Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Calut
Calut (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunda eyniadlı inzibati ərazi vahidinin mərkəzi. Calut monastırı — Oğuz rayonunun Calut kəndində yerləşən V–VI əsrlərə aid alban monastır. Calut (sərkərdə) — Qurani Kərimə görə Həzrət Davud peyğəmbər (s) tərəfindən sapandla öldürülmüş fələstinli nəhəng sərkərdə.
Mahmut Özer
Mahmut Özer (5 may 1970, Tokat) — Türk akademik, Bülent Ecevit Universitetinin keçmiş rektoru, keçmiş ÖSYM prezidenti və hazırda Milli Təhsil Naziridir. 1970-ci ildə Tokatda doğulan Özer 1988-ci ildə Tokat İmam Hatip Liseyini bitirib. 1992-ci ildə İstanbul Texniki Universitetinin Elektronik və Kommunikasiya Mühəndisliyi fakültəsini bitirib. 1992–1994-cü illərdə Dalaman Hava Limanı, Dövlət Hava Limanları İdarəsi Ümumi Müdirliyi Elektronik Mühəndisi olaraq çalışdıqdan sonra 1994–2002-ci illərdə Gaziosmanpaşa Universiteti Tokat Peşə Məktəbində müəllim olaraq çalışdı. 2001-ci ildə Karadeniz Texniki Universiteti Elm İnstitutu Elektrik və Elektronik Mühəndisliyi fakültəsində dokturluq dərəcəsini tamamlayan Özer 2002-ci ildə Zonquldak Karaelmas Universiteti (Bülent Ecevit Universiteti) Elektrik və Elektronik Mühəndisliyi Bölməsində dosent vəzifəsinə başlamışdır. Eyni universitetdə 2005-ci ildə dosent, 2010-cu ildə professor elmi adını almışdır. 2009-cu ildən prorektor vəzifəsində çalışarkən sonra Zonquldak Karaelmas Universitetinin rektoru təyin edildi. 2014-cü ildə rektorluq seçkilərində də qalib gələn Özer Bülent Ecevit Universitetinin rektoru vəzifəsinə yenidən təyin edildi. 1 avqust 2015 və 1 avqust 2016 tarixləri arasında Universitetlərarası İdarə Heyətinin Sədri vəzifəsində çalışdı. 2014-cü ilin oktyabr ayından etibarən Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası tərəfindən nəşr olunan və Science Citation Index (SCI) daxilində incələnən Türk Elektrik Mühəndisliyi və Kompüter Elmləri Jurnalının baş redaktoru vəzifəsini davam etdirdi.
Çamkut adası
Çamkut adası — Yapon dənizinə daxil olan Amur körfəzində yerləşən elə də böyük olmayan ada. Rusiya imperiyasının tərkibinə pekin traktatının (1860) nəticəsinə əsasən verilir. Ada materikdən uzunluğu 300 m, dərinliyi isə 40–60 sm olan boğazla ayrılır. insanlar sərbəst şəkildə bu boğazı keçə bilirlər. İnzibati baxımından ada Rusiya Federasiyası, Xabarovsk diyarı Nikolayevski rayonu ərazisinə daxildir. ada hamar səthə malikdir. sahillərində çimərliklər vardır. Bununla belə daş bünövrə üzərindədir. Üzəri sıx meşə ilə örtülüdür. Ada Lazarev şəhər tipli qəsəbəsindən 13 km məsafədə yerləşir.
Şahnur Hüseynov
Şahnur Şahin oğlu Hüseynov (30 noyabr 1991; Beloqrat, Polşa – 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. Şahnur Hüseynov 1991-ci il noyabrın 30-da Polşanın Beloqrat şəhərində anadan olub. Orta təhsilini Füzuli rayonu İkinci Mahmudlu kəndində alıb. 2006-2009-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsilini davam etdirib. 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali təhsil alıb. Ailəli idi. Əlinur adlı oğlu yadigar qaldı. Şahnur Hüseynov Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə bölük komandiri, sonra taborun qərargah rəisi, daha sonra isə tabor komandiri vəzifələrində çalışıb. Azərbaycan Ordusunun kapitanı olan Şahnur Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahnur Hüseynov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub.
