Çernobıl (miniserial, 2019)

Çernobıl (ing. Chernobyl) — rejissorluğunu Yohan Renkin, ssenaristliyini isə Kreyq Mazinin etdiyi beşseriyalı Birləşmiş KrallıqABŞ tarixi dram televiziya miniserialı. Miniserial 1986-cı ilin aprel ayında SSRİ respublikalarından olan Ukrayna SSR-nin Pripyat şəhərindəki Çernobıl AES-də baş vermiş faciəni və daha sonra gerçəkləşən tayı-bərabəri olmayan təmizləmə işlərini təsvir edir. Miniserialın aktyor heyəti müxtəlif Avropa ölkələrindən olan aktyorlardan təşkil olunub, baş rolları Cared Harris, Stellan Skarsqord, Emili UotsonPol Ritter canlandırır.

Çernobıl
ing. Chernobyl
Miniserialın rəsmi afişası.
Miniserialın rəsmi afişası.
Janr Tarixi dram
Əsaslanır Çernobıl faciəsi
İlk baxış tarixləri
Rejissor Yohan Renk
Operator Yakob İre
Prodüser
Yaradıcısı Kreyq Mazin
Ssenarist Kreyq Mazin
Rollarda
Şüar What is the cots of lies?
azərb. Yalanların dəyəri nədir?
Bəstəkar Hildur Qudnadottir
Montajçı
  • Cinks Qodfri
  • Saymon Smit
İstehsalçı ölkə
İl 2019
Studiya
  • Sister Pictures
  • The Mighty Mint
  • Word Games
Dil ingilis dili
İlk çıxış tarixi 6 may 2019
Rəng Rəngli
Mövsüm sayı 1
Seriya sayı 5
Davametmə müddəti 60–72 dəqiqə
Telekanal
DublyajAz TVSeans
IMDb ID7366338
Format 2:1
hbo.com/chernobyl

Miniserial ABŞ-nin "HBO" telekanalı və Birləşmiş Krallığın "Sky" şəbəkəsi tərəfindən birgə istehsal edilmişdir. Miniserialın ilk epizodu 6 may 2019-cu il tarixində ABŞ-də, 7 may 2019-cu il tarixində isə Birləşmiş Krallıqda yayımlanmışdır. Miniserial həm Birləşmiş Krallıq, həm də ABŞ tənqidçiləri tərəfindən çox təriflənmişdir.

Miniserialın hər yeni epizodu "HBO" telekanalında yayımlanan zaman miniserial üçün hazırlanmış podkastın da yeni epizodları yayımlanırdı. Podkast Mazin ilə "National Public Radio" radiostansiyasının "Wait Wait... Don't Tell Me!" verilişinin aparıcısı Piter Saqal arasındakı söhbətdən ibarət idi.[1]

"Çernobıl" miniserialı "bəşəriyyat tarixindəki ən bərbad süni fəlakətlərdən birinin gerçək hekayəsini" dramatikləşdirir və "Avropanı təsəvvür edilə bilməyən bir fəlakətdən xilas etmək üçün özlərini qurban verən cəsur kişi və qadınlardan" bəhs edir. Miniserial diqqət mərkəzində 1986-cı ilin aprel ayında SSRİ respublikalarından olan Ukrayna SSR-də gerçəkləşən atom elektrik stansiyası fəlakətinin kədərləndirici əhatəsidir. Miniserial fəlakətin necə və niyə gerçəkləşdiyini nümayiş etdirir.[2]

Miniserialın əksər qismi Pripyat şəhər sakinlərinin xatirələrinə, eləcə də Belarus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Svetlana Aleksiyeviçin "Çernobıl duaları" əsərinə əsaslanır.[3]

  • Adam LundqrenVyaçeslav Brajnik, baş turbin operatoru.
  • Karl DeyvisViktor Proskuryakov
  • Donald Sampter – Jarkov, Pripyat Şəhər İcra Komitəsinin üzvü.
  • Billi Postletueyt – Boris Stolyarçuk, 4 nömrəli bölmə nəzarət üzrə baş mühəndis.
  • Nadiya Klifford – Svetlana Zinçenko, Vasili İqnatenko və radiasiya xəstəliyindən əziyyət çəkən digər şəxslərin müalicə edən həkim.
  • Ceymi Sives – Anatoli Sitnikov, partlamış reaktora baxış keçirmək üçün Çernobıla göndərilən fizik.
  • Baltazar Breki SamperAleksey Ananenko, Çernobıl AES-in zirzəmisindəki suyu qurudan könüllülərdən biri.
  • Filipp Barantini – Valeri Bezpalov, Çernobıl AES-in zirzəmisindəki suyu qurudan könüllülərdən biri.
  • Oskar Giz – Boris Baranov, Çernobıl AES-in zirzəmisindəki suyu qurudan könüllülərdən biri.
BaşlıqRejissorSsenari
müəllifi
Orijinal yayım tarixiİzləyicilər – ABŞ və Birləşmiş Krallıq
(mln)
1 "1:23:45"
"1:23:45"
Yohan RenkKreyq Mazin6 may 2019 (2019-05-06) (ABŞ)
7 may 2019 (2019-05-07) (BK)[a]
0,756 (ABŞ)[5]
0,861 (BK)[6]

