VƏH

nida [ fars. ] Bəh, bəh-bəh, əcəb, pah.
Mərhəbalar! Vəh, nə əncam etdi, amma millət a! M.Ə.Sabir.

// Ba x vah.
Dil deməkdən kəsilib, tən hərəkətdən, vəh, kim; Künciqəmxanəyə bir surəti-divar olubam. Füzuli.
Çakər olur, rəsmdir, bəndeyi-fərmani-xan; Vəh, bu nə çakərdi kim, payına yüz xan düşər. Q.Zakir.

VƏGƏR
VƏHABİ
OBASTAN VİKİ
Abdullah ibn Ömər Əbu Vəhhab əl Kəlbi
Əbu Vəhhab Abdullah ibni Ümeyr Kəlbi — İmam Hüseynə qoşulub İslamı qəbul etmiş xristian gənc. Kərbəla şəhidlərindən biridir. O və onun ailəsi İmam Kərbəlaya yollanarkən o həzrətin karvanına qoşulmuşdu. Yeni evlənən (bəzi rəvayətlərə görə cəmi 17 gün idi ki evlənmişdi) gəncin şəhid olan zaman 25 yaşı var idi. Aşura günündə təkbətək döyüşlər zamanı şəhid oldu. Başının üstünə gələn anasını da rəhmsizliklə şəhid etdilər. Rəvayətə görə, anasının ondan daha tez iman gətirməsi onun İslamı qəbul etməsinə zəmin yaratmışdı. Əsasən anası idi ki, onun İmam Hüseynə qoşulmağa və döyüşə atılmağa təşviq edirdi. Aşura günündə Vəhəbin başını kəsib, anasının qarşısına atanda o dedi: - “Həmd o Allaha olsun ki, onun şəhid olması ilə Rəbbim və İmam yanında başım uca, gözüm isə aydın oldu. Allaha şəhadət verirəm ki, kilsələrdəki və atəşgahlardakı xristianlar, yəhudi və atəşpərəstlər sizdən yaxşıdır” Xarəzmi deyir ki, Şimr ibni Zil-Couşən öz nökərinə onu öldürməyi əmr etdi və o da Vəhəbinin anasının başından vurub onu qətlə yetirdi.
Almanların Şimali Qafqazda vəhşilikləri (film, 1943)
Almanların Şimali Qafqazda vəhşilikləri qısametrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1943-cü ildə çəkilmişdir. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Film alman-faşist işğalçılarının Şimali Qafqazda törətdikləri vəhşiliklərdən, 1943-cü ildə rus yazıçısı Aleksey Tolstoyun başçılığı ilə bu cinayətləri təhqiq edən dövlət komissiyasının fəaliyyətindən danışır. Çəkilmiş kinokadrlar ifşaedici materiallar kimi Nürnberq məhkəmə prosesində göstərilmiş və "Ordenli Azərbaycan" kinojurnalına da daxil edilmişdir. == Məzmun == Film alman-faşist işğalçılarının Şimali Qafqazda törətdikləri vəhşiliklərdən, 1943-cü ildə rus yazıçısı Aleksey Tolstoyun başçılığı ilə bu cinayətləri təhqiq edən dövlət komissiyasının fəaliyyətindən danışır. Filmdə faşistlərin Mineralnıye Vodı, Kislovodsk, Pyatiqorsk və Nalçik şəhərlərində törətdikləri vəhşiliklər təkzibolunmaz faktlarla ifşa edilir. == Film haqqında == Çəkilmiş kinokadrlar ifşaedici materiallar kimi Nürnberq məhkəmə prosesində göstərilmiş və "Ordenli Azərbaycan" kinojurnalına da daxil edilmişdir.
Aminə binti Vəhb
Əminə binti Vəhb (ərəb. آمِنَة ٱبْنَت وَهْب‎, ʾĀminahʾ ibnat Wahb, 549, Məkkə – 23 may 577, Əl-Əbva[d], Məkkə bölgəsi[d]) — İslam peyğəmbəri Məhəmməd Peyğəmbərin anası. == Həyatı == Tarixi qaynaqlarda Əminə binti Vahbın doğum tarixi barədə hər hansı bir məlumat yoxdur. Çox gənc yaşlarında evlədiyi bilinir. Həyat yoldaşı Abdullah ibn Əbdülmütəllib o hamilə ikən vəfat etmişdir. Məhəmməd Peyğəmbərin doğumundan altı il sonra, 577-ci ildə, həyat yoldaşı və qohumlarının məzarlarını ziyarət etmək məqsədilə Məhəmməd ilə getdiyi Mədinədən qayıdarkən Ebva adlı bir kənddə, gənc yaşda (22 və ya 23) vəfat etmiş və oradaca dəfn edilmişdir. Məzarı hələ də oradadır. Məhəmməd Peyğəmbərin anası olduğu üçün İslam Ədəbiyyatında xüsusi yerə sahibdir.
