Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şişli
Şişli — İstanbul ilinin ilçəsi. 25 məhəlləsi olan Şişli, şərqdə Beşiktaş, şimal və qərbdə Kağıthanə və cənubda Bəyoğlu ilə həmsərhəddir. Sahili olmayan Şişli ilçəsində bir çox tarixi abidələr, iş yerləri, müasir ticarət mərkəzləri, mədəniyyət və incəsənət mərkəzləri var. 1954-cü ildə bir ilçə statusu qazanan Şişli, 1987-ci ildə Kağıthanənin ilçə statusu alması ilə iki yerə ayrıldı. Şimaldakı Ayazağa, Maslak və Huzur məhəllələri çoxluq təşkil edir, geridə qalan digər bölgələr ayrıca bir topluluq meydana gətirdi. Böyükdərə prospekti ilə əlaqəli olan bu iki məhəllədən biri, 2012-ci ildə Şişlidən ayrılmış, Sarıyerə bağlanmışdır. == Etimologiya == Şişlinin, o dövrdə şüşə ilə məşğul olan bir ailəyə aid olduğu və Şişlilər Köşkünün adına çevrildiyi və Şişli xalqının malikanəsindən çıxdığı haqqında bir şayiə var. Digər bir şayiə, Şişli adının hündürlüyü olan bir bölgədəki Bəyoğlu yaylasının topoqrafik ərazisindən çıxmasıdır. == Tarixçə == === Osmanlı dövrü === Rayonun ən qədim məhəlləsi olan Tatavlanın (Kurtuluş) XVI əsrdə qurulduğu iddia edilir. Eremya Çelebi Kömürcüyanın sözlərinə görə, XVII əsrdə Taksimdən Pangaltıya gedən yolun hər iki tərəfindəki qəbiristanlıqlar; 18-ci əsrdə Şişli və Mecidiyeköy bölgələrindən üzüm bağları və bağlar var idi.
Böyrək sisti
Böyrək sistlərinə tez-tez rast gəlinir. Morfoloji cəhətdən onlar müxtəlif olur. Böyrək sistlərinin əksəriyyəti anadangəlmə xarakter daşıyır. Bunlara misal olaraq seroz solitar sistlər, böyrək polisistozları, böy- rək exinokokku və s. göstərmək olar.Böyrəklərin sistoz xəstəlikləri zamanı USM-də böyrəklərin ölçüsünün böyüməsi və konturlarının nahamar olması aşkar olunur. Sist dəqiq və aydın kontura malik dairəvi və oval formada, homogen daxili struktura malik törəmə kimi görünür. Bəzən paraservikal sistlərə rast gəlinır. Sistin arxa divarı ön divara nisbətən daha aydın görünür ki, bu da onu sərt toxumadan fərqləndirən vacib əlamətdir. Böyrək sistlərini KT-nın köməkliyi ilə də aşkara çıxarmaq olar (0,3 sm və daha böyük ölçüdə). Sistin əsas xarakter əlaməti onun aşağı sıxlığa malik olması (9,2 vahid), kontrast maddələrə qarşı reaksiyanm baş verməməsi, dəqiq və hamar konturlara malik olmasıdır.
Sissi Karicnano
Sissi Karicnano (d. 11 avqust 1987; Pinerolo, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. == Karyerası == Sissi Karicnano İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Sissi Rayt
Silviya Rayt (11 iyun 1960, Frankfurt-Mayn, Hessen) — alman futbol mütəxəssisi. 1960-cı il iyunun 11-də anadan olan Silviya Rayt futbolçu karyerası ərzində Almaniyanın "Bavariya" və "Frankfurt–Mayn" klublarında çıxış edib. O, Almaniya millisinin heyətinə ilk dəfə 1982–ci ildə dəvət olunub. Milli komandada 58 oyunda 4 qol vuran Rayt 1989 və 1991-ci illərdə qadınlar arasında Avropa çempionatının qalibi olub. Silviya Rayt UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına malikdir. O, 2004-2008-ci illərdə "Bavariya"nın qadınlardan ibarət komandasının məşqçisi olub. 2008-ci ilin iyulundan Bavariya Futbol Federasiyasında məşqçi işləyən Rayt 2009-cu ilin oktyabrınadək kişilərdən ibarət "TSV Exinq" klubunun məşqçisi kimi fəaliyyət göstərib.
