Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aşanti
Aşanti (dövlət) — Qana ərazisində aşanti və digər xalqların şəhər-dövlət konfederasiyası. Aşanti (müğənni) — amerikalı müğənni, prodüser, aktrisa, rəqqasə və model.
Hasanlı
Hasanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Cəbrayıl rayonunun Soltanlı inzibati ərazi vahidində kənd. Arazboyu düzənlikdədir. Kənd yerli əhali arasında Hasanlı adı ilə tanınır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini əfşar tayfasından olan Cəbrayıl (XVI əsrdə yaşamışdır) adlı Şəxsin altı oğlundan biri Həsən salmışdır == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Huyandi
Huyandi şanyü (v. e.ə. 67) — seçkilərlə hakimiyyətə gəlmiş bir hökmdar. Buna görə də əyanların əlində oyuncaq olaraq qalmışdı. Dövləti idarə edən Huluqunun həyat yoldaşı idi. Eramızdan əvvəl 83-cü ildə Hunlar bir Çin generalını öldürüb geri çəkilmişdilər. 3 il sonra şanyü böyük bir ordu ilə Çinə hücuma keçdi. Lakin məğlub olaraq geri döndü. Bir çox hun şahzadəsi Çinin tərəfinə keçərək üsyan etdilər. Sonraki illərdə şanyünün həyatı müharibələrlə keçdi.
Shanxi
Şansi və ya Şanşi (çin. 山西|Pinyin: Shānxī) — Çinin şimalında olan bir inzibati bölgə. Şərqdə Hebei, cənub və cənub-şərqdə Henan, qərbdə Şensi inzibati bölgələri, şimalda isə Daxili Monqolustan Muxtar Rayonu ilə əhatə edilmişdir.
Şandiz
Şandiz — İranın Rəzəvi Xorasan ostanının Torqəbə və Şandiz şəhristanının Şandiz bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,402 nəfər və 1,706 ailədən ibarət idi.
Dandi
Dandi (ing. Dundee [dʌnˈdiː], şot.kelt Dùn Dèagh) — Böyük Britaniyada, Şotlandiya vilayətinin dördüncu böyük şəhəri.
Hande
Hande — Türk adı
Handu
Handu-Arsakda qala adı. == Toponomik izahı == Şimali Qafqazda Anttübə (anttəpə) təpə adı ilə mənaca eynidir. Qədim türk dillərində anta, anda, andit- "izləmək", "keşik çəkmək" sözündəndir. Anta, anda dedikdə qaraulxana nəzərdə tutulur. Keçmişdə antalar (andalar) müəyyən bir ölkənin, əyalətin, elin (tayfanın) məskunlaşdığı ərazinin sərhədlərində gecələr keşikçilərin durduğu təpə yerlər idi. Keşikçi məntəqələri adlarındandır. Anta-(anda) sözündən düzəlmiş toponimlərin ( yaşayış məntəqə, dağ və təpə adlarının) qədim tarixi vardır. E.ə. VIII əsrdə Urartu çarının bir qaya yazısında Andamaniv və həmin əsrdə Cənubi Azərbaycan ərazisində Qızılüzən çayının hövzəsində Andia yaşayış məntəqə adları məlumdur. Şərqi Anadoluda Fərat çayının yuxarı axınında, onun sol sahilində Andit kənd, Şimali Qafqazda Stavropol quberniyasında Andi-Aqigöl və Andçay, Dağıstanda Andi dairə adı, And göysu çayının adı və Qunib dairəsində Andi kəndi.
Hindi
Hindular (ing. Indians), Yerli amerikalılar (ing. Native Americans), Amerika hinduları (ing. American Indians), Qırmızı dərililər (ing. Red skins) Qırmızı hindular (ing. Red Indians) — Amerikanın yerli əhalisinin, Amerika qitəsinin, Cənubi və Şimali Amerikanın yalnız bəzi rayonlarında qalan ən qədim yerli əhalisini təşkil edən tayfa və xalqların ümumi adı. Adları Xristofor Kolumb və başqalarının (15-ci əsr) Amerikanı səhvən Hindistan güman etmələri ilə əlaqədar yaranmışdır. Dil baxımdan bir-biriylə qohum olmayan iki ayrı əsas qrupa bölünürlər: Sibir mənşəli na-dene dilləri və na-dene istisna olmaqla özündə bütün hindu dillərini ehtiva edən amerind dilləri. Alyaska yerliləri adı Alyaskada yaşayan eskimos-aleut xalqlarını və hinduları topluca xarakterizə etmək üçün istifadə edilir. ABŞ-nin digər əyalətlərində "Native Americans", "American Indians" ya da qısaca olaraq "Indians" adlanırlar.
Isani
İsani Tiflis şəhərinin şimalında yer adı. Kür çayının sol sahilində yerləşir.
