Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cəngi
Cəngi (rəqs) — Rəqs növü. Cəngi (Abaran) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Cəngi (Qobustan) — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Cəngi GK — Güləş Klubu.
Cəngi (Abaran)
Cəngi, Cəngi təpə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd. Rayon mərkəzindən 12 km məsafədə, Abaran çayının yanında yerləşir. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra Abaran rayonunun tərkibindən çıxarılıb Alagöz (Araqadz) rayonunun inzibati - ərazi bölügüsünə daxil edilmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim «meşə Örtüyü olmayan dağ», «meşəsiz dağ» mənasında işlənən cəngi sözü ilə təpə sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 19.
Cəngi (Qobustan)
Cəngi — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Qobustan rayonunun faktiki mövcud olan Cəngi kəndi dəqiqləşdirmə qaydasında Nabur kənd sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 102 nəfər əhali yaşayır.
Cəngi (rəqs)
Cəngi rəqsi - Azərbaycan milli rəqsi. Cəngi sözü irandilli xalqlarda - cəng sözü, savaş deməkdir. Cəngi adlı qəsəbə var. Bəzi mütəxəssislər "Cəngi" sözünün "zəngi"dən törəməsini deyirlər. Zəngi əski Oğuz türk tayfaları olub: "Zəngilan", "Zəngibasar" toponimləri bu tayfalarla bağlıdır. "Cəngi" cəngavərlik yerişini, meydan oxumanı, döyüşə çağırışı ifadə edir. "Cəngi"nin yaranma tarixi çox qədimdir. Azərbaycan ərazisində Cəngi adlanan ərazi də var: Şamaxı rayonunda (indiki Qobustan rayonunun ərazisi). Qədim oğuz tayfalarında qəbilələr arasında döyüş, güləş zamanı, yarışlarda, hərbi mərasimlərdə Cəngidən istifadə edilirdi. Bir çox aşıq melodiyaları kimi, bu da Şur muğam ladındadır (kökündədir); ölçüsü 2/4–dir.
Cəngi rəqsi

Cenqa
Cenqa — Lesli Skot tərəfindən yaradılmış oyundur. Hasbro və Milton Bredly Company tərəfindən satışı həyata keçirilir. 54 taxta blokdan ibarətdir. Hər mərtəbə 3 blok olmaqla 18 mərtəbəli bir qüllə düzəldilir. Bununla belə, əgər ilk üç blok şimaldan cənuba düzülübsə, yuxarıdakı üç blok şərq-qərb sxemi ilə düzülməlidir. Oyun iştirakçıları növbə ilə bu 18 mərtəbəli qüllədən bir blok çəkir və qüllənin üstünə yenidən başlanğıcdakı kimi düzməyə başlayırlar. İştirakçılar toxunduqları bloku tək əlləri ilə çəkmək məcburiyyətindədirlər. Qüllə yıxılmadan əvvəl son bloku kim çəkibsə, oyunu o şəxs uduzur. Yenidən oynamaq istəsəniz, blokları yığmaq və onları bir qüllə etmək vəzifəsi əvvəlki oyunu uduzan şəxsə düşür.
Ləngi
Langi—Azərbaycan Respublikasının Qusar rayonunun Aşağı Legor inzibati ərazi vahidində kənddir. Düzənlikdə yerləşir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. Tədqiqatçıların ehtimalına görə, oykonim İran dillərindəki ləng sözündən olub “müvəqqəti dayanacaq” mənasındadır. Kənd 1999-cu ildə yaradılmışdır. Ləngi oyk., sadə. Qusar r-nunun Aşağı Legor i.ə.v.-də qəsəbə. Düzənlikdədir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. Tədqiqatçılann ehtimalına görə, oykonim İran dillərindəki ləng sözündən olub “müvəq¬qəti dayanacaq” mənasındadır.
Rəngi
Rəngi — Azərbaycanın milli rəqsi. Ən qədim rəqslərdən sayılan "Rəngi" qadın rəqsində hərəkət genişliyi, rəqsin şənliyinin rəngarəngliyi ona xas olan səciyyəvi cəhətlərdəndir. Naxçıvanda bu rəqsi hələ də oynayırlar. Rəqs Gəncədə yaranıb. Onun tempi aramdır.
