Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çaynik
Dəm çaydanı, Balaca çaydan və ya Çaydanlıq — çay yarpaqların və ya bitki mənşəli qarışığı qaynar və ya qaynara yaxın suda dəmləmək üçün istifadə edilən qab.Bir boyun və yan dəstəyi ilə təchiz olunmuş bütün forma və ölçülərdə olur.Çaynik saxsı, qalayla qurğuşunun qarışığı, çini, şüşə və ya çuqun cinsində ola bilər.
GRIN
Genetik Ehtiyatların İnformasiya Şəbəkəsi (ing. Germplasm Resources Information Network, qısaca GRIN) — Onlayn rejmində canlı orqanizmlər haqqında genetik və digər informasiyaları əks etdirən layihə.
Qrid
Qrid — küllü miqdarda reqional və milli şəbəkələrin birləşdirilməsini nəzərdə tutan və beləliklə geniş istifadəçi dairəsi üçün açıq olan universal hesablama mənbəyidir. Qrid — (ing.grid computing, ru. грид-вычисления) – ("grid" – tor, şəbəkə) — hesablama baxımından çətin problemlərin həlli üçün onların bir hissəsinin İnternetə bağlanmış və geniş ərazidə paylanmış kompüterlər yığının istifadə olunmayan resursları arasında bölüşdürülməsi prosesi. Qrid (Grid) – paylanmış, dinamik virtual təşkilatlarda müxtəlif resursların ortaq və əlaqələndirilmiş istifadəsini dəstəkləyən texnologiya və infrastrukturdur. Bu termin 90-cı illərdə kompüterdən istifadəni elektrik şəbəkəsi (power grid) asan etmək ideyasından yaranmışdır. Hal-hazırda bir çox Qrid layihəsi var. Bunlara misal olaraq, DataGrid, TeraGrid, NorduGrid və s göstərmək olar. Azərbaycanda ilə 2009-cu ildən Fizika İnstitutunun "Yüksək Enerjilər Laboratoriyası"ı tərəfindən "azgrid" adı altında yaradılmağa başlanmışdır. == Həmçinin bax == Qrid-hesablamalar Qrid texnologiyaları == İstinadlar == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qrif
Qrif — vəzifəli adamın imzası olan möhür; Qrif — üzərində imza nümunəsi, hər hansı mətni və yaxud digər əlyazması olan möhür, ştempel, habelə belə möhürün və ya ştempelin sənəddə izi, şəkli; Qrif — sənədin və ya nəşrin üzərində edilən qeyd (yazı): bu qeyd həmin sənəddən və yaxud dərc olunmuş nəşrdən xüsusi qaydada istifadə edilməli olduğunu bildirir; Qrif — kitabların, nəşrlərin və sənədlərin üzərində onların istifadə spesifikası, xarakteri, xüsusiyyətlərini və xüsusi saxlanma şəraitlərini göstərən (müəyyən edən) xüsusi rəsmi yazı. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Qrim
Qrim — rəssamlıqla bağlı bir sənət növüdür. Bu sənət aktyorun xarici görkəmini dəyişir. Onu ifa etdiyi obraza uyğunlaşdırır. Bu gün qrim sənəti inkişaf edərək özü də bir neçə növə, sahəyə ayrılıb. Qrim işinin spesifik tərəfləri müxtəlif faktorlara əsaslanır. Buraya tamaşanın janrı, rejissorun baxışları, aktyorun fiziki göstəriciləri, obrazın konsepsiyası və s. daxildir. Teatrda qrimin xarakteri pyesin bədii xüsusiyyətlərindən asılı olur. Özündə qrim-rəssamlıq və tikiş metodunu birləşdirən bu sənət dərinin rənginin, üz cizgilərinin dəyişdirilməsindən tutmuş saç-saqqal, parik, bakenbardları da özündə tamamlayır. Teatrlarda bu günə kimi ənənəvi qrim materiallarından istifadə olunur.
