Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xronika
Salnamə - tarixi hadisələrin xronoloji ardıcıllıqla yazılması, orta əsrlərin tarixi əsərlərinin əsas növlərindən biri. Salnamə xronika ilə eyniyyət təşkil edir.
Aroniya
Aroniya (lat. Aronia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Bionika
Bionika (yun. βίον — həyat elementi, hərfi tərcümə — yaşayan) — canlı təbiətin təşkilinin, xüsusiyyətlərinin və strukturunun texniki qurğularda və sistemlərdə tətbiqi haqqında elmdir. Mövcuddur: bioloji bionika. Bioloji sistemlərdə gedən prosesləri ğyrənir; nəzəri bionika. Bu proseslərin riyazi modellərini yaradır; texniki bionika. Nəzəri bionikanın modellərini mühəndis vəzifələrinin həllinə tətbiq edir. == Ədəbiyyat == Моделирование в биологии, пер. с англ., под ред. Н. А. Бернштейна, М., 1963. Парин В. В. и Баевский Р. М., Кибернетика в медицине и физиологии, М., 1963.
Erotika
Erotika və ya Erotizm sözü qədim yunan mifologiyasındakı məhəbbət ilahı sayılan Erosun adından götürülmüşdür. Sözün geniş mənasında həm iki cinsin (yəni kişi və qadın) cinsi yaxınlığındakı, həm də bütün insanların arasında mövcud olan dostluq və sevgi formasındakı eşqin bütün növlərini əhatə edir. Amma bu söz zaman keçdikcə öz ilkin mənasını tamamilə itirmişdir. Bu gün erotik deyincə ağıla gələn cinsi ehtiyacların fiziki və mənəvi ölçüləri və cinsi eqoları təmin etmək məqsədilə edilən hərəkətlər, davranışlar, oyunlar, moda və incəsənət kimi ictimai hadisələr başa düşülür. Bu anlayışına görə də, hal-hazırkı dövrdə erotika və ya erotizm sözünün mənası cinsi ehtiyacların sərhədlərini keçmir. Erotizm anlayışı pornoqrafiyaya yaxın olsa da, pornoqrafiya sərhəd tanımaması ilə erotikadan fərqlənir.
İroniya
İroniya (q.yun. εἰρωνεία "bəhanə") — trop, burada həqiqi məna gizlədilir və ya aşkar mənaya zidd olur. İroniya insanda belə hal yaradır ki, sanki, müzakirə predmeti görünən kimi deyildir İroniya — bu sözlərin mənfi halda ifadə olunmasıdır. Məsələn: "Sən igidsən!", "Kamallı-ağıllısan…" Burada müsbət fikirlər mənfi məna daşıyır.
Proniya
Proniya (yun. πρόνοια – qayğı) — XI–XV əsrlərdə Bizansda feodal institutu, xidmətə görə mükafat olaraq dünyəvi şəxsə və ya monastıra müəyyən ərazini idarə etmək və ondan vergi toplamaq hüququ ilə ömürlük (bəzən irsi) imperiya qrantı. Ən böyük inkişaf XII əsrin ikinci yarısında, torpaq mülkiyyətinin xidmət, əsasən hərbi xidmət şərtləri ilə verildiyi vaxt baş vermişdir. Zamanla proniya irsi mülkiyyətə çevrilmişdir. Tipoloji cəhətdən Qərbi Avropada benefisiyaya yaxındır. XI əsrə qədər artıq əhəmiyyətli gücə malik olmayan Bizans aristokratları hakim imperatoru dəstəkləmək üçün aldıqları fəxri adlardan və titullardan yapışmışdılar. IX Konstantinin dövründə aristokratiya imperiyanın müxtəlif yerlərində öz suverenliyini açıq şəkildə bəyan etməyə, öz məqsədləri üçün yerli əhalidən vergi yığmağa və tez-tez bu vəsaitləri mərkəzi hakimiyyətə qarşı üsyanlar hazırlamaq üçün istifadə etməyə başlamışdı. XI əsrin sonlarında I Aleksey Komnin zadəganları Bizans ərazisində yaymaq qərarına gələrək aristokratiyanı dəyişdirməyə çalışmışdı. Bu, hərbi xidmət şərtləri altında torpaq qrantı yolu ilə edilmişdir. Beləliklə, imperatora meydan oxumaq arzusunda olan mümkün rəqiblərini Konstantinopoldan uzaqlaşdırmışdır.
