Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sail
Sail modeli 2000-ci ilin (2001-ci ildən satışda) sonunda Buick markası adı altında doğuldu. Avtomobil B sinifində Opel Corsanın başqa gövdə növü idi(sedan, universal). SAIC-GM əməkdaşlığında model altenativsiz, 91 at güclü 1.6 l həcmli mühərrik və 5 pilləli mexaniki sürətlər qutusu ilə təchiz edildi. 2005-ci ildə model Chevrolet tərkibinə keçirilərək radiator barmaqlıları, və ön optikası yeniləndi. İkinci nəsil Chevrolet Sail 2010-cu ildə ilk öncə hetçbek, daha sonra isə sedan olaraq buraxıldı. Yeni model artıq 3 mühərriklə təklif edilirdi: Bunlar 1.2 l, 1.4 l 87 və 103 at gücü benzin, 1.3 l 78 at güclü dizel mühərriklr idi. Sürətlər qutusu isə 5 pilləli mexaniki idi. Əlverişli qiymətinin olması Sail modelinin populyarlaşmasına gətirib çıxartdı. İlk iki nəsli, Çində 1.4 ədəd satılmışdır. Çindən başqa avtomobil Hindistan və Cənubi Amerikada da satılırdı.
Adirondak (stil)
Adirondak interyer və memarlıqda ən maraqlı etno stillərdən biridir. 20-ci əsrin ortalarında ABŞ-də yaranıb və adı Nyu-York şəhərindəki Adirondak dağlarından götürülüb. Bu stil üçün səciyyəvi xüsusiyyətlər aşağıdakılardan ibarətdir: Hər şeyin təbii olması - faktura, material, rəng; Ağac gövdələri, budaqları və kökündən qeyri-adi formalar; Yolunmamış daşlardan istifadə; Kobud parçalar; Əl işi əşyalar, böyük və ağır güzgülər, təbiət rəsmləri və s; Tünd yaşıl, nanə yaşılı, şam ağacı yaşılı, sarı, qızılı, açıq-boz, səma mavisi, tünd qırmızı və təbii taxta tonlarından istifadə.
Chevrolet Sail
Sail modeli 2000-ci ilin (2001-ci ildən satışda) sonunda Buick markası adı altında doğuldu. Avtomobil B sinifində Opel Corsanın başqa gövdə növü idi(sedan, universal). SAIC-GM əməkdaşlığında model altenativsiz, 91 at güclü 1.6 l həcmli mühərrik və 5 pilləli mexaniki sürətlər qutusu ilə təchiz edildi. 2005-ci ildə model Chevrolet tərkibinə keçirilərək radiator barmaqlıları, və ön optikası yeniləndi. İkinci nəsil Chevrolet Sail 2010-cu ildə ilk öncə hetçbek, daha sonra isə sedan olaraq buraxıldı. Yeni model artıq 3 mühərriklə təklif edilirdi: Bunlar 1.2 l, 1.4 l 87 və 103 at gücü benzin, 1.3 l 78 at güclü dizel mühərriklr idi. Sürətlər qutusu isə 5 pilləli mexaniki idi. Əlverişli qiymətinin olması Sail modelinin populyarlaşmasına gətirib çıxartdı. İlk iki nəsli, Çində 1.4 ədəd satılmışdır. Çindən başqa avtomobil Hindistan və Cənubi Amerikada da satılırdı.
Geomorfoloji Skil
Georgi Ştil
Geotektonik skil
Spil dağı
Spil dağı (türk. Spil Dağı, q.yun. Σίπυλος) ― əvvəllər Lidiyalıların ana vətəni olmuş, hal-hazırda isə Türkiyənin Ege regionunda yerləşən Manisa ilində tarixi və əfsanəvi dağ. Dağın mütləq hündürlüyü 1 513 metrdir. Uçurumun səthinə həkk olunmuş Manisa relyefi Manisadan bir neçə kilometr şərqdə, Spil dağının yaxınlığında tapılmışdır. Relyefdə təsvir olunan şəxsin ilahə Kibela olduğu təyin edilmişdir. Relyef eramızdan əvvəl II minilliyin sonlarına, Hettlərin hakimiyyəti dövrünün sonuna və ya Luvi dövrünə aid edilir. Heykəl Türkiyədə Taş Suret ("daş fiqur") adı ilə tanınır və bəzən beynəlxalq ədəbiyyatda da belə adlandırılır. Əfsanəyə görə, dağ ana tanrıçanın ən sevdiyi yer sayılırdı. Köhnə bir mifə görə, heykəl Tantalusun çirkin oğlu Broteas tərəfindən həkk edilmişdir.
