Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sunca
Sunca — Azərbaycan Respublikasının Xocalı rayonununda çay. Xocalı çayının sağ qoludur. Qarabağ xanı Mehdiqulu xanın (1806-1822) saldırdiği Xankəndidə 1847-ci ildə çar hökuməti Sunca polkunu (polkun adı Rusiyadakı Terek çayının sağ qolu olan Sunca çayının adından yaranmışdır) yerləşdirmişdi. Polkun kazarmaları çayın kənarında idi. Çay həmin dövrdön polkun adı ilə adlanmışdır.
Hunza türkləri
Hunzalar və ya Hunza türkləri — Pakistanda əslən hun türklərindən olan azsaylı xalq. == Ümumi məlumat == Soyları hun türklərindən gələn hunzalar əsasən Pakistan və Hindistanın sərhədində məskunlaşıblar. Bir çox maraqlı xüsusiyyətləri olan hunzalar elm adamlarının araşdırma mərkəzindədirlər. Belə ki, hunza türklərinin ortalama ömür müddəti 110-120 il arasında dəyişir. Müsəlman olan bu xalq üçün orta yaş dövrü 65 sayılır. Hətta qadınlar 65-70 yaşında belə ana ola bilirlər. Hunza türklərinin digər maraqlı xüsusiyyəti isə onlarda xərçəng xəstəliyinə heç vaxt rast gəlinməməsidir. Bu türklərdə eyni zamanda, indiyə qədər digər xəstəliklər də müşahidə olunmayıb. Buna səbəb kimi onların dənizdən 6 min metr hündürlükdə, bol oksigen olan bir bölgədə məskunlaşmaları göstərilir. Elm adamları hesab edirlər ki, hunzaların buz kimi su içib, öz əkdikləri məhsullardan yemələri onların sağlam qalmasını təmin edir.
Buncar
Buncar-İranın Sistan və Bəlucistan ostanının Zabul şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,619 nəfər və 847 ailədən ibarət idi.
Cunci
Cunci — Yaponiya adı. Cunci Nişikava — keçmiş Yaponiya futbolçusu. Cunci Kavano — keçmiş Yaponiya futbolçusu.
Cunya
Cunya — Yaponiya adı. Cunya Tanaka — Yaponiya futbolçusu. Cunya İto — Yaponiya futbolçusu. Cunya Enoki — Yaponiya aktyoru.
Dunqa
Dunqa Tam adı Carlos Caetano Bledorn Verri (31 oktyabr 1963, İjui[d], Riu-Qrandi-du-Sul) — Braziliyalı keçmiş futbolçu. == Həyatı == 31 oktyabr 1963-cü ildə anadan olub.
Dünya
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri, Venera, Yer, Mars) ən böyüyü və ən ağırıdır. Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur.
Hansa
Hansa Records (Hansa, Hansa Musik Produktion və ya Hansa International) – 1964-cü ildə Peter Meysel tərəfindən Almaniyanın Berlin şəhərində yaradılan alman səsyazma leyblı. 1985-ci ildə ölkə daxilində və xaricində satışın azalması studiyaya təsir göstərmiş və BMG kompaniyası tərəfindən alınmışdı. Digər Ariola Records studiyası ilə birləşəndən sonra "BMG Berlin Musik GmbH/BMG-Ariola" firmasının tərkibinə qatılmışdı. Ardınca "Sony BMG Music Entertainment" firmasının üzvü olmuşdu. Leybllar səsyazma studiyasının xüsusi "Hansa Tonstudio" adlı yerində yazılırdı. Bu səsyazma studiyası ilə Boni M, Modern Talking, Depeche Mode, Blue System kimi musiqi qrupları, Bonni Tayler, C.C.Catch, Elton Con, Tomas Anders və bir çox məşhur ifaçılar əməkdaşlıq etmişdi.
