Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
CERN
CERN — Avropa nüvə araşdırmaları təşkilatı, dünyanın ən iri yüksək enerji fizikası laboratoriyası. Bəzən Avropa nüvə tədqiqatları mərkəzi kimi də tərcümə olunur. CERN abbreviaturası fransız dilindən Conseil Europėen pour la Recherce Nucėaire (Avropa nüvə tədqiqatları Şurası) adından götürülüb. == Ümumi məlumat == CERN İsveçrə və Fransa sərhəddində, Cenevrə şəhəri yaxınlığında yerləşir. Ərazisi iki əsas və bir neçə kiçik meydançadan təşkil olunub. Böyük binalar kompleksinə işçi otaqlar, laboratoriyalar, anbarlar, konfrans zalları, yaşayış evləri, yeməkxanalar daxildir. Sürətləndirici kompleks həm yerin səthində (Linac, PS kimi köhnə sürətləndiricilər), həm də yerin 100 metrə qədər dərinliyində (dahah yeni SPS, LHC sürətləndiriciləri) yerləşir. Əsas meydança İsveçrənin Meyran şəhəri yaxınlığında, digər əsas meydança isə Fransanın Prevesan-Moen şəhəri yaxınlığında yerləşir. Nisbətən kiçik meydançalar yaxın ətraflarda LEP sürətləndiricisi üçün tikilmiş yeraltı həlqə boyunca salınmışdır. CERN-nin yaradılması haqqında razılıq 12 Avropa ölkəsi nümayəndəlirinin iştirakı ilə Parisdə 29 iyun-1 iyul 1953-cü il tarixində imzalanmışdır.
Cərh
Cərh — ərəb dilində "yaralamaq", "təsir etmək", "bir yaranı deşmək" mənalarını ifadə edir. Hədis termini olaraq "cərh" müəyyən səbəblərdən ravinin rədd edilməsinə, tənqid edilməsinə deyilir. Bunun üçün cərh ləfzlərindən istifadə edilir. Məsələn: zəif, mətruk, kəzzab və s.
Mərv
Mərv (türkm. Merw; rus. Мерв; fars. مرو‎, Marv, Çince: 木鹿, Mulu) — bir zamanlar Böyük Səlcuqlu dövlətinin (ərəb. السلاجقة‎ əl-Salācike, fars. سلجوقيان‎ Salcūkiyān), paytaxtı Mərv şəhəri Türkmənistan sərhədləri içində tarixi İpək yolu güzərgahı üzərində qurulmuş bir çöl şəhəridir. Bu şəhər bəzi qaynaqlarda Mərvi-Şahcəhan da adlanırdı. Bu qədim sivilizasiyanın paytaxtı isə Türkmənistanın Marı şəhərindən 30 kilometr şərqdə yerləşən Mərv şəhəri olub. Eramızdan əvvəl V–III əsrlərdə çiçəklənməyə başlayan Irani-Margian sivilizasiyası Orta Asiya, Cənub-Şərqi Asiya, indiki Əfqanıstan, İran, Ərəbistan yarımadası, Yaxın və Orta Şərqin mədəni inkişafında mühüm rol oynayaraq min illər boyu onlar üçün mədəni, mənəvi, elmi mərkəz rolunu oynayıb. Sonrakı dövrlərdə Parfiya və Oğuz-Səlcuq mədəniyyəti tarixində dərin izlər buraxan bu qədim sivilizasiya mərkəzi bölgədə islamın yayılması ilə bağı yeni bir inkişaf dövrü yaşayıb.
