Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çarlston
Çarlston (Qərbi Virciniya)
Çarlston (İllinoys)
Çarlston (ing. Charleston) — ABŞ-ın İllinoys ştatının Kols dairəsində şəhər, Kols dairəsinin inzibati mərkəzi. İllinoys ştatının şərqində, Embarras çayının qərb sahilində yerləşir. 23 km² əraziyə malikdir. Ən yaxın şəhər - İllinoys ştatının paytaxtı Sprinqfilddir ki, bu da 151 km şimal-qərbdə yerləşir. Çikaqo 298 km şimal-şərqdə, İndiana ştatının paytaxtı İndianapolis şərqdə 194 km, Sent-Luis, Missuri 223 km cənub-qərbdə yerləşir.
Bobbi Çarlton
Bobbi Çarlton (11 oktyabr 1937[…], Aşinqton[d], Nortamberlend qraflığı[d]) — ingilis keçmiş futbolçu, 1966-cı ildə İngiltərə yığmasının tərkibində dünya çempionu və "Qızıl top" laureatı olmuşdur. == Həyatı == Bobbi Çarlton 1937-ci ildə anadan olub. == Karyerası == Ser Bobbi Çarlton 1953-cü ildə "Mançester Yunayted"in akademiyasına daxil olub. 1956-cı ildə "qırmızı şeytanlar"ın heyətində debüt edib. Komandanın heyətində 758 oyun keçirib və komanda üçün rekord sayda 249 qol vurub.Son zamanlara qədər Çarlton həmçinin İngiltərə yığmasında qol rekordunu əlində saxlayırdı. O, 49 qol vurmuşdu. Onun rekordunu İsveçrə ilə oyunda Ueyn Runi qırdı. Qeyd edək ki, Runi Ser Bobbinin klub rekordunu da qırmağa ən yaxın namizəddir.
Çarlton Heston
Çarlton Heston (ing. Charlton Heston; 4 oktyabr 1923[…] – 5 aprel 2008[…], Beverli-Hillz, Kaliforniya) — ABŞ aktyoru. == Həyatı == Çarlton Heston 4 oktyabr 1923-cü ildə anadan olmuşdur. Gələcək aktyor Heston, aktyor sənəti ilə hələ müharibəyə qədər maraqlanmağa başlamış və "Per Günt" həvəskar tamaşasında baş rolu oynamışdı. İkinci Dünya müharibəsi vaxtı Aluet adasında pilot olmuşdur. O, həm də Nyu-Yorkda fotomodel işləmiş və manekençi işləyən gələcək həyat yoldaşı ilə də orada tanış olur. 1948-ci ildə "Antoni və Kleopatra" Brodvey tamaşasında öz debütünü edir. Çarlton Heston 1950-ci ildə "Qaranlıq şəhər" nuar janrında çəkilmiş triller filmində qisasçı rolunu ifa etmişdi. Bert Lankaster "Dünyanın ən böyük şousu" filmindən sonra (1952) Hestonu Hollivudun irəlidə olan aktyorları sırasına çəkib gətirir. O, özünə tamam səciyyəvi bir tipaj seçmişdi.
Çarlton adası
Çarlton adası (ing. Charlton Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiyası == Adanın sahəsi 308 km²-dir. Sahil xəttinin uzunluğu 93 km-dir. Ceyms körfəzinin cənub hissəsində yerləşən bu ada, Rupert körfəzinin ağzındakı alçaq adaların ən böyüyüdür. Adanın uzunluğu 30 km, mərkəzi hissədə maksimum eni 15 km-dir. Adanın topoqrafiyası ifadəsizdir, alçaq və düzdür, yalnız bir neçə yerdə hündürlüklər dəniz səviyyəsindən 40 metrdən çoxdur. Alçaq relyef, zəif drenaj adanın qərb və mərkəzi hissələrində bataqlığa səbəb olmuşdur. Çarlton adasının bilavasitə yaxınlığında çoxlu kiçik adalar və adacıqlar vardır.
