Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Surək
Surək — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Miyandürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,817 nəfər və 2,377ailədən ibarət idi.
Sərək
Sərək — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Coğrafi ad fars dilindəki bərk ağac növü olan zərəng bitki (dəmir ağacı növü) adı və kənd topokomponentlərinin birləşməsindən yaranmışdır. == Əhalisi == Bu kənddə ləhcələri və adətləri ilə əsas əhalidən seçilən ayrıca bir tayfa yaşayır. Miller çorojlar barədə isə bunları qeyd edir: “Çorojların nümayəndələrindən biri ilə Astaranın Sərək kəndi yaxınlığında görüşdüm. Onlar da özlərini talış hesab edirlər. Çorojlar köçəri tayfa olub bu regiona əsasən İranın Talışdolab mahalından gəliblər. Onların hamısı sünni məzhəbinə malikdirlər. Bu tayfanın üzvləri türk (azərbaycanca) danışa bilmirlər. Onların qışlaqları Təngərud kəndi ətrafında, yaylaqları isə Toradi kəndi yaxınlığındadır. Onlar haqqında mənə digər talışlardan fərqli adət-ənənələrinin olduğu barədə məlumat verilmişdi, lakin özləri bunu inkar edir” (Miller, 1926:9).
Şrek
Şrek (ing. Shrek) — 2001-ci ildə 3D formatında çəkilmiş, Oskar mükafatı qazanmış qısametrajlı ABŞ animasiyasıdır. Animasiya ABŞ yazıçısı Uilyam Steyqin (1907–2003) 1990-cı ildə yazdığı "Şrek!" kitabının əsasında çəkilmişdir. Filmin rejissorları Yeni Zelandiyalı Endryu Adamson və ABŞ rejissoru Viki Censondur. "Şrek" qısametrajlı filmi "Ən yaxşı qısametrajlı animasiyaya görə Oskar mükafatı"na layiq görülmüş ilk animasiyadır. Həmçinin, "Ən yaxşı ssenariya uyğunlaşdırılmasına görə Oskar mükafatı" və BAFTAnın 6 kateqoriyasına uyğun olaraq nominasiyalara layiq görülmüşdür. Animasiyanın sonunda Şrek və Fiona evlənən zaman ABŞ-nin populyar rok janrında ifa edən qruplarından biri olan "The Monkees" musiqi qrupunun 1966-cı ildə ifa etdiyi "I'm a Believer" mahnısı səsləndirilir. == Məzmun == Dyulok krallığı nağıllar və əfsanələr aləmindəki personajlarla zəngindir. Bu krallığa məxsus bataqlıqda "Şrek" adlı yaşıl rəngli div yaşayır. Şrekin div olmasına baxmayaraq onun qidasını insanlar yox, həşəratlar təşkil edir, lakin bataqlıq ətrafında yaşayan insanlar onu görən zaman vahiməyə düşürlər.
Bəndər Çarək
Bəndər Çarək — İranın Hörmüzgan ostanının Bəndər Lengə şəhristanının Sibkavə bəxşində sahilyanı şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,958 nəfər və 609 ailədən ibarət idi.
Fitçi-marek
Fitçi-marek, (lat. Anas penelope) qazkimilər(Anseriformes) dəstəsindən bir quş növü.
Marek Grechuta
Marek Qrexuta (pol. Marek Michał Grechuta; 10.12.1945 — 9.10.2006) — Polşa müğənnisi, şair və bəstəkarı.
Marek Hamşik
Marek Hamşik (27 iyul 1987[…], Banska Bistritsa) — Hücumameylli yarımmüdafiəçi mövqeyində oynayan slovakiyalı peşəkar futbolçu. Napoli futbol komandasının kapitanı və Slovakiya milli futbol komandasının vitse kapitanıdır. Karyerasına 2004-cü ildə Slovan Bratislavada başladıqdan 1 il sonra İtaliyanın Breşiya komandasına keçmişdir. 2007-ci ildə A Seriyasına təzəcə qayıdan Napoliyə transfer edilmiş və orada start heyət oyunçusuna çevrilmişdir. Onun enerjisi, liderlik, yaradıcılıq qabiliyyətləri və yarımmüdafidən qol vəziyyəti yaratma təsəvvürü komandaya iki İtaliya kuboku, bir İtaliya Superkuboku, UEFA Çempionlar Liqasına vəsiqə və 2014-15-ci il UEFA Avropa Liqasının yarımfinalına vəsiqə qazandırmasında rol oynamışdır. Milli komandada o, Slovakiyanı 2010-cu il Dünya Çempionatında təmsil etmiş və komandası qrup mərhələsinin son matçında sabiq çempion İtaliyanı məğlub edərək səkkizdə bir finala vəsiqə qazanmışdır. 2016-cı il Avropa Çempionatında da Hamşik əsas heyətdə yer almışdır. Çıxışlarına görə, Hamşik həmçinin bir çox fərdi mükafatın da qalibi olmuşdur. O, beş dəfə Slovakiyanın ən yaxşı futbolçusu seçilmiş və 2008-ci ildə A Seriyasının Ən Yaxşı Gənc Futbolbolçusu mükafatını qazanmışdır. 2011-ci ildə A Seriyasında İlin komandasının tərkibində, həmçinin 2015-ci ildə Avroliqada mövsümün komandasında yer almışdır.