26 aprel 1986-cı il tarixində narahat Valeri Leqasov bir neçə lent yazır. O, burada Çernobıl faciəsinə görə Anatoli Dyatlovu günahlandırır və Dyatlovun yüngül həbs cəzası barədə olan məyusluğunu dilə gətirir. Lentləri evindən xaricdə gizlətdikdən sonra o, özünü asaraq intihar edir. İki il və bir dəqiqə əvvəl, Pripyat şəhərində Vasili İqnatenko və hamilə olan Lyudmilla İqnatenko Çernobıl Atom Elektrik Stansiyasının partlamasına və yanmasına şahid olur. Vasili yanğının söndürülməsində iştirak etmək üçün hazırlanarkən narahat olan Lyudmillanı evə tez qayıdacağına inandırır. Atom elektrik stansiyasında Dyatlov, Akimov, Toptunov və başqa bir neçə nəfər nəzarət otağında partlayış üzrə ziyan qiymətləndirilməsi aparır. Perevozçenko Yuvçenko ilə qarşılaşır. Yuvçenko daha sonra yaralı bir kişini tapır və reaktorun aktiv zonasının yarıldığını görür. Kudryavçev, Proskuryakov və Yuvçenko az sonra reaktor otağına irəliləyir və reaktoru qabağıalınmaz tərzdə yandığını görür. Yanğınsöndürən briqadaları atom elektrik stansiyasına gəlib çatır. Vasili iş yoldaşının bir qrafit daşını götürdüyünü və daha sonra həmin adamın əllərindəki götürdüyü qrafit daşının ionlaşdırıcı radiasiyasından əmələ gələn ciddi yanıqlardan əziyyət çəkdiyini görür.

Viktor Bryuxanov və Nikolay Fomin davamedən vəziyyət barədə Dyatlovdan bir raport alırlar. Onlar Pripyat Şəhəri İcra Komitəsinə vəziyyətin nəzarət altında olduğunu bildirirlər. Yığıncaqdan sonra Sitnikov Bryuxanov, Fomin və Dyatlov ilə görüşür, radiasiya səviyyəsinin yüksək olduğunu və reaktorun yırtılma ehtimalı olduğunu bildirir. Dyatlov kəskin şüa xəstəliyinə yoluxur və Fomin Sitnikovu partlayışın olduğu yerin damına göndərir ki, reaktorun yırtıldığını təsdiqləsin. Bu isə Sitnikovun ölümcül dərəcədə radiasiyaya məruz qalmasına səbəb olur.

Boris Şerbina Leqasov telefon zəngi edir və onu Çernobıl AES-da baş vermiş hadisə barədə məlumatlandırır. O, Leqasova Mixail Qorbaçovun ona atom elektrik stansiyasının yüksək güclü kanal tipli reaktoru üzrə mütəxəssis olaraq Çernobıl fəlakətinin qarşısının alınması üçün fövqəladə hallar üzrə hökumət komissiyasına supervayzerlik etmək əmrini verdiyini bildirir. 
2 "Xahiş edirəm, sakin olun"
"Please Remain Calm"
Yohan RenkKreyq Mazin13 may 2019 (2019-05-13) (ABŞ)
14 may 2019 (2019-05-14) (BK)
1,004 (ABŞ)[7]
0,891 (BK)[6]

Hadisədən yeddi saat sonra Ulyana Xomyuk və onun həmkarı Belorusiya SSR-in paytaxtı Minsk şəhərində radiasiya səviyyəsinin kəskin şəkildə artdığını aşkar edir və dərhal İnqalin və ya Çernobıl atom elektrik stansiyasında bir hadisənin gerçəkləşdiyi nəticəsini çıxarırlar. İnqalin AES-da heç bir təhlükə olmasa da, o, Çernobıl AES-nın işçi heyəti ilə əlaqə qura bilmir. Onun narahatlığı və müraciəti Minsk Şəhər İcra Komitəsi tərəfindən rədd edildikdən sonra o, Çernobıl AES-na özbaşına gedir. Eyni zamanda, narahat Lyudmilla Çernobıldakı həddindən artıq çox xəstəyə sahib xəstəxananın təhlükəsizlik xidmətindən keçir, ancaq Vasilinin digər kəskin şüa xəstələri ilə birlikdə Moskva şəhərinə evakuasiya edildiyini öyrənir.