Zəngi
Zəngi (İsmayıllı) Zəngi (Şəbüstər) Zəngiçay — Ermənistan və Naxçıvan MR-də çay. Zəngi — İsmayıllı rayonu ərazisində çay. Girdiman çayi hövzəsinə daxildir. Zəngi dərə — Qobustan rayonu ərazisində çay. Çay axdığı Zangidərənin adi ilə adlandırılmışdır.
Çəng
Çəng – simli musiqi aləti. Çağdaş arfanın sələfidir. Arfanın ən qədim növüdür. Bir sıra Şərq xalqlarının çəngi olsa da, Azərbaycanda olan alət onlardan ən böyük diapozonlusu olub. Azərbaycan cənginin 31-32 simi olub. Qərb alimləri bu aləti böyüdüb, təkmiləşdirilib arfa formasına salıblar. Amma İranda yenə də bu alətə çəng deyirlər. Çəng sözünün "tutmaq", "yapışmaq" mənasını verdiyini güman etmək olar. Çində, İranda belə alətlərə "çəng" deyilib, uyğurlar onu "kunkau", ərəblər isə "cunk" adlandırıblar . Çağdaş arfa musiqi alətinin ibtidaisi sayılan çəngin yaranma tarixi çox qədimlərə gedib çıxır.
Qala-i Cəngi
Qala-i Cəngi (Dəricə/Puştuca: قلعهِ جنگی‎, İngiliscə: Qala-i-Jangi‎) — Əfqanıstanda Məzari-Şərifin şimalında yerləşən XIX yüzilliyə aid divarları palçıqdan hörülmüş qala. ABŞ-nin Əfqanıstana hücumundan sonra qala Rəşid Dostumun başçılıq etdiyi Şimal İttifaqının hərbi qərargahına çevrildi. Hərbi qərargahın bir hissəsi isə ABŞ MKİ-nin əməkdaşlarının məhkumları sorğulaması üçün ayrıldı. Qala daha çox 2001-ci ilin 25 noyabr tarixindən 1 dekabr tarixinə kimi davam edən «Qala-i Cəngi döyüşü» adlı üsyanla tanınır. Həmin vaxtı hərbi qərargah kimi istifadə edilən Qala-i Cəngiyə yerləşdirən təslim olmuş 470 nəfərlik çoxu ərəb, çeçen, özbək, pakistanlı döyüşçülərdən ibarət olan və aralarında bir nəfər Azərbaycan vətəndaşının da olduğu əsasən xarici ölkə vətəndaşlarından ibarət dəstə üzvləri ilə nəzarətçilər arasında çıxan qarşıdurmada 1 MKİ əməkdaşı və 300-dən çox məhbus həlak olmuşdur. Həlak olan məhbusların çoxusunun əlləri-qolları bağlı vəziyyətdə olub. Sağ qalan 86 nəfərin sağ qalmasına səbəb isə onların tikililərdən birinin zirzəmisində gizlənməsi və beləliklə də bombardman və gülləbarandan canlarını qurtarmaları olmuşdur. Sağ qalanlar arasında Azərbaycan vətəndaşı Polad Siracov da var idi. Bu hadisənin xarici döyüşçülərin birdəfəlik təmizlənməsi üçün təşkil edilməsi kimi versiyalar var. Sağ qalan xarici döyüşçülər sonradan əsasən Quantanamo həbs düşərgəsinə yerləşdirildi.
Badımcan rəngi
Badımcan rəngi — Avropa badımcanlarının xarici qabığının rənginə bənzəyən qaranlıq bir bənövşəyi və ya qəhvəyi-bənövşəyi rəngdir. Badımcan rənginin digər adı aubergine-dir. İngilis dilində badımcanın bir rəng adı kimi ilk qeydə alınması 1915-ci ildə olmuşdur. 1998-ci ildə Crayola tərəfindən badımcan rəngi rəng qutusunda çəhrayı-bənövşəyi rəng kimi təqdim edilmişdir. Badımcanın müxtəlif növləri indiqodan ağa qədər dəyişə bilər. Çin badımcanları Avropa badımcanları ilə eyni şəklindədir, lakin rəngləri daha bənövşəyidir. Tay badımcanları kiçik, dəyirmi və rəngli meşə yaşıllıqlarıdır.