Sərv
Sərv (lat. Cupressus) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi. Sərv cinsinə daxil olan bitkilər piramidaşəkilli və ya şaxlı-budaqlı çətirə malik həmişəyaşıl ağac və ya kollardır. Sərv qədimdən bəri Azərbaycanda becərdilir. Məhəmməd Hüseyn Xan (XVIII əsr) yazır: 9 q sərv ağacının iynəyarpağı 2,25 q ovxalanmış balzamik mirra ilə daxilə qəbul olunduqda, sidik kisəsi üçün xeyirlidir, sidik durğunluğunda kömək edir. Yuyulmuş iynəyarpağın külünü yanıq üzərinə, yuyulmamışı isə təzəcə əmələ gəlmiş yaranın üstünə tökmək faydalıdır. Sərvin yaşıl meyvəsinin şirəsini burun içərisindəki yaraya damızdırırlar. Çillər, dəmrov, ayaqda ağ ləkələri yox etmək üçün tərkibində aşağıdakı dərmanlar olan kompresslərdən istifadə edirlər: sirkədə bişmiş sərv iynəyarpağı və peyin. Bundan əlavə, sərvin iynəyarpağını xaricdən istfadə etdikdə zəifləmiş əl-ayağı möhkəmləndirir, qanaxmanın qarşısını alır, yaraları qurudur, şişləri sovurur. Ovxalanmış iynəyarpağın arpa unu ilə kompresi qanazlığında və yanıqlarda kömək edir.
Verv
Verv - Belçikanın Lyej əyalətində bir şəhərdir. Əhalisi 54 min nəfərdir (2006). Vesdre çayı sahilində yerləşir. XVII əsrdə Verv şəhər statusu alır. XIX əsrdə əsas parça istehsalı mərkəzinə çevrilir. Həmçinin şəhərdə ipək istehsal edilir və bir çox ipək zavodları fəaliyyət göstərir.
Xərv
Xərv — İranın Rəzəvi Xorasan ostanının Nişapur şəhristanının Zeberxan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,931 nəfər və 3,181 ailədən ibarət idi.
CEV
Avropa Voleybol Konfederasiyası — mərkəzi Lüksemburqun paytaxtı Lüksemburg şəhərində olan, Avropada voleybola (çimərlik voleybolu da daxildir) nəzarət edən qurum.
AZ-CERT
Adi sərv
Cəro qoyunu
Azərbaycanın cənub-şərqində, xüsusilə Lənkəran zonasında yayılmış qoyun cinsi caro və ya carov adlanır. Bu cins meşəlik zonanın şəraitinə daha çox uyğunlaşan heyvandır. Bu qoyun cinsi ləzgi qoyununa daha çox oxşayır. Lənkəranda qədim qoyun cinsi olan caro əti, südü və yunu etibarilə az çəkili olub, o qədər də sərfəli qoyun cinsi sayılmır. Lakin bu cins dağ şəraitinə daha uyğun gəlir. Sağım müddətində 50-60 l süd, qırxımda 2-2,4 kq-a qədər yun verir. Caro qoyununun çəkisi 50 kq-a qədər, rəngi isə əsas etibarilə ağ, ağ-qəhvəyi və qara rəngdə olur.
Həmişəyaşıl sərv
Həmişəyaşıl sərv (lat. Cupressus sempervirens) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin sərv cinsinə aid bitki növü. Yabanı halda Kiçik Asiya, İran, Kipr, Krit və Rodos adalarında yayılmşdır. Hündürlüyü 30 m olan düzqamətli gövdəyə malik, üfüqi formalı, enli-piramidal çətirli ağacdır. İynəyarpaqları xırda, uzunsov-rombşəkillidir, xaçşəkilli yerləşir və zoğlara sıx bitişmişdir. Boz-qonur, yumru qozaların diametri 3 sm-ə çatır, qısa budaqlardan sallanır. Toxumları qırmızı-qonur, ensiz qanadlıdır, hər qabıq altında 20 ədədə qədərdir. Xüsusilə cavan bitkilər tez böyüyür, 100 yaşında maksimum hündürlüyə çatır. Kölgəyə davamlıdır. Şəhərin əlverişsiz şəraitinə, uzunmüddətli quraqlığa dözür.
