor Səftər Turabovun və 7 mart 1970-ci ildə dramaturq Şıxəli Qurbanovla bəstəkar Süleyman Ələsgərovun "Sevindik qız axtarır" pyesinin tamaşasında quruluşçu rejissor Şəmsi Bədəlbəylinin assisenti olub. Burada diplom işi üçün dramaturq Məhərrəm Əlizadə və bəstəkar Ağası Məşədibəyovun "Toy kimindir?" musiqili komediyasının quruluşu ona tapşırılıb.
Hüseyn Həsənov
Hüseyn Heydər oğlu Həsənov (1932—1985) — azərbaycanlı alim. Hüseyn İsmayıl oğlu Həsənov (1986) — azərbaycanlı atlet.
Həbib Həsənov
Həbib Rəhim oğlu Həsənov (5 avqust 1922, Ağzıbir, Yeni Bəyazid qəzası – 2004, Bakı) — Azərbaycan və Ermənistan dövlət-partiya xadimi, Azərbaycan SSR meşə təsərrüfatı naziri (1981–1988), Azərbaycan Kommunist Partiyası Tovuz Rayon Komitəsinin birinci katibi (1974–1980), Ermənistan Kommunist Partiyası Amasiya Rayon Komitəsinin birinci katibi (1956–1960), Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini, Ermənistan SSR əməkdar jurnalisti (1971). == Həyatı == Həbib Rəhimoğlu 1922-ci ilin avqustun 5-də Ermənistan SSR Yeni Bəyazid qəzasının Ağzıbir kəndində anadan olmuşdur. 1941-ci ildən Əzizbəyov rayonunda kənd məktəbinin müəllimi, sonralar isə direktoru işləmişdir. 1947-ci ildən Moskvada Ali Partiya Məktəbinin müdavimi, Ermənistanın Əzizbəyov rayonu partiya komitəsinin şöbə müdiri, Eçmiadzin partiya komitəsinin ikinci katibi, Amasiya rayonunun birinci katibi vəzifələrində işləmişdir. 1960-cı ildən "Sovet Ermənistanı" qəzetinin baş redaktoru, Ermənistan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdur. 1974-cü ildən Azərbaycnın Tovuz rayonu partiya komitəsinin birinci katibi, 1980-ci ildən Azərbaycan SSR Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədri, 1981–1988-ci illərdə meşə təsərrüfatı naziri vəzifələrində çalışmışdır. Dəfələrlə Ermənistan Kommunist partiyası Mərkəzi Komitəsinin üzvü, 5 dəfə Ermənistan SSR Ali Sovetinin, 3 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycanda çalışdığı bütün müddətdə respublika Kommunist partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. Ermənistan SSR əməkdar jurnalistidir. "Lenin" ordeninə, 2 dəfə "Qırmızı əmək bayrağı" ordeninə, bir neçə medala layiq görülmüşdür.
Həsrət Həsənov
Həsrət Əli oğlu Həsənov (1930-2009) — Azərbaycan alimi, dilçi, filologiya elmləri doktoru.[mənbə göstərin] == Elmi yaradıcılığı == H.Həsənov dilçilik fəaliyyətinə dilçiliyin qrammatika sahəsində başlamışdır. Onun cümlə sintaksisinə dair bir neçə məqaləsi çap edilmiş, 1964-cü ildə “Müasir Azərbaycan dilində (müəyyən şəxsli, qeyri-müəyyən şəxsli və ümumi şəxsli) cümlələr” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Elmi yaradıcılığında o, əsasən, Azərbaycan dilinin leksikasını tədqiq etməklə məşğul olmuşdur. O, 1980-ci ildə “Azərbaycan dilində omonimiya” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir H.Həsənovun məşğul olduğu dilçilik sahələrindən biri də leksikologiya-lüğətçilikdir. Onun lüğətçilik sahəsindəki elmi araşdırmaları spesifik, özünəməxsus səciyyə daşıyır. O, başqa dilçilərin tərtib etdiyi lüğətlərdən, məsələn, rusca-azərbaycanca, yaxud azərbaycanca-rusca kimi ikidilli lüğətlər, terminoloji lüğətlər və ya çoxdilli lüğətlər yaratmır. Onomastik lüğətləri – “Azərbaycan şəxs adları lüğəti” (2000), “Azərbaycan şəxs adlarının izahlı-etimoloji lüğəti” (2002) və habelə İ.Məmmədovla birlikdə tərtib etdiyi “Azərbaycan dilinin sinonimlər lüğəti” (1990) əsərləri çıxsaq, H.Həsənovun tərtib etdiyi lüğətlər Azərbaycan dilçiliyində mühüm yeri tutur. Lüğətlər tərtibindən əlavə, H.Həsənov lüğətçilik nəzəriyyəsi məsələləri ilə də maraqlanır. Onun bu sahədəki axtarışları “Azərbaycan lüğətçiliyinin nəzəri əsasları” və “Lüğətlər necə yaranır” adlı kitabında öz əksini tapmışdır. Ümumi dilçilik məsələləri H.Həsənovun diqqət mərkəzində olmuşdur.
