Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Astika və Nastika
Astika (sanskr. आस्तिक) və Nastika (sanskr. नास्तिक) — hinduizmdə qeyri-ortodoksal fəlsəfi məktəbləri fərqləndirmək üçün istifadə olunan adlandırmalar. Astika vedalara (hinduizmdə müqəddəs yazılar) əsaslanır, Nastika isə vedaları qəbul etmir (ehkamları, kasta sistemini və s. də o cümlədən). Astikaya 6 fəlsəfi məktəb (darşan) aid edilir: nyaya\vayşeşika, sankhya\yoqa, mimansa\vedanta. Yaxın olduqları üçün onları cüt-cüt yazırlar. Nastikaya buddizm, caynizm və lokoyata aid edilir.
Yastıca
Yastıca (lat. Dactylopius) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinin yastıcalar fəsiləsinə aid heyvan cinsi.
Codtüklü yastıca
Elaeagnus caspica
Daryarpaq iydə (lat. Elaeagnus angustifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin i̇ydə cinsinə aid bitki növü. 45 növ ağac və meyvə kolundan yabanı halda 2 növü yayılmışdır. İydə yabanı halda Şimali Qafqazın şərq rayonlarında, Azərbaycanın Kür və Araz çaylarının kənarlarında geniş sahələr tutur. Bu bitkinin yararlı mədəni sortları Azərbaycanın aran hissələrində olduqca çoxdur. İydə 3–7 m hündürlükdə olur. Yabanı iydənin hündür və kol halında bitən formaları vardır. Yabanı ağacları balaca tikanlıdır. Yarpaqları uzunsov-oval, yaşıl-gümüşü rəngdədir. May-iyunda çiçəkləyir.
Gleditsia caspica
Xəzər lələyi, Xəzər şeytanağacı (lat. Gleditsia caspica) — lələk cinsinə aid bitki növü.Elmi adı — Astragalus zangelanus Grossh. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar"– VU A2abcde+3de. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 10–15 (20) m hündürlüyündə, 60–80 sm-ə qədər diametrində, çətiri dağınıq kürəvi və ya ovalvari ağacdır. Yarpaqları lələkvari və ya ikiqat-lələkvaridir, 15–22 sm uzunluğundadır. Çiçək salxımları yarpaqların qoltuğunda yerləşir, uzunluğu (8) 10–12 sm-dir. Kasacıq və tac lələkləri sıxılmış tükcüklüdür. Paxlaları uzunsaplaqlı, düzgün və çox zaman bir qədər oraqvari əyridir, 20–30 sm uzunluğundadır, enli, dairəvi, tünd-qəhvəyi qonurdur, demək olar ki, açılmayandır, daxildən ətlidir. Toxumları yastı, ellipsşəkilli, tünd-qəhvəyidir, 10–12 mm uzunluğunda, 5–7 mm diametrindədir.
Inula caspica
Xəzər andızı (lat. Inula caspica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Gövdəsi düz, çılpaq, çiçək qrupunda qalxanvari-budaqlı, 30–50 sm hündürlükdə çoxillik ot bitkisidir. Yarpaqlar lansetvari və ya xətti-lansetvari, kənarlardan düz, çılpaq, alt tərəfdən və kənarlardan nahamar, yuxarı yarpaqlar oturaq və əsasında küt qulaqcıqlarla, çılpaq ya da xırda təpəciklidir. Örtücük 15–22 mm diametrində, çöl yarpaqcıqları qısa, qabıqlı, kənardan təpə hissəsi tükcüklü, daxili pərdəli, ensiz xətlidir. Qılçıq çiçəkləri ensiz, çıxsaylıdır. Toxumcaları tükcüklüdür. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə və meuvəgətirmə dövrü iyul-avqust aylarına təsadüf edir.
Mastika püstəsi
Saqqız ağacı (lat. Pistacia lentiscus) — hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Herodot və Hipokrat dövlərindən məşhur olan ağac. == Tarixi == Damla saqqızı, tarixinin izləri çox qədim zamanlara dayanan və hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Heredot və Hipokrat dövlərindən məşhur olan təbii bir möcüzədir. Türkiyəli məşhur botanikaçı professor Əkrəm Sezikiz sözlərinə görə Dioskolidis miladdan sonra ikinci əsrdə Anadolunu gəzərək Materiya Medika kitabını yazan tanınmış bir həkim-əczaçıdır. Müəllif əsərində saqqızın həzmi asanlaşdırmasının yanında dişlər üçün də faydalı olduğunu qeyd etmişdir. Galenos Anadolulu bir həkim-əczaçıdır. Berqamada dünyaya gəlib, orda işləyib və qərbdə tibbin atası olaraq tanınır. Galenos müxtəlif qərb səyyahlarının da saqqızın madə-bağırsaq xəstəliklərinin, qara ciyər iltihablanmasının müalicəsində istifadə etdiklərini, saqqız çeynəməyin vəya dərman şəklində qəbul etmənin, qusmanın qarşısını almaqda, iştaha açıcı, həzmi asanlaşdırıcı, mədə xəstəliklərində və xüsusən də mədə ağrılarının aradan qaldırılması üçün istifadə edildiyini qeyd etmişdir. Damla saqqızı elmi adı pistasya lentiskus varietekia olan ağacın gövdələrinə açılan yaralardan axıb quruyan maddədir. Bu ağac Egey dənizi ətrafında yetişməklə birlikdə xüsusən də burda yerləşən Saqqız adasında yetişdirilərək saqqız istehsalında istifadə edilir.
