Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
CVE
Common Vulnerabilities and Exposures – ictimaiyyətə məlum olan informasiya təhlükəsizliyi boşluqları və istismarları üçün istinad təmin edən sistem. The MITRE Corporation tərəfindən idarə olunan ABŞ Milli Kibertəhlükəsizlik Tədqiqat Mərkəzi, ABŞ Daxili Təhlükəsizlik Departamentinin Milli Kibertəhlükəsizlik Bölməsinin maliyyə dəstəyi ilə sistemi idarə edir. Sistem rəsmi olaraq 1999-cu ilin sentyabrında ictimaiyyət üçün istifadəyə verilmişdir. Security Content Automation Protocol CVE-dən istifadə edir. CVE ID-ləri Mitrenin sistemində, eləcə də ABŞ Milli Boşluqlar Bazasında verilir.
Cəh-Cəh Həsrətində (1983)
Veh adası
Veh adası (ind. Pulau Weh) — Sumatra adasından şimal-qərbdə yerləşən, İndoneziyaya məxsus olan ada. Pleystosen dönəmində Sumatra ilə bitişik olmuşdur. Ada Andaman dənizində yerləşir. Adanın ən böyük şəhəri Sabanqdır. Özünün unikal ekosistemi ilə seçilir. Bu səbəbdən bölgədə 60 mil ərazisi olan təbiət qoruğu təşkil edilmişdir. Sahil sularında nəhəng ağızlı köpək balıqlarına rast gəlinir. Ada yayılmış Bufo valhallae növünün nəsli kəsilmək üzrədir. Yerləşdiyi bölgənin mərcanlarında çoxlu sayda balıq növü vardır Rəsmi sayt.
Cəh-cəh həsrətində (film, 1983)
Huanq Huei-Çieh
Huanq Huei-Çieh (2 iyul 1965) — Çin Taybeyini təmsil edən stolüstü tennisçi. == Karyerası == Huanq Huei-Çieh Çin Taybeyini 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub.
Veh Antiok Xosrov
Veh Antiok Xosrov (pəhl. wyḥ ʾntywk ḥwslwd; hərf. "Antioxiyadan daha yaxşı, bunu Xosrov tikib"), həmçinin Bih-əz-Əndiv-i Xosrov (fars. به از اندیو خسرو‎;, hərf. "Xosrovun Antioxiyadan daha yaxşısı"), Antioxiya Xosrou (yun. Ἀντιόχεια Χοσρόου), Ruməkan (fars. رومگان‎ ) və ya ər-Rumiyyə (ərəb. الرومية‎) — indiki İraqda yerləşən tarixi şəhər. Bu, İran padşahı I Xosrov tərəfindən Dəclə çayının şərq sahilində, deportasiya edilmiş Roma hərbi əsirlərinin məskunlaşdığı Sasani imperiyasının Ktesifon şəhərinin yaxınlığında qurulmuşdur. Məlumata görə, bu, Ktesifondan təxminən bir günlük piyada məsafədə idi. Şəhəri Gundeşapurdan olan xristian Bəraz idarə edirdi. VI əsrin sonlarında onun əhalisi təxminən 30,000 nəfər idi.
Crex crex
Adi çivdimdik (lat. Crex crex) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinin çivdimdik cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == Təhlükə vəziyyətindədir (EN). Qorunması gücləndirilməsə kritik vəziyyətə düşə bilər. == Qısa təsviri == Ümumi rəngi bozumtul-kürəndir. Beli uzununa naxışlıdır. Qanadları pas kimi kürəndir. Boğazı ağımtıl, döşü və çinədanı isə açıq-bozdur. Bədəninin yanları köndələn ağ zolaqlı açıq-kürəndir.
Adeh
Adeh (Sulduz)
Aves
Quşlar (lat. Aves) — istiqanlı xordalılar qrupunun Aves sinfinə aid heyvanlar olub, lələk, dişsiz çənə, sərt qabıqlı yumurta qoymaq, yüksək metabolizm sürəti, dörd-kameralı ürək və ağır olmayan, dayanıqlı skelet kimi özünəməxsus xassələrə malikdir. == Haqqında == Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı nümayəndələridir. Yer kürəsində 9600-dən artıq növü yaşayır.[mənbə göstərin] Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur. Quşların sağ yumurtası reduksiyaya uğramışdır. Onlar yumurtalarını quraqlıq ərazilərə qoyurlar. Və bədənlərinin tempraturları da, yüksək olur 41–42 dərəcə. Quşlar bir sıra xüsusiyyətlərinə görə digər onurğalılardan fərqlənir. Onlarda dəri quru olub, üzəri lələklərdə örtülmüşdür, vəzilərdən məhrumdurlar.
