Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Belarus
Belarus Respublikası (əvvəlki yazılışı: Belorus; belar. Рэспубліка Беларусь) — Avropanın şərqində dövlət, dənizə çıxışı yoxdur. Ölkə şimal-şərqdən Rusiya Federasiyası, cənubdan Ukrayna, qərbdən Polşa, şimal-qərbdən isə Litva və Latviya ilə həmsərhəddir. Paytaxtı və ən çox əhalisi olan şəhəri Minskdir. 207,600 kvadrat kilometr sahəsinin təqribən 40%-i meşə ilə örtülüdür. İqtisadiyyatın əsas sahələri xidmət sənayesi və istehsalatdır. XX əsrə qədər müasir Belarus dövlətinin yerləşdiyi ərazidə Polotsk knyazlığı, Böyük Litva knyazlığı, Reç Pospolita və Rusiya imperiyası kimi dövlətlər hökmranlıq etmişdir. 1917-ci ildə Rusiyada baş vermiş inqilabdan sonra Belarus Xalq Respublikası müstəqilliyini elan etsə də, çox keçmədən ölkə Sovet Rusiyasının işğalına məruz qalır. 1922-ci ildə Sovet İttifaqının əsası qoyularkən Belorusiya Sovet Sosialist Respublikası da həmin ittifaqın qurucu üzvlərindən biri oldu. 1919–1921-ci illərdə baş vermiş Sovet-Polşa müharibəsi nəticəsində Belarus ərazisinin təqribən yarısı Polşa tərəfindən işğala məruz qaldı.
Heparin
Heparin (lat. heparinum, yun. ἧπαρ qaraciyər) sinonimläri: lat. Liquaemin, Pularin, Thromboliquin, Vetren və s. insan və heyvan orqanizmin təbii və fizioloji olaraq qanın laxtalanmasının qarşısını alan faktorudu. Fibrinolizin ilə birlikdə heparin orqanizmin qanın laxtalanmasının qarşısını alan fizioloji sistemə daxildir. Heparin birbaşa təsirə malik, bilavasitə qanın laxtalanma faktorlarına (XII, XI, X, IX, VII, II) təsir edən antikoaqulyantdır. O, trombinin sintezinin qarşısını alır, trombositlərin aqreqasiyasının azaldır. Heparinin qanın laxtalanmasının qarşısını alması həm lat. in vivo – orqanizmdə və həm də lat.
Həlaçin
Yelləncək — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Yelləncək oyunu Novruz bayramı günlərində, ilaxır çərşənbələrdə, həmçinin yaz, yay və payız aylarında ağac budağından kəndirlə asılan yelləncək. Bu mərasim oyununda, əsasən, gənc oğlan və qızlar iştirak edirlər. İştirakçılar bir-bir yelləncəyə minib yellənirlər. Digər iştirakçılar isə halay, yallı məzmunlu oyunlar ifa edirlər. Yelləncəyə minib yellənənlər Naxçıvanda "Kuflan", Qarabağda "Ucuncaq", Lənkəran bölgəsində "Küf", "Həlaçin", Bakıda "Quyhaquy", Qubada "Havaçağ", Şəkidə "Sulançıx", "Yörtməc", Zəngilanda "Sarımçax", Gəncədə "Səkmən" və sairə adlarla məlumdur. == Oyunun qaydaları == İştirakçılar bir-bir, iki-iki ağac budağından asılmış kəndir yelləncəyə qalxıb yellənir, deyişmə və bayatı şəklində müxtəlif mahnı oxuyur, ətrafdakılar isə əl çalıb şənlənir, halay və yallısayağı rəqs edirlər. Yelləncəkdə yellənən qızın ayaqlarına çubuqla asta-asta vurub xorla oxuyurlar: Yelləncəkdəki qızdan ta cavab almayınca onu yelləndirirlər. Qız cavab verdikdən sonra yelləncəyi saxlayıb yerə salır və bir başqası yelləncəyə minir. Oyun saatlarla davam edir.