Mahmut Arıkan
Mahmut Arıkan (1977, Kayseri ili) — inşaat mühəndisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Mahmut Arıkan 1977-ci ildə Kayseri ilində anadan olub. İbtidai və orta təhsilini Kayseridə alıb. Kayseri İmam-Hatip Liseyini bitirib. Ərciyəs Universiteti İnşaat Mühəndisliyi Bölməsindən məzun olub. Mühəndis olaraq çalışıb və ticarətlə məşğul olub. Müstəqil Sənayeçi və İş Adamları Dərnəyində (MÜSİAD), Anadolu Aslanları İş adamları Dərnəyində (ASKON), İnşaat Mühəndisləri Palatasında (İMO), Cansuyu Yardımlaşma və Dayanışma Dərnəyində, Anadolu Gənclər Dərnəyəində (AGD) və Milli Gənclər Fondunda (MGV) çalışıb. Səadət Partiyası yarandığı gündən gənclər qanadının sədri, ilçə şöbəsinin sədri və il şöbəsinin sədri vəzifələrində çalışıb. 2019-cu ildən Səadət Partiyası İdarə Heyətinin üzvü və Səadət Partiyası sədrinin müavini vəzifəsində çalışır. 2023-cü il mayın 14-də Səadət Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından Kayseri ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
Mahmut Dindar
Mahmut Dindar (1964, Daldərə[d], Van ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Mahmut Dindar 1964-cü ildə Van ilinin Gevaş ilçəsində anadan olub. İbtidai, orta və lisey təhsilini Vanda alıb. 1989-2015-ci illərdə Erciş Qənd Zavodunda çalışıb. Hazırda təqaüdçüdür. Təqaüdə çıxdıqdan sonra “Sivilizasiyalar Beşiği”ndə Qohumlarını İtirmiş Ailələrin Həmrəyliyi, Birliyi, Yardımı və Mədəniyyət Dərnəyində (MEBYA-DER) çalışıb. 2021-ci ildə dərnəyə qarşı aparılan istintaq çərçivəsində həbs edilib və 1 il həbsxanada saxlanılıb. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Van ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai Təsərrüfat Müəssisələri Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə bilir.
Cahit Arf
Cahit Arf (24 oktyabr 1910, Saloniki, Osmanlı imperiyası – 26 dekabr 1997, İstanbul) — Türkiyəli riyaziyyatçı. O, Arf halqaları və Arf yarımqrupu, budaqlanma teoremində Hasse-Arf teoremi, topologiyada 2 xarakteristik halqanın (düyün nəzəriyyəsi və cərrahi nəzəriyyədə tətbiq edilmiş) kvadratik formasının Arf invariantlığına görə tanınır. Cahit Arf 1910-cu il 11 oktyabrda Osmanlı imperiyasının bir hissəsi olan Salonikidə anadan olub. Ailəsi 1912-ci ildə Balkan müharibəsinin başlanmsı ilə İstanbula köçüb. Ailə nəhayət İzmirdə məskunlaşa bildi və Cahit Arf ibtidai təhsilini burada aldı. Türkiyə Təhsil Nazirliyindən təqaüd alandan sonra təhsilini Parisdə davam etdirdi və Paris Ali Normal Məktəbindən məzun oldu. Türkiyəyə qayıtdıqdan sonra o, Qalatasaray Liseyində riyaziyyat fənnini tədris etməyə başladı. 1933-cü ildə o, İstanbul Universitetinin riyaziyyat kafedrasına qoşuldu. 1937-ci ildə Cahit Arf Göttingenə getdi və Göttingen Universitetindən PhD dərəcəsini aldı. O, burada Helmut Hasse və Josue Kruz de Munyoz ilə birlikdə işləyib.
