Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gojira
Gojira — 1996-cı ildə yaranmış death metal qrupudur. Qrup 2001-ci ilə qədər Godzilla adı ilə tanınıb. Qrupun tərkibi: vokalist və gitarist Co Dyuplante, onun qardaşı barabanda Mario Dyuplante, gitarist Kristian Andreu və bas gitarist Jan Mİşel Labadi'dən ibarətdir. İlk yarandığından bəri qrupun heyətində heç bir dəyişiklik olmamışdır. Və bu heyət ilə qrup, 5 studiya albomu, iki konsert albomu, bir sinql və iki DVD albom yayımlamışdır. Qrup öz mahnı sözlərində ətraf mühitin problemlərini işıqlandırmaqla məşhurdur. Qrup 1997-ci ildə "Possessed" adlı ilk demo albomunu çıxardır. 1999-cu ilin sentyabr ayında Cannibal Corpse, Edge of Sanity, Impaled Nazarene və Immortal qrupları ilə çıxdıqları turdan sonra qrup adını dəyişməyi qərara aldı. Qrup adını Godzilla'nın romaji dilindəki tələffüzü kimi Gojira olaraq dəyişdirdi. 2001-ci ildə çıxan debut albomları "Terra Incognita", artıq yeni ad altında çıxmışdı.
Gölova
Gölova (türk. Gölova) — Sivas ilinin ilçəsi.
Novara
Novara — (Piyemonte ləhcəsiylə: Noara və Lombardo ləhcəsiylə: Nüara) İtaliyada Piyemonte regionunda Milano şəhərinin qərbində olan eyni adı daşıyan Novara vilayətinin mərkəzi olan bir şəhəridir.
Qonorar
Qonorar (lat. honorarium – mükafatlandırmaq, təltif olunmaq) — 1) yazıçılar, rəssamlar, alimlərin və s. əməyinə görə müqavilə əsasında aldığı pul – mükafat; 2) vəkillərə və başqalarına müqavilə üzrə verilən zəhmət haqqı. Məsələn, müəllif qonorarı. Qonorar - yazıçılar, rəssamlar, dizaynerlər, proqramçılar, rəssamlar, filosoflar, modellər, hüquqşünaslar və s. adamlara iş üçün ödənilmiş pul mükafat. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Qoverla
Qoverla (ukr. Гове́рла, rum. Hovârla — "çətin keçilən zirvə", mac. Hóvár) — Ukrayna ərazisində yerləşən ən hündür dağ zirvəsidir. Zirvə Zakarpat vilayəti ilə İvano-Frankov vilayəti arasında, Rumıniya ilə sərhəddən 17 km aralıda yerləşir. Parpat dağlarının Çernoqor silsiləsində yerləşir. Zirvə dəniz səviyyəsindən 2061 m yüksəklikdə yerləşir. Zirvənin ətəklərindən Prut çayının qollarından biri başlanğıcını götürür. Dağa ilk turistik maşrut 1880-ci ildən açılmışdır. Zirvənin yaxınlığında Raxov, Yasinya və Voroxta.