Küttner şişi
Küttner şişi (ing. Küttner's tumor) – tüpürcək vəzinin xoşxassəli şişəbənzər xroniki iltihabıdır. Əsasən submandibulyar vəzini zədələyir, birtərəfli həmən vəzinin ağrısız şişməsidir. IgG 4-bağlı əlamət kimi qəbul edilir.
Pankost şişi
Pankost şişi – ağciyər zirvəsinin şişi olub, yuxarı ətrafın nevroloji və damar simptomları ilə müşayiət olunur.
Şişli Erməni qəbiristanlığı
Şişli Erməni qəbiristanlığı (erm. Շիշլիի Գերեզմանատուն) Türkiyənin İstanbul şəhərinin Şişli rayonunda yerləşən erməni qəbiristanlığıdır. 1865-ci ildə dövlət tərəfindən xüsusi olaraq ayrılmış olan torpaq sahəsində açılmış qəbiristanlıq zamanla əlavə olunan torpaqların hesabına müasir görkəmini əldə etmişdir. Qəbiristanlığın saxlanılmasının və istismarının bütün məsrəflərini Türkiyədəki ermənilər həyata keçirirlər.
Əbdülfəttah əs-Sisi
Əbdül Fəttah Səid Hüseyn Xəlil əs-Sisi (ərəb. عبد الفتاح سعيد حسين خليل السيسي‎; 19 noyabr 1954, Qahirə) — Misirin altıncı və hazırkı prezidenti, Hərbi Kəşfiyyatın keçmiş direktoru, keçmiş Müdafiə naziri və keçmiş general olan bir Misir siyasətçisidir. 10 fevral 2019–10 fevral 2020-ci illərdə Afrika Birliyinin sədri. 2014-cü ildə keçirilən Misir prezident seçkilərinin qalibi. Misir hərbi xadimi, feldmarşal (2014-cü il), 12 avqust 2012-ci ildən 27 mart 2014-cü ilədək müdafiə naziri və Misir silahlı qüvvələrinin ali baş komandanı, 12 avqust 2012-ci ildən 27 mart 2014-cü ilədək Misir Silahlı Qüvələrinin Ali Şurasının sədri, 16 iyul 2013-cü ildən 27 mart 2014-cü ilədək Misir Baş nazirinin müavini. == Həyatı == 19 noyabr 1954-cü ildə anadan olub.
Abdul Fəttah əs-Sisi
Əbdül Fəttah Səid Hüseyn Xəlil əs-Sisi (ərəb. عبد الفتاح سعيد حسين خليل السيسي‎; 19 noyabr 1954, Qahirə) — Misirin altıncı və hazırkı prezidenti, Hərbi Kəşfiyyatın keçmiş direktoru, keçmiş Müdafiə naziri və keçmiş general olan bir Misir siyasətçisidir. 10 fevral 2019–10 fevral 2020-ci illərdə Afrika Birliyinin sədri. 2014-cü ildə keçirilən Misir prezident seçkilərinin qalibi. Misir hərbi xadimi, feldmarşal (2014-cü il), 12 avqust 2012-ci ildən 27 mart 2014-cü ilədək müdafiə naziri və Misir silahlı qüvvələrinin ali baş komandanı, 12 avqust 2012-ci ildən 27 mart 2014-cü ilədək Misir Silahlı Qüvələrinin Ali Şurasının sədri, 16 iyul 2013-cü ildən 27 mart 2014-cü ilədək Misir Baş nazirinin müavini. == Həyatı == 19 noyabr 1954-cü ildə anadan olub.
