Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qastino boğazı
Qastino boğazı (ing. Gastineau Channel) — Alyaskanın cənub-şərqində (ABŞ) yerləşir. Boğaz öz adını torpaq sahibi olan (mülkədar, fermer) Con Qastinonun şərəfinə adlandırılmışdır. Boğazın suları Cuno şəhərini Duqlas adasından (qabarma nəticəsində adaya çevrilir) ayırır. Boğazın uzunluğu 25-30 kilometrdir. Şimal hissədə bir necə kilometr şimal-qərbə və sonra cənub-şərqə istiqamətlənir. Ən dar yerdə eni 200 metrdən azdır. 1980-ci ildən bu hissədən Cuno-Duqlas körpüsü fəaliyyət göstərir. İri gəmilər boğazın yalnız cənub-şərqındə irəliləyə bilər. Orta ölçülü gəmilər isə yalnız böyük Qabarma və çəkilmə zamanı sərbəst üzə bilirlər.
Castin Biber
Castin Drü Biber (ing. Justin Drew Bieber; 1 mart 1994[…]) — kanadalı müğənni və aktyor. Karyerası, video paylaşma saytı Youtube saytına qoyduğu videoların 2008-ci ildə Scoot Braun tərəfindən kəşf edilməsiylə başladı. Daha sonra Scoot Braun, Castin Biberin meneceri olmuşdur. Scoot Braun Atlantada, Castini və R&B sənətçisi Aşerı tanış etmişdir. Biber Scoot Braun'nun ortaq şirkəti "Raymond Braun Media Group" ilə razılaşma imzalamış, ardından Island Records ilə albom kontraktı etmişdir. Fanatlarının fandom qrupu "Belieber"lərdir Castin Biber'in ilk single'ı "One Time" olduqca uğurlu olmuşdur və Biber'in ilk albomu "My World" 17 Noyabr 2009-cu ildə çıxmışdır. "My World 2" albomunda yer alan "Baby" mahnısıyla beynəlxalq müvəffəqiyyətlər əldə etmiş və həmin mahnının klipiylə dünyanın ən böyük video paylaşma saytı Youtubeda ən çox izlənilən video rekordunu qırmışdır. 2010-cu ilin Amerikan Musiqi Mükafatlarında "İlin Sənətçisi" , "İlin pop/Rock Albomu" , "İlin Ən Yaxşı Çıxış Edən Sənətçisi" və "İlin Ən Yaxşı Pop/Rock Kişi Sənətçisi" , 2010-cu ilin MTV Video Musiqi Mükafatlarında "Ən yaxşı Yeni Sənətçi" və 2010-cu ilin MTV Avropa Musiqi Mükafatlarında "İlin Kişi Sənətçisi" mükafatını qazanmışdır. 3-cü albomu Believe'i 19 İyun 2012-ci ildə 4 versiyonla çıxaran müğənni, bu albomla birlikdə 18 yaşında satış rekordu qıran tək sənətçi olaraq 2013 Guinness Rekordlar Kitabına girdi və tarixə keçdi.
Castin Kluyvert
Castin Kluyvert (5 may 1999) — Erediviziya təmsilçilərindən olan Ayaks klubunda yarımmüdafiənin sağ cinahında çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == Kluyvert Ayaks akademiyası proqramı vasitəsilə inkişaf etmişdir. O, Eerste Diviziyada debütünü Yonq Ayaks klubu ilə 16 sentyabr 2016-cı ildə Maastrixt klubuna qarşı oyunda etmişdir. O, 67-ci dəqiqədə Vinse Dino Dekkeri əvəz etmişdir. Həmin görüşdə Ayaks rəqibinə 1–0 hesabı ilə məğlub olmuşdur. Kluyvert əsas komanda ilə Erediviziyada debütünü 15 yanvar 2017-ci ildə Zvolle klubuna qarşı oyunda etmişdir. O, 39-cu dəqiqədə Amin Yunesi əvəz etmişdir. Həmin görüşdə Ayaks rəqibinə 3–1 hesabı ilə qalib gəlmişdir. Kluyvert ilk Erediviziya qolunu 19 mart 2017-ci ildə Ekselsior klubuna qarşı oyunda, atasının karyerasında sonuncu qolundan 10 il və 1 gün sonra vurmuşdur. Həmin görüşdə Ayaks rəqibi ilə 1–1 hesabı ilə bərabərə qalmışdır.