Kandi
Kandi (sinh. මහනුවර) və ya Senkadaqalapura (Senkadagalapura) — Şri-Lankada şəhər. Bu şəhər qədim krallar dövrünün son paytaxtı olub. Burada çoxlu park, abidə, şəhər mərkəzində isə göl var. Eyni zamanda Buddanın müqəddəs evlərindən biri burada yerləşir. Mərkəzi Əyalətin paytaxtı, Kandi Bölgəsinin inzibati mərkəzi. Əhalisi — 161 min nəfər (2001). XIV əsrdə adanın qədim paytaxtlarından biri olan dəniz səviyyəsindən 500 m yüksəklikdə qurulmuşdur. 1988-ci ildə tarixi mərkəz YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edildi. == Görməli yerləri == Kandi, Asiyanın ən böyük botanika bağlarından birinə — Peradeniyada yerləşən Kral Botanika Bağlarına ev sahibliyi edir.
Qandi
Mohandas Karamçand "Mahatma" Qandi (qüc. મોહનદાસ કરમચંદ ગાંધી, hind मोहनदास करमचंद गाँधी, d. 2 oktyabr 1869, Porbandar, Qucarat — 30 yanvar 1948, Yeni Dehli) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri. Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma" (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu" (qüc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur.
Sindi
Sindi (est. Sindi) - Estoniyada şəhər, Pyarnunun sputnik hesab edilir. DYS-dən 21 km. məsafədədir. == Tarix == Sindi ətrafında arxeoloji qazıntılar nəticəsində (1965), mezolit dövrünə aid Pulli yaşayış məntəqəsi aşkar olunmuşdu. Bu Estoniya ərazisində aşkar edilmiş ən qədim yaşayış məntəqələrindəndir. Hipoteza əsasında məlum olmuşdur ki, Pulli Kund mədəniyyətinə aiddir. Sindi öz adını 1565-ci ildə, ətrafda malikanəsi olan Klaus Zindt adlı şəxsin adından götürülüb. 1601-ci ildən şəhər Suria, 1638-ci ildən isə Zintenhof adlanırdı.
Şansi
Şansi və ya Şanşi (çin. 山西|Pinyin: Shānxī) — Çinin şimalında olan bir inzibati bölgə. Şərqdə Hebei, cənub və cənub-şərqdə Henan, qərbdə Şensi inzibati bölgələri, şimalda isə Daxili Monqolustan Muxtar Rayonu ilə əhatə edilmişdir.
Brandi Sieqel
Brandi Sieqel (4 avqust 1979) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. == Karyerası == Brandi Sieqel Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Dino Qrandi
Dino Qrandi ingiliscə oxunuş: "Dino Grandi " (4 iyun 1895 – 21 may 1988, Boloniya, İtaliya), 1-ci Konte di Mordano, İtalyan faşist siyasətçisi, ədliyyə naziri, xarici işlər naziri və parlamentin prezidenti idi. Hüquqşünas kimi təhsil alan Qrandi Birinci Dünya Müharibəsində (1914-18) vuruşdu, bundan sonra faşist eskadristilərinə (kənddə terror törədən silahlı dəstələrə) qoşuldu. Faşistlərin milli konqresində (7 noyabr 1921) Qrandi Benito Mussoliniyə uduzaraq, liderlik üçün uğursuz bir təklif etdi. Qrandi Mussolinini hökumətin başçısı təyin edən Romaya yürüşdə iştirak etdi (1922-ci il oktyabr). 1924-cü ildə daxili işlər nazirinin müavini təyin edildi, 1929-cu ilin sentyabrında isə xarici işlər nazirliyinin rəisi oldu. Böyük Britaniyada səfir təyin edildi (iyul 1932) və İtaliyaya ədliyyə naziri və Fasces və Korporasiyalar Palatasının prezidenti olmaq üçün geri çağırılmadan əvvəl İngiltərə-İtaliya müqaviləsi (1938) bağladı. O, İtaliyanın İkinci Dünya Müharibəsində iştirakına qarşı idi. Qrandi 1943-cü ilin fevralında Nazirlər Kabinetində əvəz olundu, lakin Faşizm Böyük Şurasının sədri olaraq qaldı. Məhz 1943-cü il iyulun 24-dən 25-nə keçən gecə bu qurumun iclasında Qrandi Mussoliniyə hücum etdi və ona etimadsızlıq təklifi irəli sürdü; Şuranın bu qətnaməni qəbul etməsi Mussolinini faktiki olaraq devirdi. Tezliklə Qrandi Lissabona qaçdı və 1944-cü ildə Veronadakı faşist tribunalı tərəfindən qiyabi ölümə məhkum edildi.
Kampu-Qrandi
Kampu-Qrandi – mərkəzi-qərb bölgəsində yerləşən və Boliviya və Paraqvay ilə həmsərhəd olan Braziliyanın Mato Grosso do Sul əyalətinin paytaxtı. Sao Paulo və ya Minas Geraisdən Mato Qrossoya doğru quru yolu ilə getmək məcburi yol idi.