Əbdül Fəttah əs-Sisi
Əbdül Fəttah Səid Hüseyn Xəlil əs-Sisi (ərəb. عبد الفتاح سعيد حسين خليل السيسي‎; 19 noyabr 1954, Qahirə) — Misirin altıncı və hazırkı prezidenti, Hərbi Kəşfiyyatın keçmiş direktoru, keçmiş Müdafiə naziri və keçmiş general olan bir Misir siyasətçisidir. 10 fevral 2019–10 fevral 2020-ci illərdə Afrika Birliyinin sədri. 2014-cü ildə keçirilən Misir prezident seçkilərinin qalibi. Misir hərbi xadimi, feldmarşal (2014-cü il), 12 avqust 2012-ci ildən 27 mart 2014-cü ilədək müdafiə naziri və Misir silahlı qüvvələrinin ali baş komandanı, 12 avqust 2012-ci ildən 27 mart 2014-cü ilədək Misir Silahlı Qüvələrinin Ali Şurasının sədri, 16 iyul 2013-cü ildən 27 mart 2014-cü ilədək Misir Baş nazirinin müavini. == Həyatı == 19 noyabr 1954-cü ildə anadan olub.
Öd kisəsin bəd xassəli şişi
Öd kisəsin bəd xassəli şişi — Öd kisəsi xərçəngi öd yollarının ən çox rast gələn, həzm sisteminin isə beşinci yerdə duran şişidir. Öd sancısı olan xəstələrin təxminən 1%-ində öd kisəsi xərçəngi tapılır. == Risk faktorları == Əksəriyyət şişlər kimi öd kisəsi xərçənginin də etioloqiya və patogenezi dəqiq məlum deyil. Lakin bəzi amillərin kisədə malignizasiya törədə bildiyi ortaya çıxmışdır. Xərçəngönü vəziyyətlərə öd kisəsi adenoması, kirəcləşmiş öd kisəsi, yaşlılarda böyük (> 2 sm) daş, salmonelloz kisə aid edilir. Xərçəng olan öd kisələrində əksər hallarda (~80%) daş və ya adenomatoz poliplər tapılır. Ona görə də bu vəziyyətlərdə erkən xolesistektomiya məsləhət görülür.
Bisti
Bisti — Səfəvilər dövlətində sah I Təhmasibin dövründə kəsilmiş gümüş sikkə. 20 dinara bərabər tutulurdu. XVII əsrin sonlarına qədər dövriyyədə olmuşdur.
Liski
Liski (rus. Лиски) — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Mişni
Mişni (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunda kənd. Mişni (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Mişni (I) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Mişni (II) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunda kənd. Mişni (İran) — İranda kənd.
Nisli
Nisli — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 126 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki nıso (quzey) sözünün təhrif olunmuş forması və lulli (yamac) sözünün birləşməsindən ibarət olub, "quzeydə yamac" mənasını bildirir. Kənd salındığı ərazinin adını daşıyır.
Sessi
Sessi (fr. Cessy) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Jeks kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01071. == Coğrafiyası == Kommuna Paris şəhərinin 400 km cənub-şərqində, Lion şəhərindən 115 km şərqdə və Burk-an-Bres şəhərindən 70 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 3992 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 2739 nəfər arasında (15-64 yaş arasında) 2215 nəfər iqtisadi fəal, 524 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 80.9%, 1999-cu ildə 75.1%). Fəaliyyət göstərən 2215 sakindən 2056 nəfəri (1080 kişi və 976 qadın), 159 nəfəri işsizdir (77 kişi və 82 qadın).
Sindi
Sindi (est. Sindi) — Estoniyada şəhər, Pyarnunun sputnik hesab edilir. DYS-dən 21 km. məsafədədir. == Tarix == Sindi ətrafında arxeoloji qazıntılar nəticəsində (1965), mezolit dövrünə aid Pulli yaşayış məntəqəsi aşkar olunmuşdu. Bu Estoniya ərazisində aşkar edilmiş ən qədim yaşayış məntəqələrindəndir. Hipoteza əsasında məlum olmuşdur ki, Pulli Kund mədəniyyətinə aiddir. Sindi öz adını 1565-ci ildə, ətrafda malikanəsi olan Klaus Zindt adlı şəxsin adından götürülüb. 1601-ci ildən şəhər Suria, 1638-ci ildən isə Zintenhof adlanırdı.