Avey
Avey kilsəsi — Qazax rayonu ərazisində Aveydağ silsiləsinin ən yüksək zirvəsində yerləşən abidə. Avey Ağstafa FK — 1990-cı ildə Ağstafada yaranmış futbol klubu. Avey (dağ) — Gürcüstan ilə Qazax rayonu arasında yerləşən Kiçik Qafkaz dağlarındakı zirvələrdən biri, ağ bozumtul dağ silsiləsidir.
Avəc
Avəc — İranın Qəzvin ostanında şəhər, Avəc şəhristanının inzibati mərkəzi. == Tarix == 2002-ci ildə baş verən zəlzələ nəticəsində təxminən Avəcin yarısı yıxılsada, sonradan geniş-miqyaslı yenidən qurma işləri burada aparılmışdır. == Coğrafiya == Avəc Qəzvindən 117 km, Tehrandan isə 273 km uzaqda yerləşir. Ərazisi dağlıq və otluqdur. Avəcə ən yaxın dağ 2.560 metr yüksəkliyi olan Gavurqala dağıdır. Bölgədə Aralıq dənizi iqlimi üstünlük təşkil edir. Orta illik yağıntı miqdarı 316 millimetrdir. Ən sulu ay Noyabr, ortalama 51 mm yağıntı , ən quru ay isə sentyabr, 2 mm yağıntı ilə. == Əhalisi == 2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,142 nəfər və 1,621 ailədən ibarət idi. === Milli tərkibi === Şəhər monoetnik azərbaycanlı şəhəridir.
Açeh
Açeh — İndoneziya əyalətidir, Sumatranın şimal ucunda yerləşir. Paytaxtı və ən böyük şəhəri Banda Açehdir. Hindistanın Andaman və Nikobar adalarına yaxındır və onlardan Andaman dənizi ilə ayrılır. Xüsusi bir muxtariyyət verilib, Açeh dini baxımdan mühafizəkar bir məkandır və şəriət qanunlarını rəsmi olaraq tətbiq edən yeganə İndoneziya əyalətidir. Bu bölgədə on yerli etnik qrup var, ən böyüyü Açeh xalqıdır və bölgə əhalisinin təxminən 80% -dən 90% -ə qədərini təşkil edir. Açeh İndoneziyada İslamın yayılmasının başlandığı yerdir və İslamın Cənub-Şərqi Asiyada yayılmasının əsas amilidir. İslam Açehə (Fansur və Lamuri Krallığı) eramızın 1250-ci ilində çatdı. XVII əsrin əvvəllərində Açeh Sultanlığı Malakka boğazı bölgəsində ən varlı, güclü və inkişaf etmiş bir dövlət idi. Açeh keçmiş Hollandiya kolonistləri və daha sonra İndoneziya hökuməti də daxil olmaqla, xarici müstəqillik və nəzarətə qarşı müqavimət tarixinə malikdir. Açeh bəzi qiymətləndirmələrə görə qaz ehtiyatlarının dünyanın ən böyük ehtiyatlarından biri olduğunu söyləyən neft və təbii qazın əhəmiyyətli təbii ehtiyatlarına malikdir.
Cavea
Cavea (lat. Cavea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Cavea tanguensis (J.R.Drumm.) W.W.Sm.
Chen
Ağqaz (lat. Chen) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Civə
Civə (Hg) (farsca: جیوه-jive)– D.İ. Mendeleyevin elementlərin dövri sistemində 80-ci element. İtalyadakı Monte-Amyata civə yatağı Qədim Roma dövründən istifadə olunur. Civənin bu qədər qədimdən məlum olmasının səbəbi onunla əlaqədardır ki, orada çıxarılan kinovar (civə-sulfid HgS) havada qızdırıldıqda asanlıqla parçalanaraq metallik civə buxarları əmələ gətirir: HgS+O2→Hg+SO2 Civə e.ə. II minillikdə insanlara məlum idi. Əlkimyaçılar onu maddələrin qadın başlanğıcı, metalların anası, fəlsəfə daşının əsası hesab edirdilər. Onlar civəni argentium vivum ("CANLI GÜMÜŞ"), hidrargirum ("maye gümüş") və ya Mercurius adlandıraraq onun metalların şahı qızılla yaxınlığını nəzərə çatdırırdılar (işarəsi qızıl olan Merkuri planeti Günəşə ən yaxın planetdir). .Civə ağır metal, birləşmələri olduqca təhlükəli maddələr olub atmosferi, suyu, qida məhsullarını çirkləndirir. Tərkibində civə olan üzvi birləşmələr, xüsusən metal-civə daha təhlükəlidir. Civə ən toksik metallardan biri olub, ətraf mühitdə geniş yayılmışdır, trofik zəncirdə bioakkumlyasiya və hərəkət etmə qabiliyyətinə malikdir. Civənin qida zənciri üzrə hərəkətini sadə şəkildə aşağıdakı kimi göstərmək olar: su – dib çöküntüləri – biota (bentos, fito – zooplankton), balıqla qidalanan balıqlar və quşlar.