Çarlston (Cənubi Karolina)
Çarlston (ing. Charleston) — ABŞ-ın Cənubi Karolina ştatının ən qədim və ən böyük şəhəri, eyniadlı dairənin inzibati mərkəzi və Çarlston, Şimali Çarlston və Summervil şəhər aqlomerasiyasının mərkəzi. Şəhər Cənubi Karolinanın okean sahilinin mərkəzi nöqtəsindən bir qədər cənubda, Eşli, Vando və Kuper çaylarının (Santi çayının cənub qolu) qovuşmasından əmələ gələn, bu günə qədər şəhərin Atlantik sahillərində əsas liman kimi tarixi rola malik Çarlston körfəzində yerləşir. ABŞ Siyahıyaalma Bürosunun hesablamalarına görə, 2017-ci ildə şəhərin əhalisi 134,875 nəfər, Çarlston metropoliteninin (Berkli, Çarlston və Dorçester qraflıqları) əhalisi isə 775,831 nəfər olub. 2017-ci ilə görə, bu, onu ABŞ-da 74-cü ən sıx məhəllə ərazisi edir və o, Cənubi Karolinada üçüncü ən böyük şəhərdir.
Çarlston (Qərbi Virciniya)
Çarlston (ing. Charleston) — ABŞ-ın Qərbi Virciniya ştatının və Kanova qraflığının paytaxtı və ştatın ən sıx əhalisi olan şəhəri. 2010-cu ildə şəhərin əhalisi 51,4 min nəfər, şəhərətrafı qəsəbələrlə birlikdə 304,2 min nəfər olub. == Əhalisi == 2010-cu il siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 51400 nəfərdir. Əhalinin irqi tərkibi: ağlar - 78,4% afroamerikalılar - 15,5% asiyalılar - 2,3% latın amerikalıları - 1,4%Şəhər əhalisinin təxminən 1/10-u alman, ingilis və ya irland mənşəli amerikalılardır. Adambaşına düşən orta illik gəlir 26,017 dollar təşkil etmişdir (2000-ci ilin məlumatı). Vətəndaşların orta yaşı 41,7-dir. Cinayət nisbəti yüksəkdir, Amerikadakı orta göstəricidən 2,8 dəfə və əyalətdəki orta göstəricidən 3 dəfə çoxdur. Aşağıda şəhər əhalisinin dinamikası verilmişdir.
The Ritz-Carlton Baku
The Ritz-Carlton Baku – Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən, 72 mənzil və 189 ayrı otel nömrəsindən ibarət çoxmərtəbəli bina. Hündürlüyü 130 metr olan bina 33 mərtəbədən ibarətdir. Azərbaycanın 10 ən yüksək binasından biri hesab olunur. İlk adı ilə Trump Tower Baku və ya sonrakı adı ilə Yelkən Hotel == Tarixi == Tikintisinə 2008-ci ildə başlanılıb. 2009-cu ilin iyun ayında binanın bünövrəsi artıq tam hazır idi, həmin ilin iyulunda binanın birinci mərtəbəsinin tikintisinə başlanılıb. 2011-ci ilin sonuna kimi binanın beton karkası tikilmiş və eksteryerinin şüşələnməsinə başlanılmışdır. 2015-ci ildə fasadın bəzədilməsi üzrə bütün çöl işləri başa çatdırılmışdır. Binada 11 ədəd sürətli lift quraşdırılmışdır. == Yerləşdiyi yer == Bina Bakıda, paytaxtın mərkəzi magistral yollarının kəsişməsində yerləşir (Heydər Əliyev prospekti, Babək prospekti, Yusif Səfərov küçəsi). Qüllədən 350 metr şimalda bu yaxınlarda tikilmiş Heydər Əliyev Mərkəzi yerləşir.