Marek Qrexuta
Marek Qrexuta (pol. Marek Michał Grechuta; 10.12.1945 — 9.10.2006) — Polşa müğənnisi, şair və bəstəkarı.
Marek Sobola
Mgr. Ing. Marek Sobola (3 iyul 1981, Jilinа) — fəlsəfə doktoru. səlahiyyətli bir mənzərə memarı, dizayner və heraldistdir. Slovakiya Memarlar Palatasının üzvüdür. Şilinada yaşayır və işləyir. 2018-ci ildən Çex Memarlar Palatasının üzvüdür. Landşaft memarı kimi işində, şaquli yaşıllıqların banisi Patrick Blancın işindən ilhamlanan şaquli və dam bağlarına da diqqət yetirir. Slovakiyada meteoritin düşməsinə həsr olunmuş ilk abidənin müəllifidir. Marek Sobola, xüsusən Okeaniya və Asiyada institusional və şəxsi ruhani heraldrya diqqət yetirir.
Marek Tsalka
Marek Yanuş Tsalka (pol. Marek Janusz Całka; 2 yanvar 1966, Varşava) — Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2015–2019); Polşanın Koreyadakı sabiq fövqəladə və səlahiyyətli səfiri (2007–2011). == Həyatı == 2 yanvar 1966-cı ildə Varşavada anadan olmuşdur. 1991-ci ildə Varşava Universitetini Tarix fakültəsi üzrə magistr kimi bitirmişdir. == İş təcrübəsi == 1992 – 1993-cü illərdə — Polşa Şərq Araşdırmalar Mərkəzinin baş mütəxəssisi 1993 – 1996-cı illərdə — Polşa Xarici İşlər Nazirliyinin eksperti 1999 – 2000-ci illərdə — Polşa Respublikasının Budapeştdəki Səfirliyinin müşaviri 2000 – 2003-cü illərdə — Polşa Respublikasının Moskvadakı Səfirliyinin müşaviri 2007 – 2011-ci illərdə — Polşa Respublikasının Seuldakı Səfirliyinin Polşa Respublikasının Səlahiyyətli və Fövqəladə Səfiri 2011 – 2015-ci illərdə — Polşa Xarici İşlər Nazirliyinin Şərq Departamentinin Direktor müavini 02.2015 – 2019-cu illərdə — Polşa Respublikasının Azərbaycandakı Səfirliyinin Polşa Respublikasının Səlahiyyətli və Fövqəladə Səfiri = Ailə = Ailəlidir, 1 uşağı var. == İstinadlar == == Xarici keçidlər == Səfir.
Sarel sümürgəsi
Sarel sümürgəsi (lat. Asplenium sarelii) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü.
Sirək (Kəleybər)
Sirək (fars. سيرك‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 246 nəfər yaşayır (42 ailə).
Sorek mağarası
Sorek mağarası və ya Avşalom mağarası (iv.מערת אבשלום) - İsraildə Ye'ela dağında 5,000 m² sahəyə sahin mağara. == Haqqında == Mağara 1968-ci ildə İsraildə Bet Şemeş şəhərinin 3 km şərqində yerləşən Hartuvda karxana işçiləri tərəfindən partlayıcı istifadə edildikdən sonra təsadüfən kəşf edildi. Mağara 83 m uzunluğunda, 60 m genişliyində və 15 m hündürlüyündədir. Mağara adını İsrail-Misir müharibəsində (1967-1970) öldürülmüş israilli əsgər Avşolam Şohamdan götürmüşdür. Avşalom mağarası kəşf edildikdən sonra müharibədə təbii sərvətləri zərər görməsi deyə bir neçə il mövcudluğu gizlədilmişdir. Mağaranın temperaturu il boyunca dəyişməz qalır. 1975-ci ildə bura Təbiət qoruğu elan edilmişdir. 2012-ci ildə mağarada yosunların bitməsinin qarşısını almaq üçün müasir işıqlandırma sistemi quraşdırılmışdır. Mağarada yerləşən bəzi stalaqmitlərin uzunluğu 4 metr və yaşı 300.000 ildir.