Şidli
Şidli — İrəvan quberniyasının İrəvan qəzasında, Vedibasar mahalında, indiki (Ararat) Vedi rayonunda kənd. == Tarixi == Şidli rayon mərkəzindən 10 km cənub-qərbdə, Araz çayının sol sahilində yerləşir. Kəndin adı Qafqazır 5 verstlik xəritəsində qeyd edilmişdir M. Kalankatuklu "Alban tarixi" əsərində Xosrov şahın hökmdarlığının otuz yeddinci ilinin əvvəlində Şimal çarı Xəzərlərin arasında, knyazlıq rütbəsinə görə Şad adlanan qardaşı oğlu olduğu qeyd edilir və Şadın öz düşərgəsini Araz çayının sahilində saldığı göstərilir. Bu əsərin "Qeydlər və şərhlər" hissəsində Z. Bünyadov qeyd edir ki, xəzərlər arasında IX əsrədək Şad Xaqandan sonra ikinci hökmran sayılırdı. L. Qumilyev qeyd edir ki, İl-xan Bumın vaxtında "İxtiyarında bölgələrin hakimiyyəti olan və xana qan qohumluqları çatan şahzadələr "şad" çağrılırdılar və şad titulunu "şimal hökmdarı" Cabqu xanın qardaşları daşımışlar. "Şad" sözü qədim türk dilində "hərbi rütbə" mənasında işlənmişdir. Bu deyilənlərdən belə qənaətə gəlirik ki, Şidli toponimi türklərdə, daha doğrusu xəzərlərdə hərbi titul mənasında işlənən şad sözünə mənsubluq bildirən -lı şəkilçisinin artırılması yolu ilə əmələ gələn şadlı sözü əsasında formalaşıb "Şidli" kimi sabitləşmiş və etnonimə çevrilmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.
Şinci
Şinci — ad.
Şiori
Şiori — ad. Şiori Kutsuna — yapon aktrisa və model. Şiori Miyake — Yaponiya qadın futbolçusu.
Alvars pisti
Alvars pisti — Ərdəbildə yerləşən Alvars kəndi yaxınlığında mövqe tutmuş qar pistidir və xizəksürmə idmanı üçün istifadə olunur.
Atlas sidri
Atlas sidri (lat. Cedrus atlantica) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin sidr cinsinə aid bitki növü. Vətəni Əlcəzair və Şərqi Mərakeşdir. Dəniz səviyyəsindən 1350–2000 m yüksəklikdə bitir. Hündürlüyü 40 m olan ağacdır. Çətiri yuxarıdan azca əyilən, aşağıdan enliləşən konusvarıdır. Budaqları iti bucaq altında gövdədən ayrılır və müxtəlif istiqamətlərə budaqlanır. İynəyarpaqları mavi-yaşıl, yaxud gümüşü-boz olur, 3-4 tərəfli, iynəli, 30-40 iynəyarpaq qısa zoğlar üzərində dəstələrlə toplaşır; böyümə zoğlarında isə tək-tək yığılır. Silindrik-yumurtaşəkilli, möhkəm, parlaq, açıq-qonur qozaları üçüncü il yetişir, uzunluğu 10 sm-ə qədərədir. Torpağın münbitliyinə və rütubətinə az tələbkardır, lakin əhəngli və həddən artıq rütubətli torpaqlara davam gətirmir.
Bank Riski
Bernulli diski
Bernulli diski (Bernoulli box)-– növbə ilə dəyişdirilən və enerjidən asılı olmayan kartriclərin istifadə edildiyi böyük həcmli yaddasaxlama qurğusudur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dişli balinalar
Dişli balinalar (lat. Odontoceti)— balinakimilər dəstəsindən suda yaşayan məməlilər yarımdəstəsi. Uzunluğu 1,2 m-dən 20 m-ə qədərdir. Dişsiz balinalar-dan fərqli olaraq 1-dən 240-dək dişi olur. Başının təpə hissəsində bir burun dəliyi var. Alt çənə qısa olub ön tərəfdən bitişmişdir. Dişli balinalar oriyentasiyanı exolokasiya ilə təyin edir. Hava kisələri sistemi olan exolokasiya aparatının yaranması kəllənin asimmetriyasına səbəb olmuşdur. Dişli balinalar çox yaxşı eşidir və səs siqnallarını qəbul edir. Burun kanalı ilə əlaqədar olan səs orqanı yaxşı inkişaf etmişdir.