Crex
Çivdimdik (lat. Crex) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin sufərələri fəsiləsinə aid heyvan cinsi.
Crvej
Crvej — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Cevriş formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin qədim adının Çivreş olduğu göstərilir. Ermənicə bu kənd hal-hazırda "Crvej" adlanır, və kəndin adının mənasının erməni dilində "şəlalə" olduğu bildirilir. == Əhalisi == Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828–1929-cu illərdə İran və Türkiyədən köçürülüb yerləşdirilmişdir. Burada ermənilərlə yanaşı 1873-cü ildə 43 nəfər, 1886-cı ildə 31 nəfər, 1897-ci ildə 58 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdular. İndi burada ermənilər yaşayır.
Cüvə
Cüvə — Azərbaycan Respublikasının Ağdaş rayonunun Korarx kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Qolqəti kənd inzibati-ərazi vahidinin Cüvə kəndi Korarx kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Azərbaycana ilk gəlişləri XII əsrdən hesablanan, Səfəvilər dövründə qacarların tərkibində Azərbaycanın iqtisadi-siyasi həyatında fəal iştirak etmiş yivə/yıva tayfasının adından olduğu ehtimal edilir. Toponimin Güvə variantı da işlənməkdədir. == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == Əhalisi 517 nəfərdir.
Cərh
Cərh — ərəb dilində "yaralamaq", "təsir etmək", "bir yaranı deşmək" mənalarını ifadə edir. Hədis termini olaraq "cərh" müəyyən səbəblərdən ravinin rədd edilməsinə, tənqid edilməsinə deyilir. Bunun üçün cərh ləfzlərindən istifadə edilir. Məsələn: zəif, mətruk, kəzzab və s.
CNET
CNET ("Computer Network" sözünün qısaldılmış versiyası) — qlobal miqyasda texnologiya və istehlak elektronikası ilə bağlı rəylər, xəbərlər, məqalələr, bloqlar, podkastlar və videolar dərc edən amerikan media veb-saytı. CNET, internet televiziya şəbəkəsi olan CNET Video və onun podkast və bloq şəbəkələri vasitəsilə yeni media yayımlama üsullarını tətbiq etməzdən əvvəl ilkin olaraq radio və televiziya məzmununu öz internet saytında təqdim edirdi. 1992-ci ildə Halsi Minor və Şelbi Bonni tərəfindən əsası qoyulmuşdu və CNET Networks-ün flaqman brendi idi. 2008-ci ildə həmin bölmənin CNET Networks-ü alması ilə CBS Interactive brendinə çevrildi. 30 oktyabr 2020-ci ildən Red Ventures-a məxsusdur. İngilis dilindən başqa, CNET-in regiona və dilə aid nəşrlərinə çin, fransız, alman, yapon, koreya və ispan dilləri daxildir. == Tarixi == PepsiCo-dan ayrıldıqdan sonra Halsi Minor və Şelbi Bonni 1992-ci ildə kompüterlər və texnologiya ilə əlaqəli 24 saatlıq kabel televiziyası olan c/net-i yaratdılar. Fox Network həmtəsisçisi Kevin Vendl və Disney-in keçmiş əməkdaşı Dan Bakerin köməyi ilə CNET kompüterlər, texnologiya və internet haqqında dörd pilot televiziya verilişi istehsal etdi. CNET TV "CNET Central", "The Web" və "The New Edge"-dən ibarət idi. "CNET Central" ilk dəfə ABŞ-də USA Network-də yayımlanmışdır.
Fundiseius cavei
Fundiseius cavei (lat. Fundiseius cavei) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin fundiseius cinsinə aid heyvan növü.
