Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Caqar
Caqar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bəzi tədqiqatçıların fikrincə, toponim türk dillərindəki caqar (qaladan kənarda divarla əhatə olunmuş, möhkəmləndirilmiş yer) sözü ilə bağlıdır. Lakin caqar sözü dilimizdə "cadarlanmaq" mənasında da işlənir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 417 nəfər əhali yaşayır. == Coğrafiyası və iqlimi == Kənd Qızılqaya dağının (Böyük Qafqaz) yamacında yerləşir. == İqtisadiyyatı == Rayon ərazisində çəkilmiş və 1973-cü ildə istifadəyə verilmiş Caqar-Cibir kanalı bu ərazilərin həqiqətən də susuz olduğunu göstərir. Samurçaydan başlanan bu kanal 45.6 km. uzunluğa malik olub, Qusar rayonu ərazisində 4 min ha. torpaq sahəsinin suvarılmasına xidmət edir.
Cuğa
Cuğa — Culfa rayonunun Gülüstan kəndindən şimal-qərbdə, orta əsrlərə aid yaşayış yeri, şəhər xarabalığı olan arxeoloji abidə. Tarixi mənbələrədə adı Böyük İpək Yolu üzərində olan mühüm ticarət qovşaqlarından biri kimi çəkilən Cuğa şəhərinin əhalisinin əksəriyyətini xristian albanların təşkil etdiyi güman edilir. Şəhərin qəbiristanlığındakı qəbirlər bunu deməyə əsas verir. Cuğa nekropolundakı xaç daşlar alban xaç daşlarının xüsusi qrupunu təşkil etməklə böyük tarixi əhəmiyyətə malikdir. Şəhər şimalda hündür dağ silsiləsi, cənubda Araz çayı, qərbdə qəbirsanlıqla məhdudlaşır. Şəhərin ərazisi Araz çayının sol sahilində ensiz zolaq şəklində qərbdən şərqə doğru uzanır. Şəhərin əksər yaşayış binaları və tarixi-memarlıq abidələri tamamilə dağılmış, tikinti qalıqları (xüsusilə bişmiş kərpic) ətrafa səpələnmişdir. Buradan müxtəlif kompozisiyalı ornamentlərlə naxışlanmış çəhrayı rəngli şirli və şirsiz saxsı məmulatı (fayansdan hazırlanmış kasalar xüsusilə diqqəti cəlb edir), mis sikkələr və külli miqdarda digər maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Tapıntılara əsasən Cuğada şəhər həyatının aktiv dövrünün XI–XVII əsrlərə təsadüf etməsi fikri söylənmişdir. == Cuğa karvansarası == Cuğa şəhəri ərazisində yerləşən karvansara, Azərbaycanda bu tipli abidələrin ən gözəl nümunələrindən biridir.
Naqa
Naqa (नाग) Hinduizm və Buddizmdən gələn böyük bir ilan kimi təsvir edilən ikinci dərəcəli (kiçik) tanrı üçün Sanskrit və Pali dilindəki adıdır. Bununla birlikdə, sözün istifadəsi çox qeyri-müəyyəndir və bu sözlə birdən çox şey ifadə edilə bilər. "Naqalar" olaraq adlandırılan (insan) qəbilə(sin)dən (normal ilanlara (xüsusilə kral kobrası və hind kobrası) və ya fillərə qədər çox fərqli mənalar daşıyır. Dişi naqaya naqi deyilir. Naqa Mucalinda, Budanın qəyyumu olduğu halda, Balarama Vişnunun naqa şəklində təcəssümünü (reenkarnasiyası) təşkil edir.
Qaqa
Qaqa (lat. Somateria) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Raqa
Rey (İran) — İranın qədim tarixi şəhəri, Rey şəhristanının mərkəzi.
Saga
Saqa — orta əsrlərdə vikinq, german və İslandiya ədəbiyyatında nəsr növlərindən biridir. Geniş şəkildə baxıldıqda "saqa" termini hər cür təhkiyə və tarixi rəvayətləri (müqəddəslərin həyatı, digər dillərdən edilmiş tərcümələr ya da dinə aid olmayan hekayələr) əhatə edir. Daha dar mənada isə yazıçının keçmişdə yaşanan hadisələri, xəyal gücü ilə yenidən hazırladığı və oxucularına estetik bir şəkildə ifadə etdiyi tarixi rəvayətlərdir. == Alt qruplar == Müasir tədqiqatçılar saqaları bir neçə alt qrupa ayırırlar. Bunlardan bəziləri Skandinaviya hökmdarlarının həyatlarından bəhs edən "kral saqaları"(Konungasögur), mifoloji və əfsanəvi hadisələrdən bəhs edən "əfsanəvi saqalar" (Fornaldarsögur) və "ailə saqaları" adıyla da bilinən "İslandiyalılar haqqında qısa hekayələr" (Íslendingaþættir), "İslandiya saqaları" (Íslendinga sögur), "cəngavər saqaları" (Riddarasögur), "Qrenlandiya saqaları" (Grænlendingasögur), "müqəddəslər haqqında saqalar" (Heilagra manna sögur) və s. Bunlar arasında ən məşhur və ədəbi cəhətdən üstün tutulan İslandiya saqalarıdır. Daha çox zadəganlar haqqında olan saqalardan fərqli olaraq İslandiya saqaları, ümumiyyətlə, kəndlilərin başına gələn hadisələrdən bəhs edir. Əsas qəhrəmanlar kəndlilər olmasalar belə, hər halda, saqa oxuyucularından daha üst sinifə də aid deyillər. Təxminən 930-1050-ci illəri arasındakı dövrün "saqalar çağı" olaraq tanınmasını təmin edən bu saqalar təxminən 1190-1320-ci illər arasında yazıya alınmışdı. == Bədii cəhətdən == İslandca "danışmaq" mənasını verən "seqja" sözündən törəyən "saqa" sözünün lüğəvi mənası "deyilən, söylənmiş" deməkdir.