Arvid Karlsson
Arvid Karlsson (ing. Arvid Carlsson; 25 yanvar 1923[…], Uppsala – 29 iyun 2018[…], Göteborq) - İsveç farmakoloqu, 2000-ci ildə Pol Qrinqard və Erik Kandellə birgə sinir sistemində siqnal ötürülməsinə dair kəşflərinə görə Nobel mükafatına layiq görülüb. == Həyatı == Arvid Karlsson 1923-cü ilin yanvar ayının 25-i İsveçdə, Uppsala şəhərində orta təbəqədən olan ziyalı ailəsində anadan olub. 1941-ci ildə Lund Universitetinə daxil olur, 1951-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi alır. 1944-ci ildən farmakologiya kafedrasında asistent kimi çalışır. 1951-ci ildə yardımçı professor, 1956-cı ildə dosent (Associate Professor) adına layiq görülür. 1955-1956-cı illərdə ABŞ-nin Milli Ürək İnstitutunda Kimyəvi Farmacologiya Laboratoriyasında qonaq professor olub. 1959-cu ildə İsveçin Qotenburq Universitetində farmakologiya üzrə professor olur (1959-1976 illərdə müdir). == Üzvlüklər == 1962 -Uluslararası Neyro-Psixofarmakoloji Kollegiyasının (Collegium Internationale Neuro-Psychopharmacologicum) üzvü (Prezident 1978-1980). 1968 -nQotenburqda Texniki və Humanitar Elmlər üzrə Kral Cəmiyyətinin 1972 - Yapon Farmakoloji Cəmiyyətinin xarici üzvü 1974 - Amerikan Neyropsixofarmakoloji Kollecinin xarici üzvü 1974 - Alman Farmakoloji Cəmiyyətinin müxbir üzvü 1975 - İsveç Kral Elmlər Akademiyasının üzvü 1983 - Qotenburq Tibbi Cəmiyyətinin fəxri üzvü 1989 - Avropa Akademiyasının (Academia Europaea) üzvü 1991 - Bioloji Psixiatriya üzrə Cəmiyyətlərinin Dünya Federasiyasının fəxri üzvü 1992 - Uluslararası Neyro-Psixofarmakoloji Kollegiyasının fəxri üzvü 1992 - Tibb və Psixitriya Akademiyasının (Academia Medicinae & Psychiatriae) fəxri üzvü 1996 - ABŞın Milli Elmlər Akademiyasının Tibb İnstitutunda ortaq xarici üzvü 1997 - İsveç Bioloji Psixiatriya Cəmiyyətinin fəxri üzvü 1998 - Alman Bioloji Psixiatriya Cəmiyyətinin fəxri üzvü 1999 - Skandinav Psixofarmakoloji Cəmiyyətinin fəxri üzvü 2000 - Qərbi İsveçin Parkinson Assosiasiyasının (Parkinsonföreningen i Västra Sverige) fəxri üzvü == Ödüllər və mühazirələr == 1947 - Lund Universitetinin (İsveç) Magnus Blix adına Ödülü 1970 - Parkinson Xəstəliyi Fondunda (Nyu-York) İlk İllik Ceyms Parkinson Mühazirəsi və Ödülü - Per Dabb Qızıl Medalı, neurokimya sahəsində araşdırmalarına görə, Qotenburq Tibbi Cəmiyyəti 1973 - San Dieqo Neyrologiya Cəmiyyətinin (Kaliforniya) İkinci İllik Qrass Fondu Mühzairəsi 1974 - Oslo Universitetinin (Norveç) Anders Yare Tibbi Ödülü 1975 - American Psixiatrları Kollecinin (Feniks, Arizona) Stenli R. Din Mühazirə və Ödülü - antidepressantlar və neyroleptiklər üzrə araşdırmalarına görə Anna-Monika Fondunun (Münxen) Birinci Mükafatı 1978 - İsveç Kralının Medalı 1979 - Tibb üzrə Volf Ödülü, Yerusəlim, İsrail (R. V. Sperri və O. Hornikviçlə birgə).
Pernilla Karlsson
Pernilla Karlsson-Finlandiyanın Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisi Pernilla Karlsson 1990-cı il iyunun 11-də doğulub. 22 yaşlı bu müğənni Finlandiyanın həndbol üzrə yığma komandasının üzvüdür. Onun həyatında idman və musiqi başlıca yer tutur. Pernilla Karlsson "När jag blundar"("Gözlərimi yumarkən") mahnısı ilə Finlandiyanın Milli Finalının qalibidir. Bununla da o, Avropanın ən populyar televiziya şousunda ölkəsini təmsil etmək şansı qazanıb.
