Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çernobıl
Çernobıl (ukr. Чорно́биль — yovşan) — Ukraynanın Kiyev vilayətinin İvanovski rayonunda yerləşən şəhər. Bu şəhər haqqında ilk qeydlər 1193-cü ilə aid edilir. 1541-ci ildə, bu şəhəri Böyük Litva knyazlığı idarə edən dövrdə knyaz Fridrix Pronski tərəfindən Çernobıl yaxınlığında saray tikilmişdir. Həmin saray bu günümüzə qədər gəlib çatmışdır. XVII əsrin əvvəllərində saray bərpa olundu və yaxşı gücləndirilmiş və keçilməz qalaya çevrildi, Çernobıl isə qəza mərkəzi oldu. 1793-cü ildə şəhər Rusiya imperiyasının tərkibinə daxil oldu. 1898-ci ildə Çernobılın əhalisi 10 800 nəfər idi. Onların 7200-nü yəhudilər təşkil edirdi. 1921-ci ildə Çernobıl Ukrayna SSR-in tərkibinə daxil edildi.
Gərnəvik (Xoy)
Gərnəvik (fars. گرناويك‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.022 nəfər yaşayır (175 ailə).
Çernobıl AES
Çernobıl Atom Elektrik Stansiyası və ya rəsmi adı ilə Vladimir İliç Lenin Nüvə Elektrik Stansiyası — Ukraynanın şimalındakı Pripyat şəhərinin yaxınlığında, Çernobıl şəhərindən 16,5 kilometr (10 mil) şimal-qərbdə, 16 kilometr (10 mil) yaxınlığında tərk edilmiş bir atom elektrik stansiyası. Belarus-Ukrayna sərhəddindən və Kiyevdən 100 km (62 mil) şimalda yerləşir.
Çernobıl döyüşü
Çernobıl döyüşü (rus. Бои за Чернобыль) - Rusiyanın Ukraynanı istila etməsinin ilk günündə Rusiya Silahlı Qüvvələri ilə Ukrayna Silahlı Qüvvələri arasında Çernobıl təcrid zonası və Pripyat şəhərində baş vermiş döyüş. 2022-ci ilin 24 fevral tarixində gecə saatlarında başlayan döyüş, elə həmin günün sonunda Rusiya Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnib və beləliklə Çernobıl Atom Elektrik Stansiyası Rus ordusunun nəzarətinə keçib. İddialara görə Çernobıl döyüşündə Belarus, Rusiya Silahlı Qüvvələrinə lojistik köməklik göstərib. 1986-cı ilin 24 aprelində baş vermiş Çernobıl faciəsi zamanı Çernobıl Atom Elektrik Stansiyasından ətraf mühitə çoxlu miqdarda radioaktiv material yayılmışdır. Partlayış baş verən reaktoru əhatə edən 30 kilometr (19 mil) radiusda olan ərazi Sovet hakimiyyəti tərəfindən boşaldılmış və təcrid zonası elan edilmişdir. Sözügedən ərazi zamanla Çernobıl təcrid zonası kimi rəsmiləşdirilib və ərazi yüksək səviyyədə qorunan və girişə qadağan edilmiş əraziyə çevirilib. Sovet Sosialist Respublikaları İttifaqının dağılmasından sonra ərazi yeni müstəqillik qazanmış Ukrayna Respublikasının ərazisinə düşmüş və obyekt Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin balansına verilmişdir. 2022-ci ilin 24 fevral tarixində günortadan sonra, Rusiyanın Ukraynanı istila etməsi hərbi əməliyyatı başlamışdır. Belarus istiqamətindən hücum edən Rusiya Silahlı Qüvvələrinin ilk hədəflərindən biri Çernobıl təcrid zonası olmuşdur.