Harun
Harun (ivr. ‏אַהֲרֹן‏‎, Aron; "ali", "dağ", "işıq dağı", "müəllim", "ziyalı"; ərəb. هارون ‎) — Tövratda Musanın böyük qardaşı və yəhudilərin Misir əsarətindən azad edilməsi zamanı yoldaşı, yəhudilərin ilk baş kahini. Levi qəbiləsindən Amram və İoxavedanın oğludur. İslamda o, Musanın qardaşı Harun ibn İmran kimi tanınır. == İstinadlar == == Əlavə ədəbiyyat == Аарон, первосвященник // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Belarus 1
Belarus 1 — 1 yanvar 1956-cı il tarixində fəaliyyətə başlayan, Belarusun ilk milli və ictimai televiziyasıdır. Televiziya, Belarus Dövlət Milli Teleradio Şirkətinin tabeliyindədir. Yayım, belarus və rus dillərində həyata keçirilir. Həmçinin Avropa Yayım İttifaqının üzvüdür.
Belarus Konstitusiyası
Belarus Respublikasının Konstitusiyası (belar. Канстытуцыя Рэспублікі Беларусь; rus. Конституция Республики Беларусь) — Belarusun əsas qanunu. Ölkə Sovet İttifaqından öz müstəqilliyini elan etdikdən üç il sonra – 1994-cü ildə qəbul edilmiş bu rəsmi sənəd Belarusun dövlət və hökumət quruluşunu müəyyən edir və vətəndaşların hüquq və azadlıqlarını sadalayır. Konstitusiya layihəsi ölkənin keçmiş qanunverici orqanı olan Belarus Ali Soveti tərəfindən hazırlanmış və vətəndaşlar və hüquqşünas ekspertlərin səyi ilə təkmilləşdirilmişdir. Konstitusiya preambula, doqquz bölmə və 146 maddədən ibarətdir. Konstitusiyanın strukturu və mətni daha çox Qərb dünyasının konstitusiyalarının və Sovet dövründə Belarusun təcrübələrinin təsirinə məruz qalmışdır. Konstitusiya daha çox hökumətin funksiyalarını və səlahiyyətlərini müəyyən etsə də, bütöv bir bölmə insan və vətəndaşların hüquq və azadlıqlarına həsr olunmuşdur. Sənədə qəbul olunduqdan sonra iki dəfə – 1996 və 2004-cü illərdə dəyişiklik edilmişdir. Müstəqil müşahidəçilər və müxalifət liderləri tərəfindən tənqid edilən iki referendum prezidentin hökumət üzərində səlahiyyətlərinin artmasına və prezidentlik üçün seçilmə müddətinə qoyulan məhdudiyyətin aradan qaldırılmasına səbəb olmuşdur.
Belarus Prezidenti
Belarus prezidentlərinin siyahısı — 1991-ci ildə Sovet İttifaqından müstəqilliyini qazanan Belarusun, dövlət başçılarının siyahısı. Belarus Prezidenti, Belarus Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Belarus Prezidenti vəzifəyə, Belarus Konstitusiyasının müvafiq maddələri ilə təyin olunur. 1994-cü ilin 24 iyul tarixində təsis edilən vəzifəni, həmin gündən etibarən Aleksandr Lukaşenko icra edir.
Belarus Respublikası
Belarus Respublikası (əvvəlki yazılışı: Belorus; belar. Рэспубліка Беларусь) — Avropanın şərqində dövlət, dənizə çıxışı yoxdur. Ölkə şimal-şərqdən Rusiya Federasiyası, cənubdan Ukrayna, qərbdən Polşa, şimal-qərbdən isə Litva və Latviya ilə həmsərhəddir. Paytaxtı və ən çox əhalisi olan şəhəri Minskdir. 207,600 kvadrat kilometr sahəsinin təqribən 40%-i meşə ilə örtülüdür. İqtisadiyyatın əsas sahələri xidmət sənayesi və istehsalatdır. XX əsrə qədər müasir Belarus dövlətinin yerləşdiyi ərazidə Polotsk knyazlığı, Böyük Litva knyazlığı, Reç Pospolita və Rusiya imperiyası kimi dövlətlər hökmranlıq etmişdir. 1917-ci ildə Rusiyada baş vermiş inqilabdan sonra Belarus Xalq Respublikası müstəqilliyini elan etsə də, çox keçmədən ölkə Sovet Rusiyasının işğalına məruz qalır. 1922-ci ildə Sovet İttifaqının əsası qoyularkən Belorusiya Sovet Sosialist Respublikası da həmin ittifaqın qurucu üzvlərindən biri oldu. 1919–1921-ci illərdə baş vermiş Sovet-Polşa müharibəsi nəticəsində Belarus ərazisinin təqribən yarısı Polşa tərəfindən işğala məruz qaldı.