Cahit Bağçı
Cahit Bağçı (türk. Cahit Bağcı; 25 iyun 1964, Osmancık, Çorum ili) — Türkiyəli siyasətçi, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. O, üç dönəm – 2007 2011 və 2015-ci illərdə Çorumdan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. Orta Şərq Texniki Universitetinin sosiologiya fakültəsini bitirib. Britaniyanın Mançester Universitetində doktorantura təhsili alıb. Türkiyə-Avropa İttifaqı parlament komitəsinin, NATO PA-nın üzvü olub. 1988-ci ildə Dövlət Planlanma Təşkilatının Sosial Planlaşdırma departametində işə başlayıb. 1993-cü ildə Van Yüzüncü İl Universitetində tədqiqatçı olub. Burada sosiologiya kafedrasında dosent və kafedra müdiri vəzifələrində çalışıb. Mançester Universitetində Türk tələbələri dərnəyini yaradıb.
Cahit Berkay
Cahid Berkay (3 avqust 1946, İsparta) — türk kino bəstəkarı. 12 may 1946-cı ildə İsparta, Uluborluda anadan olmuşdur. 1975: Teşekkür Ederim Babaanne / Teşekkür Ederim Babaanne (Enstrümantal) 1997: Film Müzikleri Vol. 1 1999: Film Müzikleri Vol. 2 2001: Film Müzikleri Vol. 3 2005: Sinema Bir Mucizedir Film Müziği 2007: Toprak (Cahit Berkay and Grup Zan) 2009: Yağmurdan Sonra 2012: Arda Kalan (feat. Derya Petek) 1966: Ararım / Bahçelere Geldi Bahar (Selçuk Alagöz) 1967: Konya Kabağı / Bahçelerde Börülce (Rana Alagöz) 1980: Günlerimiz (Zülfü Livaneli) 1990: Yiyin Efendiler (Cem Karaca, Cahit Berkay, Uğur Dikmen) 1992: Nerde Kalmıştık?
Cahit Kayaoğlu
Cahid Qayaoğlu (türk. Cahit Kayaoğlu; 29 dekabr 1976, Elazığ) — Zaza kökənli Türkiyəli ssenarist və aktyor. Qurdlar Vadisi Pusqu serialında canlandırdığı Cahid Qaya personajı ilə tanındı. Zaza kökənlidir. Daha əvvəl Atatürk Hava Limanı Beynəlxalq Terminalında polis məmuru olaraq çalışdı. Qurdlar Vadisi Pusqu serialında 9-10 mövsümlər (230–300 bölümlər) ssenarisini yazdı və 4-10 mövsümlər (77–300 bölümlər) Cahid Qaya personajını canlandırdı. Qurdlar Vadisi Pusqu serialı ilə yanaşı Qurdlar Vadisi Vətən filmində ssenarisini yazdı və rol aldı.
Calut (sərkərdə)
Calut (e. ə. XI əsr – təq. e.ə. 1023) — Qurani Kərimə görə Həzrət Davud peyğəmbər (s) tərəfindən sapandla öldürülmüş fələstinli nəhəng sərkərdə. Əhdi-Ətiqdə adı Qoliaf kimi keçir.
Calut monastırı
Calut monastırı — Oğuz rayonunun Calut kəndində yerləşən V–VI əsrlərə aid alban monastırıdır. Kompleksə zəngin bəzədilmiş böyük kilsə, kiçik qədim bazilika və köməkçi binaların xarabalıqları daxildir. Qədim Calut bazilikası iri zal məbədidir. Məbədin qərb və cənub divarları qismən saxlansa da, şimal və şərq divarlarının çox az hissəsi salamat qalmış, daşları isə məbədin içinə tökülmüşdür. 1811-ci ildə kompleksə əlavə edilmiş Böyük kilsə isə dörd daxili sütuna malik, günbəzsiz, iri üçnefli bazilikadır. Monastır Oğuz rayonunun Calut kəndinin şimal-şərqində yerləşir. Kompleksə zəngin bəzədilmiş böyük kilsə, kiçik qədim bazilika və köməkçi binaların xarabalıqları daxildir. Qədim Calut bazilikası iri zal məbədidir. Onun ibadət zalı 6×4.30 m, altar apsidası isə 3,65×1.75 m ölçüyə malikdir. Məbədin qərb və cənub divarları (2–2.6 metr arası hündürlükdə) qismən saxlansa da, şimal və şərq divarlarının çox az hissəsi salamat qalmış, daşları isə məbədin içinə tökülmüşdür.