Calophyllum sil
Calophyllum sil (lat. Calophyllum sil) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kalofillumkimilər fəsiləsinin kalofillum cinsinə aid bitki növü.
Makias-Sil
Makias-Sil (ing. Machias Seal Island) — Men körfəzində yerləşən kiçik ada. Ada Fandi körfəzi ilə sərhəddə, Sautuest-Hed burnu və Qran-Manan adası arasında yerləşir. Adanın sahəsi 0,08 km² təşkil edir. Nort-Rok adası ilə birlikdə Kanada və ABŞ arasında mübahisə prednetidir. Adada daimi yaşayış yoxdur. Burada olan mayakda iki işçi işləyir. Adanı tez-tez Kanadanın vəhşi təbiət xidmətinin əməkdaşları ziyarət edir.
SIL International
SIL International (ing. Summer Institute of Linguistics, Yay Dilçilik İnstitutu) — əsas məqsədi linqvistik biliklərin genişləndirilməsi və ədəbiyyatın zənginləşdirilməsi üçün az yayılmış dillərin öyrənilməsi, inkişaf etdirilməsi və sənədləşdirilməsi olan beynəlxalq qeyri-kommersiya təşkilatı. Fəaliyyəti İncilin az yayılmış dillərə tərcümə olunması istiqamətində qurulan Wycliffe Bible Translators agentliyi ilə əməkdaşlıq edir. SIL International öz tədqiqatlarının məlumat bazasını Ethnologue - dünya dillərinin məlumat bazası vasitəsilə ötürür. Təşkilata 50 ölkədən 6 mindən çox adam üzvdür.
Sil-Ki
Sil-Ki (ing. Seal Cay) — Baham adalarında ada. İnzibati cəhətdən Qrand-Ki rayonunun bir hissəsidir. Ada Abako adalarının şimalında, Volkers-Kidən 3.3 kilometr (2.1 mil) şərqdə yerləşir. Qrupun ən şərqində yerləşən və ən yüksək (dəniz səviyyəsindən 3 metr (9.8 ft) hündürlükdə) adasıdır. Uzunsov formaya malikdir. Adanın uzunluğu 700 metr (2,300 ft), eni isə 85 metr (279 ft) kimidir. Volkers-Ki kimi, Sil-Ki adası da dayaz sahil suları ilə tanınır. Burada çoxlu balıqlar, xüsusən də əllə bəslənə bilən köpəkbalıqları var. Bundan əlavə, burada dalğıclıq da inkişaf etdirilir.
Sil kanyonu
Sil kanyonu (qalis. Canón do Sil) — İspaniyanın Qalisiya bölgəsində, Sil çayı boyunca yerləşən kiçik kanyon. Kanyon Sil çayının Minyo çayına tökülən hissəsinin 50 km-lik hissəsini təşkil edir. Kanyonun mənzərəsi Qalisiyada ən gözəl mənzərələrdən biri hesab olunur. Yaxınlığında Noqueyra de Ramuin, Parade de Sil kimi yaşayış məskənləri yerləşir. Kanyon 5961,49 hektar ərazini əhatə edir. Bəzi yerlərdə hündürlüyü 150 metrə çatır. Coğrafi quruluşu sayəsində burada Aralıq dənizinə bənzər iqlim hakimdir. Bu səbəbdən Aralıq dənizi iqlimində yetişən bitkilər də burada bitə bilir. Roma dövründən burada zeytun yetişdirilir və şərab istehsal edilir.