Hnçak
Sosial Demokrat Hnçak partiyası (erm. Սոցիալ Դեմոկրատ Հնչակյան Կուսակցություն) – ilk erməni siyasi partiyalarından biridir. Partiya 1887-ci ildə Cenevrədə təhsil alan Nəzərbəyov qardaşları və bir neçə digər tələbələr tərəfindən yaradılıb. 1888-ci ildə dərc olunmuş proqramda, üsyanlar kütləvi iğtişaşlar və terror yolu ilə, Türkiyənin şərqində erməni dövlətini qurmaq planlaşdırılırdı. Partiyanın üzvləri Osmanlı İmperiyası ilə yanaşı, Qafqazda da aktiv fəaliyyət göstərirdilər. 1903-cü ilin oktyabrın 14 Qnçaq üzvləri Qafqaz canişini knyaz Qolitsinə hücum edir, knyaz ağır yaralansa da sağ qalır, bir gədər sonra isə vəzifəsindən istefa verir. 1904 cü ildə onlar, Bakıdakı erməni fəhlələrini tətilə sövq etmək üçün kommunistlərlə birgə fəaliyyət göstərirdilər. Osmanlı imperiyasında partiyanın üzvləri Sasun və Zeytun üsyanlarında aktiv iştrak edir. 1915 ci ildə, türk əhalisinə qarşı terror planlayan və həyata keçirən, həmçinin Osmanlı dövlətinin düşmanları ilə əlbir olub ona qarşı vuruşmaqda olan, Qnçaq partiyasının 20 nəfər öndə qələn üzvü İstanbulda asılaraq edam edilir. Birinci dünya müharibəsindən və SSRİ nin qurulmasından sonra, partiya yalnız ermənilərin sıx yaşadığı ölkələrdə fəaliyyət göstərir.
Honda
Honda — avtomobil, yük maşını, motosiklet və robotlar olan bir Yapon avtomobil markası. Firma ayrıca ATVlər, dəniz mühərrikləri, elektrik generatorları, bağça maşınları da istehsal edir. İldə 14 milyon ilə Dünyanın ən böyük mühərrik istehsalçısıdır. Mərkəzi Tokioda olan Honda, dünya səviyyəsində çox ölkədə istehsal və satış ilə məşğuldur. == Honda Tarixçəsi == 1946 - Soiçiro Honda tərəfindən Hamamatsuda quruldu 1947 - İlk motosiklet mühərrikini çıxardı 1948 - Honda Motor Co. adını aldı 1949 - Dream D-type adlı 2 silindrli 98 cc motosikleti çıxardı 1952 - Mərkəz ofisini Tokioya keçirtdi 1959 - Motosiklet yarışlarındakı ilk əhəmiyyətli müvəffəqiyyətini İngiltərədə əldə etdi. Isle Of Man Tourist Trophy GP yarışlarında 6, 7 və 8-ci sıraları tutaraq 125 cc markalar çempionu oldu. 1959 - American Honda Motor Co. Quruldu 1960 - Motosiklet istehsalı üçün Suzuka fabriki quruldu 1946-1963 - İlləri arasında dəyişik motosikletlər çıxarmış və motoyarışlarda əhəmiyyətli nəticələr əldə etmişdir 1963 - İlk idman avtomobili S500-ü və kiçik pikap T360-ı çıxardı 1963 - Belçikada motosiklet istehsalına başladı 1964 - İlk dəfə girdiyi Formula 1 yarışlarında 9-cu oldu 1965 - Mexiko GP-ində ilk zəfərini qazandı 1965 - Portativ generator istehsalına başladı 1966 - S800 modeliylə ixracat hücumuna başladı 1967 - Suzuka fabrikində kiçik vasitələrin istehsalına başlandı 1972 - Civic modelinin istehsalına başlandı 1976 - Braziliyada motosiklet istehsalına başlandı 1976 - Civic modelinin istehsalı 1.000.000 ədədə çatdı 1976 - Accord modeli çıxarılmağa başlandı 1982 - Amerikada Civic çıxarılmağa başlandı.