Canet (Əlcəzair)
Canet (ərəb. جانت‎; fr. Djanet) — Əlcəzairin cənub-şərqində, İllizi vilayətində şəhər və kommuna. Canet dairəsinin inzibati mərkəzidir. Şəhər vilayətin cənubunda, Tassilin Accer yaylasının cənub hissəsində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1,470 kilometr (910 mil) cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 1,053 metr (3,455 ft) qədərdir.Canet kommunası İllizi və Bürc-əl-Huas kommunaları, Liviya və Niger əraziləri ilə həmsərhəddir. Sahəsi 57,460 km2-dir. Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 18 mm). Orta illik temperatur 23,4 °C-dir.
Canet Caqan
Canet Rozali Caqan (ing. Janet Rosenberg Jagan) (20.10.1920, Çikaqo – 28.3.2009, Belem, Braziliya) — Qayana dövlət və siyasi xadimi, Qayana prezidenti. Detroyt və Ueyn Universitetlərində təhsil almışdır. 1943-cü ildə Ç.B. Caqana ərə getdikdən sonra Britaniya Qvianasına köçmüşdür. Ərinin stomatoloji klinikasında tibb bacısı işləmişdir. Qadın hüquqları uğrunda mübarizə aparmış, 1946-cı ildə Qadınların iqtisadi və siyasi təşkilatının yaradılmasında iştirak etmiş, 1953-cü ildə Mütərəqqi qadın təşkilatının rəhbəri olmuşdur. 1950-ci ildə əri ilə birlikdə Mütərəqqi Xalq Partiyasını (MXP) təsis etmişdir (1970-ci ilə qədər onun baş katibi olmuşdur). 1957–61-ci illərdə əmək, səhiyyə və mənzil təsərrüfatı naziri, 1963–64 illərdə daxili işlər naziri vəzifələrində çalışmışdır. 1976–97-ci illərdə Milli assambleyanın deputatı idi. 1970–97-ci illərdə Qayana jurnalistlər ittifaqının prezidenti, 1973–97-ci illərdə MXP-nin mərkəzi orqanı olan “Mirror” qəzetinin redaktoru olmuşdur.
Canet Cekson
Canet Damita Co Cekson (ing. Janet Damita Jo Jackson; 16 may 1966[…], Geri, İndiana) — ABŞ müğənnisi və aktrisası, Maykl Ceksonun bacısı.
Canet Li
Canet Li (ing. Janet Leigh, doğ. Cinett Helen Morrison (ing. Jeanette Helen Morrison); 6 iyul 1927[…], Mersed, Kaliforniya – 3 oktyabr 2004[…], Beverli-Hillz, Kaliforniya) — ABŞ aktrisası, müğənni, "Oskar" mükafatı namizədi və Qızıl qlobus mükafatı laureatı. Daha çox Alfred Hiçkokun "Psixo" və Orson Uellsin "Şərin möhürü" filmlərindən tanınır. Canet Li 6 iyul 1927-ci ildə anadan olmuşdur. Onun kino fəaliyyəti Norma Şirerin sayəsində uğurla başlamışdır. Yeni başlayan aktrisada böyük istedadın olduğunu görən Şirer 1940-cı illərin axırında onun "Metro-Goldwyn-Mayer" kino şirkəti ilə müqavilə bağlamasına səbəb olur. Sonrakı onilliklərdə o, bir çox məşhur filmlərdə görünməyə başladı. Onların bəzilərində Li öz həyat yoldaşı aktyor Toni Körtislə birlikdə çəkilmişdi.