Çernobıl faciəsi
Çernobıl faciəsi (ukr. Чорнобильська катастрофа, translit. Çornobılska katastrofa), həmçinin Çernobıl qəzası (ukr. Чорнобильська аварія, translit. Çornobılska avariya) və ya sadəcə Çernobıl (ukr. Чорнобиль, translit. Çornobıl) — Ukrayna SSR-in şimalındakı Pripyat şəhəri yaxınlığında Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda 1986-cı il 26 aprel tarixində baş vermiş fəlakətli nüvə qəzası. Qəza, eyni bir RBMK reaktor tipində, hazırlaşmamış işçilər ilə uyğun olmayan bir şəkildə yoxlanan sınaq zamanı baş verdi. İllər ərzində ortaya çıxdıqlarında bilərək yox sayılan daxili təhlükəsizlik qüsurları ilə dizayn edildi. Sınaq, təcili vəziyyət generatorları güc təmin edənə qədər reaktor soyutma suyunun dövranını təmin etmək üçün bir təhlükəsizlik proseduru yaratmaq məqsədi ilə elektrikin kəsilməsi simulyasiyası idi.
Çernobıl likvidatorları
Çernobıl likvidatorları və ya sadəcə likvidator (ukr. ліквідатор, belar. ліквідатар, rus. ликвида́тор) — Çernobıl faciəsinin nəticələrini aradan qaldırmaq üçün çağırılan mülki və hərbi heyət. Bir çox likvidator Sovet hökuməti və mətbuat tərəfindən qəhrəmanlar kimi təriflənsələr də, bəziləri illərdir ki, rəsmi olaraq tanınmırlar. Termin Sovet rəsmiləri tərifindən "учасник ліквідації наслідків аварії на Чорнобильській АЕС" (azərb. Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında iştirakçı‎) ifadəsindən yaranmışdır.
Çernobıl qəzası
Çernobıl faciəsi (ukr. Чорнобильська катастрофа, translit. Çornobılska katastrofa), həmçinin Çernobıl qəzası (ukr. Чорнобильська аварія, translit. Çornobılska avariya) və ya sadəcə Çernobıl (ukr. Чорнобиль, translit. Çornobıl) — Ukrayna SSR-in şimalındakı Pripyat şəhəri yaxınlığında Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda 1986-cı il 26 aprel tarixində baş vermiş fəlakətli nüvə qəzası. Qəza, eyni bir RBMK reaktor tipində, hazırlaşmamış işçilər ilə uyğun olmayan bir şəkildə yoxlanan sınaq zamanı baş verdi. İllər ərzində ortaya çıxdıqlarında bilərək yox sayılan daxili təhlükəsizlik qüsurları ilə dizayn edildi. Sınaq, təcili vəziyyət generatorları güc təmin edənə qədər reaktor soyutma suyunun dövranını təmin etmək üçün bir təhlükəsizlik proseduru yaratmaq məqsədi ilə elektrikin kəsilməsi simulyasiyası idi.
Çernovits filarmoniyası
Çernovits filarmoniyası (ukr. Чернівецька обласна філармонія) — Ukraynanın dövlət filarmoniyaları şəbəkəsinin bir hissəsidir. Filarmoniya binası 1876–1877-ci illərdə Avstriya-Macarıstanda Çernovits musiqi cəmiyyətinin "Bukovinada Musiqi Sənətini Təbliği Birliyi"nin konsert zalı kimi tikilmişdir. Tikinti könüllü ianələr hesabına həyata keçirilib. Hazırda bina memarlıq abidəsi kimi tanınır. 1940-cı ildə Çernivits Vilayət Filarmoniyası yaradıldı. Orqan və kamera musiqisi zalı 1992-ci il avqustun 18-də Ukraynanın müstəqilliyinin ildönümü münasibətilə açılıb. Bu zalda çıxış edən görkəmli musiqiçilər arasında Solomiya Kruşelnitskaya, Fyodor Şaliapin, Nikolay Lısenko var. Filarmoniya musiqiçilərdən və akademik və xalq musiqi kollektivlərindən ibarətdir. 1944-cü ildə Ukraynanın Bukovinian Mahnı və Rəqs Ansamblı yaradılmış, 1975-ci ildən üç ildən sonra Kiyevdə kamera ansambllarının Respublika müsabiqəsində laureat adını qazanmış Kamera Orkestri fəaliyyət göstərir.