Sərək bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şarey-Sentra
Şarey-Sentra (fr. Montvicq) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şantel kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03059. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 334 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 201 nəfərin (15-64 yaş arasında) 150 nəfəri iqtisadi cəhətdən fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 74.6%, 1999-cu ildə 70.4%). Fəal olan 150 nəfərdən 141 nəfər (77 kişi və 64 qadın), 9 nəfər işsiz (5 kişi və 4 qadın) idi. 51 hərəkətsiz 7 nəfər arasında şagird və ya tələbə, 15 nəfər təqaüdçü, 29 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Katti Sark
"Katti Sark" (ing. Cutty Sark) — Bu günə qədər də qorunub saxlanılan yeganə və ən məşhur çay kliperlərindən biri. 1869-cu ildə qurulmuşdur. Hal-hazırda Qrinviçdə quru limanında yerləşir. 2007-ci il 21 may tarixində baş vermiş yanğın nəticəsində gəmiyə çox ciddi şəkildə ziyan dəymişdir. Restavrasiyadan sonra təkrar açılışı 2012-ci ildə baş tutmuşdur. == Gəminin tarixi == === "Katti Sark"ın yaradılması === Kliper Herkules Linton (Hercules Linton) tərəfindən proektləşmiş və 1869-cu il 23 noyabr tarixində ləqəbi "Ağ silindr" olan kapitan Con Cok Uillisin sifarişi ilə Scott&Linton kompaniyası tərəfindən şotland şəhəri Dambartonda (Dumbarton) çaya buraxılmışdır. Kapitana Çindən çay daşınması üçün dünyada ən sürətli kliper lazım idi. == Adının tarixi == "Katti Sark" şotland dilindən tərcümədə "qısa köynək" mənasını verir. Kliperin gələcək sahibi, kapitan Con Uillis şəkilli qalereyalardan birinə girəndə, bataqlıq üzərindən şabaşa uçan qısa gecə köynəyi geyinmiş cavan əcinnənin təsviri olan bir rəsm əsəri görür.
Sare Bayat
Sarə Bayat — İranın kino və televiziya aktrisası. == Filmoqrafiya == KinoTeleviziyaBir dəstə qartal lələyi Günahsızlar Xanım Bir şairin ölümü Yaşıl sim Dağılma Payız mahnısı Gecə növbəsi Ev şousuKalb . . . 2018 - 2019 . . . Romantik görüşlər . . . 2016 . . .
Sarə Bayat
Sarə Bayat — İranın kino və televiziya aktrisası. == Filmoqrafiya == KinoTeleviziyaBir dəstə qartal lələyi Günahsızlar Xanım Bir şairin ölümü Yaşıl sim Dağılma Payız mahnısı Gecə növbəsi Ev şousuKalb . . . 2018 - 2019 . . . Romantik görüşlər . . . 2016 . . .
Şrek (dəqiqləşdirmə)
Şrek (ing. Shrek, alm. Schreck‎, rus. Шрек). Şrek (animasiya, 2001) — 3D formatında çəkilmiş, Oskar mükafatı qazanmış qısametrajlı ABŞ animasiyası. Şrek 2 (animasiya, 2004) — 3D formatında çəkilmiş, Oskar mükafatı nominasiyasına layiq görülmüş qısametrajlı ABŞ animasiyası. Üçüncü Şrek (cizgi filmi, 2007) — 3D formatında çəkilmiş qısametrajlı ABŞ animasiyası. Hər zaman Şrek (cizgi filmi, 2010) — 3D formatında çəkilmiş qısametrajlı ABŞ animasiyası. Şrek (personaj) — personaj.