Cunut bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Danut Koman
Danut Koman (rum. Dănuț Coman) — Rumıniyalı sabiq futbolçu. "Astra" futbol klubunun prezidentidir. Sabiq qolkiper olan Danut Koman karyerasına 2015-ci ildə məhz "Astra"da son qoyub. O, karyerasını bitirdikdən sonra da "Astra"da qalaraq, klubun prezidenti olmuşdur.
Erigeron canus
Erigeron canus (lat. Erigeron canus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Ocimum canum
Ocimum americanum (lat. Ocimum americanum) — dalamazkimilər fəsiləsinin reyhan cinsinə aid bitki növü.
Ranunculus canus
Ranunculus canus (lat. Ranunculus canus) — qaymaqçiçəyikimilər fəsiləsinin qaymaqçiçəyi cinsinə aid bitki növü.
Rhophitoides canus
Rhophitoides canus (lat. Rhophitoides canus) — buğumayaqlılar tipinin pərdəqanadlılar dəstəsinə aid olan növ. Bütün təbii zona və hündürlük qurşaqlarında təsadüf edilir, çay kənarları və meyvə bağlarında məskunlaşır. Sosial növ deyil, Azərbaycanda aprel-iyul aylarında uçur, bir nəsil verir. Paxlalılar fəsiləsinin oliqotrofudur, qarayoncanın aktiv tozlandırıcılarından biridir, bəzən qarayonca sahələrində bütün arıkimilərin 60%-i təşkil edir. Qida bitkiləri gəvən, çölnoxudu, qurdotu. adaçayı, bəlğəmotu və s. Avropa-asiya növüdür. Avropa və Asiyanın çöllük zonalarında daha geniş yayılmışdır. Ədəbiyyat məlumatlarına görə Fransa, Almaniyada (lokal olaraq), Yuqoslaviyada, Rumıniya, Qafqaz, Şimali Türkiyə, İran, Başqırdıstan, Özbəkistan, Qırğızıstan, Monqolustandan məlumdur.
Canet Kaplan
Canet Kaplan — 1958-ci ildə doğulmuşdur. Amerikalı şair və professor olan Canet Kaplan eyni zamanda dörd tammetrajlı kitabın müəllifidir: The Groundnote (Alice James Books, 1997), The Glazier's County, Fordham University Press' 2003 Poets Out Loud Mükafatı, Xeyriyyəçinin Dreamlife: Nəsr Şeirləri və Nəsr Sonnetləri. , 2011 Ernest Sandin Mükafatı (Notre Dame Press Universiteti) və Ecotones (Eyewear Ltd., 2021-ci ildə gözlənilir) qalibi. Onun mükafatlarına Yaddo, Virciniya Yaradıcı İncəsənət Mərkəzi və İllinoysdakı Ragdale Fondunda təqaüdlər daxildir. O, Bronx İncəsənət Şurasının Poeziyada Mükəmməlliyə görə BRIO Mükafatını və Nyu York İncəsənət Poeziya Təqaüdü Fondunu almışdır. 2011-ci ildə onun məhdud sayda olan Ascending Descending (BroBroo Books) broşürü soprano Martin Hennessy tərəfindən mahnı silsiləsində operaya uyğunlaşdırılmışdır. 2011-ci ildə onun məhdud sayda olan Descending Ascending (BroBroo Books) adlı kitabçası soprano Martin Hennessy tərəfindən mahnı silsiləsində operaya uyğunlaşdırılmışdır. Amerikan yazıçısı Canet Kaplan Lehman Kollecində və Kolumbiya Universitetində təhsil almışdır. Bir neçə il Kaplan Fordham Universitetində iqamətgahda şair kimi çalışmışdır. Hal-hazırda o, beynəlxalq rəqəmsal ədəbiyyat jurnalı olan AMP-nin redaktoru olduğu Hofstra Universitetində şeir və yaradıcı yazıdan dərs deyir.