Cengiz Biçər
Cengiz Biçər (11 dekabr 1987) — türk əsilli Lixtenşteyn qapıçısıdır. Ailəsi immiqrant olan Cengiz Biçər, futbola İsveçrə liqalarında mübarizə aparan Lixtenşteyn komandası USV Eşen / Mauren-də başladı. 2007-2008 mövsümündə bu komanda ilə peşəkar bir müqavilə imzaladı. Mövsümün ikinci yarısında zaman-zaman oynamaq şansı qazandı. Mövsüm ərzində Alman komandası Sankt-Pauli FK tərəfindən sınansa da, yaxşı alınmadı. 2008-09 mövsümündən əvvəl. Samsunspor ilə üç illik müqavilə imzalandı. İlk mövsümdə zaman-zaman ilk 18-ə girsə də, Həsən Sönməzdən geri qaldı. Növbəti mövsümdə ilk dəfə 23 avqust 2009-cu ildə Kardemir Karabükspor ilə oynanılan matçda iştirak etdi. Ancaq qalasında 3 qol gördü və qarşılaşma 3-3 ilə bitdi.
Cengiz Bozkurt
Mehmet Cengiz Bozkurt (24 dekabr 1964, Nevşehir, Türkiyə) Türk aktyor. Cengiz Bozkurt 1964-ci ildə Nevşehirə bağlı Gülşehirdə doğuldu. Bir bacısı vardır. Atası Ziraat Bankının müdürü idi. 9 yaşına qədər Nevşehirdə, 15 yaşına qədər Adapazarında , daha sonra Ankarada yaşadı. Ankara Atatürk Liseyində oxudu. Sonra ODTÜ Fizika fakültəsinə girdi. 1984 - 1990 arası burada oxuyarkən ODTÜdə kampusda gördüyü bir elanla teatr birliyinə qatıldı. 1990-cı ildə ikinci kursdaykən teatrçı olmağa qərar verib universitetdən ayrıldı və universitetdə tanış olduğu bir İngilis dili Müəlliməsi ilə evlənib İngiltərəyə getdi. 14 illik İngiltərə macərasını taksi sürücüsü, qabyuyan, qarsonluq, dəzgahdarlıq, məhkəmə tərcüməçisi kimi işlərdə çalışdı.
Cengiz Ünder
Cengiz Ündər (türk. Cengiz Ünder; 14 iyul 1997, Sındırqı[d], Balıkəsir ili) — İtaliya A Seriyası təmsilçilərindən olan Roma klubunda hücumçu kimi çıxış edən peşəkar Türkiyə li futbolçu. Ünder öz peşəkar karyerasına Altınordu klubunda start vermişdir. O, peşəkar karyerasında debütünü 28 dekabr 2014-cü ildə Birinci Liqa görüşündə Manisaspor klubuna qarşı oyunda etmişdir. Cengiz Ündər ilk qolunu 15 fevral 2015-ci ildə Dənizlispor klubuna qarşı oyunda vurmuşdur. O, 2016-cı ildə Türkiyə Super Liqası təmsilçilərindən olan Başakşehir klubuna transfer olunmuşdur. O, klubu ilə debütünü 28 iyul 2016-cı ildə UEFA Avropa Liqasının təsnifat mərhələsində Xorvatiya təmsilçisi olan Riyeka klubuna qarşı oyunda etmişdir. 14 iyul 2017-ci ildə Cengiz Ündər €14 milyon qarşılığında İtaliya A Seriyası təmsilçilərindən olan Roma klubuna transfer olmuşdur. Ünder bir müddət Türkiyə gənclər milli futbol komandasının U-18 və U-19 millilərində çıxış etmişdir. O, son vaxtlar Türkiyə U-21 milli futbol komandasına çağırılır.