Üçüncü Şrek
Üçüncü Şrek (ing. Shrek the Third) — 2007-ci ildə 3D formatında çəkilmiş qısametrajlı ABŞ animasiyasıdır. == Məzmun == Kral Harold xəstələndiyi üçün taxt üçün varis lazımdır. Bu vəzifə Şrekin üzərinə düşür, amma bunun əvəzində Şrek çox sevdiyi bataqlıqdan ayrılmaq məcburiyyətində qalacaqdır. Bu mövzuyla əlaqədar olaraq Eşşək ilə Çəkməli Pişiyi vəzifələndirir, taxt üçün ən doğru varis olan adamı seçmək lazımdır. Həmin adam Fionanın əmisi oğlu Şahzadə Arturdur. Digər tərəfdən çox uzaqlarda əvvəllər Fionanı əjdahanın əlindən xilas etmək istəyən, lakin Fionanın yerində başqa adamın olduğunu görəm Şahzadə Yaraşıqlı Çarminq, taxtı ələ keçirmək üçün pəri əfsanələrindən yığdığı pis adamlar ordusu ilə şəhəri ələ keçirir. Ancaq Çarminqin şəhəri müdafiə etməyə qərarlı olan Fiona ilə anası Kraliça Lillianın pəri nağıllarındakı yaxşı insanları yanlarına topladığından xəbəri yoxdur. Şrek, Eşşək və Çəkməli Pişiyin, "gələcəyin kralı" olaraq gördükləri Arturu daha mükəmməl olması üçün dəyişdirmə səyi davam edərkən, digər tərəfdən Fiona və şahzadələr ordusu isə Şahzadə Çarminqi dayandırmaq məcburiyyətindədir. Bunu bacarmasalar, ortada Artur hökm sürəcəyi adında bir krallıq qalmayacaqdır.
Şrek (film)
Şrek (ing. Shrek) — 2001-ci ildə 3D formatında çəkilmiş, Oskar mükafatı qazanmış qısametrajlı ABŞ animasiyasıdır. Animasiya ABŞ yazıçısı Uilyam Steyqin (1907–2003) 1990-cı ildə yazdığı "Şrek!" kitabının əsasında çəkilmişdir. Filmin rejissorları Yeni Zelandiyalı Endryu Adamson və ABŞ rejissoru Viki Censondur. "Şrek" qısametrajlı filmi "Ən yaxşı qısametrajlı animasiyaya görə Oskar mükafatı"na layiq görülmüş ilk animasiyadır. Həmçinin, "Ən yaxşı ssenariya uyğunlaşdırılmasına görə Oskar mükafatı" və BAFTAnın 6 kateqoriyasına uyğun olaraq nominasiyalara layiq görülmüşdür. Animasiyanın sonunda Şrek və Fiona evlənən zaman ABŞ-nin populyar rok janrında ifa edən qruplarından biri olan "The Monkees" musiqi qrupunun 1966-cı ildə ifa etdiyi "I'm a Believer" mahnısı səsləndirilir. == Məzmun == Dyulok krallığı nağıllar və əfsanələr aləmindəki personajlarla zəngindir. Bu krallığa məxsus bataqlıqda "Şrek" adlı yaşıl rəngli div yaşayır. Şrekin div olmasına baxmayaraq onun qidasını insanlar yox, həşəratlar təşkil edir, lakin bataqlıq ətrafında yaşayan insanlar onu görən zaman vahiməyə düşürlər.
Şrek 2
Şrek 2 (ing. Shrek 2) — 2004-cü ildə 3D formatında çəkilmiş, Oskar mükafatı nominasiyasına layiq görülmüş qısametrajlı ABŞ animasiyasıdır. Filmin rejissoru Yeni Zelandiya rejissoru Endryu Adamsdır. Animasiya "Ən yaxşı qısametrajlı animasiya Oskar mükafatı"na layiq görülmüşdür. == Məzmun == Çox xoşbəxt cütlük olan Şrek və Fiona bal ayındadırlar. Fionanın valideynləri onların hər ikisini şam yeməyinə dəvət alırlar. Xoşbəxt cütlük eşşəklə birlikdə səyahətə yollanırlar, lakin valideynləri yeni sürpriz gözləyir. Onların övladı Fiona div halına dönmüşdü.
Əbədi Şrek
Əbədi Şrek (ing. Shrek Forever After) — 2011-ci ildə 3D formatında çəkilmiş qısametrajlı ABŞ animasiyasıdır. == Məzmun == Şrek və arvadı Şahzadə Fiona, uşaqları ilə birlikdə xoşbəxt ömür sürürlər. Onların bu xoşbəxt həyatına dostları çəkməli pişik, eşşək və eşşəyin balaları da daxildir. Zamanla bu firavan ailə atası rolu Şrekə cansıxıcı gəlməyə başlayır. Bu günlər ətrafındakıları qorxudaraq özündən qaçırtdığı günlərdən tamamilə fərqlidir. Özünü əsl bir div kimi hiss etdiyi günlər üçün çox darıxan Şrek, qəddar, amma şirin səsli Rumpelştilzxenlə müqavilə imzalayır. Əslində Rumpelştilzxen onu aldadır. Müqaviləni imzaladıqdan sonra Şrek fərqli bir yerə, fərqli bir zamana düşür. Bu dünyanın kralı Rumpelştilzxendir.