Belarus bayrağı
Belarus bayrağı (belarusca: Дзяржаўны флаг Рэспублікі Беларусь (Dzyarjawnı flaq Räspubliki Belarus') ) — Belarus dövlət bayrağı. Belarus Respublikasının Dövlət bayrağının icazə verilən variantı-ornament yaxınlığında ağ və qırmızı naxışlı qırmızı rəngli qırmızı-yaşıl bayraqdır. Cari dizayn 2012-ci ildə Belarus Respublikasının Standartlaşdırma üzrə Dövlət Komitəsi tərəfindən tətbiq edilib və 1995-ci ilin may ayında keçirilmiş referendumda təsdiq edilmiş ümumi bayraq növünə uyğunlaşdırılıb. 1951-ci il BSSR bayrağının dəyişdirilməsi, ölkənin Sovet İttifaqının respublikalarından biri olduğu dövrdə istifadə edilmişdir. Sovet dövrünün bayrağına edilən dəyişikliklər kommunizm (oraq, çəkic və Qırmızı Ulduz) simvollarının çıxarılması və ornamentin rənglərinin ağdan qırmızıdan ağ rənginə "çevrilməsi" idi. 1995-ci ilin referendumundan hökumət məmurlarının və idarələrinin Dövlət Bayrağı nümunəsi əsasında istifadə etdikləri bir neçə bayraq yarandı. Bu konstruksiya Belarus Xalq Respublikası tərəfindən 1918-ci ildə istifadə olunan tarixi Ağ-qırmızı-ağ bayrağı əvəz etmişdir, Belarus sovet respublikalarından birinə çevrilməzdən əvvəl və 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra geri qaytarılmışdır. Ağ-qırmızı-ağ bayraq bundan sonra Belarus Cəmiyyətinin Milli istiqamətlənmiş hissəsi, bir sıra ictimai təşkilatlar, o cümlədən hökumətə qarşı etiraz aksiyalarında, həmçinin Belarus diasporu tərəfindən istifadə olunur.
Belarus coğrafiyası
Belarus — Şərqi Avropada dövlət. Şimalda Latviya, şm.-qərbdə Litva, qərbdə Polşa, cənubda Ukrayna, şərqdə və şm.-şərqdə Rusiya ilə həmsərhəddir. Sahəsi 207,6 min km². Əhalisi 9800 min (2009). Paytaxtı Minsk şəhəridir. Rəsmi dillər belarus və rus dilləri, pul vahidi Belarus rubludur. İnzibati cəhətdən 6 vilayətə bölünür; Minsk şəhəri də vilayət statusuna malikdir. == Geoloji quruluşu və faydalı qazıntıları == Belarusun ərazisi qədim Şərqi Avropa platformasının qərb hissəsində yerləşir. Ölkənin mərkəzi hissəsini geniş Belarus anteklizi tutur. Antekliz hüdudlarında bünövrənin dərinliyi 20–100 metrdir; yamaclar Paleozoyun karbonatlı çöküntülərindən təşkil olunmuşdur.
Belarus diasporu
Belarus diasporu (belar. Беларуская дыяспара) — Belarus Respublikasından kənarda yaşayan belarus mənşəli insanların birliyidir. 16 may 2007-ci il tarixinə 3,5 milyondan çox belarus xaricdə yaşayırdı və onların sıx məskunlaşdığı ərazilərdə 200-ə yaxın ictimai birlik fəaliyyət göstərirdi. BMT-nin məlumatına görə, 2018-ci ildə Belarusdan kənarda 1 milyon 484 min 875 belarus yaşayırdı. Xaricdəki belaruslar 207 təşkilatda birləşib. Onlar Belarus mədəniyyətinin, tarixinin, dilinin qorunub saxlanılması və təbliği istiqamətində fəaliyyət göstərir, biznes layihələrinin həyata keçirilməsində iştirak edirlər. Belarus diasporu ən çox qonşu dövlətlərdə və XIX-XX əsrlərin tarixən müəyyən edilmiş miqrasiya axınları ilə əlaqəli olan ölkələrdə, məsələn, Rusiya, Ukrayna, İsrail, Latviya, Polşa, Litva, Kanada, Estoniya, Moldova kimi ölkələrdə təmsil olunur. Xaricdəki belaruslar Avstraliya, Avstriya, Argentina, Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Qazaxıstan, Kuba, ABŞ, Özbəkistan, Fransa, Çexiya, İsveçrə kimi ölkələrdə də yaşayırlar. Müxtəlif araşdırmalara görə, Belarus diasporunu təşkil edənlərin sayı 2,5-3,5 milyon arasındadır. Bu rəqəmə XIX əsrin sonu və XX əsrin əvvəllərində Belarus ərazisindən mühacirət edənlərin nəsilləri, həmçinin İkinci Dünya Müharibəsindən emiqrantlar, eləcə də 1990-cı illərdə başlayan dalğadan olan mühacirlər daxildir.