Buz dövrü: Buck vəhşisinin sərgüzəştləri (animasiya, 2022)
Buz dövrü: Buck vəhşisinin sərgüzəştləri (ing. The Ice Age Adventures of Buck Wild) - 2022-ci ildə istehsal olunmuş animasiyadır. == Məzmun == Crash və Eddie adlı iki cinsdən narahat olan övladlığa götürən yunlu mamont bacısı Elli onları çağırır, lakin onlar dinləməkdən imtina edərək, özlərini müstəqil itlər adlandırırlar. Təsadüfən qar uçqunu törədirlər və dəstənin bağ evini dağıtırlar. Ellinin əri Manny, Crash və Eddie ehtiyatsızlıqlarına və məsuliyyətsizliyinə görə qəzəblənir, onunla və sürünün qalan hissəsi təkbaşına sağ qala bilməyəcəklərini bəyan edir. Onların səhv olduğunu sübut etmək istəyən Crash və Eddie gizlənərək yeni düşərgəni tərk edirlər. Ertəsi gün Crash və Eddie-nin getdiyini görən Elli onları tapmaq üçün getmələrini tələb edir. Crash və Eddie dinozavrlarla dolu olan İtirilmiş Dünyanın girişində büdrəyir və onları yeməyə çalışan iki raptorla tez bir zamanda problemə düşürlər. Ayrılaraq, Buck Wild ilə qarşılaşırlar, o, onlara qaçmağa kömək edir və onlara deyir ki, Protoceratops, gənc ikən böyük bir beyni olduğu üçün zorakılığa məruz qalan Orson sürgündən qaçıb və bu şəhəri fəth etməyə gəlib. İtirilmiş Dünya.
Cənubi Afrika vəhşi pişiyi
Cənubi Afrika vəhşi pişiyi (lat. Felis silvestris cafra) — pişik cinsinə aid heyvan yarımnövü.
Fərhad və Şirin (Vəhşi)
Fərhad və Şirin - fars şairi Vəhşi Bafqinin Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının təsiri ilə müstəqil olaraq yazdığı poemadır. Şair poemanı tamamlaya bilmədən dünyasını dəyişmişdir. Vəhşinin vəfatından təxminən 250 il sonra, Vüsal Şirazi təxəllüsü ilə yazan Mirzə Şəfi Şirazi həmin əsəri tamamlamağı öhdəsinə götürmüşdür. Lakin, əcəl ona da imkan verməmiş, poema yenə yarımçıq qalmışdır. Vüsalın vəfatından bir neçə il sonra, Sabir Şirazi təxəllüslü bir şair əsəri tamamlamağı öz öhdəsinə götürmüşdür. O, Vəhşi və Vüsalın əsərinə 608 misra artırmaqla əsəri başa çatdırmışdır. Vəhşinin "Fərhad və Şirin" poeması yarımçıq olmasına baxmayaraq, Nizaminin "Xosrov və Şirin" poemasından sonra bu mövzuda yazılmış ən güclü əsər hesab edilir. == Məzmunu == Vəhşi özü də zəhmətkeş ailəyə mənsub olduğundan, əsərini şahənşah Xosrov Pərvizə yox, zəhmətkeş Fərhada həsr etmişdir. Vəhşi də Nizami Gəncəvi kimi həyatın və kainatın əsas məqsədini eşqdə görmüş, eşqdən başqa hər şeyi etibarsız hesab etmişdir. O, eşq nemətindən məhrum olan bir insanı, dirilik suyu içib, əbədi yaşamaq hüququ qazanmış olsa da, mənəvi ölmüş hesab edir: Şair, həqiqi eşq uğrunda yanıb kül olmağı belə, “vücudun həddi-kəmalə çatması” kimi qiymətləndirir.