Moskva şəhərində Leqasov Qorbaçova və şübhəli Şerbinaya vəziyyətin Pripyat Şəhər İcra Komitəsinin verdiyi raportdan qat-qat daha ciddi olduğunu izah edir. Qorbaçov Leqasov və Şerbinayı Çernobıla göndərir ki, bu iddianı özləri təsdiqləsinlər. Onlar Çernobıla helikopter vasitəsiylə gedirlər. Helikopter səyahəti zamanı Leqasov Şerbinaya AES-in damındakı qrafit parçalarını və ionlaşdırıcı radiasiya tərəfindən buraxılan mavi şüanı göstərir. Beləliklə, Şerbina AES-in reaktorunun aktiv zonasının yırtıldığına inanır. Şerbina Bryuxanov və Fomin ilə görüşür. Onlar Leqasovu dezinformasiya ilə təqsirləndirirlər. Öz narahatlıqlarına ədalət qazandırmaq üçün general Vladimir Pikalov yüksək məsafəli dozimetrdən istifadə edərək radiasiya səviyyəsinin yetərincə yüksək olduğunu sübut edir. Bundan sonra Şerbina Bryuxanov və Fomini vəzifələrindən azad edir. Leqasov silahlı qüvvələri yanğını qum və borla söndürmələri barədə təlimatlandırır, ancaq tapşırıq çox riskli olur. Şerbina xarici ölkələrin də bu hadisəni öyrəndiyi barədə məlumat aldıqdan sonra Pripyat şəhəri əhalisinin dərhal evakuasiya edilməsi əmri verilir.

Çernobıla gəlib çatdıqdan sonra Xomyuk Leqasov və Şerbinaya qızğın nüvə materialı ilə reaktorun altındakı zirzəmidəki su axını arasındakı əlaqədən əmələ gələcək daha böyük bir buxar partlayışı təhlükəsi barədə xəbərdarlıq verir. Leqasov Qorbaçovdan üç nəfərin ölümcül olması ehtimal edilən atom elektrik stansiyasının zirzəmisindəki suyu qurutmaq tapşırığını vermək icazəsini alır. Aleksey Ananenko, Valeri Bezpalov və Boris Baranov könüllü şəkildə su basmış zirzəmiyə göndərilirlər. 
3 "Geniş açıl, ay Yer!"
"Open Wide, O Earth"
Yohan RenkKreyq Mazin20 may 2019 (2019-05-20) (ABŞ)
21 may 2019 (2019-05-21) (BK)
1,063 (ABŞ)[8]
M/D

Ananenko, Bezpalov və Baranov atom elektrik stansiyasının zirzəmisindəki suları müvəffəqiyyətli qurudurlar. Buna baxmayaraq, Pikalov Leqasov və Şerbinaya yeraltı sularının çirkləndirilməsi təhlükəsini yaradan nüvə reaktorunun aktiv zonasının əriməsinin başlandığı xəbərdarlığını verir. Şerbina və Leqasov Qorbaçovu ərimənin qarşısını almaq üçün atom elektrik stansiyasının altınına istilikdəyişdirici alət yerləşdirməyin zəruri olduğuna inandırırlar. Bundan sonra Mixail Şadov Qluxovun rəhbərlik etdiyi Tula mədən işçilərini Çernobıla istilikdəyişdirici alət üçün bir tunel qazmağa göndərir. Şerbina və Leqasovla görüşdükdən sonra mədən işçiləri qazıntı işlərinə çox əlverişsiz şərtlərdə başlayırlar. Şerbina Leqasova KQB müşahidəsi altında olduqlarını bildirir.