Belarus dili
Belarus dili, Belorus dili — Şərqi slavyan dillərindən biridir. Əsasən Belorusda, Rusiya Federasiyasında, Ukraynada, Litvada, Latviyada və Estoniyada yayılmışdır. Bu dildə danışanların ümumi sayı 8 milyonu keçir. İki əsas dialekti mövcuddur: şimal-şərq dialekti (polotski, vitebsk-mogilyov); cənub-qərb dialekti (qrodno-baranoviçi, slutsko-mozırsk və b.) Belorus yazısı kiril qrafikası əsasında tərtib olunmuşdur.
Belarus dilləri
Belarus dilləri — Belarus Konstitusiyasına görə dövlətin rəsmi iki dili vardır: belarus dili və rus dili. Bununla birlikdə ölkədə hansı dildən istifadə edilmə dərəcəsi çox dəyişkəndir. Tarixən SSRİ-nin mövcudluğundan bəri, rus dilinin belarus dilindən daha üstün tutulduğu bir vəziyyət yaranmışdır. Hal-hazırda belarusların həyatının demək olar ki, bütün sahələrində rus dili üstünlük təşkil edir: rəsmi sənədlərin böyük əksəriyyəti rus dilində nəşr olunur, demək olar ki, bütün təşkilatlarda sənədlər rus dilindədir və əksər mətbuatda rus dili üstünlük təşkil edir. Belarus dili saf formada gündəlik həyatda əsasən kənd yerlərində istifadə olunur. Belarus Respublikasının şəhər və paytaxtında, əsasən ziyalılar və cəmiyyətin vətənpərvər bir hissəsi tərəfindən istifadə olunur. Rəsmi sənədlərdə belarus dili, əsasən Mədəniyyət Nazirliyi tərəfindən istifadə olunur. Əsas milli qruplar arasında belarus dili ən çox polyaklar arasında yayılmışdır (40.9% gündəlik həyatda belarus dilindən istifadə edir, 50.9% isə rus dilindən istifadə edir). Belaruslar müvafiq olaraq belarus dilindən 26.1%, rus dilindən isə 69.8% istifadə edir. Ən az belarus dilindən yəhudilər (2,0% / 95,9%) və ruslar (2,1% / 96,5%) istifadə edir.
Belarus florası
Belarusiya florası — Belarusiya florası, tarixən Belarusiya ərazisində inkişaf etmiş bitki növlərinin toplusudur. Belarusiya ərazisindəki iqlim, geomorfoloji və torpaq-hidroloji şərtlər heterogendir. Belarusiyanın müasir bitki örtüyündə təxminən 1600 yüksək bitki var. Bunlar arasında likopodiofita, at quyruğu (Equisetopsida), ferns (Pteridophyta), qymnosperms (Gymnospermae), anqiosperms (Magnoliophyta) var. Növlərin müxtəlifliyinə təxminən 1000 göbələk, 400 yosun daxildir. == Müasir floranın xüsusiyyətləri == Belarusiyanın müasir florası coğrafi və genetik olaraq dünyanın müxtəlif təbii və tarixi bölgələri, iqlim zonaları və qitələri ilə əlaqəlidir. Belarusiya florasında dağ Avropa növləri (dağ mayo (Arnica montana), dağ çinası (Lathyrus linifolius), ayı soğanı (Allium ursinum)), Arktik tundra növləri (lapar söyüd (Salix lapponum), cırtdan ağcaqayın (Betula nana) var. Belarusiyanın bitki örtüyünün xarakterik bir xüsusiyyəti, Qərbi Avropa və çöllərin yarpaqlı meşələrinin nümayəndələri olan çox sayda taiqa bitkisidir. Buzlaqlararası dövrlərin qorunan relikt bitkiləri dir. Çiçəkli bitkilər ailəsi növləri ilə zəngindir.