Hacı Rəhim ağa Vəhidi
Hacı Rəhim ağa Dilbazov (1822, Qazax – 1874) — XIX əsrdə yaşamış Azərbaycan şairi.
Jofrua vəhşi pişiyi
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.
Məhəmməd Tahir Vəhid Qəzvini
İmadəddin Mirzə Məhəmməd Tahir Qəzvini — Hüseyn xan Qəzvininin oğlu, "Vəhid" təxəllüsü ilə Azərbaycanın XVII-XVIII əsr şair, xəttat və tarixçilərindən və Xuldi Bərin tarixi" kitabını müəllifinin, Məhəmməd Yusifin qardaşıdır. O, 1015-ci ildə (Hicri) Qəzvin şəhərində dünyaya gəlmişdir. Mirzə Tahir, II Şah Abbas Səfəvi sarayının rəsmi tarixçisi idi və sonra Şah Süleyman Səfəvinin vəziri oldu. Onun məşhur əsərlərindən II Şah Abbas tarixidir, digər əsərləri, azərbaycanca və farsca, poeziya və nəsrdir.Mirzə Məhəmməd Tahir, Saib Təbrizi ilə yaxın yoldaş idi. 1120-ci ildə (Hicri) vəfat edib. 2009 ildə Paşa Kərimov və Arif Rəməzanov azərbaycanca şeirlərinin bir hissəsini toplayıblar və Bakı şəhərində Nurlan Nəşrlər tərəfindən "Vəhid Qəzvini divanı" adıyla çap olunub.Məhəmməd Tahir Vahid Şah Süleymanın dövründə (1666-1694) dövlətin baş vəziri vəzifəsini icra edirdi. O, "Abbasnamə" adlı əsərin müəllifidir. Bu tarixçi 1699-cu ildə vəfat etmişdir.
Məhəmməd ibn Əbdül Vəhhab
Məhəmməd ibn Əbdülvahab və ya İbn Əbdülvahab (tam adı:Məhəmməd ibn Əbdülvahab Nəcdi; 1704[…] – 22 iyun 1792) – XVIII əsrdə yaranmış sələfi cərəyanının qurucusu. == Həyatı == Məhəmməd ibn Əbdülvahab 1695-ci ildə Osmanlı imperiyasının Ərəbistan yarımadasının Nəcd vilayətinin Üyeynə şəhərində dünyaya gəlmişdir. == Təhsili == Atası hənbəli məzhəbli alim və Nəcd vilayətinin qazisi olmuşdur. Məhəmməd hələ uşaqlıqdan təfsir, əqaid və hədis kitablarını oxumağa böyük həvəs göstərmişdir. İlk təhsilini atasından almışdır. Hələ uşaqlıqdan bəzi qayda-qanunları və adət-ənənələri qəbul etməmiş, bunları yenilik adlandıraraq inkar etmişdir. İlkin təhsilini Üyeynədə aldıqda sonra Bəsrə, Zübeyr, Əhsa, və Hüreymilə kimi şəhərlərə səfərlər emişdir. 1719-cu ildə atası Əbülvahab da Hüreymiləyə gəlmiş və birikdə yaşamışlar. 1733-cü ildə atası vəfat etmişdir. Məhəmməd atasının vəfatından sonra özünün bir çox yeni fikir və ideyaları ilə məşhurlaşmışdır.
Nail Vəhdəti Çakırxan
Nail Vəhdəti Çakırxan(1910, Ula-2008, Muğla)—Türkiyə mimar, şair və jurnalist. Ağahan Mimarlık Ödülü sahibidir. == Həyatı == 1910'da Muğla'nın Ula ilçesinde doğdu. Muğla ve Konya'da lisyi okuduktan sonra Tıp ve Hukuk fakültelerini yarım bıraktı. Rusya'ya giderek tahsiline burada devam etti. Önçülərindən olduğu sərbəst şeir anlayışının yayğınlaşmasına töhfəsi böyükdür. 1950-ci illərdən sonra şeiri tərk etmiş, daha çox siyasi mücadilə ilə uğraşmışdır.
Nuh ibn Vəhsudan
Nuh ibn Vəhsudan (v. 989) — Salari şahzadəsi, bir müddət Azərbaycanın hakimi. Qardaşı İsmailin ölümündən sonra atası Vəhsudan tərəfindən Azərbaycana göndərilmiş və elə həmin il də İbrahimə məğlub olub qaçmışdı.