Peter Karlsson
Peter Karlsson (29 may 1969) — İsveçi təmsil edən stolüstü tennisçi. == Karyerası == Peter Karlsson İsveçi 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Peter Karlsson İsveçi 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Peter Karlsson İsveçi 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Aron Ralston
Aron Lee Ralston (27 Oktyabr, 1975), amerikalı alpinist, mühəndis. Ralston, 2003-cü ildə cənubqərbi Utahda kanyon səyahəti zamanı başına gələn qəzadan qurtulması ilə tanınmışdır. Sağ qolu qaya parçası arasında sıxışdığına görə beş gün yeddi saat ərzində kanyonda qalan amerikalı, qurtulmaq üçün yanındakı kiçik bıçaqla qolunu kəsmək məcburiyyətində qaldı. Sıxışdığı yerdən qurtulduğdan sonra, güvənli bölgəyə keçmək üçün təxminən 20 mert yüksəklikdəki dik qayalıqdan aşağı enməli oldu. == Həyatı == 27 oktyabr 1975-ci ildə anadan olmuş Ralston, hələ 11 yaşındaykən ailəsi ilə birlikdə Denverə yerləşdi. Koloradonun Greenwood Village bölgəsindəki Cherry Creek Orta məktəbindən məzun oldu. Daha sonra Pittsburqdakı Karnegi Mellon Universiteti maşın mühəndisliyi və fransızca bölmələrindən məzun oldu. 2002-ci ildə həyatını dağçılığla keçirmək üzrə İnteldəki işindən ayrıldı. Hədəfi Koloradonun bütün fourteenerlərinə (14.000 fitten yüksək zirvələr. Sayları təxminən 53–54 dənədir.) qışda, ən yüksək zirvələrinə dırmaşmaqdır.
Aynar Karlson
Aynar Karlson (13 oktyabr 1988) — Estoniyalı boksçu. Aynar Karlson Estoniyanı 2015-ci ildə I Avropa Oyunlarında təmsil etdi. Karlson 10 yaşından boks ilə məşğul olmağa başlamışdır. Kikboksinq üzrə dünya gənclər çempionu və 9 dəfə Estoniya boks çempionudur. Boksdan əlavə kikboksinq, sərbəst güləş, cüdo və ciu-citsu ilə məşğul olur. == Karyerası == Aynar Karlson birinci dəfə Avropa Oyunlarına 2015-ci ildə qatıldı. O, Bakıda baş tutan I Avropa Oyunlarında kişilər 81 kq çəki dərəcəsində, 1/32 final mərhələsində Monteneqronun nümayəndəsi Bosko Draskoviç ilə üz-üzə gəldi. Həmin görüşdə Aynar Karlson rəqibinə 1:2 hesabı ilə uduzdu.
Karlson (personaj)
Karlson (isv. Karlsson) — İsveç yazıçısı Astrid Lindqren tərəfindən yaradılmış ədəbi personaj. Karlson Stokholmda Vasastan ərazisində Astrid Lindqrenin vaxtilə özünün yaşadığı çoxmənzilli evin damındakı kiçik evcikdə yaşayır. Onun ən yaxşı dostu Svantessonlar ailəsinin kiçik uşaqları olan 7 yaşlı və "Balaca" (orijinalda Lillebror - balaca qardaş) ləqəbli Svante idi. Trilogiyada təsvir edilmişdir: "Balaca və damda yaşayan Karlson". (1955) "Damda yaşayan Karlson yenə uçub gəldi". (1962) "Damda yaşayan Karlson yenə nadinclik edir". (1968)Karlson haqqında olan bu trilogiyanı eston əsilli isveç qadən rəssamı İlon Vikland illustrasiya etmişdir. Məhz onun illüstrasiyaları dünyada yetərincə məşhurdur. Rusiyada isə rəssam və multiplikator Anatoli Savçenkonun illüstrasiyaları geniş yayılmışdır.
Çester Karlson
Çester Karlson (ing. Chester Carlson; 8 fevral 1906; Sietl — 19 sentyabr 1968; Nyu York — ABŞ fiziki, kseroqrafiyanın banisi. == Həyatı == Çester Karlson 1906-cı il, 8 fevral tarixində Sietldə İsveç mühacirinin ailəsində dünyaya gəlib. Atası və anası xəstə olduğundan Çester artıq on dörd yaşından işləməyə və ailəyə maddi cəhətdən kömək etməyə başlayır. O, çətinliyə baxmayaraq "Riverside Junior College" kollecini bitirərək Kaliforniya Texnologiya İnstitutuna daxil olur. Karlson 1930-cu ildə fizika sahəsində bakalavr dərəcəsinə layiq görülür, 1936-cı ildə "New York Law School" hüquq təhsil müəssisəsinə qəbul olur. O, Nyu-Yorkda "Bell Telephone Laboratories" laboratoriyasında çalışmağa başlayır. Ancaq böyük böhranın başlanması ilə vəziyyət dəyişir, gələcək ixtiraçı işdən çıxarılır. Bir ildən sonra Karlson "PR Mallory Company" (hal-hazırda Duracell) şirkətində çalışmağa başlayır, tezliklə patent bölməsinin rəhbəri olur. 1934-cü ildə Karlson Çester sənədlərin üzünün alınmasının tez və rahat üsulunu işləyib hazırlamağa başlayır.