Həsən Həsənov
Həsən Əziz oğlu Həsənov (20 oktyabr 1940, Tbilisi) — Azərbaycan SSR və Azərbaycan Respublikasının siyasi və dövlət xadimi, diplomat, alim, tarix elmləri doktoru (2006). Azərbaycan Respublikasının Polşada fövqəladə və səlahiyyətli səfiri (2010–2021), Azərbaycan Respublikasının Xarici İşlər Naziri (1993–1998), Azərbaycan SSR Nazirlər Sovetinin sədri (1990–1992). Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin İdeoloji məsələlər üzrə katibi (1981–1983), Tikinti məsələləri üzrə katibi (1983–1988), İqtisadiyyat məsələləri üzrə katibi (1988–1990), uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro üzvü, Azərbaycan Respublikasının BMT-də ilk daimi nümayəndəsi və ilk fövqəladə və səlahiyyətli səfiri (1992–1993), Macarıstan (2004–2010) və Polşada (2010 — h.d.-ə qədər) fövqəladə və səlahiyyətli səfiri. Macarıstan və bir neçə SSRİ ordeni, Azərbaycan, Qazaxıstan və bir neçə SSRİ medalları ilə təltif olunmuşdur. Bakı şəhər Səbayıl Rayon Partiya Komitəsinin 1-ci Katibi (1975–1978), Sumqayıt Şəhər Partiya Komitəsinin 1-ci Katibi (1978–1979), Gəncə Şəhər Partiya Komitəsinin 1-ci Katibi (1979–1981) vəzifələrində çalışmışdır. == Həyat == Həsən Həsənov 20 oktyabr 1940-cı ildə Tbilisi şəhərində anadan olmuşdur. 1958-ci ildə Tbilisidə 43 saylı orta məktəbi bitirərək, Bakıya gəlmiş və Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1963-cü ildə həmin tədris müəssisəsində təhsilini başa çatdırmışdır. 1981-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir. Tələbəlik dövründə qrup, fakültə və institut Komsomol Komitəsinin katibi olmuşdur.
Həzi Həsənov
Həzi Həsənov - Laçın rayonunun sosial-iqtisadi həyatının fəal iştirakçısı, İkinci dünya müharibəsi iştirakçısı, kapitan. == Həyatı == Həsənov Həzi Cəfər oğlu 1913-cü ildə Laçın rayonunun Qızılca kəndində anadan olub. İbtidai və səkkizillik təhsil aldıqdan sonra təhsilini davam etdirmək üçün rayon mərkəzinə gəlmiş, tam orta təhsilini burda başa vurmuşdur. 1937-ci ildə Laçın rayonunda komsomol işinə başlayan Həzi Həsənov sonralar rayon komsomol komitəsində şöbə müdiri, katib və II katib vəzifələrinə irəli çəkilmişdir. 1937-ci ildə Qızılca kənd sakini Meyxanım Əkbərova ilə ailə qurmuşdur. Bu ailənin dörd övladı olmuş və onlar da rayonun müxtəlif işlərində çalışmışlar. Həzi Həsənov müharibə başlayarkən rayon komsomol komitəsinin katibi kimi könüllü olaraq cəbhəyə getmişdir. Tiflis şəhərində 6 aylıq zabit kursunu bitirdikdən sonra 416-cı milli atıcı diviziyanın tərkibində Mazdokdan Vyanaya qədər çox şərəfli döyüş yolu keçmişdir. 1946-cı ildə kapitan kimi ehtiyata buraxılmışdır. O, döyüşdə 6 dəfə müxtəlif yaralar almış və ömrünün sonuna kimi II qrup müharibə əlili statusa ilə partiya və digər işlərdə çalışmışdı.