Odinin Vəhşi ovu
Odinin Vəhşi ovu (norv. Åsgårdsreien, bukv. Asqard gəzintisi) — Peter Nikolay Arbo tərəfindən 1872-ci ildə çəkilmiş rəsm əsəri. Bu rəsm əsəri skandinav folklorunda olan Vəhşi ovu təsvir edir və Yohan Sebastiyan Velhavn tərəfindən yazılmış bir şeir əsasında çəkilmişdir. Rəsm əsəri Norveçin paytaxtı olan Oslo şəhərində yerləşir Milli İncəsənət, Memarlıq və Dizayn Muzeyinin kolleksiyasında saxlanır. == Zəmin == Rəsm əsəri skandinav folklorundakı Vəhşi ov mövzusuna əsaslanır. Skandinav ənənəsinə görə, Vəhşi ov tanrı Odin ilə bağlıdır. Bu hadisə Qış fəslində səmada keçirilən dəhşətli bir mərasimdan ibarətdir və gizlənməyə yer tapa bilməyən bədbəxt insanların oğurlanması ilə nəticələnir. Norveç ənənəsinə görə, tanrı Odindən başqaları da ovun rəhbəri ola bilər. Bunlara Lüssi və Quro Rısserov kimi şəxsiyyətlər aiddir.
Vəhb ibn Münəbbih
Əbu Abdullah Vəhb ibn Münəbbih əl-Yəməni (ərəb. وهب بن منبه‎; 655, Damar[d], Yəmən, Rəşidi xilafəti – 738, Səna, Yəmən, Əməvilər xilafəti) — ənənəçi alim və tarixçi. O, Məhəmməd həyatı və İsrailiyyat haqqında hədislər toplamışdır. Hədisləri birbaşa Məhəmmədin səhabələrindən nəql etmişdir. == Həyatı == Tam adı Əbu Abdullah Vəhb ibn Münəbbih ibn Kamil ibn Siracuddin əl-Cimari əl-Sənani əl-Yəmənidir. Atası Münəbbih İran padşahlarının nəslindən olmuş, Məhəmmədin sağlığında islamı qəbul etmişdir. Anası Himyardan idi və "Himyar dili"ndə danışırdı. Başqa bir versiyaya görə, islamı yalnız onun oğlu Vəhb qəbul etmişdir. Rəvayətə görə, onun əcdadları əslən Heratdan olmuşdur.İsrailiyyatı yaxşı bilməsi bəzi tarixçilərin onun yəhudi mənşəli olduğuna inanmasına səbəb olmuşdur, baxmayaraq ki, o, bu biliyi müəllimi İbn Abbasdan almışdı. Nəvəvi və İbn Xəllikan kimi bioqraflar onun yəhudi köklərindən bəhs etmirlər.
Vəhbi Qoç
Vəhbi Qoç (türk. Vehbi Koç; 20 iyul 1901, Ankara, Ankara vilayəti – 25 fevral 1996, Antalya) — Türkiyənin məşhur "Qoç Şirkətlər Qrupu"nun yaradıcısı. == Həyatı == 20 iyul 1901-ci ildə Ankarada anadan olan Əhməd Vəhbi Qoç biznes fəaliyyətinə 16 yaşında ikən 1917-ci ildə atasının məsləhəti ilə Ankarada kiçik baqqal dükanını açmaqla başlamışdır. Hazırkı "Qoç" Şirkətər Qrupunun yaradılmasında ilk addım sayılan bu kiçik biznes Birinci Dünya müharibəsi və onun ardınca Türkiyədə Müstəqillik uğrunda müharibə dövründə elə də çox genişlənmədi, yalnız respublika yaradıldıqdan sonra tədricən böyüməyə başladı. 1923-cü ildə Ankara gənc respublikanın paytaxtı elan ediləndə inşaatçılıq fəaliyyəti bu kiçik şəhərdə tam miqyasda vüsət aldı və Vəhbi Qoç biznesini tikinti materialları və metal avadanlıqlarının təchizatı ilə genişləndirmək qərarına gəldi. Biznes fəaliyyətinə başladığı kiçik baqqal dükanı Qoçun atasına məxsus idi. O, 31 may 1926-cı ildə Ankaranın Ticarət Palatasında şirkəti Qoçzadə Əhməd Vəhbi olaraq öz adına sənədləşdirir və onun sahibinə çevrilir. Qoç qurumunun yaradılması məhz həmin gün simvollaşdırılır və Qrupun rəsmi yaradılma günü kimi qəbul edilir. Həmin illərdə Türkiyədə biznesin inkişafına ümidlər az idi. Müstəqillik uğrunda müharibə yenicə qurtarmışdı və ölkə müharibələr ucbatından xeyli zəifləmişdi; Türkiyə çox ləng inkişaf səviyyəsi olan kasıb dövlət idi.