Castin Makkarti
Castin A. Makkarti (19 oktyabr 1945, Çikaqo, İllinoys) — amerikan demoqraf, tarixçi, Kentukki, Luisvilldəki Luisvill Universitetində tarix üzrə professor. O, Türkiyənin Boğaziçi Universitetinin fəxri doktoru, Türkologiya İnistitutunun və Avrasiya Araşdırmalar Mərkəzinin üzvüdür. Onun tarixdə əsas ixtisaslaşması son Osmanlı dövrüdür. Makkartinin bəzi işləri bəzi alimlər tərəfindən sərt tənqidə məruz qalmış və türkləri müdafiə etməkdə ittiham edilmişdir. == Arxa plan == Makkarti 1967–1969-cu illərdə Türkiyədə Sülh Korpusunda xidmət etmiş, bu müddətdə Yaxın Şərq Tekniki Universitetində və Ankara Universitetində dərs demişdir. O, 1978-ci ildə doktarantura dərəcəsini Los-Ancelosda yerləşən Kaliforniya Universitetindən almışdır.. O, sonradan Boğaziçi Universitetinin fəxri doktoru olmuşdur. Makkarti həmçinin, Türk Araşdırmaları İnistitutunun idarə heyətinin üzvüdür. == Tədqiqatları == === Osmanlı imperiyası barədə === Makkartinin araşdırmaları Osmanlı imperiyasının çökdüyü və nəticədə parçalandığı dövrü araşdırır. Makkarti geriləyən Osmanlı İmperiyasının ortodoksal Qərb tarixlərinin qərəzli olduğuna inanır, çünki qərəzli müşahidəçilərin ifadələrinə əsaslanırlar: xristian missionerlər və Birinci Dünya müharibəsində osmanlılarla müharibədə olan (xristian) millətlərin rəsmilərinə.
Castin Mask
Castin Mask (ing. Justine Musk; qızlıq soyadı: Uilson; 2 sentyabr 1972, Peterborouh, Ontario) kanadalı yazıçı. Sahibkar İlon Maskın birinci həyat yoldaşıdır. 6 əsəri ingilis dilində 17 dəfə nəşr olundu. Hal-hazırda 839 kitabxanada mövcuddur. == Karyerası == Castin Mask 2005-ci ildə ilk kitabı olan Blood Angel-i nəşr etdirdi. İkinci kitabı Uninvited 2007-ci ildə nəşr olundu. Ardınca 2008-ci ildə Blood Angel-in davamı olan Lord of Bones-i nəşr etdirdi. Mask yeni roman planı hazırlamaq üçün Pinterest kimi saytlardan istifadə edən ilk şəxslərdən biri oldu. Mask həmçinin davamlı olaraq TED Talks-da çıxış edir.
Castin Plaşka
Castin Posi
Castin Posi (17 noyabr 1993) — ABŞ-lı peşəkar kişi BMX velosipedçisi. Castin Posi ABŞ-ni beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Castin Posi 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.167 saniyəlik nəticəsi ilə 17-ci yeri tutdu.
Castin Qetlin
Castin Qetlin (10 fevral 1982, Bruklin) ABŞ-lı atlet. 100 metr dünya rekordunu Asafa Pavell ilə birlikdə 9.77 dərəcəsi ilə bir müddət əlində saxlamış, lakin 2007-ci ildə Pavellin 9.74 dərəcə göstərməsi ilə rekord əlindən alınmışdır. Qetlin, dopinq testinin pozitiv çıxması ilə 8 il yarışlardan kənarlaşdırılmış, lakin cəza daha sonra 4 ilə endirilmişdir.
Castin Timberleyk
Castin Timberleyk (ing. Justin Timberlake; 31 yanvar 1981[…], Memfis, Tennessi) — Amerikalı müğənni və aktyor == Həyatı == Castin Timberleyk 31 yanvar 1981-ci ildə Memfis, Tennessidə anadan olub, 6 Qremmi mükafatı var. Hal-hazırda Amerikanın ən məşhur müğənni və aktyorlarından biridir. JT olaraq da tanınır. İlk dəfə N Sync qrupu vasitəsilə məşhur olub. 2002-ci ildə isə "Justified" albomu ilə solo karyerasına başlayıb. İkinci albomu FutureSex/LoveSounds isə 12 sentyabr 2006-cı ildə yayımlanıb. "People" jurnalı tərəfindən 2005-ci ildə "Dünyanın ən yaraşıqlı kişisi" adına layiq görülüb. === İlk illər === O 1993-cü ildə "The Mickey Mouse Club" vasitəsilə daha da məşhurlaşdı. Beləliklə o məhz burada gələcək illərdə sevgilisi olan Britney Spears və Christina Aguilera ilə tanış oldu.
Castin Trüdo
Castin (Jüsten) Pyer Ceyms Trüdo (ing. Justin Pierre James Trudeau; 25 dekabr 1971[…], Ottava) — Kanadalı siyasətçi, Kanadanın 23-cü və indiki baş naziri, Liberallar Partiyasının rəhbəri. O, Co Klarkdan sonra Kanadanın ikinci ən gənc baş naziri və eyni zamanda köhnə Baş nazir Piyer Trüdonun da ən böyük oğludur. == Həyatı == Castin Trüdo 25 dekabr 1971-ci ildə Kanadanın Ottava şəhərində dünyaya gəlmişdir. Təhsilinə 1976-cı ildə Roklif Park dövlət məktəbində başlamış, orta təhsilini isə Kolej Jon de Bğeböf fransız liseyində almışdır. Trüdo 1994-cü ildə Makgill Universitetini, 1988-ci ildə isə Britaniya Kolumbiyası Univeristetini bitirmişdir. Günümüzdə Montreal Universitetində təhsilini davam etdirməkdədir. Britaniya Kolumbiyası Univeristetində təhsilini başa vurduqdan sonra Trüdo bir müddət burada müəllim kimi işləməyə başlayır. 2000-ci ildə atası Piyer Trüdo vəfat edir. 2007-ci ildə Trüdo Kanadanın I Dünya müharibəsində iştirakından söz edən "Böyük müharibə" adlı filmdə səhnə almışdır.