Belarus futbolu
Belarusda futbol xokkeydən sonra ən populyar idman növüdür. Ölkənin futbol federasiyası FİFA və UEFA-ya üzvdür. Belarus futbolu tarixində ən məşhur futbol klubu Dinamo Minsk komandasıdır.
Belarus gerbi
Belarus Respublikasının Dövlət Gerbi (belar. Дзяржаўны герб Рэспублікі Беларусь, translit. Dziyarjavnı gerb Respubliki Byelarus; rus. Государственный герб Республики Беларусь, translit. Qosudarstvennıy gerb Respubliki Belarus) — Belarus Respublikasının dövlət gerbi. Gerb bayraq və himn ilə yanaşı, Belarus dövlətinin dövlət rəmzidir. Gerb 1995-ci ildə keçirilmiş referendum nəticəsində ictimaiyyət tərəfindən 1991–1995-ci illərdə istifadə edilən Poqonyanın əvəzinə seçilmişdir. Belarusun dövlət rəmzlərindən biri olan gerbin mərkəzində Şimali Avrasiya ərazisini nümayiş edən dünya xəritəsindən doğan bir günəş və günəş şüaları ilə əhatə olunmuş yaşıl rəngli Belarus xəritəsindən var. Gerbin sağ və sol tərəflərində Belarus bayrağının rəngləri olan qırmızı və yaşıl rəngli lentlərlə sarılmış buğda sapı fiqurları mövcuddur. Sol buğda saplarında yonca, sağ buğda saplarında isə kətan təsvir olunmuşdur.
Belarus himni
Biz Belaruslar — Belarus Respublikasının rəsmi dövlət himni. == Mətni == Belarus Respublikasının dövlət himninin mətni Mixas Klimoviçə və Uladzimir Karıznaya məxsusdur. == Həmçinin bax == Belarus gerbi Belarus bayrağı == İstinadlar == == Xarici keçidlər == Belarus: My Belarusy – Audio of the national anthem of Belarus, with information and lyrics "a page on the anthem that includes a vocal version". The Website of the President. President of the Republic of Belarus. 2019-10-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-08. "Decree 350 (President Lukashenko's decree selecting "My Belarusy" as the official national anthem)" (belarus). 2002-07-02. 2008-03-04 tarixində orijinalından arxivləşdirilib.
Belarus iqtisadiyyatı
Belarus iqtisadiyyatı — Dünya iqtisadiyatında Alıcılıq qabiliyyəti paritetinə əsasən Ümumi Daxili Məhsulun dəyərinə görə 73-cü ölkə (2016) . SSRİ-nin dağılması və onun nəticəsi kimi iqtisadi əlaqələrin kəsilməsi istehsal səviyyəsinin aşağı düşməsinə (1990–95 il — lərdə ÜDM-in həcmi təxminən 40% azalmışdır) səbəb olmuşdu; istehsalın azalması templəri bütün MDB ölkələrindəki, o cümlədən Rusiyadakı analoji göstəricilərdən xeyli aşağı idi. Ən iri sənaye müəssisələri dövlət mülkiyyətində qalmışdı (dövlət müəssisələrinin payı təqribən 60%); mineral gübrələrin alınmasına çəkilən xərclərin təqribən 80%-i, yanacaq və elektrik enerjisinə çəkilən xərclərin isə təqribən 50%-i dövlət hesabına ödənilən iri k.t. müəssisələri də (kolxoz və sovxozlar, damazlıq təsərrüfatları) saxlanmışdı. 1997-ci ildən iqtisadiyyatın sabit artımı müşahidə olunur; kiçik və orta sahibkarlıq biznesi inkişaf edir; ticarət müəssisələrinin əksəriyyəti, xidmət sferası, kiçik və orta sənaye müəssisələri özəl sektora aiddir. ÜDM-in həcmi 131,2 mlrd. dollardır (alıcılıq qabiliyyəti pariteti üzrə, 2010; adam başına 13909 dollar); ÜDM-in artımı 5,3%. İnsan inkişafı indeksi 0,756-dır (dünyanın 194 ölkəsi arasında 73-cü yer, 2011). ÜDM-in strukturunda (%) sənayenin payı 31,7, ərzaq üzrə xalis vergilərin payı 13,3, ticarətin və ictimai iaşənin payı 19,9, nəqliyyat və rabitənin payı 7,2, k.t. nın payı 8,6, tikintinin payı 6,8, digər sahələrin payı 19,9-dır (2011).