Hunlar
Hunlar — IV-VI əsrlərdə Mərkəzi Asiyada, Qafqazda və Şərqi Avropada yaşamış köçəri xalq. Avropa ənənəsinə görə, onlar ilk əvvəllərdə Volqa çayının şərqində, yəni o dönəmdə Skitiya adlandırılan yerlərdə yaşamışdırlar. Hunların qərbə doğru köçmələri ariyanlardan hesab edilən Alanların qərbə doğru yürüşü ilə əlaqələndirilir. 370-ci ildən etibarən Hunlar Volqa sahillərinə gəldilər və 430-cu ildə Avropada özlərinin böyük, lakin qısaömürlü dövlətlərini qurdular. Hunlar tədricən Qotları və Roma sərhədlərindən kənarda yaşayan bir çox digər german tayfalarını özlərinə tabe etdilər, yerdə qalanları isə Roma sərhədləri daxilinə miqrasiya etməyə məcbur oldu. Hunlar, xüsusən Attilanın rəhbərliyi altında tez-tez Şərqi Roma imperiyası üzərinə dağıdıcı yürüşlər həyata keçirdilər. 451-ci ildə onlar Qərbi Roma imperiyasının əyaləti olan Qaulu ələ keçirdilər. Onlar buanı ələ keçirmək üçün romalılarla vestqotların birləşmiş ordusu ilə Katalaun döyüşündə döyüşmüdülər. 452-ci ildə onlar İtaliyanı ələ keçirdilər. Attilanın 453-cü ildə ölümündən sonra Hunlar artıq Roma üçün əsas təhlükə olmaqdan çıxdılqar və öz torpaqlarının çoxunu 454-cü ildə baş vermiş Nedao döyüşündən sonra itirdilər.
Hunud
Hunud, Hünüt — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Meğri rayonunda) kənd adı.Ermənistanın indiki Sünik mərzində kənd. Çarlıq dövründə keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına, sovet dövründə isə Kapan (Qafan) rayonuna aid idi. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Kəndin adı Hünüt formasında da qeyd edilir. == Toponimi == Toponim qədim türk mənşəli hun etnoniminə türk dilində cəmlik bildirən "-ud" şəkilçisinin artırılması əsasında əmələ gələn etnotoponimdir. Görkəmli türk tədqiqatçısı "Türk tarixi" əsərində yazır: "Hunlar çox qüvvətli, döyüşdə çox cəsur və mahir olan türklərdir". "Hunlar kəndi" mənasını verir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalinin bir hisəsi geri qayıdaraq yenidən məskunlaşmışdır və ermənilərlə qarışıq yaşamışdır.
Hünüt
Hunud, Hünüt — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Meğri rayonunda) kənd adı.Ermənistanın indiki Sünik mərzində kənd. Çarlıq dövründə keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına, sovet dövründə isə Kapan (Qafan) rayonuna aid idi. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Kəndin adı Hünüt formasında da qeyd edilir. == Toponimi == Toponim qədim türk mənşəli hun etnoniminə türk dilində cəmlik bildirən "-ud" şəkilçisinin artırılması əsasında əmələ gələn etnotoponimdir. Görkəmli türk tədqiqatçısı "Türk tarixi" əsərində yazır: "Hunlar çox qüvvətli, döyüşdə çox cəsur və mahir olan türklərdir". "Hunlar kəndi" mənasını verir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalinin bir hisəsi geri qayıdaraq yenidən məskunlaşmışdır və ermənilərlə qarışıq yaşamışdır.
Hənza
Hənza — İranın Kirman ostanının Rabor şəhristanının Hənza bəxşində şəhər və bu bəxşin mərkəzi.
Humea
Calomeria (lat. Calomeria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Agathomeris Delaun. === Heterotipik sinonimləri === Humea Sm. Oxiphoeria Dum.Cours. Razumovia Spreng.
Achillea fusca
Adi boymadərən (lat. Achillea millefolium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik, ot bitkisi olub, gövdəsinin hündürlüyü 20-50 sm, düzqalxan, budaqlanan, dəyirmi, nazikşırımlı, yuxarı budaqcığındakı yarpaqları qısalmışdır. Yarpaqları növbəli, xətti-neştərvari, ikiqat lələkşəkilli yarılmış, iki-üçqat kəsilmiş seqmentli və demək olar ki, kürəkşəkilli, sonluğu xətti formalıdır. Kökümsov yarpaqları saplaqlı uzunluğu 35-50 sm-dir. Kökləri nazik, sürünəndir. Çiçəkqrupu kiçik, çoxsaylı olub, gövdənin zirvəsində mürəkkəb çiçəkqrupunda formalaşan, kənarları ağ dilşəkilli (bəzən çəhrayı) daxili çapıqlı olmaqla, sarı rənglidir. Qalxanşəkilli çiçəklərinin uzunluğu 4 sm-ə (çiçək səbətciyinin əsası) bərabərdir. Hər bir səbətcik kənar dişicikli, (əsasən sayı 5 olan), orta boruşəkilli, ikicinsli (3-30 qədər sayı olan), 5 erkəkcikli və aşağı yumurtalıqlı çiçəklərdən ibarətdir. Çiçəyin əsası qabarıq olmaqla, çiçək yatağı bölünmüşdür.