Calut (Oğuz)
Calut — Azərbaycan Respublikasının Oğuz rayonunda eyniadlı inzibati ərazi vahidinin mərkəzi. Rayonun mərkəzindən 6 km qərbdə, Oğuz–Şəki şose yolunun sağında, Baş Qafqazın ətəyindədir. Calut kəndi Qafqaz Albaniyası dövlətinin (E.ə. IV əsr – E. VII əsri) ən qədim yaşayış məskənlərindən biri olmuşdur. Burada hazırda qədim və orta əsrlərə aid arxeololi və memarlıq abidələrindən Alban kilsəsinin, Alban pirinin, qədim yaşayış yerinin, Alban nekropolunun qalıqları durur ki, bunlar da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi qərarı ilə ölkə və yerli əhəmiyyətli abidələr siyahısına daxil edilmişdir. 1824-cü il Şəki əyalətinin kameral təsvirinə əsasən Calut kəndində 232 təsərrüfatda 1048 nəfər əhali yaşayırdı ki, onların da 542 nəfərini kişilər, 506 nəfərini isə qadınlar təşkil edirdi. Tarixi mənbələrdə (Musa Kalankaytuklu, Fəridə Məmmədova, Qiyasəddin Qeybullayev, Tofiq Məmmədov, Mahmud İsmayılov və başqalarının əsərləri) qeyd olunan 26 alban tayfasından biri türkdilli çullar (çol-çal) olmuşdur. Çul tayfası Qafqaz Albaniyasının (bugünkü Azərbaycan Respublikası) şimal-şərqində yaşamışdır. Eramızın ilk əsrlərində Dərbənddən cənubda bir şəhər Çol-Çul-Çala adı ilə məlumdur. "Çul" etnonimi öz varlığını bu gün Azərbaycanda mövcud olan Çullu (Ağdam, Cəbrayıl), Çorbinə (Balakən), Tahirçal (Qusar), Çallı (Zərdab) və s.
Canet Yellen
Canet Yellen (13 avqust 1946, Bruklin, Nyu-York ştatı) — 26 yanvar 2021-ci ildən bəri ABŞ-nin 78-ci Maliyyə Naziri vəzifəsində çalışan amerikalı iqtisadçı. O, əvvəllər 2014–2018-ci illərdə Federal Ehtiyat Sisteminin 15-ci sədri vəzifəsində çalışıb. O, həmçinin Ağ Evin İqtisadi Məsləhətçilər Şurasına sədrlik edir və bu, onu belə vəzifələrdə çalışan ilk şəxs və hər iki vəzifəni tutan ilk qadın edir. Bruklinin Bay Ridge adlanan məhəlləsində doğulub böyüyən Yellen 1967-ci ildə Braun Universitetini bitirib və 1971-ci ildə Yel Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsi alıb. 1971–1976-cı illərdə Harvard Universitetində dosent olaraq dərs deyən Yellen, 1977–1978-ci illərdə Federal Ehtiyatlar Şurasında daimi iqtisadçı kimi çalışdıqdan sonra 1978–1980-ci illərdə London İqtisadiyyat Məktəbinin fakültəsinə daxil olub. Yellen 1980-ci ildən bu yana mühazirəçisi və Yevgeniya E. və Ketrin M. Trefeten Biznesin İdarə Edilməsi Professoru və İqtisadiyyat Professoru olduğu Berkli Kaliforniya Universitetinin və Haas Biznes Məktəbinin fəxri professorudur. Yellen 1994–1997-ci illərdə Federal Ehtiyat Sisteminin İdarə Heyətinin üzvü olub və prezident Bill Klinton tərəfindən bu vəzifəyə namizəd verildi. 1997–1999-cu illərdə İqtisadi Məsləhətçilər Şurasının sədri vəzifəsini icra edən Yellen daha sonra yenidən akademiyaya qayıdıb. Yellen daha sonra 2004–2010-cu illərdə San-Fransisko Federal Ehtiyat Bankının prezidenti və baş icraçı direktoru təyin edildi. Ardınca isə o prezident Barak Obama nın təyinatı ilə 2010-cu ildən 2014-cü ilə qədər Federal Ehtiyat Sisteminin sədr müavini vəzifəsində Donald Konu əvəzlədi.