Huqo Çaves
Uqo Rafael Çaves Frias (isp. Hugo Rafael Chávez Frías; 28 iyul 1954[…] – 5 mart 2013[…]) — Venesuela dövlət və hərbi xadimi, 1999–2013-cü illərdə Venesuela prezidenti, Venesuela Vahid Sosialist Partiyasının rəhbəri (2007–2013). == Həyatı == Uqo Rafael Çaves Frias 28 iyul 1954-cü ildə Venesuelanın Barinas ştatının Sabaneta şəhərində anadan olub. 1992-ci ildə yarı-hərbçi kimi Çaves sonradan prezident olan Karlos Andres Peresə qarşı uğursuz hərbi çevrilişə başçılıq edib. Lakin çevriliş baş tutmamış və o 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Çavesin sonradan siyasətdə bəxti gətirib. 1998-ci ildə populist seçki platforması, eləcə də yoxsulluğa və korrupsiyaya son qoymaq vədləri ilə Çaves neftlə zəngin Venesuelada prezident seçilib. 2002-ci ildə hərbi çevriliş nəticəsində iki günlük hakimiyyətdən kənarlaşdırılsa da, onu dəstəkləyən hərbçilərin əks çevrilişi nəticəsində yenidən hakimiyyətə qayıtmışdır. Gəncliyində peşəkar beysbol oyunçusu olmaq istəyən Çaves, əvəzində böyük siyasətə daxil olmuşdu. Xarici siyasətdə ABŞ əleyhinə çıxışları ilə tanınan Çaves, eyni mövqedə duran digər dövlət başçıları — Fidel Kastro, Mahmud Əhmədinejad və Muəmmər Qəddafi ilə dost münasibətlərə malik idi.
Johnny Cash
Conni Keş (R. J. R. Keş; 26 fevral 1932[…] – 12 sentyabr 2003[…], Neşvill) — amerikalı müğənni, gitaraçı, aktyor və yazıçıdır. O ümumilikdə 90 milyondan artıq disk satmaqla bütün zamanların ən çox satan musiqi ifaçılarından biri olmuşdur. ilk olaraq xatirələrə kantri ikonu kimi gəlsə də, onun Rok-n-roll, rockabilly, blüz, Blüz xalq və incil janrlarında musiqiləri var.
Karlos Çaves
Karlos Çaves (əsl soyadı və adı Padua Çaves-i-Ramires Karlos Antonio de; (13.6.1899, Mexiko yaxınlığındakı Kalsado-de Takula – 2.8.1978, Mexiko) — Meksika bəstəkarı, dirijor, pianoçu, pedaqoq və ictimai xadim. == Həyatı == P.L. Oqason və M. Ponsedən fortepianoda çalmaq dərsləri almış, kompozisiyanı müstəqil surətdə öyrənmişdir. 1925–26-cı illərdə Mexikoda müasir musiqidən ibarət konsertlər təşkil etmişdir. 1928-ci ildə Mexiko simfonik orkestrini yaratmış (sonralar Milli simfonik orkestr) və 1949-cu ilə qədər ona rəhbərlik etmişdir. Milli Konservatoriyanın direktoru (1928–34), Meksika musiqi nəşriyyatını yaradanlardan biri (1945), “Nuestra Musica” jurnalının təsisçisi (1946), Zərif Sənətlər Milli İnstitutunun baş direktoru (1947–52) olmuşdur. Meksika və Latın Amerikası bəstəkarlarının yaradıcılığını təbliğ edərək, dirijor kimi Amerika və Avropa ölkələrində konsertlər vermişdir. Musiqi tənqidçisi kimi mətbuatda çıxış etmişdir. == Fəaliyyəti == Bir çox xarici akademiya və institutların fəxri üzvü seçilmişdir. S. Revueltasla bərabər Meksika müasir bəstəkarlıq məktəbinin banisi, Latın Amerikası aparıcı bəstəkarlarından olmuşdur. 20–30-cu illərdə yaratdığı əsərlərdə Meksika xalq musiqisinin, hindi musiqisinin elementləri (asteklərin həyatından götürülmüş süjetlərə yazılmış baletlər, “Hindi simfoniyası”) üstünlük təşkil edirdi.
Millimetr civə
Millimetr civə (mmHg) — digər adı ilə “torr” olaraq da bilinən və Beynəlxalq vahidlər sisteminə (Système International d'Unités, SI) uyğun olmayan bir təzyiq vahididir. 760 mm Hg (760 Torr) 1 atmosfer təzyiqinə bərabərdir. Dəniz səviyyəsində civə ilə dolu bir qab və bir boru ilə açıq hava təzyiqinin 76 sm ölçülməsi ilə meydana çıxan vahiddir.