Akiba-cinca
Akiba məbədi (秋葉神社, Akiba-cinca) – Yaponiyanın Şizuoka prefekturasının Şuçi rayonundakı Akiha dağında yerləşən şintoist məbədi. Məbəd alov kamisi Kaqutsuçiyə həsr olunmuşdur. == Haqqında == Məbəd və dağın adı yapon dilində eyni kancilərlə yazılsa da, dağ "Akiha", məbəd isə "Akiba" adı ilə tanınmışdır. Məbəd VIII əsrin əvvəllərində yanğınlarla əlaqədar fəlakətlərdən qorunmaq məqsədilə tikilmişdir. 1868-ci ilə qədər bu məbəd bodhisattva Kannona həsr olunmuş Akiba buddist məbədi ilə assosiasiya olunurdu. Kannon şintoizm kamisi olan Kaqutsuçinin prototipi hesab olunur. Bu məbədin populyarlığı Edo dövründə Yaponiyanın şərqində artmış və Yaponiyada məbədin bir çox qolunun yaranmasına səbəb olmuşdur. Hər ilin 15–16 dekabr tarixlərində məbəddə alov festivalı (himatsuri) keçirilir. Məbədin xəzinəsinə hamilər tərəfindən bağışlanmış 150-dən çox qılınc daxildir. Belə ki, yapon mifologiyasına görə İzanaqi Kaqutsuçini öldürmək üçün qılıncdan istifadə etmişdir.
Annamari Dança
Annamari Dança (ukr. Данча Аннамарі Михайлівна; 26 mart 1990, Ujqorod) — Alpinist xizəkçilikdə ixtisaslaşan Ukraynalı xizəkçi.
Antik dünya
Avena fusca
Avena strigosa (lat. Avena strigosa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena agraria Brot. Avena agraria var. sesquialtera Brot. Avena agraria-mutica Brot. Avena agraria-sesquialtera Brot. Avena alta Cav. ex Roem. & Schult.
Ağ Hunlar
Ağ Hunlar və ya Eftalitlər — Hunların qərb qolu. Tenqriçilikdəki simvolizmə görə qərbi ağ rəng simvolizə edirdi. Xan Çao dövlətinin dağılmasından sonra Xarəzmə gələn hunlar iki hissədən ibarət idi. Qərbdə, Xəzər dənizinin şərq sahillərində yaşayan Ağ Hunlar və cənubda Hindistanın şimalı və Əfqanıstanda yaşayan Qırmızı Hunlar. Qırmızı hunlar, Ağ hunlar, Avarlar, Kutriqurlar və Onoqurlar qərblilər tərəfindən Xionitlər adlandırıldılar. Ağ hunlar əvvəllər Qırmızı Hunların yaratdığı dövlət olan Kidar imperiyasında yaşayırdılar. Onların dövləti sonralar Sasanilər, Kabulşahlar və Göytürklər arasında bölündü. == Etimologiya == Ağ Hunların adları fərqli dillərdə fərqli səslənir. Çinlilər Yanda (嚈噠) deyirdilər . Koreyalılar isə onlara Yeoptal deyirdi.
Baccharis fusca
Baccharis fusca (lat. Baccharis fusca) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Bidens fusca
Acmella oleracea (lat. Acmella oleracea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin acmella cinsinə aid bitki növü. == Sinonimləri == Anacyclus pyrethraria (L.) Spreng. Bidens fervida Lam. Bidens fixa Hook.f. Bidens fusca Lam. Bidens oleracea (L.) Cav. ex Steud. Cotula pyrethraria L. Pyrethrum spilanthus Medik. Spilanthes acmella var.
Bizsiz Dünya
Bizsiz Dünya — təbiətə və ətraf mühitə həsr edilmiş kitab. Müqəddəs Martin mətbuatında nəşr edilmişdir.
Callista adunca
Dendrobium aduncum (lat. Dendrobium aduncum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Callista adunca (Lindl.) Kuntze === Heterotipik sinonimləri === Dendrobium aduncum var. faulhaberianum (Schltr.) Tang & F.T.Wang Dendrobium faulhaberianum Schltr. Dendrobium oxyanthum Gagnep.