Jarek (Mortal Kombat)
Jarek (ing. Jarek) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Çəkməli pişik (Şrek)
Çəkməli pişik (ing. Puss in Boots) və ya sadəcə Pişik (ing. Puss) – Şrek franşizasında təkrarlanan uydurma personajdır. O, ilk dəfə "Şrek 2" (2004) filmində göründü, tezliklə Şrekin ortağı və köməkçisi oldu (Eşşək ilə birlikdə). Üçüncü Şrek (2007) filmində Pişik Şrekə Çox Uzaq Krallığın taxtının varisini tapmağa kömək edir. Hər zaman Şrek (2010) filmi əsasən alternativ kainatda qurulur, burada pişik şahzadə Fionanın ev heyvanıdır və təqaüdə çıxdıqdan sonra kökəlmişdir. O, 2011-ci ildə çəkilmiş "Çəkməli pişik" (onun mənşəyi təsvir olunur) və onun 2022-ci ildə çəkilmiş "Çəkməli pişik: Son arzu" ("Hər zaman Şrek " filmindən sonra çəkilən) serialında baş qəhrəman kimi təsvir edilmişdir. Pişik eyni zamanda, Netflix televiziya seriyası Çəkməli pişiklərin sərgüzəştləri (2015–2018)-də də var. Pişik obrazı "Çəkməli pişik" nağılının baş qəhrəmanından ilhamlanıb. Onun Tom Hester tərəfindən yaradılmış dizaynı əsl pişiklərə əsaslanırdı.
Artek
"Artek" (rus. Арте́к) — Ukrayna ərazisində, Krım yarımadasında beynəlxalq uşaq mərkəzi. Krım yarımadasının cənub sahilində, Qurzuf qəsəbəsinin yaxınlığında yerləşir. Vaxtilə keçmiş SSRİ-nin ən məşhur pioner düşərgələrindən biri olmuşdur. Uzun müddət sosialist ölkələrindən gələn deleqasiyaların və xarici dövlət rəhbərlərinin qaldığı yer olmuşdur. == Adın mənşəyi == Düşərgə öz adını yerləşdiyi yerin adından götürmüşdür. Həmçinin yaxınlıqdan eyniadlı çay axır. "Artek" sözünün mənşəyi isə mübahisəlidir. Daha əsaslı versiyalar arasında bu sözün yunan dilindəki άρκτος ("ayı", yaxınlıqda Ayu-dağ adlı dağ yerləşir), oρτύκια (bildirçin), άρτος (çörək) və ya tatar dilindəki "artık" (artıq, əlavə) sözündən yaranması qeyd edilə bilər. Düşərgənin özündə "bildirçin" versiyası daha populyardır və "Artek — bildirçin adacığı" deyimi və bu adda mahnı mövcuddur.
Atrek
Atrek və ya Ətrak (ərəb اترک -türklər‎; farsça -Seləha, Suləha) — İranda və Türkmənistanda çay. == Adının etimoloqiyası == Ərəb saitsiz əlifbasına görə türkləri bildirən söz bəzən t[ə]rak bəzən isə [ə]trak kimi tələffüz olunurdu. Misal üçün Terek çayını və tərəkəmələri göstərmək olar. Ətrak çayı Ərəb Xilafəti dövründə bir müddət şərqdə türklərin ölkəsi ilə sərhəd hesab olunurdu. == Coğrafiyası == Uzunluğu — 669 km, hövzəsinin dağ hissəsinin sahəsi — 27 300 km², orta su məsrəfi Qızıl-Ətrakda — 9,2 m³/s. 19 əsrin sonundan suyu Xəzər dənizinə ancaq daşqın vaxtı çatır, başqa vaxt münbit oazislərin suvarılmasına sərf olunur. Vaxtı ilə əsas qolu, sağda, Sumbar çayı idi, o da suvarma üçün istifadə olunur və ancaq daşqın vaxtı Ətraka çatır. Güclü dayazlaşmasına görə, nərə balıqlarının kürütökməsi 20 əsrin ortalarından tamamilə kəsilmişdir. Beləliklə Ətrak Xəzər dənizinə tökülən yeganə çaydır ki nərəkimilərin reproduksiyası tamamilə kəsilmişdir. == Gidroqrafiyası == İran ərazisində Ətrak çayı, Nişapur dağları ilə Kopetdağı ayıraraq dar dağ vadisindən axır.