Vilyam Alston
Vilyam Alston (ing. Wilyam Alston), (d.29 Noyabr, 1921- v.13 Sentyabr, 2009) — Amerikalı məşhur filosof, Epistemoloq, Din filosofu, Dil filosofu. == Həyatı == O 1921- ci ildə Şreveport, Louisianada dünyaya gəlmişdir. O 1951- ci ildə (Ph.D) Doktorluq dərəcəsini Çikaqo universitetindən almışdır. == Yaradıcılığı == Vilyam Alston Sirakuz Universitetinin professorudur. O Amerikada öz sələfləri kimi analtik fəlsəfənin nümayəndəsidir. O məşhur epistemoloq Alvin Karl Plantinqanın yaxın dostudur. Hətta onunla birgə “islah olunmuş epistemologiya” nəzəriyyəsini müzakirə etmiş və o sahədə elmi araşdırmalar aparmışdir. O XX əsrin ən böyük filosofları sırasındadır.
Balaca və Karlson
== Məzmun == Uzaq şəhərlərdən birində, adi bir küçənin ən adi bir evində Balaca adlı bir oğlan yaşayırdı. Ailəsi də adi bir ailə idi – atası, anası, qardaşı və bacısı var idi. Balaca özü də adi bir oğlan idi. Axı yer üzündə o qədər yeddiyaşlı, göygöz oğlan var ki! Onların da qulaqları kirli, şalvarlarının dizi cırıq olur. Ancaq Balaca öz adiliyi ilə razılaşmırdı. O deyirdi: – Mən adi olmaq istəmirəm. Bir gün Balaca evdə tək idi. Pəncərənin qarşısında dayanıb küçəyə baxırdı. Birdən qulağına vızıltı səsi gəldi.
Kristi Karlson Romano
Kristi Karlson Romano (ing. Christy Carlson Romano) - ABŞ aktrisası və ifaçısıdır. == Həyatı == Kristi Karlson Romano 20 mart 1984-cü ildə Konnektikut ştatının Milford şəhərində doğulmuşdur. Şeron Karlson və Entoni Romanonun qızıdır. İki bacısı və bir qardaşı olmaqla, ailədə dörd övladdan biridir. "Orange Ave Elementary School" məktəbini bitirdikdən sonra Nyu Yorkda yerləşən "Professional Children's School" adlı təhsil müəssisəsinə qəbul olur. Kristi burada aktyor peşəsini öyrənərkən ailəsi Corciya ştatında yerləşən Aatlanta şəhərinə köçür. 1996-cı ildə başlayaraq televiziya serialları və filmlərdə rol alır. 2002-ci ildə "Disney Channel" kanalının eyni vaxtda üç proektlə məşğul olan ilk aktrisası olur. Kim Possibl animasiya serialındakı "Kim Possibl" personajını səsləndirərək böyük uğur əldə edir.
Balaca və damda yaşayan Karlson
Balaca və damda yaşayan Karlson (isveç dilində "Lillebror och Karlsson på taket") — isveç uşaq yazıçısı Astrid Lindqrenin "Balaca və Karlson" trilogiyasının birinci kitabıdır. Hekayədə təsvir olunan hadisə 1950-ci illərdə Stokholmun mərkəzi rayonlarının birində - Vazastanda bir evdə baş verir. Bu evdə hekayənin qəhrəmanları - Ostermalm küçəsində yaşayan Svanteson ailəsinin kiçik uşağı yeddi yaşlı Svante, böyük qardaşı, bacısı və ata, anası yaşayır. Hadisələr damda yaşayan Karlson və uşaq ətrafında cərəyan edir. Karlson çox mənzilli evin damında yaşayır. Bu rayonda Astrid Lindqrenin özü də yaşamışdır. == Xarici keçidlər == Астрид Линдгрен.