Adil
Adil — kişi adı və təxəllüs. Adil Gəray — Adil şah — Adil Şirin — Adil Rüstəmov — Azərbaycan rəssamı Adil xan Ziyadxanov — Adil Üseyran — Məşədi Adil — Adil Vəliyev — Adil Aşırım — Adil Barmal — Adil Kaskabay — Adil Yaqubov — Adil Baxşəliyev — tibb elmləri doktoru, professor Adil Babayev Adil Babayev (şair) — şair, tərcüməçi Adil Babayev (hüquqşünas) — Azərbaycan SSR-in baş prokuroru (1954–1958) Adil Babayev (professor) — Filologiya elmləri doktoru, professor.
Ağıl
Ağıl və ya zəka — doğru ilə yanlışı ayırd etmə, hər hansı bir mövzuda fikir yürütmə və münasibət bildirmə qabiliyyətidinə deyilir. Məntiq də ağlın əsas hissəsidir. İnsan yaşa dolduqca ağlı da inkişaf edir. Dərrakə isə bir hadisəni dərk etməyi, qavramağı mühakimə etməyi və açıqlamağı təmin edir. Ümumiyyətlə, 12 yaşa qədər sürətlə inkişaf edən dərrakə qabiliyyəti 20 yaşa qədər davam edir və sonra sabit qalır. Dərrakə insanın hər vəziyyətdə qabiliyyətini üzə çıxartmaya da bilər. Məsələn, gözəl şeir yazan adam bəsit riyazi məsələni həll etməkdə çətinlik çəkir. Çünki dərrakə özünü psixoloji hadisələr, idrak, yadda saxlama qabiliyyəti, meyillər və s. ilə əlaqədar fərqli şəkildə göstərir. Ağıl hisslər, emosional proseslər, anlayış, yaddaş, istəklər, fərdi xüsusiyyətlər və motivlər, həmçinin şüursuzluqla müəyyən edilir.
Emil
Emil — Azərbaycanlı kişi adı. Çalışqan mənasındadır. Bu adı olan tanınmışlar Emil Əliyarlı — operator. Emil Məlikov — şəhid. Emil Çoran — XX əsr rumıniya filosofu. Emil Axundov — Rusiya alimi; Texnika elmləri namizədi. Emil Əhmədov — Rusiya alimi; Fizika‑riyaziyyat elmləri doktoru.
Eskil
Eskil — Aksaray ilinə yerləşən ilçə.
Esxil
Esxil (qəd-yun. Αἰσχύλος, E.ə. 525, Elefsis– e.ə. 456, Cela) — qədim yunan dramaturqu, avropa və yunan faciəsinin banisi. Esxil (e.ə. 525–456) ilk yunan faciə yazarıdır. O, təxminən e.ə. 525-ci ildə Afinanın yaxınlığında Elevsin qəsəbəsində zadəgan ailəsində anadan olmuşdur. Esxilin həyatı Afina tarixinin ən mühüm dövrünə təsadüf edir. E.ə.
Feil
Feil — ümumqrammatik mənasına görə iş, hal və hərəkəti bildirib, zaman, şəxs və kəmiyyətcə təsriflənən əsas nitq hissəsidir. Feillər müxtəlif forma və zamanlarda işlədilərək "nə etmək?", "nə etdi?", "nə etmişdir?" "nə edir?", "nə edəcək?", "nə edər?" və s. suallarına cavab olur şəxsə və kəmiyyətə görə dəyişir təsdiq və inkar, təsirli və təsirsiz olur. İş feilləri: yağla(maq), tik(mək), rənglə(mək), kəs(mək), yaz(maq) bişir(mək), qur(maq) və s… Nitq feilləri: danış(maq), dinlə(mək), qulaq as(maq), sus(maq), pıçılda(maq) və s. Hərəkət feilləri: get(mək), düş(mək), en(mək), qalx(maq) gəl(mək) qaç(maq) və s… Təfəkkür feilləri: duy(maq), xatırla(maq), zənn et(mək), duyğulan(maq), sevin(mək), dərk et(mək) və s… Hal-vəziyyət feilləri: ağar(maq), gözəlləş(mək), nərildə(mək), gül(mək), fərəhlən(mək) və s… Sadə feillər: Ancaq bir kökdən və qrammatik şəkilçidən ibarət olan feillərə sadə feillər deyilir. Məsələn: al, oxu(yur), get, al(dı), gəl(ir) və s. Düzəltmə feillər: Kökə və sözdüzəldici (leksik) şəkilçiyə malik olan feillər düzəltmə feillər adlanır. Məsələn: baş-la(maq), ağ-ar(ır), iş-lə(mək), gör-üş(mək) və s. Mürəkkəb və tərkibi feillər: İki sözün birləşməsindən əmələ gələn feillər mürəkkəb feillər adlanır. Məsələn: deyir-gülür, ölçdü-biçdi, bəzənib-düzənir, atılıb-düşür və s.