Ksanti FK
Şkoda Ksanti FK (yun. Π.Α.Ε. Skoda Ξάνθη Αθλητικός Όμιλος, Şkoda Ksanti Futbol Klubu) — Xanti şəhərini təmsil edən Yunanıstan futbol komandasıdır. Hal-hazırda klub Yunanıstan Superliqasında mübarizə aparır. == Tarixi == Klub 1967-ci ildə Xanti şəhərində Aspida və Orfeas adlı həvəskar klubların birləşməsindən yaranmışdır. Komandanın rəsmi adı 1992-ci ilə qədər Xanthi Football Club olmuşdur. Yunanıstandakı Škoda Auto avtomobillərinin rəsmi istelatçısı olan Viamar şirkəti klubu satın aldıqdan sonra klubun adı Skoda Xanthi Football Club olaraq dəyişdirildi. Klubun heyətində hal-hazırda cavanlar üstünlük təşkil edir. Şkoda Xanti FK 2001-02, 2005-06, 2006-07 və 2013-14 mövsümlərində UEFA Avropa Liqasında mübarizə aparmışdır. 2004-05 mövsümündə Şkoda Xanti A Etnikini (hal-hazırda Yunanıstan Superliqası) dördüncü yerdə başa vurmuşdur. Bu nəticə klubun son illərdə ən yaxşı nəticəsi hesab olunur.
Mouna Skandi
Mouna Skandi (10 yanvar 1992) — İspaniyalı qadın ağır atlet. 58 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda İspaniyanı təmsil edir. Mouna Skandi dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Pseudophoxinus hasani
Pseudophoxinus hasani (lat. Pseudophoxinus hasani) — Çəkilər fəsiləsinin külmə cinsinə aid balıq növü.
Qrandi silsiləsi
Qrandi silsiləsi — 1 − 1 + 1 − 1 + … sonsuz ardıcıllığı və ya ∑ n = 0 ∞ ( − 1 ) n {\displaystyle \sum _{n=0}^{\infty }(-1)^{n}} silsiləsi . Ardıcıllıq İtalyan riyaziyyatçı, filosof və keşiş Quido Qrandinin şərəfinə 1703-cü ildə etdiyi müvafiq çalışmalar səbəbi ilə adlandırılmışdır. Ümumi anlamda cəmi olmayan dağılan ardıcıllıq olaraq qəbul edilən bu ifadənin Sezaro cəmi ½-dir.
Qvido Qrandi
Qvido Qrandi (ing. Guido Grandi, 1 oktyabr, 1671, İtaliya – 4 iyul, 1742, İtaliya) — İtaliyalı həndəsəçidir; gülə oxşayan ləçəkli əyriləri öyrənmişdir.
Sandıq (1982)
== Məzmun == Film sehrli sandıqla bağlı maraqlı əhvalatdan bəhs edir. == Film haqqında == Film şair Yuri Yakovlevin şeri əsasında çəkilmişdir. Film rejissor Vahid Talıbovun diplom işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Yuri Yakovlev (titrlərdə yoxdur) Ssenari müəllifi: Yuri Koval Quruluşçu rejissor: Vahid Talıbov Quruluşçu rəssam: Teymur Məmmədov Quruluşçu operator: Ramiz Ağayev Bəstəkar: Mobil Babayev Səs operatoru: Akif Nuriyev Mahnı ifa edən: Oleq Anofriyev Emalatxana: R.Kaçanov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314.
Timbo-Qrandi
Timbo Qrande (port. Timbó Grande) — Braziliyanın Cənub regionunun Santa Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 7640 nəfərdir. Ərazisi 597 кm²-dir. Əhalinin sıxlığı 12,8 nəfər/кm²-dir. Bələdiyyə 26 aprel 1989-cu ildə yaradılmışdır.
Aşanti (dövlət)
Aşanti konfederasiyası — Qana ərazisində aşanti və digər xalqların şəhər-dövlət konfederasiyası. == Haqqında == XVII əsrin sonlarında qul və qızıl ticarəti zəminində indiki Qana ərazisində qurulan konfederasiyanın başında Kumasi şəhəri dururdu. Qızıl ticarətin ən iri məkəzi isə Bono–Mansu sayılırdı. Yerli tarixi ənənəyə görə konfederasiyanın ilk hökmdarı Osey Tutu olmuşdur. O aşanti siyasi qurumunu vahid dövlətdə birləşdirə bilmişdir. Konfederasiyanın varlığı Qvineya körfəzi sahillərini Səhraətrafı ərazilərlə birləşdirən ticarət yolları üzərində nəzarətlə bilavasitə bağlı idi. Aşantinin yüksəlişinə XVII əsrin sonlarında Sonqay dövlətinin süqutu da təsir göstərmişdir. == Həmçinin bax == Akanlar == Ədəbiyyat == Nərgiz Axundova. Asiya və Afrika ölkələri tarixi. Bakı.