Professor Marston və Ecazkar qadın
Professor Marston və Ecazkar qadın (ing. Professor Marston and the Wonder Women) — Ecazkar qadın personajının yaradıcısı olan ABŞ psixoloqu və komiks yazarı Uilyam Molton Marstonun həyatından bəhs edən ABŞ bioqrafik dram filmidir. Ssenari müəllifi və rejissoru Ancela Robinson olan, baş rollarını Lyuk Evans, Rebekka Holl və Bella Hitkotun canlandırdığı film, ilk dəfə 2017 Toronto Beynəlxalq Film Festivalında təqdim edilmişdir. == Məzmun == Filmdə, Dr. Uilyam Molton Marstonun həyatı, 1941-ci ildə Ecazkar qadın obrazını yaratması, onun həyat yoldaşı Elizabet və partnyoru Oliv Birnlə münasibətlərindən bəhs edilir. Gənc qızların ilhamlandırılması üçün, o, Çarlz Molton ləqəbi altında, həyatında olan iki qadının feminizm ideyalarını əks etdirən superqəhrəman obrazı yaradır. == Rollarda == Lyuk Evans — Uilyam Molton Marston Rebekka Holl — Elizabet Hollvey Marston Bella Hithkot — Oliv Birn Cey Cey Fild — Çarlz Qayett Oliver Platt — Maks Geynes Konni Britton — Cozett Frank == İstehsal == Filmin əsas çəkilişlərinə 2016-cı il oktyabrın əvvəllərində start verilmişdir. "Topple Productions" və "Boxspring Entertainment"in prodüsserlik etdiyi filmin beynəlxalq distribütorluq haqqlarını "Annapurna Pictures" almışdır. Emmi Redford və Terri Leonard da filmin prodüsserliyini etmişlər. == Çıxarılması == Film 13 oktyabr 2017-ci ildə ABŞ-də Annapurna Pictures tərəfindən çıxarılıb.
Balaca və Karlson (cizgi filmi, 1968)
== Məzmun == Uzaq şəhərlərdən birində, adi bir küçənin ən adi bir evində Balaca adlı bir oğlan yaşayırdı. Ailəsi də adi bir ailə idi – atası, anası, qardaşı və bacısı var idi. Balaca özü də adi bir oğlan idi. Axı yer üzündə o qədər yeddiyaşlı, göygöz oğlan var ki! Onların da qulaqları kirli, şalvarlarının dizi cırıq olur. Ancaq Balaca öz adiliyi ilə razılaşmırdı. O deyirdi: – Mən adi olmaq istəmirəm. Bir gün Balaca evdə tək idi. Pəncərənin qarşısında dayanıb küçəyə baxırdı. Birdən qulağına vızıltı səsi gəldi.
Professor Marston və Ecazkar qadın (film, 2017)
Professor Marston və Ecazkar qadın (ing. Professor Marston and the Wonder Women) — Ecazkar qadın personajının yaradıcısı olan ABŞ psixoloqu və komiks yazarı Uilyam Molton Marstonun həyatından bəhs edən ABŞ bioqrafik dram filmidir. Ssenari müəllifi və rejissoru Ancela Robinson olan, baş rollarını Lyuk Evans, Rebekka Holl və Bella Hitkotun canlandırdığı film, ilk dəfə 2017 Toronto Beynəlxalq Film Festivalında təqdim edilmişdir. == Məzmun == Filmdə, Dr. Uilyam Molton Marstonun həyatı, 1941-ci ildə Ecazkar qadın obrazını yaratması, onun həyat yoldaşı Elizabet və partnyoru Oliv Birnlə münasibətlərindən bəhs edilir. Gənc qızların ilhamlandırılması üçün, o, Çarlz Molton ləqəbi altında, həyatında olan iki qadının feminizm ideyalarını əks etdirən superqəhrəman obrazı yaradır. == Rollarda == Lyuk Evans — Uilyam Molton Marston Rebekka Holl — Elizabet Hollvey Marston Bella Hithkot — Oliv Birn Cey Cey Fild — Çarlz Qayett Oliver Platt — Maks Geynes Konni Britton — Cozett Frank == İstehsal == Filmin əsas çəkilişlərinə 2016-cı il oktyabrın əvvəllərində start verilmişdir. "Topple Productions" və "Boxspring Entertainment"in prodüsserlik etdiyi filmin beynəlxalq distribütorluq haqqlarını "Annapurna Pictures" almışdır. Emmi Redford və Terri Leonard da filmin prodüsserliyini etmişlər. == Çıxarılması == Film 13 oktyabr 2017-ci ildə ABŞ-də Annapurna Pictures tərəfindən çıxarılıb.