Leqasov Xomyuku Moskvadakı xəstəxanaya göndərir ki, orada Dyatlov, Akimov və Toptunovdan müsahibə alsın. Xomyuk Dyatlovun əməkdaşlıq etmək istəmədiyini öyrənir, lakin ölüm yatağında olan Toptunov və Akimov ona atom elektrik stansiyasının Akimovun təcili sönmə butonunu basmasından sonra partladığını deyir. Bu hadisənin qeyri-mümkün olduğunu düşünülür. Həmin xəstəxanada Lyudmilla Vasili görmək üçün xəstəxana işçilərinə rüşvət verir və tibb bacısına hamiləliyi haqda yalan danışır. Lyudmillaya Vasili ilə fiziki əlaqə olmadan qalmaq üçün 30 dəqiqə verilir, fəqət o, Vasili ilə daha çox qalaraq və ona toxunaraq tibb bacısının əmrlərinə qarşı çıxır. O, Vasilinin səhhətinin kəskin sürətdə pisləşməsindən dəhşətlənir. Vasilinin ölümündən sonra Xomyuk Lyudmillanın Vasilinin yataq hissəsinin içərisində yas tutduğunu görür. Lyudmillanın hamilə olmasından xəbərdar olan Xomyuk onu dərhal otaqdan çıxarır və tibb bacısına hər şeyi komitəyə bildirməklə hədə-qorxu gəlir. Xomyuk KQB cəsusları tərəfindən həbs olunur, lakin daha sonra Leqasovun KQB sədri Çarkovu Xomyukun hərəkətlərinə bələd olacağına inandırmasından sonra azad buraxılır.

Şerbina və Leqasov öz zərərsizləşdirmə planlarını Mərkəzi İcra Komitəsinə bildirir. Lyudmilla və digər ölmüş kəskin şüa xəstəliyi qurbanlarının qohumları vəfat edənlərin qurğuşundan hazırlanmış tabutların içərisində, betondan hazırlanmış kütləvi məzarda basdırılmasına şahid olurlar. 
4 "Bütün bəşəriyyətin səadəti"
"The Happiness of All Mankind"
Yohan RenkKreyq Mazin27 may 2019 (2019-05-27) (ABŞ)
28 may 2019 (2019-05-28) (BK)
1,193 (ABŞ)[9]
M/D
Sakinlər daha böyük olan Çernobıl AES uzaqlaşdırma zonasından evakuasiya edilir və zərərsizləşdirmə işləri üçün hazırlıqlar aparılır. Xidmətə çağırılan mülki şəxs Pavel SSRİ–Əfqanıstan müharibəsi veteranı Baço ilə radiasiyaya yoluxan özbaşına heyvanları məhv etmək üçün zonada patrul keşiyi çəkirlər. Çernobıl likvidatoru komandir General Nikolay Tarakanov atom elektrik stansiyasının damını təmizləmək üçün Lunoxod proqramını yerləşdirir. Qərbi Almaniya polis robotunun yüksək radiasiya səviyyəsinə görə demək olar ki, dərhal uğursuzluğa uğramasından sonra Tarakanov 3.828 likvidatoru damı kürəklə təmizləmək üçün göndərir. Bu likvidatorlar hərəsinin damda 90 saniyə qalmaq şərtilə qruplara ayrılaraq təmizləmə işləri aparırlar. Xomyuk Moskva arxivlərində tədqiqatlar aparır və hökumətin həqiqətlə maraqlanmadığını bilən Dyatlovla üz-üzə gəlir. Şerbina və Leqasov Xomyuku KQB-nin dinləyici cihazlarından uzaq bir binaya dəvət edir, onun Dyatlov, Bryuxanov və Fominin məhkəməsində şahidlik etməli olduqlarını deyir. Həmçinin, Leqasovun Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə (abbr AEBA) çıxış edəcəyi bildirilir. Xomyuk 1975-ci ildə Leninqrad Atom Elektrik Stansiyasında gerçəkləşmiş oxşar bir hadisə barədə olan və KQB senzurasına məruz qalan məqaləni Şerbina və Leqasova göstərir, onlara Lyudmillanın bir qız uşağı doğduğunu, ancaq radiasiya zəhərlənməsinə görə doğumundan dörd saat sonra öldüyünü deyir. Xomyuk Leqasovu ictimaiyyətə gerçəyi deməyə, Şerbina isə hökumət tərəfindən cəzalandırılmamaq üçün KQB ilə razılığa gəlməyə çağırır. 
5 "Viçnaya pamyat"[b]
"Vichnaya Pamyat"
Yohan RenkKreyq Mazin3 iyun 2019 (2019-06-03)1,089 (ABŞ)[10]
M/D
Leqasovun Vyana şəhərində AEBA-ya verdiyi yalan ifadədən sonra tərk edilmiş Çernobıl şəhərində Dyatlov, Bryuxanov və Fominin məhkəməsi gerçəkləşir. Şerbina ifadə verən birinci şəxs olur və atom elektrik stansiyasının ümumi iş fəaliyyətini izah edir. Bundan sonra müvafiq olaraq, Xomyuk və Leqasov Xomyukun daha əvvəl nəzarət otağında işləyən şəxslərdən aldığı müsahibələr əsasında qəzaya qədərki hadisələr barədə ifadə verir. Fleşbeklər göstərir ki, təhlükəsizlik sınağında on saatlıq gecikməyə və Dyatlovun səbirsizliyinə görə reaktor dayanır, dərhal sonra isə kəskin şəkildə güclənir. Akimov təcili dayandırma butonunu aktivləşdirir, lakin qəzaya nəzarət kasetinin (və ya idarə çubuqları) dizaynındakı qüsura görə reaktorun gücü limitindən on qat daha yüksəyə qalxır və partlayır. Leqasov Leninqrad AES-da baş vermiş hadisə barədə gizli saxlanılmış məlumata ifşa edir və Vyana şəhərində verdiyi ifadənin yalan olduğunu bildirir. O, KQB tərəfindən nəzarət altına alınır və onun ifadəsinin dövlət KİV-lərindən gizli saxlanılacağı bildirilir. Əlavə olaraq, onun kiməsə Çernobıl barədə danışması qadağan edilir, o, fəlakətin qarşısının alınmasında iştirakı barədə məlumat verilməyəcək və heç bir yerdə işləyə bilməyəcək. Sonluqda gerçək Leqasovun və fəlakətdə iştirak edən digər şəxslərin şəkil və videoları, onların talehləri, eləcə də qəzanın nəticəsi göstərilir. 