Aronia
Aroniya (lat. Aronia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Monika
Monika – ad. Monika Roxman — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Monika Krimadi — Albaniya siyasətçisi, parlament üzvü və Sosialist İnteqrasiya Hərəkatı Partiyasının aparıcı üzvü. Monika Ungureanu — Rumıniyalı cüdoçu. Monika Belluççi — italyan aktrisa və model. Monika Lampert — Macarıstan siyasətçisi və hüquqşünası.
Həmişəyaşıl tropika
Həmişəyaşıl tropika- yağışlı meşə ekosistemləri == Yayıldığı ərazilər == Cənubi Amerikada Amazon çayı hövzəsində, Orinokoda başdan-başa böyük massiv şəklində, Afrikada Konqo, Niger və Zambezi çayları hövzələrində və Madaqaskar adasında həmçinin Yeni Qvineya adalarında yayılıb. == İqlimi == Ərazidə illik yağıntıların miqdarı 2000–2500 mm olub aylar üzrə kifayət qədər bərabər paylanır. İlboyu bir və ya bir neçə nisbətən "quru mövsüm" (ayda 125 mm) müşahidə olunur. == Bitki örtüyü == Yağışlı tropik meşələrdə ağaclar üç yarus əmələ gətirir: 1)Seyrək yerləşən ən hündür ağaclar üst yarusu yaradır; 2)Başdan-başa həmişəyaşıl ağaclıq örtüyü, hündürlüyü 25–35 m; 3)Alt yarus–yalnız ümumi çətirdə işıq düşən sahələrdə sıx ağaclıq şəklində olur. Ot örtüyü və kollar praktiki olaraq olmur. Lakin çoxlu lianlar və epifitlər mövcuddur. Növ müxtəlifliyi olduqca yüksəkdir–bir neçə hektar sahədə rast gəlinən növlərin sayı bütün Avropanın florasında olan növlərin sayı qədərdir(Y. Odum, 1986). Bu meşələrdə ağac növlərinin sayı 170-dən çox, ot növləri isə 20-dən azdır. Yaruslar arası bitki növlərinin (lianlar, epifitlər və b.)sayı otlarla birlikdə 200–300 və daha çoxdur == Heyvanlar aləmi == Yağışlı meşələrdə heyvanların çox hissəsi bitki örtüyünün üst yarusunda yerləşir. Belə ki, Qayananın 59 məməli heyvan növünün 31-i ağaclarda yaşayır.
Kazuko Hironaka
Kazuko Hironaka — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 21 oyun keçirib, 3 qol vurub.
Natali Pronina
Natali Aleksandrovna Pronina-Rəcəbli (12 avqust 1987; Bakı, Azərbaycan) – Azərbaycanı təmsil edən üzgüçü, 2012-ci il XIV Yay Paralimpiya Oyunlarının qalibi. Natali Pronina 1987-ci il avqustun 12-də Bakı şəhərində anadan olub. Ailəlidir və bir oğlu var. Natali Filina Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə brass üsulu ilə üzmə turnirinin təsnifat mərhələsində 1:20.20 dəqiqə nəticə göstərdi və 44-cü pillənin sahibi olub. Daha sonra gözündə müəyyən problemlər yaranan, nəticədə görmə qabiliyətini qismən itirən Natali Pronina, Paralimpiya Oyunlarında mübarizə aparmağa başladı. Natali Pronina 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. XIV Yay Paralimpiya Oyunlarında Natali Pronina altı turnirdə mübarizə apardı. Avqustun 30-da 400 metr məsafəyə sərbəst üsulla üzmə turniri baş tutdu. Bu turnirdə mübarizə aparan Natali Pronina, Azərbaycanın idman tarixinə Paralimpiya Oyunlarında debüt edən birinci üzgüçü oldu.
Qarameyvə aroniya
Qarameyvə aroniya (lat. Aronia melanocarpa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin aroniya cinsinə aid bitki növü.