Marina Çernova
Marina Çernova — Rusiyalı akrobatika gimnastıdır. Rusiya Federasiyasını 2015-ci ildə Avropa Oyunlarında təmsil etdi və 3 qızıl medal qazandı. Marina xanım Georgi Pataraya ilə birgə Azərbaycan paytaxtında çoxnövçülük, balans hərəkətləri və temp hərəkətlərində qızıl medal qazandı. Rusiyanın əməkdar idman ustasıdır. 2014-cü ilin Dünya Çempionatınında qızıl medalçısıdır. == Həyatı == Marina Çernova 7 mart 1996-cı ildə anadan olmuşdur. == Karyerası == Marina Çernova ilk uğurunu 2014-cü ildə Fransada qazandı. O Levallus-Perredə Dünya Çempionatının qızıl medalını qazandı. 1 il sonra isə Marina xanım 2015-ci ildə Azərbaycan paytaxtında böyük uğur qazandı. O Bakıda Avropa Oyunlarında Georgi Pataraya ilə birgə 3 qızıl medal qazandı.
Nadejda Çernova
Nadejda Çernova (rus. Надежда Михайловна Чернова; 15 yanvar 1947 və ya 1947, Bayanaul[d], Qazaxıstan SSR, SSRİ) — rus əsilli qazax şairəsi, tərcüməçi və jurnalist, publisist, ədəbiyyatşünas. Qazaxıstan Yazıçılar Birliyinin üzvü. Kirov adına Qazax Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Prostor jurnalının şeir şöbəsinin müdiridir. Ədəbiyyata gedən yol Aleksandr Puşkinin əsərlərini oxumağı sevən atası Mixail Timofeeviç Çernovun göstərişi ilə başlayır. Uşaqlığını Semipalatinskdə keçirmişdir. Nadejda Çernova 10 yaşında şeirlər yazmağa başlamış və 15 yaşında "Günəş" şeiri "Leninski Smena" və "Kazakhstanskaya Pravda" qəzetlərində dərc edilmişdir. Məktəbi bitirdikdən sonra Kirov adına Qazax Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olur. Sonra iyirmi beş il Prostorda çalışdı, burada ədəbiyyat sahəsində məşhur şəxsiyyətlərlə tanış oldu: Moris Simaşko, Viktor Vasiliev, Anatoli Kim, İlyas Yesenberlin, Mixail Pak və başqaları.
Tamara Çernova
Tamara Aleksandrovna Çernova (rus. Чернова Тамара Александровна; d. 2 yanvar 1928, Sverdlovsk, RSFSR) — Sovet kino və teatr aktrisası, RSFSR əməkdar artisti (1966). Tamara Çernova 1928-ci ildə Sverdlovskda (indiki Yekaterinburq) dünyaya gəlmişdir. Atası Aleksandr Çernov partiya işçisi, anası Anastasiya isə maliyyəçi olmuşdur. Ailədə 3 qız uşağından biri olan Tamaranın Viktoriya adlı ekiz bacısı və Klara adlı böyük bacısı olmuşdur. Böyük Vətən Müharibəsi illərində "Uralmaş" zavodunda çalışmış, həmçinin hospitallarda növbətçi olmuşdur. 1947-ci ildə Kiyevdə rus teatrının teatr studiyasını bitirmiş, daha sonra Leninqrada yollanaraq burada Teatr institutunun aktyorluq fakültəsinə qəbul olunmuş və bir ilə yaxın burada təhsil almışdır. 1950-ci ildə filmlərin çox az çəkildiyi dövrdə ekranlara çıxan "Qoçaq insanlar" ("Смелые люди") filmində debüt edən Tamara dərhal məşhurlaşdı. Həmin il ailə quran aktrisa tezliklə ana olduğu üçün yeni filmlərdə çəkilmək təkliflərinə razı olmurdu.
Yuliya Çernova
Yuliya Çernova (d. 2 mart 1986) — Ukraynanı təmsil edən bədii gimnast. Yuliya Çernova 2004-cü ildə Ukraynanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. Yuliya Çernova 2004-cü ildə Ukraynaın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mariya Bila, Olena Dziubçuk, Yelizaveta Karabaş, İnna Kojoxina və Oksana Paslas ilə birgə təsnifat mərhələsində 42.150 xal toplayaraq 9-cu yeri tutdu və mübarizəni dayandırdı.