Cengiz Ündər

Cenni (müğənni)
Kim Cenni (16 yanvar 1996, Gangnam) — Cənubi Koreyalı müğənni,aktrisa və reper. 2016-cı ildə YG Entertainment tərəfindən qurulan qız qrupu "Blackpink"-in əsas repçisi və aparıcı vokalıdır. Cənubi Koreyada doğulub böyüyən Cenni 2010-cu ildə Cənubi Koreyaya qayıtmazdan əvvəl səkkiz yaşında beş il Yeni Zelandiyada təhsil alıb. 2018-ci ilin noyabrında, Cenni "Solo" sinqlı ilə solo sənətçi kimi çıxış etdi. Mahnı həm Gaon Digital Chart-da, həm də Billboard-un Dünya Rəqəmsal Mahnılar cədvəlində birinci yeri tutaraq, yerli və beynəlxalq səviyyədə kommersiya uğuru qazandı. Kim Jennie 16 yanvar 1996-cı ildə Cənubi Koreya-nın Seul şəhərində anadan olub. Səkkiz yaşında olarkən ailəsi ilə birlikdə Avstraliya və Yeni Zelandiya-ya səyahətə getdi. Yeni Zelandiyada olarkən anası ondan bu yerin xoşuna gəldiyini və qalmaq istədiyini soruşdu, Jennie "hə" cavabını verdi. Bir il sonra Yeni Zelandiya-nın Auckland şəhərindəki (Waikowhai) Vaikovai Orta məktəbinə oxumağa göndərildi. 2006-cı ildə "English, Change To Survive" MBC sənədli filmində rol aldı.
Cenni Herhardt
Cenni Herhardt — Amerika ədəbiyyatında realizmin ən görkəmli nümayəndələrindən biri, tanınmış yazıçı, ictimai xadim - Teodor Drayzerin romanı. Teodor Drayzer , bu romanında pulun, kapitalın, var-dövlətin cövlan etdiyi bir dünyada Cenni kimi sadə insanların taleyini, davranışını, həyatını, mənəviyyatını pozan Amerika həyat tərzini, inhisarçı kapitalizmi tənqid edir. Burjua cəmiyyətinin mənəvi faciəsi yazıçının sosial-realizm prizmasından dolğun boyalarla əks olunur. Teodor Drayzerin Cenni Herhardt romanı. 2006-cı ildə Bakıda "Şərq-Qərb" nəşriyyatında çap olunub.
Cenni Karezi
Cenni Karezi (yun. Τζένη Καρέζη; əsl adı — Yevgeniya Karpuzi; 12 yanvar 1932, Afina – 26 iyul 1992, Afina) — yunan teatr və kino aktrisası. Yevgeniya Karpuzi 12 yanvar 1934-cü ildə Afinada anadan olmuşdur (bəzi mənbələrdə 1932 və ya 1936 göstərilir). Atası riyaziyyatçı, anası isə məktəb müəllimi idi. Yevgeniya, ilk öncə Salonikidə, sonra Afinada özəl fransız məktəbində oxumuşdur. O, fransız dilini səlis öyrənmişdir. Gənc olanda atası ailəni tərk edəndə, anası ilə yaşamağa davam etmişdir. 1951-ci ildə Yunanıstan Milli Teatrına qəbul olundu və orada teatr məktəbində oxuyurdu. Onun müəllimləri arasında dramaturq Angelos Terzakis və rejissor Dimitris Rontiris var idi. 1954-cü ildə teatr məktəbini bitirdikdən sonra Aleksis Minotis və Katina Paksino kimi aktyorlarla birlikdə teatrda əsas rolları oynamağa başladı.
Chanteius tengi
Chanteius tengi (lat. Chanteius tengi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin chanteius cinsinə aid heyvan növü.
Göz rəngi
Göz rəngi — gözün rəngi iki müxtəlif amillə müəyyən edilən poligenik fenotipik əlamətdir. İrsiyyətin piqmentasiyası və irisin stromasında bulanıq mühit tərəfindən işığın səpilməsinin tezlikdən asılıdır. İnsanlarda irisin piqmentasiyası irisin piqment epitelində melaninin konsentrasiyasından, irisin stromasında (ön irisin üzərində yerləşir) melaninin miqdarından asılı olaraq açıq qəhvəyidən qara rəngə qədər dəyişir. İnsan irisində və ya göz mayesində nə mavi, nə də yaşıl piqmentlər heç vaxt mövcud deyil. Beləliklə, göz rəngi struktur rəng nümunəsidir və xüsusilə açıq gözlər üçün işıqlandırma şərtlərinə görə dəyişir. Bir çox quş növünün parlaq rəngli gözləri pteridinlər, purinlər və karotenoidlər kimi digər piqmentlərin varlığının nəticəsidir . İnsanlarda və digər heyvanlarda çoxlu fenotipik göz rəngi variasiyaları var. İnsanlarda göz rənginin genetikası və irsiyyəti mürəkkəbdir. İndiyə qədər 15-ə qədər gen göz rənginin miras qalması ilə əlaqələndirilib. Mavi gözlərin sadə bir resessiv xüsusiyyət olduğuna dair əvvəlki fikirlərin yanlış olduğu göstərildi.