Mərv döyüşü
Mərv döyüşü — 2 dekabr 1510-cu ildə baş vermiş və Səfəvi dövlətinin Şeybani üzərində həlledici qələbəsi ilə tamamlanmış döyüş. Nəticədə, Səfəvilər Xorasanı nəzarət altına aldılar (şimal-şərqi və şərqi İran, qərbi və şimali Əfqanıstan, həmçinin indiki Türkmənistanın, Özbəkistanın, Tacikistanın müəyyən hissələri). Şeybanilər təxminən 1495-ci ildə Mavəraünnəhrdə möhkəmləndilər, 1507-ci ildə Herat Özbək xanının əlinə keçdi. Şah I İsmayıl, 1503-cü ildə İran üzərinə səfərə başladı və 1509-cu ilə qədər İranı (Xorasandan başqa) işğal etdi. Həmin vaxt Xorasan Şeybanilərin nəzarəti altında idi.
Porto-Çervo
Porto Çervo (it. Porto Cervo) — Sardiniyanın Olbiya-Tempo əyalətinə və Arzaxena icmasına məxsus, adanın şimal şərqindəki, it. Costa Smeralda - "Zümrüd sahildə" yerləşmiş kiçik liman və turist şəhəri. Yerli sakinləri bir o qədər də çox olmayan bu qəsəbə tipli liman 1960-cı illərdə multimilyarder IV Kərim Ağa Xan tərəfindən sərmayə qoyularaq memar Luci Vyettinin layihəsi əsasında turist şəhətciyinə çevrilmişdir. Şəhərin ekskluziv yaxt klubu dünyanın bütün yerlərindən milyarderləri öz yaxtaları ilə bura cəlb edir.
Porto Çervo
Porto Çervo (it. Porto Cervo) — Sardiniyanın Olbiya-Tempo əyalətinə və Arzaxena icmasına məxsus, adanın şimal şərqindəki, it. Costa Smeralda - "Zümrüd sahildə" yerləşmiş kiçik liman və turist şəhəri. Yerli sakinləri bir o qədər də çox olmayan bu qəsəbə tipli liman 1960-cı illərdə multimilyarder IV Kərim Ağa Xan tərəfindən sərmayə qoyularaq memar Luci Vyettinin layihəsi əsasında turist şəhətciyinə çevrilmişdir. Şəhərin ekskluziv yaxt klubu dünyanın bütün yerlərindən milyarderləri öz yaxtaları ilə bura cəlb edir.
Sallaq sərv
Əsasən Çin, Vyetnam, Yaponiya və Şimali Amerikada yayılmışdır. Bəzi alimlər bu bitkini Chamaecyparis funebris (Endl.) franco adı ilə Chamaecyparis cinsinə aid edirlər. Həmişəyaşıl, hündürlüyü 20–25 m-ə qədər olan, zoğlarının ucları sallaq ağacdır. Qabığı qonur, hamardır. Enli çətiri sıx deyil. Gövdənin rəngi qəhvəyi-qara və hamardır. Budaqları möhkəm, sallaqdır. Qısa budaqları qalındır. Yarpaqları qarşı-qarşıya yerləşir, göyümtül-mavidən boz-yaşıl rəngədək olur. Çiçəkləri birevlidir.
Sərv (Soyuqbulaq)
Sərv (fars. سرو‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (16 ailə).
İrimeyvəli sərv
İrimeyvəli sərv — Bitkinin vətəni Kaliforniya və ABŞ-dır. əsasən Avropanın isti zolağında, Cənubi Amerika və Avstraliyanın mülayim vilayətlərində təbii halda bitir. Hündürlüyü 15–25 m-ə çatıb, düz dayanan iynəyarpaqlı ağacdır. Yaşlandıqda budaqları əyilir və şaxələnmiş çətir əmələ gətirir. Cavan bitkilərin çətiri sütunvarı, enli-konusvarı olub, diametri 1,5–2 m-dir. İynəyarpaqlar parlaq açıq və ya tünd həmişəyaşıl olub, qabıqşəkilli, limon qoxuludur, uzunluğu 0,1–0,2 sm-dir. May ayında çiçəkləyir. Çiçəklərin rəngi açıq sarıdır. Qozaları qonur, yumurtavarıdır, diametri 2–3,5 sm-dir. İsti sevəndir, torpağa az tələbkardır, nəmişliyə, küləyə orta davamlıdır, suyun dayanmasına dözmür.