Qovlar
Qovlar — Azərbaycan Respublikasının Tovuz rayonunun Qovlar şəhər inzibati ərazi dairəsində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Qovlar qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qovlar qəsəbəsinə şəhər statusu verilmiş, Qovlar qəsəbə inzibati ərazi dairəsi Qovlar şəhər inzibati ərazi dairəsi hesab edilmişdir. Allahverdiyev Hüseyn bu şəhərin tanınmış ziyalılarındandır. == Tarixi == Tovuz rayonunda ikinci şəhər olan Qovlar rayondan Bakı şəhəri istiqamətində hərəkət edərkən Tovuz çayı körpüsünü keçdikdən sonra təxminən 4–5 km uzaqlıqda yolun sağ tərəfində yerləşir. Qovlar qəsəbəsi öz yerləşmə mövqeyinə və infrastruktur imkanlarına görə Tovuz rayonunun iqtisadi göstəricilərində son dərəcə mühüm və həlledici rol oynamışdır. Qovlar şəhər sakinlərinin də əsas fəaliyyət növü rayonun digər yerlərində olduğu kimi əkinçilik, maldarlıq və üzümçülükdür. Şəhərdə məktəblər, uşaq baxçaları , xəstəxana, klinika və digər sosial təyinatlı obyektlər mövcuddur. Azərbaycan dəmiryol qovşağının Gürcüstan-Ermənistan xətti üzərində yerləşən Qovlar stansiyası Tovuz rayon dəmiryol qovşağının yük daşımaları sahəsində əsas stansiyası sayılır. === Tarixi abidələri === Şəhərdə Qədim Göytəpə yaşayış məskəni (Neolit dövrünə aid) yerləşir == Coğrafiyası və iqlimi == Şəhər rayon mərkəzindən 12 km uzaqlıqda yerləşir. == Əhalisi == === Şəhidləri === Həsənov Xətai Xaliq oğlu (2001–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Qovurma
Qovurma (qırğ. куурдак; qaz. қуырдақ/Qýyrdaq; türkm. gowurdak; uyğ. قورداق/қордақ/qordaq; özb. qovurdoq; monq. Хуурдаг; türk. kavurma; hind. क़ोरमा; urdu قورمہ; benq. কোরমা; fars.
Qovurğa
Qovurğa — Azərbaycan milli mətbəxinə daxil olan yemək növlərindən biri. Günün istənilən vaxtı yeyilir == Tərkibi və hazırlanma qaydası == Tərkibi:Kərə yağı, buğda, çətənə və küncüt. Qızdırılmış saca əvvəlcədən arıtlanaraq təmizlənmiş buğda əlavə edilir. Qovurğalıq buğda təxmini 8–10 dəqiqə ərzində qovrulur. Küncüt və çətənə də eyni minvalla ancaq buğdadan fərqli olaraq az vaxt ərzində qovrulur. Qovrulmuş buğdanı, küncütü, çətənəni bir yerə yığaraq qarışdırılır. Süfrəyə qoz, fındıq, badam ləpəsi ilə birgə təqdim olunur.
Sofora
Sofora (lat. Sophora) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Əyvora
Əyvora (fars. ایوراع‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 275 nəfər yaşayır (79 ailə).
Qoqoran
Qoqoran — İrəvan quberniyasınnı Aleksandropol qəzasında Ermənistanın şimalında Şirak dağ belindən şimal-şərqdə dağ adı == Toponimi == Qədim türk mənşəli Quqar (Qoqar) tayfasının adını əks etdirir.
Dəstna
Dəstna— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kiyar şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,111 nəfərdən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Weston
Riçard Uetson (ing. Richard Weston; 1733[…], Lester – 20 oktyabr 1806) — Böyük Britaniya botaniki. == Elmi fəaliyyəti == Riçard Ueston toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi taksonlar === Riçard Uetson aşağıdakı taksonları təsnif etmişdir: == Əsərləri == Riçard Uetson aşağıdakı əsərlərin müəllifidir: Tracts on Practical Agriculture and Gardening, 1769. Botanicus Universalis et Hortulanus — 4 volumes 1770–1777. Flora Anglicana… — 2 parts 1775 and 1780. The Gardener's and Planter's Calendar, 1773, 2nd ed. 1778. The Gentleman's and Lady's Gardener, 1774. The Gardener's Pocket Calendar, 1774.
Çester
Çester (ing. Chester) — Böyük Britaniyanın qərbində şəhər. Çeşir qraflığının inzibati mərkəzi. Əhalisi 118,2 min nəfərdir (2011). Liverpuldan 25 km. cənubda, Di çayı sahilindədir. Çester romalıların dövründə Kastra Devana adlı Roma Britaniyasının mühüm mərkəzi idi. Erkən orta əsrlərdə tərk edilmişdir (ehtimal ki, dağıdılmışdır). Anqlsaks dövründə "Legaseaster" adlandırılmışdır (Çester adı da sonralar buradan alınmışdır). XIII əsrin ikinci yarısında İngiltərə krallarının Şimali Uelsi zəbt etmək uğrunda apardıqları mübarizənin mühüm dayaq məntəqəssi olmuşdur.