Həzrət Urtenov
Həzrət Urtenov(1907–1955) —qaraçaylı şairi. == Həyatı == Həzrət Urtenov qaraçay poeziyasının banilərindən biridir. O, Böyük Qaraçaydakı Kart Yurd (Kart-Curt) aulunda doğulduğundan əksər əsərlərini "Həzrət Kart-Yurdlu" təxəllüsu ilə yazmışdır. Doğma aulda mədrəsədə təhsil aldıqdan sonra, elə oradaca ibtidai məktəbi rus dilində başa vurub Simferopolda Krım-Tatar Pedaqoji Texnikumunda təhsilini (1926) davam etdirib. Ərəb, rus və bir sıra türk dillərini (qumux, Krım-tatar və s.) mükəmməl bilirdi. XX əsrin 20-ci illərindən Həzrət Urtenov Krım ədəbi həyatı ilə yaxından bağlı olur. Bu bağlılıq gənc H. Urtenovun istedadanın daha da çiçəklənməsinə və inkişafına kömək etməklə, onun poetik ustalığının formalaşmasında mühüm rol oynayır. Pedaqoji Texnikumda yerliləri – qaraçay şairi Həsən Bostanov və malkar şairi Səid Şahmurzayevlə birgə təhsil alır. Adları çəkilən bu ziyalılar arasındakı dostluq ömur boyu möhkəmləndirilib və inkişaf etdirilib. Qaynar Krım mühiti, burada vətənpərvər ruhlu insanlarla ünsiyyət, iştirak etdiyi ədəbi-bədii dərnəklərdə olan istedadlı tələblərlə apardığı diskussiya və mübahisələr Həzrətin dünyagörüşünün formalaşmasına güclü təkan verir.
Kamal Həsənov
Həsənov Kamal Nəsrulla oğlu (1925, Bakı) — Azərbaycan sənətşünası və baletmeysteri, sənətşünaslıq namizədi, Azərbaycanın əməkdar mədəniyyət işçisi. == Həyatı == Kamal Həsənov 1925-ci ildə Bakı şəhərində azərbaycanlı ailəsində anadan olub. 1943-cü ildə Bakı Neft Texnikumuna daxil olaraq 1948-ci ildə neft konstruktoru ixtisasını bitirib. Həmçinin 1944–1950-ci illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alıb (ritmika). 1946–1966-cı illərdə Azərbaycan Dövlət Lenin ordenli M. F. Axundov adına Opera və Balet Teatrında balet artisti işləyib. Repertuarda olan klassik və Azərbaycan baletlərində bir sıra partiyaları ifa etmişdir. İşlədiyi dövrdə, yəni 1948–1952-ci illərdə -Xoreoqrafiya məktəbində oxumuşdur. 1966-cı ildə M. A. Əliyev adına Azərbaycan Dövlət Teatr (Mədəniyyət və İncəsənət Universiteti) İnstitutuna müəllim vəzifəsinə qəbul edilmiş,1969-cu ildə baş müəllim təyin edilmişdir. 1974-cü ildə "Azərbaycanın xalq rəqsləri" adlı dissertasiya müdafiə etmiş, sənətşunaslıq namizədi elmi dərəcə almışdır. 16 iyun 1976-cı ildə 230/27№ protokola əsasən səhnə hərəkəti üzrə Dosent vəzifəsinə kecirilmişdir.