Qrip
Qrip (fr. grippe) — qrip virusu tərəfindən törədilən nəfəs yollarının kəskin infeksiya xəstəliyi. Bu xəstəliyə həm insanlar, həm də heyvanlar və quşlar da yoluxur. Əsas simptomları titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik və ümumən narahatlıqdır. Bunların arasında boğaz ağrısı, qızdırma və öskürək ən çox rast gəlinənləridir. Qrip kəskin şəkildə olduqda sətəlcəm ilə nəticələnə bilər, bu isə ölümə səbəb ola bilər. Xüsusilə sətəlcəmə tutulma halları azyaşlı və qoca insanlarda daha çox baş verir. Qrip səbəbiylə immunitet sistemi o qədər zəifləyir ki, digər infeksiyalara qarşı bir şey edə bilməz vəziyyət gəlir. Qrip digər qripə bənzəyən xəstəliklərlə, məsələn zökəm ilə tez-tez qarışdırılsa da, qrip daha ağır formalı xəstəlik hesab olunur və fərqli virusla yoluxma nəticəsində baş verir. Adətən, qrip öskürmə və asqırma yolu ilə ötürülür.
Qrız
Qrız — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Adı == "Qrız" sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız-Qrıts sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də, bu rəvayətlər uydurmadır. "Tök" (tökmək), "var", "gəldi", "gələcək", "gəlir" fellərinin Qrız dilində təsnifatını və s. verdikdə "Q" elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin "Q" elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq göstərir. "rıts" isə hamar, cila mənasını verir. Cilalanmış daş-ritsə xud, cilalanmış taxta-ritsə təxtə yer bildirir. Kəndin mövqeyinə görə belə adlanır. Qrızlı tədqiqatçı Şıxbala Qrızlı bu haqqda "Qrızlar və qrız dili" kitabında geniş məlumat vermişdir.
Henk Qrin
Uilyam Henri "Henk" Grin (ing. John Michael Green) — amerikalı təşəbbüsçü, musiqiçi və vloqçu. == Albomları == So Jokes (2008) This Machine Pwns n00bs (2009) I'm So Bad at This: Live!
Lizzi Qrin
Elizabet Anna Qrin (Lizzi Qrin) - (ing. Elizabeth Anna Green) 1 May 2003-cü ildə ABŞ-nin Texas ştatının Dallas şəhərində anadan olmuşdur. Nickelodeon "Nikki, Rikki, Dikki və Don" adlı tele-serialda qardaşların bacısı Don Harper rolunda çıxış etməklə tanınıb. == Həyat və karyerası == 13 sentyabr 2014-cü ildə ilk dəfə əsas rolunda Nikki, Rikki, Dikki və Don tele-serialında Don kimi çıxış etməklə, ilk olaraq Nickelodeon auditoriyasına, sonra isə digər kanallara tanış edib. Qısa zaman sonra, bir çox uşaq-yönəlikli tele-kanallardan tele-serial çəkilişləri dəvəti alıb. 2018-ci ildə Sofiya Dikson'u canlandıraraq ABC kanalının drama seriyası olan Bir Milyon Kiçik Şey teleserialında oynayıb.
Qafar Qərib
Qafar Qərib (1 mart 1976, Güznüt, Naxçıvan rayonu) — şair, publisist, naşir, Naxçıvan Ali Məclisinin deputatı. Azərbaycan Yazıçılar Birliyinin, həmçinin Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Qənbərov Qafar Tahir oğlu 1 mart 1976-cı ildə Babək rayonun Güznüt kəndində anadan olmuşdur. 1993-cü ildə Babək rayonu Çeşməbasar kənd orta məktəbini, 1999-cu ildə Naxçıvan Dövlət Universitetinin "Tarix -filologiya "fakültəsini bitirmişdir. Qafar Qərib 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2009-cu ildən 2023-cü ilədək Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanı olan "Nuh Yurdu" qəzetinin redaktoru olmuşdurr. Ailəlidir. 3 qızı 1 nəvəsi var. == Kitabları == "Gözlərsən məni"(1998), "Gözümə döydüyüm şəkil"(2000), "İçimizdəki qəhrəman"(2002) "Dünya üçbucaq imiş"(2004) "İki qapı arasında" "Göydən üç alma düşdü" "Vətən daşdan başlayırmış" "Qədim-yeni Naxçıvanım" "Bu gün, bu saat, bu an…" == Təltifləri 2000-ci ildə Prezident Təqaüdünə layiq görülüb. 2015-ci ildə "Tərəqqi medalı ilə təltif olunub.