Steirische Harmonika
Steirische Harmonika — Bu musiqi aləti Avstriya, Çexiya, Sloveniya, Bavariya əyaləti və İtalyan Cənub Tirolunun dağlıq xalq musiqisində önəmli olan bisonorik (körüyün itələnməsi və çəkilməsi ilə fərqli not) diyatonik düymə akkordionunun bir növüdür. Steirische Harmonika alman dilindən Ştiriya akkordionu (Avstriyada əyalət) olaraq tərcümə edilir lakin sifət kimi işləndikdə Vyana ləhcəsində bu xalq musiqisi mənasına gəlir. Bu alət akkordiona oxşardır, lakin Steirische Harmonikada bas səsi biraz alçaq və ağırdır. Bu alətin milli alət kimi qəbul edilməsi bir çox Çexin köç etdiyi Meskika kimi digər ölkələrədə təsir etdi. Onun sağında melodiya tərəfi solunda isə bas tərəfi vardır. Melodya tərəfində hər bir sətrin öz açarı olan 3 dən 5-ə qədər düymə cərgəsi vardır.
Veronika Avluv
Veronika Avluv (23 noyabr 1972) — ABŞ pornoaktrisası. Holland, irland və şotland əsillidir. Həyat yoldaşı olan Hans Avluv 2013-cü ildə ürək xəstəliyindən vəfat etmişdir.
Veronika Bertolini
Veronika Bertolini (19 oktyabr 1995, Sondriyo[d], Lombardiya) — İtaliyanı təmsil edən bədii gimnast. Veronika Bertolini 2016-cı ildə İtaliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Veronika Bertolini 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 68.007 xal topladı və 19-cu yeri tutaraq mübarizəni dayandırdı.
Veronika Cioyeva
Veronika Cioyeva (oset. Джиоты Романы чызг Вероникæ) — rus opera müğənnisi (soprano). Novosibirsk Akademik Opera və Balet Teatrının solisti. Rusiya Federasiyasının əməkdar artisti (2018). 29 yanvar 1979-cu ildə Cənubi Osetiyanın Tsxinvali şəhərində anadan olmuşdur. Dediyinə görə, opera və musiqiyə sevgini atası aşılamışdır: "… Musiqini oxuduğum Pionerlər Sarayında. 13 yaşım var idi. Mən xalq rəqsləri ifa edirdim — özbək, qaraçı, osetin, rus. Kostyumları xalam — atamın bacısı tikirdi. Buna görə də bu şəkildə bütün şəhəri əyləndirirdim.
Veronika Dudarova
Veronika Dudarova (rus. Вероника Дударова, oset. Вероникæ Дудараты; 5 dekabr 1916, Bakı, Rusiya İmperiyası — 15 yanvar 2009, Moskva, Rusiya) — osetin əsilli SSRİ və Rusiya dirijoru, pedaqoq, SSRİ xalq artisti (1977). O, fransızlar Nadya Bulanj və Janna Evrardan sonra dünyanın üçüncü qadın dirijorudur. Veronika Dudarova 1916-cı il dekabrın 5-də Bakıda zadəgan osetin ailəsində anadan olub. Atası neft mühəndisi, anası isə evdar qadın idi. Dudarova Leninqrad Konservatoriyası yanında musiqi məktəbinin fortepiano sinfini, Moskva Konservatoriyasının dirijorluq fakültəsini bitirib, Nikolay Anosov və Leo Ginzburqun tələbəsi olub. 1947-1960-cı illərdə Moskva Dövlət Akademik Simfonik Orkestrinin dirijoru, 1960-1989-cu illərdə orkestrin baş dirijoru və bədii rəhbəri işləyib, 1991-ci ildən həyatının son gününə kimi isə Rusiya Simfonik Orkestrinə rəhbərlik edib. Veronika Dudarova 15 yanvar 2009-cu ildə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Sənətkarla vida mərasimi P.İ.Çaykovski adına Moskva Konservatoriyasının Böyük zalında keçirilib.