Kazım Həsənov
Həsənov Kazım (1 avqust 1934, Tovuz rayonu – 2015, Bakı) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Kazım Həsənov 1934-cü il avqustun 1-də Azərbaycanın Tovuz rayonunun Aşağı Eyibli kəndində anadan olub. 1942–1952-ci illərdə Tovuz rayonunun Aşağı Eyibli kənd orta məktəbində oxuyub. 1953–1958-ci illərdə ADU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1959–1961-ci illərdə ADU-nun Mexanika-riyaziyyat fakültəsinin aspirantı olub. 1961-ci ildə "Kvazi-xətti hiperbolik və parabolik tipli diferensial tənliklər üçün qarışıq məsələnin həllinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 1961–1967-ci illərdə ADU-nun Hesablama mərkəzinin nəzəri şöbəsinin müdiri vəzifəsində çalışıb. 1967–1988-ci illərdə ADU-nun Mexanika-riyaziyyat fakültəsinin Diferensial və inteqral tənliklər kafedrasının dosenti 1988–2015-ci illərdə isə həmin kafedranın professoru olub. Tədqiqat sahəsinə Gecikən arqumentli diferensial tənliklər, Riyazi optimal idarəetmə məsələləri, Diferensial tənliklər üçün qoyulmuş sərhəd məsələləri aid idi. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.
Knyaz Həsənov
Knyaz Həsənov (17 yanvar 1945, Kotayk mərzi) — Ermənistan parlamentinin kürd əsilli deputatı. == Parlamentdə == 2019-cu ilin yanvar ayında keçirilən Ermənistanın parlamentinin yeni tərkibdə ilk iclasına ənənəyə görə ən yaşlı deputat olduğu üçün kürd icmasını təmsil edən 74 yaşlı Knyaz Həsənov rəhbərlik etmişdir.
Kənan Həsənov
Kərim Həsənov
Kərim Həsənov (ədəbiyyatşünas)
Kərəm Həsənov
Kərəm Əvəz oğlu Həsənov (2 avqust 1969, Cəlilabad rayonu) — Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri (2019-cu ildən), 1-ci dərəcə dövlət müşaviri. == Həyatı == Kərəm Əvəz oğlu Həsənov 2 avqust 1969-cu ildə Cəlilabad rayonunda anadan olmuşdur. 1986-cı ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1988–1989-cu illərdə Moskva şəhərində hərbi xidmət keçmişdir. 1992-ci ildə isə Azərbaycan Dövlət İqtisad İnstitutunu (Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu) fərqlənmə diplomu ilə bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir. 1992–2000-ci illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində mütəxəssis vəzifəsindən şöbə rəisi vəzifəsinə kimi yüksəlmişdir. 2000–2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyində departament direktorunun müavini, departament direktoru və nazir müavini kimi vəzifələrdə çalışmışdır. 16 sentyabr 2001-ci ildən 16 sentyabr 2005-ci ilədək isə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin direktoru vəzifəsində çalışmışdır. 16 sentyabr 2005-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin tabeliyindən alınaraq onun əsasında Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi yaradılmış sədri isə Kərəm Həsənov təyin edilmişdir. O, bu vəzifəni 19 may 2009-cu ilədək daşımışdır.
Libania Qrenot
Libania Qrenot Martines Skafetti (12 iyul 1983, Santyaqo-de-Kuba[d]) — Kuba əsilli İtalyan atletidir. == Həyatı == Kubalı Grenot, atletizm həyatına burada başladı. 2006 cı ildə bir İtalyanla evlənərək bu ölkəyə köçüb. 2008-də isə vətəndaşlığa qəbul edildi. 2008 Pekində 400 metr qaçış yarı finalında 50.83-lə İtaliya rekordu qırdı lakin finala qala bilmədi. Pescaradakı 2009 Aralıq dənizi Oyunlarında 400 metri 50.30-la tamamlayaraq qızıl medal qazandı və özünə aid İtaliya rekordunu yenilədi.
Maarif Həsənov