Vəhdət Partiyası
Vəhdət Partiyası və ya qısaca VP ― Azərbaycanda 1994-cü ildə Hacı Cəbrayıl Əlizadə rəhbərliyində yaradılmış, 1998-ci ildən bu yana Tahir Kərimlinin sədrlik etdiyi siyasi partiya. Partiyanın təsisçiləri sırasında Azərbaycan Xalq Cəbhəsinin təsisçilərindən və ilk Müvəqqəti Təşəbbüs Mərkəzinin üzvü Abdul Vahab Manafov, Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq sədri Tahir Kərimli, Bakı və Kəndlər Birliyinin təsisçisi və ilk sədri Sabunçu Rayon İcra Hakimiyyətinin sabiq başçısı Hacı Cəbrayıl Əlizadə, Pənahi Makulunun oğlu professor Şəfiq Pənahi, Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı Sahib Məmmədov kimi şəxslər olmuşdur. Partiyaya 1995–1998-ci illərdə Hacı Cəbrayıl Əlizadə sədrlik etmiş, 1998-ci ildən isə Tahir Kərimli sədrlik etməkdədir. Partiya sədrinin birinci müavini vəzifəsini isə 1995-1996-cı illərdə Sahib Məmmədov, 1998-2000-ci illərdə Yunus Oğuz, daha sonra isə Abdul Vahab Manafov icra etmişdir. Partiyaya müxtəlif dövrlərdə dövlət qeydiyyatı olmayan Azərbaycan Müstəqil Demokratlar Partiyası kimi bir neçə partiya birləşmiş, 2000-ci ildə isə partiyadan ayrılanlar Milli Vəhdət Partiyasını təsis etmişdir. Partiya sıralarında Leyla Yunus və Yunus Oğuz kimi şəxslər də bir müddət fəaliyyət göstərmişdir. Vəhdət Partiyası Azərbaycan Respublikasının Milli Məclisinin V və VI çağırışında 1 deputatla — partiya sədri Tahir Kərimli ilə təmsil olunmuş və dövlət büdcəsindən maliyyə yardımı almışdır. Vəhdət Partiyası 2016-2021-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında Azərbaycan Sosial Demokrat Partiyası və Azərbaycan Sosial Rifah Partiyası ilə birgə vahid üzvlə — İlkin Zaur oğlu Şahbazovla təmsil olunmuşdur. Vəhdət Partiyası 2006-cı ilədək radikal müxalifət, 2006-cı ildən isə konstruktiv müxalifət mövqeyində olmuşdur. == Tarixi == Vəhdət Partiyası 1994-cü ildə Bakı və Kəndlər Birliyinin bazasında Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq sədri Tahir Kərimli, Sabunçu Rayon İcra Hakimiyyətinin sabiq başçısı Hacı Cəbrayıl Əlizadə, Şəfiq Pənahi və başqaları tərəfindən yaradılmışdır.
Vəhdət Sultanzadə
Vəhdət Sultanzadə (14 oktyabr 1935, Bakı – 28 mart 2022, Bakı) — Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri, Rusiyanın Türkiyə Respublikasındakı konsulu, SSRİ-nin Türkiyə Respublikasındakı konsulu, SSRİ-nin İran İslam Respublikasındakı konsulu. == Həyatı == Vəhdət Məmmədağa oğlu Sultanzadə 1935-ci ilin oktyabr ayının 14-də Bakıda anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri 6 saylı tam orta məktəbdə almışdır. Ali təhsilini isə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində almışdır. Vəhdət Sultanzadə 28 mart 2022-ci il tarixində vəfat etmişdir. Həmin gün saat 14:00-da İkinci Fəxri Xiyabanda dəfn edilmişdir. == Diplomatik fəaliyyəti == Vəhdət Sultanzadə 1962–1966-cı illərdə SSRİ-nin Əfqanıstan İslam Respublikasındakı nümayəndəliyində tərcüməçi kimi çalışmışdır. 1970–1980-ci illərdə SSRİ-nin İran İslam Respublikasındakı səfirliyində çalışmış, vəzifəsini SSRİ-nin İran İslam Respublikasındakı konsulu kimi başa vurmuşdur. Vəhdət Sultanzadə 1988–1991-ci illərdə SSRİ-nin Türkiyə Respublikasındakı konsulu vəzifəsini tutmuşdur. Sovet İttifaqı dağıldıqdan sonra o, 1991–1993-cü illərdə Rusiyanın Türkiyə Respublikasındakı konsulu vəzifəsini daşımışdır.
