Cəngi (Abaran)

Cəngi, Cəngi təpəİrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda kənd.[2]

Kənd
Cəngi
40°41′46″ şm. e. 44°13′48″ ş. u.HGYO
Ölkə  Ermənistan
Rayon Alagöz rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.000 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 466 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Cəngi xəritədə
Cəngi
Cəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon mərkəzindən 12 km məsafədə, Abaran çayının yanında yerləşir. 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. 15 mart 1972-ci ildə Alagöz (Araqadz) rayonu yaradıldıqdan sonra Abaran rayonunun tərkibindən çıxarılıb Alagöz (Araqadz) rayonunun inzibati - ərazi bölügüsünə daxil edilmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[3].

Toponim «meşə Örtüyü olmayan dağ», «meşəsiz dağ» mənasında işlənən cəngi sözü ilə[4] təpə sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Vardablur qoyulmuşdur.

Cəngi təpə dağı

[redaktə | mənbəni redaktə et]

Cəngi təpə İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Alagöz (Araqadz) rayonunda dağ. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[3]. Oronim türk dilində «meşə örtüyü olmayan dağ» mənasında işlənən cəngi sözü[5] əsasında əmələ gəlmişdir. Mürəkkəb oronimdir.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  3. 1 2 Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.81
  4. Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.178
  5. Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.178