Qrem Qrin
Qrem Qrin (ing. Henry Graham Greene; 2 oktyabr 1904 – 3 aprel 1991) — İngilis əhvalat və roman yazıçısı. Əsərlərinin əksəriyyəti müasir dünyanın mürəkkəb əxlaqi və siyasi problemlərindən bəhs edir. 1935-ci ildə yazdığı England Made Me adlı romanından başqa digər əsərlərində katolik mövzular yer alır. Bu mövzuların ən çox ağırlıq təşkil etdiyi dörd roman Brighton Rock, The Power and the Glory, The Heart of the Matter və The End of the Affairdir. Bir dövr MI6 agenti olaraq da vəzifə etmiş olan Qrin, xüsusilə 1955-ci ilə aid Səssiz Amerikalıdan sonra beynəlxalq siyasət və casusluq fəaliyyəti haqqında bir çox roman yazmışdır. Bunlar arasında ən əhəmiyyətliləri Our Man in Havana ("Havanadakı adamımız"), Haitidəki Duvalye diktatorluğundan bəhs edən The Comedians ("Məzhəkəçilər"), The Honorary Consul ("Fəxri konsul") və The Human Factor ("İnsan amili") əsərləridir.
Qrid-hesablamalar
Qrid-hesablamalar — (ing.grid computing- grid – tor, şəbəkə, ru. грид-вычисления) – hesablama baxımından çətin problemlərin həlli üçün onların bir hissəsinin İnternetə bağlanmış və geniş ərazidə paylanmış kompüterlər yığının istifadə olunmayan resursları arasında bölüşdürülməsi prosesi. Qrid texnologiyası əsasında paylanmış hesablama sistemlərinin yaradılması Hazırda dünyada superkompüterlərin yerinə yetirdiyi işləri həyata keçirən, eyni zamanda daha ucuz başa gələn virtual superkompüterlərin – qrid sistemlərinin yaradılması üzrə intensiv tədqiqat işləri aparılır. Qrid texnologiyaları qlobal kommunikasiya texnologiyasının köməyi ilə müxtəlif təşkilatlar daxilində yerləşən kompüterlərin istifadəsiz qalan hesablama resurslarından istifadə etməklə yaradılan paylanmış hesablama sistemləridir. Fundamental elmi tədqiqat işlərinin yerinə yetirilməsi zamanı meydana çıxan böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həllini həyata keçirən belə sistemlər yüksəksürətli əlaqə kanalına malik olan kompüter şəbəkələri (KŞ) əsasında yaradılır. "Grid" sözünün ingilis dilindən tərcüməsi "şəbəkə" mənasını verir və ilk dəfə 1994-cü ildə elmə amerikalı alimlər Foster və Keselman tərəfindən gətirilmişdir. Bu sistemlərin işləmə mexanizmi analoji olaraq elektrik şəbəkələrindəki gərginlikdən istifadə olunma qaydalarına çox yaxındır. Belə ki, elektrik şəbəkəsindən istifadə zamanı istifadəçi öz cihazını şəbəkəyə qoşanda orada olan gərginliyin hansı elektrik stansiyasından gəldiyi ilə maraqlanmır. Eləcə də, fərdi kompüteri Qrid sisteminə qoşulmuş istifadəçilər də eyni vəziyyətdə olub, yəni onların məsələsinin sistemin hansı kompüterlərində həll edildiyini bilmirlər. Onlar məsələnin həlli üçün lazım olan vəsaiti ödəyir və müəyyən vaxtdan sonra nəticəni əldə edirlər.