Vəhdət kilsəsi
Vəhdət kilsəsi — müasir dini cərəyan. Sinkretik səciyyəli yeni dini cərəyan hesab edilən Vəhdət Kilsəsinin əsasını 1954-cü ildə Seul şəhərində San Myen Mun qoymuşdur. === Yaranması === 1920-ci ildə kəndli ailəsində dünyaya gələn Mun məktəb illərində Presviterian kilsəsinə üzv olmuş, həmçinin "əllinci"lərin dini yığıncaqlarında iştirak etmişdir. Gənc yaşlarında Bibliyanı öyrənməklə məşğul olan gələcəyin təriqət yaradıcısı 1936-cı ildə Pasxa günü İsa Məsihi gördüyünü iddia etmişdir. Munun sözlərinə görə, İsa Məsih ona yer üzündə "Tanrı Səltənəti"ni qurmağı və özünün yerinə yetirə bilmədiyi missiyanı həyata keçirməyi tapşırmışdır. Munun bu iddiası xristianları qəzəbləndirmiş və o, Presviterian kilsəsindən xaric edilmişdir. Ümidsizliyə qapılmayan və "missiya"sını yerinə yetirməyə qərarlı olan Mun təbliğat sayəsində özünə həm Cənubi, həm də Şimali Koreyada ardıcıllar toplaya bilmişdir. Müxtəlif təqiblərlə üzləşən yeni "peyğəmbər" hər iki ölkədə dəfələrlə məhkəməyə cəlb edilmişdir. Ona qarşı hərbi qulluqdan yayınmaq, arvadbazlıq, çoxarvadlılıq, ictimai əxlaqın pozulması və maliyyə fırıldağı kimi ittihamlar irəli sürülmüşdür. Yaponiyada elektrik mühəndisi ixtisasına yiyələnən Mun Şimali və Cənubi Koreya arasında gedən müharibə zamanı kommunistlər tərəfindən konslagerə salınmışdır.
Vəhdətiyə
Vəhdətiyə— İranın Buşehr ostanının Dəştistan şəhristanının Sədabad bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,023 nəfər və 2,250 ailədən ibarət idi.
Vəhdətül-vücud
Vəhdətül-vücud — sufi təlimi. == Haqqında == Bu sufi təlimə görə yalnız bir varlıq vardır, o da Allahdır. Ondan başqa heç nə yoxdur. Maddi və mənəvi aləmdə olanlar isə onun təcəllisi və təzahürüdürlər. Onların varlıqları Tanrının varlığından asılıdır. Deməli maddi aləmin Allahla əlaqəsi bir şeyin onun kölgəsi ilə bağlılığı kimidir. O şey olmasa, onun kölgəsi də olmaz. Deməli bu dünyanın da varlığı Allahın varlığına bağlıdır. "Vəhdəti-vücud" təliminə görə hər bir şeydə Tanrının təzahürləri vardır. Hər bir sufi Tanrıdan başqa heç bir şeyin olmadığını bilir.
