Kənan Elşad oğlu Həsənov (16 sentyabr 1997; Qaraçala, Salyan rayonu, Azərbaycan — 10 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Kənan Həsənov | |
---|---|
Kənan Elşad oğlu Həsənov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qaraçala, Salyan rayonu, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Suqovuşan, Tərtər rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Elşad Həsənov |
Təhsili | Azərbaycan Memarlıq və İnşaat Universiteti |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Kənan Həsənov 16 sentyabr 1997-ci ildə Salyan rayonunun Qaraçala qəsəbəsində dünyaya göz açmışdır.[1] Orta məktəbi bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsil almışdır. Subay idi.
Kənan Həsənov ali təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Kənan Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Həsənov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Kənan Həsənov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]