GTİL
Geomorfoloji terminlərin izahlı lüğəti — 2012-ci ildə "Elm" nəşriyyatı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası akad. H. Ə. Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitab (ISBN 978-9952-453-14-0). Üç dildə (Azərbaycan, rus, ingilis) 3000-ə qədər sözlüyü əhatə edən geomorfoloji lüğətdə terminlərin izahı Azərbaycan dilində, mətnin axırında isə terminlərin rus və ingilis variantları verilmişdir. Terminlər Azərbaycan əlifbası sırası ilə düzülmüşdür.
Onil
Onil (isp. Onil) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Oyya-de-Kastalya ərazisinin 48,41 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 7723 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 30 km uzaqlıqda yerləşir.
Sahil
Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti. Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar sularda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoqrafik, struktur, dinamik, genetik və b.
İdil
İtil (başqa yazılışlar: Atil, Ədil, İdil; çin. 阿得/阿得水) – Xəzər xaqanlığının 2-ci paytaxtı və sonuncu iri şəhəri. Şəhərin salındığı vaxt dəqiq məlum deyil. Güman edilirki dağılması X əsrdən başlamışdır. 2 əsrdir ki, arxeoloji qazıntılar aparılsada, şəhərin yeri hələdə mübahisəli olaraq qalır. Bəzi mülahizələrə görə, İdil indiki Həştərxan şəhərinin 15–20 km-də yerləşirmiş. Slavyan dillərində Volqa, Volha, Voloha, Vloha, müxtəlif yerli türk xalqlarının dillərində isə İtil, Atil, İdil, Edil, Atal və İdel kimi səslənir. Ərəb müəlliflərinin yazdıqlarına görə Dərbənddən Səməndərə 4 gün, oradanda İdilə 7 günlük yol var idi.
İtil
İtil (başqa yazılışlar: Atil, Ədil, İdil; çin. 阿得/阿得水) – Xəzər xaqanlığının 2-ci paytaxtı və sonuncu iri şəhəri. Şəhərin salındığı vaxt dəqiq məlum deyil. Güman edilirki dağılması X əsrdən başlamışdır. 2 əsrdir ki, arxeoloji qazıntılar aparılsada, şəhərin yeri hələdə mübahisəli olaraq qalır. Bəzi mülahizələrə görə, İdil indiki Həştərxan şəhərinin 15–20 km-də yerləşirmiş. Slavyan dillərində Volqa, Volha, Voloha, Vloha, müxtəlif yerli türk xalqlarının dillərində isə İtil, Atil, İdil, Edil, Atal və İdel kimi səslənir. Ərəb müəlliflərinin yazdıqlarına görə Dərbənddən Səməndərə 4 gün, oradanda İdilə 7 günlük yol var idi.
Əbil
Əbil (əvvəlki adı: Ukraynskaya Otruba, 26 Bakı Komissarı) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Sarıcalar kənd inzibati-ərazi vahidi tərkibindəki 26 Bakı Komissarı kəndi Əbil kəndi adlandırılmışdır. Əhalisinin sayı 885 nəfərdir.
Əlil
Əlillik (lat. invalidus — «gücsüz», in — «yox» + validus — «güclü») — xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir. Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamın cəmiyyətdə həyat imkanları məhdud olur. Azərbaycanda əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası, maddə 38. III - "Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir". Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. "Əlilliyin müəyyən olunması meyarlarına dair ƏSASNAMƏ" - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR. Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); c) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən "Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında" təlimata uyğun müəyyən olunur.