Vəhdətüş-Şühud
Vəhdətüş-Şühud (şahidlik vəhdəti, görmə birliyi) – sufi təlimi. == Haqqında == Bu təlimin müəllifi Əhməd Fəruqi olmuşdur. Onun dövründə mənsub olduğu Nəqşibəndi təriqətinin ardıcılları mənəvi yollarında İbn Ərəbinin vəhdəti-vücud təliminə üstünlük verirdilər. Ancaq bu təlim bəzi müəmmalı məqamlarına görə bir çox hallarda ənənəvi müsəlmanların etirazlarına gətirib çıxarmışdır. Buna görə Əhməd Fəruqi kübravi təriqətinin şeyxi Simnaninin (736/1336-cı ildə vəfat etmişdir) vəhdəti-şühud təlimini inkişaf etdirmişdir. == Simnani təlimi == Simnani yaradılmış varlıqda Allahın təcəlli etməsi ideyasını rədd etmişdir. Allahın yaratdığı varlıqların həqiqi və müstəqil mahiyyətləri vardır. Simnaniyə görə mənəviyyatın təkmilləşdirilməsini istəyən hər bir kəs vəhdəti-vücudda olduğu kimi Allahla qovuşmağa deyil, onunla görüşməyə və onun yaxınlığını duymağa can atmalıdır. Buna çatmaq üçün hər bir sufi, ilk olaraq şəriətin bütün qanunlarına tabe olmalıdır. Onun fikrincə yalnız şəriət yolu mənəvi yetkinliyə gətirib çıxara bilər.
Vəhhabilik
Vəhhabilik və ya vəhhabizm (ərəb. الوهابية‎ ; əl-Vəhhabiya) — islamda XVIII əsrdə formalaşmış dini və siyasi hərəkatdır. Batil firqələrdən biridir. Hərəkat İbn Teymiyyənin (1263–1328) davamçısı olan Məhəmməd ibn Əbdülvahhabin (1703–1792) şərəfinə adlandırılmışdır. Əslində, "vəhhabilik" termini təsisçinin şəxsi adından deyil, onun "ibn Əbdülvahhab" – "Vahənin qulunun oğlu" nəsəbindən yaranmışdır. Nəsəbin ikinci hissəsi olan "əl-Vəhhab" Allahın adlarındandır. Bəzi müsəlmanlar bu adlandırmanı Allaha qarşı təhqir hesab edirlər. Məhəmməd ibn Əbdülvəhhab həqiqi islamın yalnız Məhəmməd peyğəmbərin ardıcıllarının ("əs-sələf əs-salih") ilk üç nəsli tərəfindən tətbiq edildiyinə inanırdı və sonrakı bütün yeniliklərə etiraz edərək, onları kənar qüvvələr tərəfindən yeridilən bidət hesab edirdi. Bəzi etnoqrafların baxış bucağına görə, vəhhabilik nisbətən yeni cərəyandır. Onlara görə, vəhhabilik şəhər sakinlərinin sərvətinə etiraz olaraq ifadə edilir.
Vəhhabizm
Vəhhabilik və ya vəhhabizm (ərəb. الوهابية‎ ; əl-Vəhhabiya) — islamda XVIII əsrdə formalaşmış dini və siyasi hərəkatdır. Batil firqələrdən biridir. Hərəkat İbn Teymiyyənin (1263–1328) davamçısı olan Məhəmməd ibn Əbdülvahhabin (1703–1792) şərəfinə adlandırılmışdır. Əslində, "vəhhabilik" termini təsisçinin şəxsi adından deyil, onun "ibn Əbdülvahhab" – "Vahənin qulunun oğlu" nəsəbindən yaranmışdır. Nəsəbin ikinci hissəsi olan "əl-Vəhhab" Allahın adlarındandır. Bəzi müsəlmanlar bu adlandırmanı Allaha qarşı təhqir hesab edirlər. Məhəmməd ibn Əbdülvəhhab həqiqi islamın yalnız Məhəmməd peyğəmbərin ardıcıllarının ("əs-sələf əs-salih") ilk üç nəsli tərəfindən tətbiq edildiyinə inanırdı və sonrakı bütün yeniliklərə etiraz edərək, onları kənar qüvvələr tərəfindən yeridilən bidət hesab edirdi. Bəzi etnoqrafların baxış bucağına görə, vəhhabilik nisbətən yeni cərəyandır. Onlara görə, vəhhabilik şəhər sakinlərinin sərvətinə etiraz olaraq ifadə edilir.
Vəhid Əsədullahi
Vəhid Əsədullahi — İran radio və televiziyasının Azərbaycan musiqi departamentinin başçısı.

Значение слова в других словарях

ауди́рование досло́вный дохлёстываться запо́льный легити́мность недозво́ленный похозя́йствовать приеда́ться симули́рование буффона́дный скру́ббер шашлы́к штерт bequeath bonnet grandiosity jugged pudding head toxiphobia transpersonal whippoorwill жаловать нарубить оперативка почувствовать