Veronika Gerin
Veronika Gerin (ing. Veronica Guerin; 5 iyul 1959, Dublin – 26 iyun 1996, Kilder qraflığı[d], Lenster) — narkotik mafiyası tərəfindən qətlə yetilirən İrlandiya cinayət müxbiri. Mühasib vəzifəsində çalışan Xristofer və onun həyat yoldaşı Bernadettin qızı olan Gerin ailədə "Ronni" ləqəbi ilə çağırılırdı. O və onun 4 bacı-qardaşı Dublinin Arteyn ərazisində böyüdülüb və katolik məktəbində oxuyublar. Burada Gerin atletikanı mükəmməl şəkildə öyrənir. Basketbol və kamojidən əlavə, Veronika futbol ilə də məşğul olurdu. 15 yaşında belində yırtıq olsa da İrlandiya futbol yarışında mübarizə aparmışdır. İrlandiya Qadın Basketbolçularının Milli Komandasında və İrlandiya Respublikası Qadınların Milli Futbol Komandasında oynamışdır. Sonuncunu 1981-ci ilin may ayında İngiltərə komandasına qarşı oyunda təmsil etmişdir. Gerin Dublində Triniti kollecində mühasiblik fakültəsində təhsil almışdır.
Veronika Kastro
Veronika Kastro (isp. Verónica Castro; d. 19 oktyabr 1952, Mexiko, Meksika) — Meksika aktrisası, müğənni, teleaparıcı. Veronika Kastro 1952-ci ildə Mexiko şəhərində anadan olub. Veronika ilk dəfə 16 yaşında "Caballero" jurnalında çılpaq göründü. Marianna rolunu oynadığı "Varlılar da ağlayır" serialınından sonra isə onun ulduzu parladı. Şöhrəti bütün Latın Amerikasına, İspaniyaya, Fransaya yayıldı. On il sonra isə daha bir serialla – bir zamanlar "Varlılar da ağlayır" serialı qədər sevib baxılan "Yabanı qızıl gül" serialı ilə şöhrətlənən Veronika artıq keçmiş SSRİ-də də bütün kişilərin sevimlisinə çevrilmişdi. Kastro 1992-ci ildə Rusiyaya gələndə isə onu burada təntənə ilə qarşıladılar. Elə bil Bill Klinton Rusiyaya gəlmşdi.
Veronika Kobaliya
Vera Kobaliya (d. 24 avqust 1981, Suxumi) — Gürcüstanın iqtisadiyyat və sabit inkişaf naziri. Erkən illərdə Kanadada yaşamış, 2004-cü ildə Britaniya Kolumbiyası Universitetini qurtarmışdı. 2010-cu ildə Gürcüstana qayıtmışdır. Government of Georgia Arxivləşdirilib 2008-05-15 at the Wayback Machine Vera Kobalia's official biography. The government of Georgia website.
Veronika Leyk
Veronika Leyk (ing. Veronica Lake; əsl adı ing. Constance Frances Marie Ockelman; d. 14 noyabr 1922, Nyu-York, ABŞ - ö. 7 iyul 1973, Vermont, ABŞ) — ABŞ aktrisası. Veronika Leyk 14 noyabr 1922-ci ildə Nyu-Yorkda anadan olmuşdur. O əvvəlcə tibb sahəsinə maraq göstərsə də soradan aktrisa olmaq qərarına gəlir. Onun ilk rolu ciddi tənqid olunsa da, qeyri-adi saç düzümü ilə özünə diqqət çəmişdir. Aktrisa kimi ilk uğurlu işi This Gun For Hire filmi olmuşdur. Digər uğurlu filmləri arasında Sullivan's Travels, I Married A Witch və The Glass Key filmlərini qeyd etmək olar.
Veronika Qerin
Veronika Gerin (ing. Veronica Guerin; 5 iyul 1959, Dublin – 26 iyun 1996, Kilder qraflığı[d], Lenster) — narkotik mafiyası tərəfindən qətlə yetilirən İrlandiya cinayət müxbiri. Mühasib vəzifəsində çalışan Xristofer və onun həyat yoldaşı Bernadettin qızı olan Gerin ailədə "Ronni" ləqəbi ilə çağırılırdı. O və onun 4 bacı-qardaşı Dublinin Arteyn ərazisində böyüdülüb və katolik məktəbində oxuyublar. Burada Gerin atletikanı mükəmməl şəkildə öyrənir. Basketbol və kamojidən əlavə, Veronika futbol ilə də məşğul olurdu. 15 yaşında belində yırtıq olsa da İrlandiya futbol yarışında mübarizə aparmışdır. İrlandiya Qadın Basketbolçularının Milli Komandasında və İrlandiya Respublikası Qadınların Milli Futbol Komandasında oynamışdır. Sonuncunu 1981-ci ilin may ayında İngiltərə komandasına qarşı oyunda təmsil etmişdir. Gerin Dublində Triniti kollecində mühasiblik fakültəsində təhsil almışdır.