Karapet Çernovun binası
Karapet Çernov binası - Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi, ev 4 ünvanında yerləşən bina. Bina 1911-1913-cu illərdə modern stilində inşa edilmişdir. Bina XIX əsrin sonları inşa edilmiş, bir müddət sonra isə rekonstruksiya edilmişdir. Karapet Çernovun binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Üç mərtəbədən ibarət olan bina 1890-cu illərdə Karapet Çernovun vəsaiti hesabına inşa edilmişdir. Bina sonradan beş mərtəbəyə qədər artırılır. Xalq arasında belə bir əfsanə vardır ki, Karapet Çernov ilə Qavril Melkanov-Ezekov arasında mərc olur. Onlar kimin daha varlı olmasına aydınlıq gətirməli idilər. Hər iki tacir Bolşoy Sadovnaya küçəsində bina inşa etməli idilər. Yarışmanı daha geniş ev inşa edəcək tacir udacaqdı.
Çernobıl (miniserial, 2019)
Çernobıl (ing. Chernobyl) — rejissorluğunu Yohan Renkin, ssenaristliyini isə Kreyq Mazinin etdiyi beşseriyalı Birləşmiş Krallıq və ABŞ tarixi dram televiziya miniserialı. Miniserial 1986-cı ilin aprel ayında SSRİ respublikalarından olan Ukrayna SSR-nin Pripyat şəhərindəki Çernobıl AES-də baş vermiş faciəni və daha sonra gerçəkləşən tayı-bərabəri olmayan təmizləmə işlərini təsvir edir. Miniserialın aktyor heyəti müxtəlif Avropa ölkələrindən olan aktyorlardan təşkil olunub, baş rolları Cared Harris, Stellan Skarsqord, Emili Uotson və Pol Ritter canlandırır. Miniserial ABŞ-nin "HBO" telekanalı və Birləşmiş Krallığın "Sky" şəbəkəsi tərəfindən birgə istehsal edilmişdir. Miniserialın ilk epizodu 6 may 2019-cu il tarixində ABŞ-də, 7 may 2019-cu il tarixində isə Birləşmiş Krallıqda yayımlanmışdır. Miniserial həm Birləşmiş Krallıq, həm də ABŞ tənqidçiləri tərəfindən çox təriflənmişdir. Miniserialın hər yeni epizodu "HBO" telekanalında yayımlanan zaman miniserial üçün hazırlanmış podkastın da yeni epizodları yayımlanırdı. Podkast Mazin ilə "National Public Radio" radiostansiyasının "Wait Wait... Don't Tell Me!" verilişinin aparıcısı Piter Saqal arasındakı söhbətdən ibarət idi.
Çernobıl təcrid zonası
Çernobıl təcrid zonası (ukr. Зона відчуження Чорнобильської АЕС‌) - 1986-cı ilin 26 aprel tarixində baş vermiş Çernobıl faciəsindən sonra Çernobıl AES-i və Pripyat şəhərinin ərazilərində yaradılmış xüsusi bölgə.
Çernobıl Ukrayna Milli Muzeyi
«Çernobıl» Ukrayna Milli Muzeyi (ukr. Український національний музей «Чорнобиль», translit. Ukrayinskiy natsionalnıy muzey «Çornobıl») — Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən və 1986-cı ildə baş verən Çernobıl faciəsinə həsr olunmuş muzey. İctimaiyyəti faciənin aspektləri ilə məlumatlandırmaq üçün muzeydə çoxlu şəkillər, videolar, eksponatlar, modellər və digər təsviri əşyalar var. Muzeydə qəzada həyatını itirənlərə və mədəni budaqlanmaya həsr olunan müxtəlif sərgilər keçirilib. Muzey binası 1980-ci illərdə tikilmişdir. Binanın köhnə sahibi bir yanğınsöndürmə briqadası idi. Bina 1992-ci ildə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti tərəfindən bağışlanmışdır. Muzey Ukrayna Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə «Çernobıl» Muzeyi adı altında 25 aprel 1992-ci ildə açılmışdır. 1996-cı ildə muzeyin adı «Çernobıl» Ukrayna Milli Muzeyi olmuşdur.