Belarus kinosu
Belarus kinosu — Belarusun milli kino incəsənəti və kino istehsalı. == XX əsrin əvvələri == Belarus ərazisində ilk çəkilişləri Birinci dünya və Vətəndaş müharibələri zamanı Petroqrad və Moskvanın operatorları aparmışlar. 1922 -ci ildə “Kinoresbel”, 1924-cü il də “Belarus proletar kinosu” və Belarus xalq maarif komissarlığı nəzdində kinematorqrafiya və fotoqrafiya işləri üzrə “Belqoskino” dövlət idarəsi yaradılmışdır. “Bu bizim Belarusdur” (1927) və “Kolxoz” (1928) ilk sənədli filmlərdir. 1928-ci ildə “Sovet Belarusu” kinostudiyasının əsası qoyulmuşdur (1939-cu ildən Minskdədir, 1946-cı ildən “Belarusfilm” adlanır). 1927-ci ildə Y.V. Tariç “Meşə əhvalatı” filmini çəkmişdir. “Sovet Belarusu” studiyasında “Poruçik Kije” (1934, A.M. Faynsimmer) tarixi macəra filmi; “Polesye robinzonları” (1935, İ.V. Baxar və P.S. Molçanov; Y. Mavrın əsəri üzrə), “Bülbül” (1938, E.L. Arşanski; Z. Byadulyanın əsəri üzrə), “Ayı“ (1938) və “Qılaflı adam” (1939, İ.M. Annenski; A.P. Çexovun əsərləri üzrə) filmləri çəkilmiş, V.V. Korş-Sablinin “Səadət axtaranlar” (1936) və “Mənim məhəbbətim” (1940) musiqili komediyaları ekranlaşdırılmışdır. == 1940-1990-cı illər == Müharibə illərində (1941–45) studiya Moskvada fəaliyyət göstərmişdir. Cəbhə və partizan kinosalnaməsini M.S. Berov, İ.N. Veyneroviç, V.P. Seslyuk və başqaları yaratmışlar. 1940–50-ci illərdə müharibə mövzusu aparıcı yer tuturdu (“Konstantin Zaslonov”, Faynsimmer və Korş Sablin, 1949; “Haradasınız, döyüşçü dostlar”, S.M. Braude, 1958; “Dostların görüşü”, V.İ. Skitoviç, 1963).
Belarus mədəniyyəti
Belarus mədəniyyəti, bir sıra müxtəlif amillərin təsiri altında minillik inkişaf məhsuludur. Bunlara fiziki mühit; Belarus xalqlarının etnoqrafik mənşəyi; erkən köçənlərin və onların ev sahiblərinin bütpərəstliyi; Şərq ortodoks xristianlığı; ölkənin təbii sərhədlərinin zəif olması; bölgədəki dinlərin müxtəlifliyi (Katolik, Pravoslav, İudaizm və İslam) daxildir. == Musiqi == Belarus tərəfindən ilk böyük musiqi əsəri, Antoni Radziwiłl tərəfindən yazılmış Faust operası idi. 17-ci əsrdə Polşa bəstəkarı Stanislav Monyuşko Minskdə yaşayarkən bir çox opera musiqi parçaları bəstələmişdir. Burada yaşadığı zamanı Belorus şairi Vintent Dunin-Martsinkyeviçlə işləmiş və Sialianka (Kəndli qadın) operasını yaratmışdır. 19-cu əsrin sonunda Belarusun böyük şəhərləri öz opera və balet şirkətlərini yaratdılar. M. Kroşnerin Nightingale baleti Sovet dövründə tərtib edilmişdir. Böyük Vətən müharibəsindən sonra yazılan musiqilər Belarus xalqının çətinliklərinə və ya vətəni müdafiə etmək üçün silah çəkənlərə yönəldi. Bu, "Polşa Virjin Meşəsi " (ing. 'In Polesia Virgin Forest') operasının yaradıcısı Anatoli Bogatyrev Belarus bəstəkarlarının "müəllimi" kimi xidmət etdiyi dövr idi.