Qrid texnologiyaları
Qrid texnologiyaları — kommunikasiya texnologiyalarının köməyi ilə müxtəlif təşkilatlar daxilində yerləşən kompüterlərin istifadəsiz qalan hesablama resurslarından istifadə etməklə yaradılan paylanmış hesablama sistemləridir. Fundamental elmi tədqiqat işlərinin yerinə yetirilməsi zamanı meydana çıxan böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həllini həyata keçirən belə sistemlər yüksəksürətli əlaqə kanalına malik olan kompüter şəbəkələri (KŞ) əsasında yaradılır. "Grid" sözünün ingilis dilindən tərcüməsi "şəbəkə" mənasını verir və ilk dəfə 1994-cü ildə amerikalı alimlər Foster və Keselman tərəfindən elmə gətirilmişdir. Bu sistemlərin işləmə mexanizmi analoji olaraq elektrik şəbəkələrindəki gərginlikdən istifadə olunma qaydalarına çox yaxındır. Belə ki, elektrik şəbəkəsindən istifadə zamanı istifadəçi öz cihazını şəbəkəyə qoşanda orada olan gərginliyin hansı elektrik stansiyasından gəldiyi ilə maraqlanmır. Eləcə də, fərdi kompüteri Qrid sisteminə qoşulmuş istifadəçilər də, eyni vəziyyətdə öz məsələlərinin sistemin hansı kompüterlərində həll edildiyini bilmirlər. Onlar məsələnin həlli üçün lazım olan vəsaiti ödəyir və müəyyən vaxtdan sonra nəticəni əldə edirlər. == Qrid sistemləri == Qrid sistemləri kompüter şəbəkəsinə qoşulmuş kompüterlərin hesablama gücündən istifadə etməklə yaradılan paylanmış hesablama şəbəkəsidir. Kommunikasiya avadanlıqlarından istifadə etməklə, fərdi kompüterləri bir-birinə qoşub internet şəbəkəsi üzərində virtual verilənlərin emal mərkəzi (VEM) şəbəkəsi yaratmaq mümkündür. Qrid sistemlərin yaradılmasında iştirak edən istifadəçilərin fərdi kompüterlərinin hesablama resurslarından ödənişli və ödənişsiz istifadə etmək olar.
Qrin-park
Qrin-park (ing. Green Park) — Vestminsterdə yerləşən kral parklarından biri. Hayd-park (şimal-qərbə doğru) və Sent-Ceyms parkı (şərqə doğru) arasında bir növ keçid rolunu oynayır. Qrin-park cənubda Mell, şimalda isə Pikadilli küçəsi ilə sonlanır. Parkın tarixi kral VIII Henrixin dövrünədək uzanır. Park uzun müddət britaniyalı zadəganların duel yerinə çevrilmişdi. Digər London parklarından fərqli olaraq, Qrin-parkda göl və ya tikili yoxdur və cəmi 2 abidə var — dünya müharibələrində həlak olmuş kanadalıların şərəfinə Kanada memorialı və II Dünya müharibəsinə həsr olunmuş Britaniya HHQ bombardman komandanlığı memorialı.
Qrin kard
Qrin kart (ing. Green card) — ABŞ-da daimi yaşayış icazəsi əldə etmək üçün verilən sənəddir. Bu kart ABŞ-də qanuni olaraq işləmək və yaşamaq hüququ verir. Qrin Kart sahibləri ABŞ vətəndaşları kimi bir çox hüquq və imtiyazlara malikdirlər, lakin bəzi fərqlər mövcuddur, məsələn, seçki hüququ yoxdur. == Tarixi == Qrin Kart sistemi 1940-cı illərdə ABŞ hökuməti tərəfindən tətbiq edilmişdir. İlk dəfə İkinci Dünya müharibəsindən sonra, xarici işçilərin ABŞ-yə köçürülməsi və ölkənin iqtisadi gücünün artırılması məqsədilə yaradılmışdır. 1990-cı ildə ABŞ-də Qrin Kart lotereya sistemi tətbiq olundu ki, bu da daha çox insanın bu imkandan yararlanmasına şərait yaratdı. == Faydaları == Qrin Kart sahibləri bir sıra hüquq və üstünlüklərə malikdirlər: ABŞ-də yaşamaq və işləmək hüququ: Qrin Kart sahibinə ABŞ-də daimi yaşamaq və işləmək hüququ verilir. Ailə birləşdirilməsi: Qrin Kart sahibləri yaxın ailə üzvlərini ABŞ-yə gətirə bilərlər. ABŞ vətəndaşı olmaq imkanı: 5 il müddətində Qrin Kart sahibi olduqdan sonra ABŞ vətəndaşı olmaq üçün müraciət etmək mümkündür.