Castin Lonq
Castin Cekob Lonq (ing. Justin Jacob Long; 2 iyun 1978, Ferfild[d]) — amerikalı aktyor. Qorxu və komediya filmlərindəki rolları ilə məşhurlaşıb. O, "Jeepers Creepers", "Accepted", "Idiocracy", "Məni cəhənnəmə sürüklə", "Kometa", "Barbar" daxil olmaqla müxtəlif filmlərdə rol almışdır. 2007-ci ildə çəkilmiş "Elvin və burunduklar" filmində Elvin Sevili səsləndirib. O, həmçinin "Ed" və "F is for Family" teleseriallarında oynayıb. == Həyatı == Castin Lonq 2 iyun 1978-ci ildə Konnektikutun Feyrfild şəhərində anadan olub. Üç qardaşdan ortancılıdır. Atası Ceyms Lonq Feyrfild Universitetində Latın dili professoru olub, anası Wendy Lesniak isə keçmiş aktrisadır. O, italyan kökənlidir.
Emmanuel Drake del Castillo
Emmanuel Dreyk del Kastillo (fr. Emmanuel Drake del Castillo, 1855 — 1904) — ispan mənşəli fransız botaniki.
Tranquility Base Hotel & Casino
Tranquility Base Hotel & Casino — İngilis rok qrupu Arctic Monkeys-in 11 may 2018-ci ildə Domino şirkəti tərəfindən buraxılan altıncı studiya albomu. Qrupun solisti Aleks Törner tərəfindən 2016-cı ildə Los-Ancelesdə yerləşən evində Steinway Vertegrand pianosunda yazılmışdır. Albom Los-Anceles, Paris və London kimi şəhərlərdə, Arctic Monkeys-in tez-tez əməkdaşı olan Ceyms Ford, Tom Rouli, Loren Hamfri, Ceyms Rayton, Zak Daues, Tayler Parkford və Kem Eyveri kimi musiqiçilərin köməyi nəticəsində ərsəyə gəlib. Törner karton kağızdan istifadə edərək albomun üz qabığını özü dizayn edib. Albomun adı 1969-cu ildə Apollo 11-in Aya eniş yeri olan Tranquility Base-dən gəlir. Tranquility Base Hotel & Casino qrupun gitara ilə dolu olan əvvəlki işindən xeyli fərqlidir və beynəlxalq səviyyədə uğur qazanan AM (2013) ilə müqayisədə daha zəifdir. Psixodelik pop, launj pop, speys pop və qlem-rok, eləcə də caz elementlərini təcəssüm etdirən zəngin səsə malikdir. Həmçinin albomda 1960-cı illərin soul, proqressiv rok, fank, fransız pop və film saundtreklərinin təsirini görmək olur. İnstrumental olaraq orqanlar, pianolar və dolceola daxil olmaqla, vintaj sintezatorları və klaviaturaları özündə birləşdirir. Qrup tərəfindən adətən istifadə olunan elektrik və akustik gitaralara, eləcə də fırlanan timpani və vibrafonlar da daxil olmaqla müxtəlif zərb alətlərinə əlavə olaraq, bariton və dövrəli polad gitaralar qrup tərəfindən çoxsaylı treklərdə təqdim olunur.
Tranquility Base Hotel & Casino (mahnı)
"Tranquility Base Hotel & Casino" ingilis indi-rok qrupu Arctic Monkeys mahnısı. 23 iyul 2018-ci ildə eyni adlı altıncı studiya albomundan ikinci sinql və musiqi videosu ilə bərabər buraxıldı. 16 oktyabr 2018-ci ildə sinqlin 7 düymlük vinil versiyasının əvvəllər buraxılmamış B tərəfi "Anyways" ilə birlikdə 30 noyabr 2018-ci ildə buraxılacağı elan edildi. == Mahnı klipi == Mahnı klipi 23 iyul 2018-ci ildə qrupun rəsmi YouTube Vevo hesabı vasitəsilə yayımlandı. Klipin rejissorluğunu Ben Çappel və Aron Braun etdi, onlar Stenli Kubrikin istehsal etdiyi filmlərdən ilham aldılar və qrupun "Four Out of Five" mahnısı üçün də bir yerdə klip istehsal etdilər. Mahnının adını daşıyan oteld və qumarxanada yaşayan Törner, mərtəbələri gəzir və istirahət obyektlərində uzanır. O, həm də telefonlara cavab verən və zəngləri yönləndirən otelin rezident konsyerji "Mark" rolunu oynayır. Video Nevada ştatının Reno şəhərindəki Peppermill Reno-da çəkilib. Videoda görünən moped Honda Elite 80-dir. == Mahnı siyahısı == Bütün mahnılar Aleks Törner tərəfindən bəstlənmişdir.