Ssenarist Kreyq Mazin 2014-cü ildə Sovet İttifaqı daxilindən və xaricindən olan kitab və hökumət sənədlərini oxuyaraq layihə üçün araşdırma aparmağa başlamışdır. Mazin həmçinin, reaktorun necə işlədiyini öyrənmək üçün nüvə alimlərindən və 1986-cı ildə Ukrayna cəmiyyətini öyrənmək üçün keçmiş sovet vətəndaşlarından müsahibə almışdır. Əlavə olaraq, Mazin hekayəni doğruluqla təmin etmək üçün birinci şəxsdən yazılmış bir neçə mənbəni oxumuşdur. O, demişdir: "Hekayə orada olan insanların –  stansiyanın yaxınlıqlarında yaşayan insanların, stansiyada işləyən insanların, təmizlik işləri üçün Çernobıla göndərilən insanların şəxsi hekayələrini oxuyanda, həmin fərdi mənbələrdə canlandı".[11]

Mazinin miniserialı yaratmağa olan marağı "hal-hazırda həqiqətə açılan qlobal müharibə ilə necə mübarizə apardığımızı" xitab edəcək bir şey yazmaq qərarına gəlməsiylə yaranmışdır.[12] Digər bir ilham mənbəyi onun Çernobıl AES-in partladığını bilməsi, lakin niyə partladığını bilməməsidir. O, "Bilmirdim niyə. Fikirləşdim ki, mənim biliyimdə anlaşılmayan bir boşluq var … Buna görə də mən onun haqda oxumağa başladım, sadəcə bu çox quru, intellektual maraq. Baxmayaraq ki, partlayışın hekayəsi heyranedicidir və bunun niyə və necə baş verdiyini açıq-aydın bilirik, aşkar etdiklərim arasında məni zəbt edən bunu yaşayan və qorxuducu və getdikcə pisləşən ehtimallara baxmayaraq, sevdikləri insanları, öz həmvətənlərini və bir qitəni xilas etmək üçün əziyyət çəkmiş və özünü qurban vermiş insanların ağıla sığmayan hekayələri idi. Bu mənə çox təsir etmişdi. Elə bil ki, insanların əslində o qədər də təsvir etmədiyi yeni bir müharibəni kəşf etdim və bu məni dəli edirdi".[13]