Dişli quşlar
Dişli quşlar (lat. Odontornithes, yaxud lat. Odontognathae) — sistematik vəziyyətli tam aydın olmayan təbaşir quşları. Kəlləsinin quruluşu onları müasir quşlara yaxınlaşdırır, lakin dişlərin və kəllənin ön hissəsində pulcuğ örtüyün olması ilə fərqlənir. Hesperornislərə və İxtiornislərə bölünür. Birincilərə uçma qabiliyyəti olmayan iri (180 sm-dək) su quşları, ikincilərə isə (25 sm-dək) qarğaları xatırladan uçan quşlar daxildir. Dişli quşlar Şimali Amerika və Avropanın Təbaşir dövrü çöküntülərindən tapılmış, çənələrində dişləri olan nəsli kəsilmiş quşlar yarımdəstəsi. Bəzi alimlər dişli quşları müasir və ya "yeni quşlar" (Neornithes) yarımsinfinə daxil edirlər. == Həmçinin bax == Quşlar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Dişli topulqa
Dişli topulqa (lat. Spiraea crenata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropada, Rusiyada, Qafqazda, Şimali, Mərkəzi Asiyada yayılmışdır. == Botaniki təsviri == 1 m-ə qədər hündürlükdə, cavankən şabalıdı-boz, sonralar isə boz rəngli, tüklənmiş, nazik tilli zoğları olan koldur. Yarpaqlar uzunsov, tərs və ya pazşəkilli olub, 1,5-3,5 sm uzunluğunda, 0,3-1,5 sm enindədir. Tamkənarlı, ortadan, bəzən isə qaidə hissəsindən kənarı dalğavarı və ya xırda dişli, çox zaman yalnız təpəsi dişlidir. Çiçəkləyən zoğlarda yarpaqlar xırda olub, 1-2 sm uzunluğunda və 0,3-0,6 sm enindədir, tamkənarlıdır, saplağı 1,7 mm uzunluqdadır. Çiçək qrupu 10-12 çiçəkli, qalxanvaridir. Ləçəkləri ağ, meyvə yarpağı 2-3 mm uzunluqda olub, tükcüklə örtülü, bəzən isə çılpaqdır. Arel-may aylarında çiçəkləyir, meyvəsi iyun-iyulda yetişir.
Dişli çarx
Dişli çarx - üzərində silindrik və ya konik səth üzrə dişlər kəsilmiş qasnaqdır. O başqa dişli çarxla təmasda olaraq dişli ötürmənin əsas elementi sayılır. Maşınqayırmada dişli çarxlar diametrindən asılı olaraq aparan və aparılan olaraq iki qrupa bölünürlər. Vallarda fırlanma momentini ötürmək üçün dişli çarxlar cüt-cüt tətbiq olunurlar. Əgər dişli çarxın diametri kiçikdirsə onda fırlanma momenti dövrlər sayı ilə tənzim olunur. Onu da qeyd etmək lazımdır ki, dişli çarx ötürməsi mexaniki gücü artırmaq üçün tətbiq olunmur, beləki onun girişində mexaniki enerji, çıxışındakından çox ola bilməz. Çünki, mexaniki iş bu halda fırlanma momenti və sürəti ilə mütənasibdir. Ona görə də momenti artırma dişli çarxın sürətini azaltmaq deməkdir. Nəticədə onların hasili (kənar qüvvələrin təsirini nəzərə almadıqda) sabit qalır. Dişli çarxaların aşağıdakı növləri vardır: Dişin eninə profillinə görə fərqlənənlər.