Quora
Quora — istifadəçiləri tərəfindən yaradılan, redaktə edilən və idarə edilən sual-cavab saytıdır. Şirkət 2009-cu ilin iyun ayında yaradılmışdır və sayt 2010-cu ilin iyununda istifadəyə verilmişdir. Hal-hazırda sayt yalnız ingilis dilində fəaliyyət göstərir. Quora istifadəçilərin nik adla deyil, həqiqi adlarla qeydiyyatdan keçməsini tələb edir.
Eston
Estonlar Estoniyanın əksəriyyətini meydana gətirən və ölkənin rəsmi dili olan Eston dili danışan etnik qrupa verilən addır. Estonlar, minlərlə il əvvəl Ural dağlarına sonrakı həyatdan olduqları bölgəyə köç etmişlər.
Pesto
Pesto- əzilmiş reyhan və sarımsaq ilə duz, şam fıstığı, pendir və zeytun yağı qarışığından əldə edilən bir sousdur.Mənşəi İtaliyanın Liquriya regionunun mərkəzi olan Genuya şəhəridir
Boz qovurma
== Tərkibi == Qoyun əti – 163q, Ərinmiş yağ – 30q, Baş soğan – 50q, Zəfəran – 0,1q, Keşniş – 15q Şüyüd – 15q, Duz – zövqə görə. == Hazırlanma qaydası == Qoyun əti 15-20 qramlıq tikələrə doğranılır, duzlanılır və qızardılır. Doğranmış soğan və zəfəran şirəsi əlavə edilib bişirilir. Süfrəyə verildikdə üzərinə göyərti səpilir.
Dördqanad sofora
Dördqanad sofora (lat. Sophora tetraptera) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin sofora cinsinə aid bitki növü.
Gevork Açemyan
Gevork Əcəmyan (erm. Գևորգ Աճեմյան; 18 fevral 1932, Mənbic, Hələb mühafəzəsi – 27 dekabr 1998 və ya 31 dekabr 1998, Lion) — erməni ictimai-siyasi xadimi, ASALA terror təşkilatının yaradıcılarından biri. 1932-ci ildə Suriyada anadan olmuş, gənc yaşlarında Beyruta köçmüşdür. Beyrutdakı Amerikan Universitetində təhsil almış, oradaca kitab dükanı açmışdır. 1960-cı illər erməni mühacir ədəbiyyatının tanınmış nümayəndələrindən biridir, əsərləri ermənicə və ingiliscə yazılmış, ABŞ, SSRİ və Livanda nəşr olunmuşdur. ASALA terror təşkilatının yaradılmasında böyük rolu olmuşdur. Təşkilatın siyasi xəttinin işlənib hazırlanmasında yaxından iştrak etmişdir. Əcəmyanın ən məşhur romanlarından biri Livandakı erməni gənclərindən bəhs edən "Ardqoxi jaranqordnera"dır. 1978–1989-cu illərdə "Spürk" jurnalının redaktoru olmuşdur. Jurnalda Qürgen Yanıkyanın müdafiəsinə yönəlmiş yazılarlarla, Naxçıvan və Qarabağdakı ermənləri təhrik edəcək məqalələrlə çıxış edirdi.