Miniseriala hazırlıq olaraq, Mazin Çernobıl AES uzaqlaşdırma zonasını ziyarət etmişdir.[14] Mazin ilkin mərhələlərdə belə qərara gəlmişdir ki, aktyorlar rusukrayn aksentlərindən istifadə etməyəcək, onun yerinə öz doğma aksentlərindən istifadə edəcəklər. Mazin bu haqda demişdir: "Bizim ilk fikirləşdiriymiz şey o olmuşdur ki, biz Boris və Nataşa klişe aksentlərindən istifadə etməyək, çünki rus aksenti tez bir şəkildə gülməli ola bilər. İlkin olaraq, fikirləşdik ki, insanlar anlaşılmayan – o qədər də güclü +yox, ancaq diqqət çəkən bir Şərqi Avropa aksenti ilə danışsınlar. Bizim tapdığımız şey aktyorların aksentlərin rolunu aparacaqları oldu. Onlar rol aparmayacaqlar, onlar aksentlərin rolunu aparacaqlar və biz bu insanlar haqda sevdiymiz hər şeyi itirəcəkdik. Düzünü desəm, mənim fikrimcə ola bilsin bir və ya iki qulaqasmadan sonra biz dedik ki, yaxşı yeni qayda var. Biz artıq onu etmirik".[15] Mazin həmçinin, heç bir amerikalı aktyora rol verməmişdir, çünki bunun tamaşıçıları hekayədən uzaqlaşdırma ehtimalı var idi.[16]

26 iyul 2017-ci il tarixində "HBO" teleşirkəti "Sky UK" ilə ilk birgə layihəsi olan "Çernobıl" teleserialını üzrə işlərin aparıldığını təsdiqləmişdir. Beşseriyalı miniserialın ssenaristliyini Kreyq Mazinin, rejissorluğunu isə Yohan Renkin edəcəyi bəyan edilmişdir. Mazinin həmçinin, Kerolin ŞtrausCeyn Fezerstoun ilə birlikdə miniserialın icraedici prodüseri, Kris Fray və Renkin isə köməkçi icraedici prodüser olacağı açıqlanmışdır.[2][17] 11 mart 2019-cu il tarixində miniserialın ilk yayım tarixi 6 may 2019-cu il olacağı açıqlanmışdır.[18]

4 iyun 2019-cu il tarixində Kreyq Mazin bütün epizodların orijinal ssenariləri Con Oqastın rəsmi veb-saytında PDF faylı olaraq mövcud olduğunu açıqlamışdır.[c][19][20]

Teleserialın ilkin anonsu ilə eyni zamanda Cared Harrisin teleserialda rol alacağı təsdiqlənmişdir.[17] 19 mart 2018-ci ildə Stellan SkarsqordEmili Uotsonun əsas aktyor heyətinə qoşulacağı açıqlanmışdır.[21] 2018-ci ilin may ayında Pol Ritter, Cessi Bakli, Adrian RoulinsKon O'Nilin aktyor heyətinə qoşulduğu açıqlanmışdır.[22]

Başlıca fotoqrafiya 2018-ci ilin aprel ayında Litvada başlamışdır.[17] İlkin çəkilişlərə 13 may 2018-ci il tarixində, sovet ab-havasını saxladığına görə Ukraynanın Pripyat şəhərini təsvir etmək üçün istifadə olunan Litvanın paytaxtı Vilnüs şəhərinin Fabiyonişkes rayonunda start verilmişdir. Xruşovkalarla dolu rayon evakuasiya səhnələri üçün istifadə edilmişdir. Rejissor Yohan Renk xruşovkalardakı müxtəlif və diqqəti çəkən müasir pəncərələrə görə kəskin şəkildə tənqid edilmiş, ancaq onları post-prodakşnda ləğv etməyə maraq göstərməmişdir. Mart ayının sonunda çəkiliş komandası nüvə reaktorunun vizual bənzərliyinə görə bəzən "Çernobılın bacısı" adlandırılan və fəaliyyətinə son qoyulmuş bir atom elektrik stansiyası olan İqnalina AES-in daxili və xaricini çəkmək üçün Litvanın Visaqinas şəhərinə daşınmışdır. 2018-ci ilin iyun ayında çəkiliş komandası kiçik final səhnələrini çəkmək üçün Ukraynaya daşınmışdır.[23] "Çernobıl" miniserialının çəkilişləri 16 həftə davam etmişdir.[24]

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]

"Çernobıl" tənqidçilərdən çoxlu təriflər almışdır. "Rotten Tomatoes" saytında 59 gözdən keçirməyə əsaslanaraq ortalama 10 xaldan 8.84 xal ilə 95% təqdir edilmə dərəcəsi var. Saytın tənqidi konsensusunda yazılmışdır: "Çernobıl heç bir dağılmayan ürpədici bir qorxu ilə bağlanır, mükəmməl iş və institusional çürümənin ağıllı təhlili ilə bir milli faciəni dramatikləşdirir".[25] "Metacritic" saytında 26 gözdən keçirməyə əsaslanaraq 100 xalda 83 xal ilə "qlobal təqdir" əldə etmişdir.[26]