Mərkəzi Belarus
Mərkəzi Belarus — Belarusda tarixi-etnoqrafik region. Respublikanın mərkəzi hissəsində yerləşir və Minsk vilayətinin böyük hissəsini, Mogilyev vilayətinin isə qərb hissələrini əhatə edir. Region şimaldan Poozeriya platosu ilə, şərqdən Podneprov ilə, cənubdan Şərqi Polesye ilə və qərbdən Ponemane ilə həmsərhəddir. Region əhalisi etnoqrafik baxımdan slavyan köklüdür. Əhali qədim dreqoviçlərin və kriviçlərin davamçılarıdı. Mərkəsi Belarusun dili belarus dilinin ortabelarus dialektinə aiddir. Bu dialekt cənub-qərb və şimal-şərq dialektləri arasında orta mövqe tutur. X əsrlərdən regionun şimal hissəsi Polotsk knyazlığına aid idi. XII əsrdən bu regiondan müstəqil Minsk, İzyaslav və Loqojski knyazlığı ayrılmış. XVI əsrdə Mərkəzi Belarus Böyük Litva knyazlığının tərkibinə keçmiş.
Qorki (Belarus)
Qorki (belar. Горкі) — Belarusda şəhər. Mogilyov vilayətinə daxil olan Qorki rayonunun inzibati mərkəzi. 1 yanvar 2016-cı il tarixinə olan hesablamalara əsasən, şəhər əhalisinin sayı 33,830 nəfər hesablanmışdır.
Velarum officinale
Dərman şüvərəni (lat. Sisymbrium officinale) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin şüvərən cinsinə aid bitki növü. * Chamaeplium officinale (L.) Wallr. Crucifera sisymbrium E.H.L.Krause Erysimum officinale L. Erysimum officinale var. leiocarpum (DC.) Farw. Erysimum runcinatum Gilib. [Invalid] Erysimum vulgare Rupr. Hesperis officinalis (L.) Kuntze Kibera officinalis (L.) Calest. Sisymbrium officinale var. genuinum Briq.
Belarus-1221
Belarus-1221 — Minsk Traktor Zavodunun 20 aprel 1998-ci ildən istehsal etdiyi təkərli traktor modeli. Traktor altı silindrli turbo doldurma ilə və D-260 dizel mühərriki ilə təchiz edilmişdir. Traktor Rusiyada keçirilən "Ən yaxşı kənd təsərrüfatı maşını 2017" müsabiqəsinin "Ən yaxşı traktor" kateqoriyasında qalibi olmuşdur.
Belarus traktoru
Belarus (rus. Белару́с) — 1950-ci ildən Belarusun paytaxtı Minskdə yerləşən Minsk Traktor Zavodunda istehsal olunan traktor seriyası. Bu traktorlar Müstəqil Dövlətlər Birliyində yaxşı tanınır və dünyanın 100-dən çox ölkəsinə, o cümlədən ABŞ və Kanadaya ixrac edilir. == Tarixi == İkinci Dünya müharibəsinin sonunda SSRİ-də kənd təsərrüfatı infrastrukturu pis vəziyyətdə idi: müharibənin sonrakı illərində kənd təsərrüfatı maşınlarının istehsalı mövcud deyildi. Böyük kolxozlarda hələ də işləyən traktorlar və maşınların əksəriyyəti 1930-cu illərin əvvəllərində və ya daha əvvəl istehsal edilmişdi və ağır istifadədən köhnəlmişdilər. Kommunist dövləti SSRİ daxilində bir neçə yerdə yeni traktorların istehsalına göstəriş vermişdi. MTZ-nin əsas quraşdırma zavodu Minskdə olsa da, digər yerlərdəki zavodlarında da müxtəlif tipli traktorların istehsalı mövcud idi. Bütün bu traktorlar dizayn olaraq bir-birlərindən fərqlənsələr də, hamısı "Belarus" adı altında ixrac edilirdi. 1948-ci ildən bəri Minsk Traktor Zavodunda 3 milyona yaxın traktor hazırlanmışdır. Belarus prezidenti Aleksandr Lukaşenko Vladimir Putinə 70 illik yubileyində 1523.3 model Belarus traktoru hədiyyə etmişdir.