ŞİL-KÜT

şil-küt etmək (eləmək) – bərk döyüb əzişdirmək, qol-qabırğasını sındırmaq, şikəst eləmək, çolaq eləmək.
[Hacı Qara:] Ta mən sizin ikinizi də şil-küt etməsəm, ölkə sizin əlinizdən dincəlməz. M.F.Axundzadə.
[Günəş Araza:] Mən arvadlığımla bunların hər üçünü şil-küt edib yola salaram. A.Şaiq.

Şil-küt olmaq – bərk döyülməkdən şikəst olmaq, bədəni əzik-əzik olmaq, hərəkətsiz hala düşmək;
// məc. Sınıq-sınıq olmaq, qırılmaq, sınıb tökülmək.
Şil-küt olmuş ağaclar yaralarını sağaldır, şivləyirdi. S.Rəhimov.

Этимология

  • ŞİL-KÜT Farscadır, şil “şikəst” deməkdir, sinonimlər birləşməsidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ŞİL
ŞİLƏ₂
OBASTAN VİKİ
Əl-Küt
Əl-Küt — İraqda şəhər. Bağdaddan 160 km uzaqlıqdadır. Dəclə çayı üzərində yerləşir. Əhalisi 315.000 nəfərdir.

Значение слова в других словарях