Qrin kart
Qrin kart (ing. Green card) — ABŞ-da daimi yaşayış icazəsi əldə etmək üçün verilən sənəddir. Bu kart ABŞ-də qanuni olaraq işləmək və yaşamaq hüququ verir. Qrin Kart sahibləri ABŞ vətəndaşları kimi bir çox hüquq və imtiyazlara malikdirlər, lakin bəzi fərqlər mövcuddur, məsələn, seçki hüququ yoxdur. == Tarixi == Qrin Kart sistemi 1940-cı illərdə ABŞ hökuməti tərəfindən tətbiq edilmişdir. İlk dəfə İkinci Dünya müharibəsindən sonra, xarici işçilərin ABŞ-yə köçürülməsi və ölkənin iqtisadi gücünün artırılması məqsədilə yaradılmışdır. 1990-cı ildə ABŞ-də Qrin Kart lotereya sistemi tətbiq olundu ki, bu da daha çox insanın bu imkandan yararlanmasına şərait yaratdı. == Faydaları == Qrin Kart sahibləri bir sıra hüquq və üstünlüklərə malikdirlər: ABŞ-də yaşamaq və işləmək hüququ: Qrin Kart sahibinə ABŞ-də daimi yaşamaq və işləmək hüququ verilir. Ailə birləşdirilməsi: Qrin Kart sahibləri yaxın ailə üzvlərini ABŞ-yə gətirə bilərlər. ABŞ vətəndaşı olmaq imkanı: 5 il müddətində Qrin Kart sahibi olduqdan sonra ABŞ vətəndaşı olmaq üçün müraciət etmək mümkündür.
Qris Pliyev
Qris Pliyev (oset. Плиты Грис; 30 oktyabr 1913 – 4 mart 1999, Vladiqafqaz) — Sovet, osetiyalı şair və nasir, tərcüməçi və teatr aktyoru, qvardiya mayoru. 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. Kosta Xetaqurov adına Dövlət Mükafatı laureatı (1996). == Bioqrafiyası == 30 oktyabr 1913-cü ildə Cənubi Osetiyanın Ruk kəndində anadan olmuşdur. 1935-ci ildə Rusiya Teatr Sənəti İnstitutunun aktyorluq fakültəsini bitirib. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olur. 1947-ci ildə qvardiya mayoru rütbəsi ilə cəbhədən qayıdır. Hərbi mükafatları vardır. 1930-cu ildən əsrlərini nəşr etdirir.
Qrız (dəqiqləşdirmə)
Qrız — Qubada kənd
Qrız bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qrız dili
Qrız dili (qrız. КърыцӀаь мез) — qrızlıların danışdığı dili. Ləzgi dillər qrupunun Şahdağ yarımqrupuna aiddir. == Tədqiqi == Qrız dili Ləzgi dillər qrupunun Şahdağ yarımqrupuna aiddir. Qrız dilinə ən yaxın dil Buduq dilidir. Həmçinin, Qrız dilində yaxın dillərdə Cek, Əlik, Haput və Yergüc kəndlərində də danışılır. Bu kəndlərdə danışılan dillər Qrız dilindən xeyli fərqlənir ki, buna görə də alimlərin fikrincə onları ayrı bir dil kimi götürmək olar. Məsələn, ceklilər Cek dilində danışır. Lakin bu dili araşdıran linqvist və alimlərin bir qismi bu dili Qrız dilinin ləhcələri kimi qəbul etmişlər. Hətta onlardan bəziləri "Cek dili" terminini "Qrız dili"nin alternativ adı adlandırırlar.
Qrız körpüsü
Qrız körpüsü — Azərbaycanın ən hündür körpüsü. Qrız kəndi ilə Quba rayon mərkəzini birləşdirən yol-nəqliyyat ötürücüsü. == Tarixi == Körpünün inşasına 2009-cu ildə başlanılmışdır. Kənd sakinlərinin və yerli bələdiyyənin maliyyə vəsaiti hesabına inşa edilən körpü 2012-ci ilin noyabr ayında istifadəyə verilmişdir. Rayon mərkəzindən 38 km uzaqlıqda yerləşən Qrız kəndi Qubanın dağ kəndlərindən olduğu üçün ərazidə körpünün olmaması sakinlərin rayona gediş-gəlişində problemlər yaradıb. Qrızlılar xüsusilə, qış fəslində böyük çətinliklərlə qarşılaşırdılar. Kənd sakinləri bu yol ötürücüsünün açılışına qədər təhlükəli vəziyyətdə və ibtidai formada kustar üsulla inşa olunmuş körpüdən istifadə edib. == Göstəriciləri == Körpünün uzunluğu 20 metr, eni isə 3,5 metrdir. Körpü dəniz səviyyəsindən 2500 metr, Qudyalçayın yatağından isə 38 metr yüksəklikdə inşa olunmuşdur.