Gümüş rəngi
Gümüşü – rəng çaları.
Gəmi zəngi
Gəmi zəngləri, Gəmidəki zəng olaraq saatları göstərən bir sistemdir. Gemi dəhlizində gəmiçilərin növbə və istirahət vaxtlarını təşkil etmək üçün istifadə edilərdi. Vətəndaş saatlara bənzəməz, zəngin vuruşu saatın zamanı ilə uyğun değildir. Səkkiz zəng vuruşu vardır, dörd saatliq bir qəti hər yarım saatında. Zəng hər yarım saatda çalınır və cüt nizamdan hesablamanı asanlaşdırmaq üçün, sıranın sonunda tək bir zilli. Gəmi zəngləri iki və ya dörd qrupa bölünür və keşikçilər deyə adlandırılır. Her bir növbətçi əsnasında əsaslı vəzifələr olan sükan, seyr, sahil müşahidə və gözətçi alır. Səkkiz zəng dənizçilərə keşik bitdiyini xəbər verir. Dənizçinin ölüm xəbəri də gəmi zəngi ilə bildirilir.
Kim Cenni
Kim Cenni (16 yanvar 1996, Gangnam) — Cənubi Koreyalı müğənni,aktrisa və reper. 2016-cı ildə YG Entertainment tərəfindən qurulan qız qrupu "Blackpink"-in əsas repçisi və aparıcı vokalıdır. Cənubi Koreyada doğulub böyüyən Cenni 2010-cu ildə Cənubi Koreyaya qayıtmazdan əvvəl səkkiz yaşında beş il Yeni Zelandiyada təhsil alıb. 2018-ci ilin noyabrında, Cenni "Solo" sinqlı ilə solo sənətçi kimi çıxış etdi. Mahnı həm Gaon Digital Chart-da, həm də Billboard-un Dünya Rəqəmsal Mahnılar cədvəlində birinci yeri tutaraq, yerli və beynəlxalq səviyyədə kommersiya uğuru qazandı. Kim Jennie 16 yanvar 1996-cı ildə Cənubi Koreya-nın Seul şəhərində anadan olub. Səkkiz yaşında olarkən ailəsi ilə birlikdə Avstraliya və Yeni Zelandiya-ya səyahətə getdi. Yeni Zelandiyada olarkən anası ondan bu yerin xoşuna gəldiyini və qalmaq istədiyini soruşdu, Jennie "hə" cavabını verdi. Bir il sonra Yeni Zelandiya-nın Auckland şəhərindəki (Waikowhai) Vaikovai Orta məktəbinə oxumağa göndərildi. 2006-cı ildə "English, Change To Survive" MBC sənədli filmində rol aldı.
Krem rəngi
Krem rəngi — ağa sarı bir ton vermək üçün bəzilərinin işıqda birləşdirildiyi zəngin sarı karotenoid piqmentləri ilə təbii otlaqda mal-qara yayma tərəfindən istehsal olunan rəngdir. Krem sarı rəngli pastel rəngdir. Sarı və ağ qarışığı ilə krem istehsal edilə bilər. İngilis dilində bir rəng adı olan kremdən ilk istifadə 1590-cı ildə olmuşdur. Bequnok quşu Krem rəngli ağacdələn Krem bəzi sənət növlərində, əsasən animedə dəri tonu kimi istifadə olunur. Kişilərin ağ tuxedo gödəkçələri krem və ya fil sümüyü rəngindədir. Krem rəngi daxili dizaynda qeyri-ağ rənglərdən biri kimi geniş istifadə olunur. İndiana Universitetinin Bloomington Hoosiers komandasının rəsmi rəngləri krem və qırmızıdır. Nebraska Universitetinin Cornhuskers komandasının rəsmi rəngləri qırmızı və kremdir. Oklahoma Universitetinin Sooners komandasının rəsmi rəngləri qırmızı və kremdir.