Hasanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Maşanlı kənd inzibati ərazi dairəsində kənddir.[1] Araz düzündə, Cəbrayıl şəhərindən 20 km cənubda yerləşir.[2]
Hasanlı | |
---|---|
39°12′15″ şm. e. 47°02′47″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 280 m |
Saat qurşağı | |
Rusiya İmperiyası dövründə Həsənli kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasına daxil idi.
Sovet işğalından sonra Həsənli Azərbaycan SSR-in Cəbrayıl rayonunda eyniadlı kənd sovetliyinin tərkibinə daxil idi.
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[3][4]
Kənd yerli əhali arasında Hasanlı adı ilə tanınır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini əfşar tayfasından olan Cəbrayıl (XVI əsrdə yaşamışdır) adlı Şəxsin altı oğlundan biri Həsən salmışdır[5] Kənd öz qurucusunun adını daşıyır. Yerli əhali kəndi Həsənli adlandırırdı.[2]
"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na əsasən, Cəbrayıl qəzasının Kovşutlu kənd dairəsinin Həsənli kəndində 24 ev var idi və burada 98 azərbaycanlı (mənbədə "tatar" kimi göstərilmiş), dini baxımdan şiə olan kəndlilər yaşayırdı.[6]
1912-ci il "Qafqaz Təqvimi"nə görə, Qaryagin qəzasının Həsənli kəndində 236 nəfər yaşayırdı, onların əksəriyyəti azərbaycanlılar idi və təqvimdə "tatar" kimi göstərilmişdir.[7]
1933-cü ildə Azərbaycan SSR-in Xalq Təsərrüfatının Uçotu İdarəsi (AzNEA) tərəfindən hazırlanmış "Azərbaycan SSR-in İnzibati Bölgüsü" nəşrinə əsasən, 1 yanvar 1933-cü il tarixinə görə, Azərbaycan SSR-in Cəbrayıl rayonunun Soltanlı kənd sovetliyinə daxil olan Həsənli kəndində 34 təsərrüfat və 197 sakin var idi. Kənd sovetliyinin əhalisinin 94,9%-i azərbaycanlılardan (mənbədə "türk" kimi göstərilmiş) ibarət idi.[8]