Sərv südləyəni
Sərv südləyəni (lat. Euphorbia cyparissias) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
CEV Kuboku
CEV Kuboku (kişilər) — Kişilər arasında CEV Kuboku
Çer (Urmiya)
Çer (fars. چر‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 536 nəfər yaşayır (83 ailə).
Mərv Dizac (Şəbüstər)
Mərv Dizac (fars. مروديزج‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 188 nəfər yaşayır (47 ailə).
Piramidal həmişəyaşıl sərv
Vətəni Orta Kaliforniyadır; burada okean sahillərində təzə və yüngül torpaqlarda bitir. Bir çox ölkədə əkilib becərilir. Hündürlüyü 25 m-ə çatıb budaqları çəpəki vəziyyətdə yuxarıya qalxmış çətirli ağacdır. Gövdəsinin qabığı tünd-qəhvəyi rəngdədir, budaqlar gövdədən yuxarıya düz bucaq altında çıxır və təxminən ona bitişikdir. Xırda yarpaqlar budaqlara bitişikdir və ya saplaq üzərində olur. Onlar tünd və açıq-yaşıl, bəzən göyümtül çalarlı ola bilər. Açıq-yaşıl yarpaqları payızda qırmızı-qonur rəng alır. Qozaları 3 sm uzunluqda, şarşəkilli, qaidəsi bir az hamar, boz və ya bozumtul-qonur, parlaqdır. Torpağa qarşı tələbkar, işıqsevən və quraqlığadavamlı dekorativ ağac cinsidir. Bu sərvə respulikanın bir çox bolgələrində tək-tək, qrup halında və xiyaban əkinlərində rast gəlinir.
Senecio cornu-cervi
Senecio cornu-cervi (lat. Senecio cornu-cervi) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Bencamin Çerç (həkim)
Bencamin Çerç (ing. Benjamin Church; 24 avqust 1734 – 1778) — ABŞ hərbçisi, ABŞ Ordusunun ilk cərrah generalı. O, 27 iyul–17 oktyabr 1775-ci il tarixlərində Kontinental Ordunun tibb xidmətinin "Baş həkimi və baş direktoru" kimi fəaliyyət göstərmişdir. Müharibədən əvvəlki illərdə Bostonun "Azadlıq oğulları" hərəkatında da fəal idi. Bununla belə, Amerika inqilabının əvvəlində Çerç Britaniya komandiri general Tomas Geycə də məxfi məlumat göndərirdi. Onun Bostona yazdığı məktublarından biri ələ keçiriləndən sonra Çerç "düşmənlə ünsiyyətdə olmaqda" mühakimə olunmuşdur. Həbsxanaya yerləşdirilən lakin nəhayət azad edilmişdir. Onun 1778-ci ildə Karib dənizində bir yerdə həlak olduğu güman edilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Nagy, John A. Dr. Benjamin Church, Spy: A Case of Espionage on the Eve of the American Revolution.
Üfüqi həmişəyaşıl sərv
Beri-beri
Beri-beri — xəstəliyi B1 vitamininin çatışmazlığından irəli gəlir. Göstərilən xəstəliyi keçirən xəstələrin ürək nahiyəsində pozulmalar müşahidə olunur. Bu xəstəlikdə qıcolmalar və iflicolma baş verir. B1 vitamini əsasən qabığı soyulmamış dəndə, yumurta sarısında, paxlalı bitkilərin toxumalarında, az miqdarda ispanaqda, kələmdə, yerkökü və almada vardır.