Sokratik ironiya
Sokratik ironiya — dialoq aparma metodu. Söhbətin əvvəlində həmsöhbətin xəyali cəhaləti və razılığı qəbul edilir. Sonrakı dəqiqləşdirici suallar əqidələrin saxtalığını və rəqibin nadanlığını göstərir. Əvvəlcə Qədim Yunanıstanda "εἰρωνεία" termini "özünü aşağılama" mənasını verirdi. Sokratın bu dialoq üsulundan istifadə etməsi dövrün özəllikləri ilə bağlı idi. İroniyadan istifadə filosofa nəinki sofistlərə qarşı durmağa, həm də onların arqumentlərini təkzib etməyə imkan verirdi. Sørn Kyerkeqora görə, "ironiya dünyada Sokratla birlikdə meydana gəlmişdir". Sokratik istehza fəlsəfi diskussiya üsulu kimi son antik dövrdə öz əhəmiyyətini itirmişdir. Əvvəlcə Qədim Yunanıstanda "εἰρωνεία" sözü "özünü aşağılama", "özünü alçaltma", "iddia" mənasını verirdi. Termin öyünmənin antonimi idi.
Veronika Tsepkalo
Veronika Valeryevna Tsepkalo ( belar. Вераніка Валер’еўна Цапкала; 7 sentyabr 1976, Mogilyov) — Belarus İT meneceri və siyasi fəal, 2020-ci ildə Belarus Respublikasının prezident seçkilərində həyat yoldaşı Valeri Tsepkalonun qərargahının rəhbəri və Svetlana Tixanovskayanın birgə qərargahının nümayəndəsi. Veronika Valeryevna Tsepkalo 7 sentyabr 1972-ci ildə Mogilyovdə anadan olub. Anası - Yevgeniya Şesterikova, bacısı - Natalya Leonyukdur. Babası - Pyotr Şesterikov - yazıç olub. O, roman və qısa hekayələr müəllifidi. Mogilyov küçələrindən biri Pyotr Şesterikovun şərəfinə adlandırılmışdır. Veronika Tsepkalo 1998-ci ildə Belarus Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini Beynəlxalq Münasibətlər ixtisası üzrə bitirib. Tsepkalo 2004-2006-cı illərdə Belarus Dövlət İqtisad Universitetinin Ali İdarəetmə və Biznes Məktəbində təhsil alıb. 2008-ci ildə Heydərabad (Hindistan) şəhərində Kiçik və Orta Müəssisələrin Milli İnstitutunda təhsil alıb.
Veronika Marçenko
Veronika Aleksandrovna Marçenko (rus. Верони́ка Алекса́ндровна Ма́рченко; 27 noyabr 1969, Moskva) — Rusiyalı hüquq müdafiəçisi və jurnalist. O, hüquq müdafiəsi saghəsində göstərdiyi xidmətlərinə görə 2009-cu ildə ABŞ Dövlət Departamenti tərəfindən Cəsarətə görə Beynəlxalq Qadınlar Mükafatına layiq görülüb. Mükafat ona Ağ Evdə Mişel Obama və Hillari Klinton tərəfindən təqdim olunub. Veronika Marçenko 27 noyabr 1969-cu ildə Moskvada anadan olub. İlk təhsilini doğma şəhərində alıb. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Tələbəlik illərindən aktiv ictimai fəaliyyətlə məşğul olub. O, SSRİ Mərkəzi Televiziyasının “12-ci mərtəbə” (1986) gənclər televiziya proqramının iştirakçısı olub. Marçenko “Next Stop Sovjet” beynəlxalq gənclər hərəkatının iştirakçılarından biri (1987-1990) idi.