Saqa

Zağa
Zağə
Çaka
Çaka — Cənubi Afrika Respublikasının ərazisində yaşayan döyüşkən Zulu tayfalarını dövlət halında birləşdirən sərkərdə, KvaZulu (bəzi mənbələrə görə Zulu imperiyası və ya Zululend) dövlətinin banisi və ilk hökmdarı (1816-1828). == Haqqında == Cənubi Afrika Respublikasının ərazisində yaşayan döyüşkən Zulu tayfalarını dövlət halında birləşdirməyə müvəffəq olan Çaka 1787-ci ildə anadan olmuşdur. O, yerli qəbilə başçılarından birinin - Senzanqakonanın nikahdankənar oğlu idi. Çakanın 6 yaşı olanda Senzanqakona onu anası ilə birlikdə saraydan qovmuşdur. 1816-cı ildə kiçik zulu qəbiləsinin inkosu - rəhbəri seçiləndən sonra Çaka Avropa müstəmləkəçilərinə qarşı müharibəyə başlamışdır. Onun təşkil etdiyi güclü orduda qadın və kişilərdən ibarət dəstələr vardı. Ömrünün sonlarında Çakanın yaratdığı dövlətin ərazisi 200 min kv. km, ordusundakı əsgərlərin sayı 50 min nəfər idi. Çakanın ən mühüm tədbirlərindən biri hərbi islahatın keçirilməsi olmuşdu. İslahata əsasən silah daşımağı bacaran 20-40 yaşlı kişilərin hamısı orduya səfərbər olunmuşdu.
Çala
Çala — Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. == Toponimkası == Çala- Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. Gürcüstanda "çala" sözü ilə düzəlmiş çoxlu miqdarda yer adı vardır. Azərbaycan dilində çala, "su yığılan çökək yer", "çuxur yer", türk dillərində çalı, "kolluq", "vəhşi heyvanın bol olduğu sahə" mənasındadır. İrəvan əyalətində Çala-ağıl adlı kənd vardı.
Çaça
Çaça (gürc. ჭაჭა) — bəzən üzüm vodkası adlanan açıq sarı rəngli alkoqollu içki. Əsasən Gürcüstanda istehsal olunur. Çaça termini Gürcüstanda üzüm distilləsinə istinad etmək üçün istifadə olunur. Çaça üzümlə yanaşı əncir, naringi, portağal, pomidor və tərxundan hazırlana bilər. Çaça əsasən distillə imkanları olan şərab zavodlarında hazırlanır. Ən məşhur çaça məhsullarından biri olan Binexi Estraqon 2007-ci ildə Mundus Vini mükafatlarında gümüş medal qazanmışdır.
Çağan
Birinci Çağan
Aqa
Bufo marinus (lat. Rhinella marina) — rhinella cinsinə aid qurbağa növü.
Ağa
Ağa — Azərbaycanlı kişi adı. Ağa Əlizadə — Qafqaz müsəlmanlarının VIII Şeyxülislamı Ağa Aşurov — mühəndis, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü Ağa Axundov — mühəndis, energetik. Ağa Hacı Molla Tağızadə — Azərbaycan şairi Ağa Yaqub Erməni — Gürcüstan ermənilərindən olan Fətəli şah Qacar hərəminin saray xocalarından və şah hərəmxanasının naziri Ağa Əliyev — Neftçi Qurban adı ilə məşhur olan görkəmli neftçi-geoloq Ağa Ağamirov — Ağa Mustafayev — Ağa Paşa Qarabaği — Digər Ağa hamamı — Fateh Sultan Mehmet tərəfindən inşa etdirilən tarixi hamam.
CGA
Arundo naga
Qamış və ya Qəmiş (Phragmites australis), sulaq yerlərdə bitən uzun və içiboş bir bitki. == Sinonim == Arundo aggerum Kit. Arundo australis Cav. Arundo barbata Burch. Arundo donax Forssk. [Illegitimate] Arundo egmontiana Roem. & Schult. Arundo filiformis Hassk. [Invalid] Arundo flexuosa Brongn. [Illegitimate] Arundo graeca Link Arundo naga J.Koenig ex Steud.