"The Atlantic", "The Washington Post" və "BBC" mütəxəssisləri teleserialın dövrün cəmiyyətinin paralellərini diqqət mərkəzini məlumatın gücünə və adamaldadan rəhbərlərin necə istəmədən dərk etdiklərindən xaricdə səhvlər etməsinə çevirərək müvəffəqiyyətlə qurduğunu qeyd etmişdir.[27] "The Atlantic" jurnalının mütəxəssisi Sofi Gilbert teleserialı "həqiqətin qiymətdən salınmasının itkisinin kədərli tədqiqatı" oldunu bildirmişdir.[28] "The Washington Post" əməkdaşı Henk Stüver teleserialı "yalan danışmaq standart olduğu və hakimiyyətdən sui-istifadə edildiyi zaman nə olacağını" göstərdiyini görə tərifləmişdir.[29]

Başlıq Yayım tarixi Reytinq
(18–49)
İzləyicilər
(milyon)
DVR
(18–49)
DVR izləyiciləri
(milyon)
Cəmi
(18–49)
Ümumi izləyici
(milyon)
1 "1:23:45" 6 may 2019 0.2 0.756[5] TBD TBD TBD TBD
2 "Please Remain Calm" 13 may 2019 0.3 1.004[7] TBD TBD TBD TBD
3 "Open Wide, O Earth" 20 may 2019 0.3 1.063[8] TBD TBD TBD TBD
4 "The Happiness of All Mankind" 27 may 2019 0.3 1.193[9] TBD TBD TBD TBD
5 "Vichnaya Pamyat" 3 iyun 2019 0.3 1.089[10] TBD TBD TBD TBD
  1. Miniserialın birinci epizodu "HBO" və "Sky Atlantic" telekanallarında eyni zamanda yayımlanmışdır. Bu epizod ABŞ-də bazar ertəsi saat 21:00-da (UTC−05:00), Birləşmiş Krallıqda isə çərşənbə axşamı saat 2:00-da (UTC+01:00) yayımlanmışdır.
  2. Ukrayn dilindən tərcümədə "Əbədi xatirə" deməkdir. Bu, ortodoks dəfn mərasimlərində istifadə olunan bir sitatdır.
  3. Bütün ssenariləri buradan oxuya bilərsiniz.
  1. Qrini, Stiv. "'Chernobyl': HBO Will Release Weekly Podcast Companion to Limited Series". www.indiewire.com (ingilis). IndieWire. 18 aprel 2019. 23 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2019.
  2. 1 2 Petski, Denis. "'Chernobyl' Miniseries Starring 'The Crown's Jared Harris Set By HBO & Sky – TCA". deadline.com (ingilis). Deadline Hollywood. 26 iyul 2017. 2 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2019.
  3. "The real Chernobyl HBO's hit miniseries is ending, and here's how its characters compare to their real-life counterparts". meduza.io (ingilis). Meduza. 28 may 2019. 31 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2019.
  4. "Emily Watson on her new TV drama, Chernobyl". The Scotsman (ingilis). JPIMedia. 4 may 2019. 28 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2019.
  5. 1 2 Metkalf, Miç. "Updated: ShowBuzzDaily's Top 150 Monday Cable Originals & Network Finals: 5.6.2019". www.showbuzzdaily.com (ingilis). Showbuzz Daily. 7 may 2019. 7 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2019.
  6. 1 2 "Weekly four-screen dashboard – BARB". www.barb.co.uk (ingilis). BARB. 30 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyun 2019.
  7. 1 2 Metkalf, Miç. "Updated: ShowBuzzDaily's Top 150 Monday Cable Originals & Network Finals: 5.13.2019". www.showbuzzdaily.com (ingilis). Showbuzz Daily. 7 may 2019. 16 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2019.
  8. 1 2 Metkalf, Miç. "Updated: ShowBuzzDaily's Top 150 Monday Cable Originals & Network Finals: 5.20.2019". www.showbuzzdaily.com (ingilis). Showbuzz Daily. 7 may 2019. 23 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2019.
  9. 1 2 Metcklf, Miç. "Updated: ShowBuzzDaily's Top 150 Monday Cable Originals & Network Finals: 5.27.2019". www.showbuzzdaily.comS. howbuzz Daily. 29 may 2019. 29 May 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: M32iyun 019. |language=en }}
  10. 1 2 Metkalf, Miç. "Updated: ShowBuzzDaily's Top 150 Monday Cable Originals & Network Finals: 6.3.2019". www.showbuzzdaily.comS (ingilis). howbuzz Daily. 4 iyun 2019. 4 iyun 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: J52iyun 019}.
  11. "Five-Part Miniseries CHERNOBYL, An HBO/Sky Co-Production Starring Jared Harris, Stellan Skarsgård and Emily Watson, Written and Created by Craig Mazin, and Directed by Johan Renck, Debuts May 6 on HBO". medium.com (ingilis). HBO. 10 aprel 2019. 31 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2019.