Qrız kəndi
Qrız — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Adı == "Qrız" sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız-Qrıts sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də, bu rəvayətlər uydurmadır. "Tök" (tökmək), "var", "gəldi", "gələcək", "gəlir" fellərinin Qrız dilində təsnifatını və s. verdikdə "Q" elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin "Q" elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq göstərir. "rıts" isə hamar, cila mənasını verir. Cilalanmış daş-ritsə xud, cilalanmış taxta-ritsə təxtə yer bildirir. Kəndin mövqeyinə görə belə adlanır. Qrızlı tədqiqatçı Şıxbala Qrızlı bu haqqda "Qrızlar və qrız dili" kitabında geniş məlumat vermişdir.
Qərib Balacayev
Qərib Baxşəliyev
.срб
.срб (.xn--90a3ac) — Yuxarı səviyyəli kiril əlifbasında olan Serbiyanın milli domeni. İnternetdə kiril əlifbasında yazılmış ikinci domen. (birinci .рф) . Domen 3 may 2011-ci ildə işə salınmışdı . Domen adlarının qeydiyyat prosesi 27 yanvar 2012-ci ildə başladı.. Bu zonada birinci qeyd edilmiş domen "рнидс.срб" oldu — (Serb milli domen registratoru).
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
Qərib Calalov
Calalov Qərib İsaq oğlu — texnika elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri. == Həyatı == Qərib Calalov 28 noyabr 1937-ci ildə Şəki rayonunun Baş Göynük kəndində ziyalı ailəsində anadan olmuşdur. 1955-ci ildə Baş Göynük kənd orta məktəbini bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1960-cı ildə maye və qaz mexanikası ixtisası üzrə təhsilini başa vurduqdan sonra təyinatla Azərbaycan EA NKPİ-na göndərilmiş və orada kiçik elmi işçi işləmişdir. 1960-2003-cü illərdə Azərbaycan EA DNQYPİ-nun "Neft qatının elektrik modelləşdirilməsi və lay və quyuların tədqiqi" şöbəsində kiçik elmi işçi, böyük elmi işçi, şöbə rəhbəri olmuşdur. 1967-ci ildə "Quyuların debitləri müxtəlifliyinin və layın qeyri-bircinsliyinin sulaşma prosesinə təsiri məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 1990-ci ildə "Deformasiya olunan kollektorlarda neft və qaz yataqlarının işlənməsinin hidroqazodinamikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və texnika elmləri doktoru alimlik dərəcəsi almışdır. 1990-ci ildən o ADNA-da "Neft mədən geologiyası" kafedrasının professoru vəzifəsini tutaraq, eyni zamanda elmi və pedaqoji fəaliyyətlə məşğul olurdu. 2001-ci ildə neft və qaz yataqlarının işlənməsi ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 2003-cü ildən indiyə qədər Azərbaycan MEA Geologiya və Geofizika institutunda "Layın hidroqazdinamikası" şöbəsinin rəhbəri işləyir.
Drin çayı
Drin çayı (alb. Drini; mak. Дрим; yun. Δρινος), Drilon (Δρίλων) — Albaniyanın şimal hissəsində, Kukes şəhəri yaxınlığında Ağ və Qara Drinin birləşməsindən əmələ gələn Albaniyanın ən böyük çayı. Transsərhəd drenaj hövzəsinə Balkan yarımadasının cənub-şərq hissəsində Albaniya, Şimali Makedoniya və Kosovo əraziləri daxildir. Çay hövzəsinin sahəsi 12,6 min km² (14,173 km²), orta su sərfi isə 290 m³/s təşkil edir. Çayın iki qolu var ki, biri Şkoder şəhəri yaxınlığındakı şimal (əsas) Şkoder gölündən axan Buna çayına, digəri isə Leja şəhəri yaxınlığında birbaşa Adriatik dənizinə axır. Balkan yarımadasında Avropa və Asiyanın kəsişməsində yerləşən çay hövzəsinin müxtəlif iqlimi və topoqrafiyası bu ərazinin flora və faunasının geniş spektrini formalaşdırmışdır. Bundan əlavə, Avropanın ən mühüm biomüxtəliflik qaynar nöqtələrindən biri kimi də tanınıb. Drin deltası Beynəlxalq BirdLife Konvensiyasına uyğun olaraq təyinatına görə beynəlxalq əhəmiyyətli mühüm quş ərazisi kimi də təsnif edilir.