Phyllonorycter caspica
Phyllonorycter caspica — Phyllonorycter cinsinə aid növ. Azərbaycanın endemik canlısıdır.
Prunus caspica
Xəzər alçası (lat. Prunus caspica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Ümumi yayılması == Rusiyada (Dağıstan) təbii arealı vardır. == Azərbaycanda yayılması == Qubada, Samur-Dəvəçi ovalığında, Lənkərandan orta dağ qurşağına qədər meşələrdə rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir.VU D2. == Bitdiyi yer == Aşağı və orta dağ qurşaqlarında meşələrdə, kolluqlarda, meşələrin kənarlarında, dağ çayların kənarlarında yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda dar bir arealı vardır. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 10 m-ə qədər olan ağac və ya koldur. Budaqları tikansız, cavan zoğları çılpaqdır. Yarpaqları ensiz, tərs yumurtavarı, uc tərəfi qısa, sivridir.
Crocidura caspica
Xəzər ağdişi (lat. Crocidura caspica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinin ağdiş cinsinə aid heyvan növü. == Yayılması == Əsasən Azərbaycan və İran ərazilərində yayılmışdır. Daha çox Xəzər dənizinin sahil ərazilərində müşahidə edilir.
Pusa caspica
Xəzər suitisi (lat. Pusa caspica) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin nerpa cinsinə aid heyvan növü. Kateqoriyası və statusu: EN – Təhlükə altındadır, təbii şəraitdə son 10 ildə 50-80 % azalıb. Xəzər dənizində məskunlaşan yeganə dəniz məməlisidir. O, Xəzər dənizinin endemik növü olmaqla, dünyada suitilərin ən xırda növü sayılır (yaşama müddəti – 50 il). == Yetkinlik dövrünün qısa təsviri == Bədənin uzunluğu 150 sm-ə qədərdir, orta çəkisi 75 kq, maksimal çəkisi isə 100 kq-dır. Bədəni nisbətən kökdür, boynun qısa olmasına baxmayaraq, az da olsa nəzərə çarpır, başı böyük deyil. Yastılanmış vibrisin kənarları dalğavaridir. Rəngi fərqli şəkildə dəyişir. Bədənin üst qatı tünd, qarın hissəsi isə açıq boz rəngdədir.
Colutea caspica
Şoranlıq toppuzlusu (lat. Sphaerophysa salsula) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin toppuzlu cinsinə aid bitki növü.
Osmundea caspica
Osmundea caspica (lat. Osmundea caspica) — rhodophyta şöbəsinin florideophyceae sinfinin ceramiales dəstəsinin rhodomelaceae fəsiləsinin osmundea cinsinə aid yosun növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir Xəzər endemikidir. == Qısa morfoloji təsviri == Tallom 4-12 sm hündürlüyündədir, silindrik, bir qədər girintili-çıxıntılı, nahamr səthli, az və ya çox şaxələnmişdir. Əsas budaqlar uzun, seyrək və ya əhəmiyyətli dərəcədə çoxdur, arabir və ya sıx, bir qədər qısa, sadə və ya şaxələnmiş budaqlarla örtülmüşdür. Tallom bitmə dərinliyindən asılı olaraq şaxələnmə dərəcəsinə və qalınlığına görə fərqlənir: dərin sularda olan formalar uzun və nazikdir, sahilə yaxın formalar isə kiçik, qalın kobuddur. Köndələn kəsikdə qabıq qatı çox da böyük olmayan, demək olar ki, kvadrat və ya düzbucaqlı, sıx birləşmiş hüceyrələrdən ibarətdir. Tallomun mərkəzindəki hüceyrələr uzununa kəsikdə tallomun uzunluğunda çox dartılmışdır, çox uzun silindrləri xatırladır. Lentikulyar qalınlaşmalar yoxdur.
Bənövşəyi çanaqlı yastıca
Oleandr çanaqlı yastıca
Tut çanaqlı yastıca
Avena barbata var. caspica
Avena barbata (lat. Avena barbata) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena agadiriana B.R.Baum & G.Fedak Avena alba var. barbata (Link) Maire & Weiller Avena alba var. hirtula (Lag.) Emb. & Maire Avena alba var. wiestii (Steud.) Maire & Weiller Avena almeriensis Gand. Avena atheranthera C.Presl Avena atlantica B.R.Baum & G.Fedak Avena barbata subsp. atheranthera (J.Presl) Roche Afonso Avena barbata subsp. barbata barbata Avena barbata var.
Elaeagnus angustifolia var. caspica
Daryarpaq iydə (lat. Elaeagnus angustifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin i̇ydəkimilər fəsiləsinin i̇ydə cinsinə aid bitki növü. 45 növ ağac və meyvə kolundan yabanı halda 2 növü yayılmışdır. İydə yabanı halda Şimali Qafqazın şərq rayonlarında, Azərbaycanın Kür və Araz çaylarının kənarlarında geniş sahələr tutur. Bu bitkinin yararlı mədəni sortları Azərbaycanın aran hissələrində olduqca çoxdur. İydə 3–7 m hündürlükdə olur. Yabanı iydənin hündür və kol halında bitən formaları vardır. Yabanı ağacları balaca tikanlıdır. Yarpaqları uzunsov-oval, yaşıl-gümüşü rəngdədir. May-iyunda çiçəkləyir.