  12. Topel, Fred. "'Chernobyl' Creator Craig Mazin on His New HBO Miniseries and the Debt We Owe to the Truth". www.slashfilm.com (ingilis). /Film. 6 may 2019. 9 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2019.
  13. Radiş, Kristina. "'Chernobyl' Creator Craig Mazin on Jumping from Comedies to a Real-Life Horror Show". collider.com (ingilis). Collider. 27 may2019. 2 iyun 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2019.
  14. Qrini, Stiv. "'Chernobyl': HBO Series Never Hides From History's Physical and Psychological Horror". www.indiewire.com (ingilis). IndieWire. 6 may 2019. 7 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2019.
  15. Luis, Anna. "Chernobyl's creator explains why most of the cast don't put on Ukrainian/Russian accents". www.cosmopolitan.com (ingilis). Cosmopolitan. 31 may 2019. 31 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2019.
  16. Mithayvala, Mansur. "Chernobyl: Why Russians Speak With English Accents On HBO's Show". screenrant.com (ingilis). Screen Rant. 29 may 2019. 31 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2019.
  17. 1 2 3 Littlton, Sintiya. "HBO Sets 'Chernobyl' Miniseries to Star Jared Harris". Variety (ingilis). Penske Media Corporation. 26 iyul 2017. 12 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2019.
  18. Dela Paz, Meqqi. "HBO Miniseries Chernobyl Sets May Premiere Date". ComingSoon.net (ingilis). Evolve Media. 11 mart 2019. 27 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2019.
  19. Mazin, Kreyq. "As promised, I have made the scripts for #ChernobylHBO available for download" (ingilis). Twitter. 4 iyun 2019. 5 iyun 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2019.
  20. Nilan, Den. "Chernobyl's scripts are available for download, if you dare". news.avclub.com (ingilis). The A.V. Club. 4 iyun 2019. 5 iyun 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2019.
  21. Andreyeva, Nilli. "'Chernobyl': Stellan Skarsgård & Emily Watson To Star In HBO & Sky's Miniseries". deadline.com (ingilis). Deadline Hollywood. 19 mart 2018. 19 mart 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2019.
  22. Petski, Denis. "'Chernobyl': Paul Ritter, Jessie Buckley, Adrian Rawlins & Con O'Neil Among Cast Additions For HBO/Sky Miniseries". deadline.com (ingilis). Deadline Hollywood. 23 may 2018. 12 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2019.
  23. Lapenite, Yurgita. "Fabijoniškėse filmuojamo „Černobylio" režisierius pakeitė požiūrį į branduolinę energiją: tai pabaisa, kurios negalime suvaldyti". www.15min.lt (latış). Eesti Meedia. 13 may 2018. 1 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2019.
  24. "Prodiuserė: HBO projektas Lietuvoje paliks ne mažiau 7 mln. eurų". www.15min.lt (latış). Eesti Meedia. 27 iyul 2017. 1 aprel 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2019.
  25. "Chernobyl: Miniseries (2019)". Rotten Tomatoes (ingilis). Fandango Media. 4 iyun 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2019.
  26. "Chernobyl". Metacritic (ingilis). CBS. 5 iyun 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2019.
  27. Saoders. "Chernobyl disaster: 'I didn't know the truth'". www.bbc.comB. BB News first=Emmma. M62may 019. 2019-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: M272may 019. (#missing_pipe)
  28. Gilbert, Sofi. "Chernobyl Is a Gruesome, Riveting Fable". www.theatlantic.com (ingilis). The Atlantic. 6 may 2019. 7 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2019.
  29. Stüver, Henk. "A grim 'Chernobyl' shows what happens when lying is standard and authority is abused". www.washingtonpost.com (ingilis). The Washington Post. 5 may 2019. 7 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2019.

Xarici keçdilər

[redaktə | mənbəni redaktə et]