Baqa xaqan
Bağa xaqan — Göytürk xaqanlığının hökmdarı, Qara İssıq xaqanın ikinci oğlu idi. == Hakimiyyəti == Göytürk vətəndaş müharibəsi hələ davam edirdi. Tardu xaqan və onun dəstəklədiyi Apa xaqanla müharibəni davam etdirdi. Fars sərkərdəsi Bəhram Çubin tərəfindən Birinci Göktürk-Sasani müharibəsində məğlub edilib öldürülmüşdür.
Bağa Tarxan
Bağa Tarxan (?- 13.4.744) — Türgiş xaqanlığının hökmdarı. == Həyatı == Bağa Tarxan əvvəlcə sarı türgişlərin başçısı idi. Kül Çör kimi tanınırdı. Çumuğun tayfasının başçısı idi. Tarix səhnəsinə ilk dəfə 721-ci ildə çıxmışdır. Qəsr əl-Bahil mühasirəsində müvəffəqiyyətsiz olsa da, 729-cu ildə Kəmərcə mühasirəsində iştirak etmişdi. Daha sonra 737-ci ildə Xaristan döyüşündəki Sulukun məğlubiyyəti ona hakimiyyəti öz əlinə almaq üçün motivasiya verdi. 738-ci ildə əyanlardan başqa biri olan Tumutu ilə əlbir olaraq Suluk xanı öldürtdürdü. Onun bayrağı altına Fərqanə və Daşkənd hakimləri toplanmışdılar. Çin hakimlərindən bəziləri də ona söz vermişdilər.
Bağa xaqan
Bağa xaqan — Göytürk xaqanlığının hökmdarı, Qara İssıq xaqanın ikinci oğlu idi. == Hakimiyyəti == Göytürk vətəndaş müharibəsi hələ davam edirdi. Tardu xaqan və onun dəstəklədiyi Apa xaqanla müharibəni davam etdirdi. Fars sərkərdəsi Bəhram Çubin tərəfindən Birinci Göktürk-Sasani müharibəsində məğlub edilib öldürülmüşdür.
Bağa Şad
Bağa Şad - Göytürk şahzadəsi və diplomatı idi. İkinci Fars-Türk müharibəsi və Üçüncü Fars-Türk müharibəsi dövründə Qafqazın şadı, yabqusu və tudunu olmuşdu. 616-628 illəri arasında Çin səfiri olaraq xidmət göstərmişdi.
Birinci Çağan
Birinci Çağan — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Birinci Çağan kəndi Şamaxı rayonu Dədəgünəş i.ə.d.-də kənd. Dağətəyi ərazidədir. Əhalisi 184 nəfərdir (2009), 44 təsərrüfatı var. 1886 il əhalini siyahıyaalma sənədində Şamaxı qəz. Böyük Çağan (60 ailə, 489 nəfər) kənd adı qeydə alınmışdır. Kənd Çağan mineral bulağının yaxınlığında məmmədsəlimli nəsli tərəfindən salındığı üçün əvvəllər Çağan Məmmədsəlimli adlanmışdır. Sonralar bu kənd yalnız bulağın adı ilə adlandı. Çağan türk-monqol dillərində “ağsu” deməkdir. Q.E.Markov Çağanın oğuzların bır hissəsi olduğunu qeyd edir.
Buddleja cana
Buddleja americana (lat. Buddleja americana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin buddleya cinsinə aid bitki növü. == Sinonimləri == Buddleja callicarpoides Kunth Buddleja cana Willd. Buddleja dentata Kunth Buddleja floribunda Kunth Buddleja occidentalis L. Buddleja spicata Ruíz & Pav. Buddleja verbascifolia Kunth Buddleja americana var. albiflora Gómez Buddleja americana var. rothschulii Loes.
Caba Moseşvili
Caba İoseliani
Caba İoseliani (10 iyul 1926, Xaşuri – 4 mart 2003, Tbilisi) — XX əsrin Gürcü siyasətçisi, qanuni oğru və Gürcüstan hərbi şurasının keçmiş üzvü. == Həyatı == Caba İoseliani Gürcüstanın Xaşuri şəhərində anadan olmuşdur. Təhsilinə Leninqrad universitetinin şərqşünaslıq fakültəsində dəvam etdirdi, ancaq bitirmədi. 1948-ci ildə Leninqrad bank soyğunçuluğunda iştirak etdiyinə görə 17 il həbs cəzası aldı. Nəhayət, Gürcüstana qayıtdı və teatr-incəsənət universitetinə daxil oldu. Universiteti bitirdikdən sonra həmin universitetin kafedrasında işə başlamışdır. O, teatr tamaşaları üçün ssenarilər yazmışdır. 1989-cu ildə İoseliani qeyri-rəsmi silahlı qrup qurmuşdur. "Mxedrioni" adlanan qrupun əsas məqsədi Abxaziya və Samaçablo regionlarında seperatçı əməllərin qarşısının alınması idi. 1991-ci ildə Mxedrioni Zviad Qamsaxurdiya tərəfindən qeyri qanuni elan edildi.
Callicarpa cana
Callicarpa candicans (lat. Callicarpa candicans) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin callicarpa cinsinə aid bitki növü.