Gevork Caukyan
Gevork Beqlaroviç Caukyan (erm. Գևորգ Ջահուկյան; 1 aprel 1920, Şahnəzər, Aleksandropol qəzası – 6 iyun 2005, İrəvan) — Sovet-Ermənistan linqvisti və filoloqu, filologiya üzrə elmləri doktoru, professor, Ermənistan Elmlər Akademiyasının akademiki, Ermənistan SSR əməkdar elm xadimi. == Həyatı == Gevork Beqlaroviç Caukyan 1 aprel 1920-ci il tarixində Ermənistan Xalq Cümhuriyyətinin indiki Loru mərzində yerləşən Şahnəzər (indiki Metsavan) kəndində anadan olmuşdur. O, 1941-ci ildə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Caukyan 1941–1943-cü illərdə İkinci Dünya müharibəsində iştirak etmişdir. Caukyan 1945–1949-cu illərdə İrəvan Dövlət Universitetində baş müəllim, 1949–1958-ci illərdə dosent, 1958-ci ildə isə professor kimi çalışmışdır. O, 1948–1957-ci illərdə İrəvan Dövlət Universitetinin Xarici Dillər fakültəsinə rəhbərlik etmişdir. Caukyan 1968-ci ildən Ermənistan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1977-ci ildən isə akademiki olmuşdur. == Elmi fəaliyyəti == Caukyan əsas əsərlərini ümumi və müqayisəli dilçilik, dünya və erməni dilçiliyinin tarixi və nəzəriyyəsi, qədim Hind-Avropa dilləri ilə Kiçik Asiya dilləri arasındakı əlaqə, erməni dilinin tarixi, dialektologiyası, erməni dilinin ləhçələrinin təsnifatı, müasir erməni dilinin quruluşu məsələlərinə həsr etmişdir. == Mükafatlar == Caukyan "Müqəddəs Mesrop Maştots" ordeni, "Oktyabr inqilabı" ordeni (20.08.1986), "Şərəf nişanı" ordeni (18.03.1976), Movses Xorenatsi medalı, "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley" medalı (1970), SSRİ XTNS gümüş medalı (1985) ilə təltif edilmişdir.
Gevork Çavuş
Gevork Çavuş (erm. Գէորգ Արոյի Ղազարեան) - Osmanlı imperiyası sərhədləri daxilində fəaliyyət göstərmiş Daşnaksütun terrorçusu, qaçaq. Gevork Çavuş Sasunun Mktink kəndində ovçu ailəsində doğulmuşdur İlk təhsilini Muşda Arakelots monastırında almışdır Bir müddətdən sonra monastırı tərk edib Arabonun dəstələrinə qoşulur o zamanlar Arabo fidayi dəstələrinə başçılıq edirdi Arabonun tutulmasından sonra o Arabonu satanın arxasını düşür və həmin şəxsi öldürür 1885dən 1888ə qədər səyahət edir sonunda Hələbdə qalmağı qərarlaşdırır Hələbdə işləyib silahlanmaq üçün yetərincə pul yığır 1890cı ildə yenidən Darona qayıdır və burada dostu Hampartsum Boyacıyananın dəstələrinə qoşulur 1894cu ildə Sasun Üsyanına qatılır burada Osmanlı qüvvələri tərəfindən tutulur və 15 illik həbs qətimkan tədbiri seçilir onun üçün lakin 2 ildən sonra türmədən qaçmağı bacarır və Sasunun Dağlarında qaçaq həyatı yaşayır burada dostları ilə birgə Daşnaksütüna üzv olur 1896cı ildə Andranik ozanyanla tanış olur və 2ci Sasun üsyanında birgə vuruşurlar.
Gevork Əcəmyan
Gevork Əcəmyan (erm. Գևորգ Աճեմյան; 18 fevral 1932, Mənbic, Hələb mühafəzəsi – 27 dekabr 1998 və ya 31 dekabr 1998, Lion) — erməni ictimai-siyasi xadimi, ASALA terror təşkilatının yaradıcılarından biri. 1932-ci ildə Suriyada anadan olmuş, gənc yaşlarında Beyruta köçmüşdür. Beyrutdakı Amerikan Universitetində təhsil almış, oradaca kitab dükanı açmışdır. 1960-cı illər erməni mühacir ədəbiyyatının tanınmış nümayəndələrindən biridir, əsərləri ermənicə və ingiliscə yazılmış, ABŞ, SSRİ və Livanda nəşr olunmuşdur. ASALA terror təşkilatının yaradılmasında böyük rolu olmuşdur. Təşkilatın siyasi xəttinin işlənib hazırlanmasında yaxından iştrak etmişdir. Əcəmyanın ən məşhur romanlarından biri Livandakı erməni gənclərindən bəhs edən "Ardqoxi jaranqordnera"dır. 1978–1989-cu illərdə "Spürk" jurnalının redaktoru olmuşdur. Jurnalda Qürgen Yanıkyanın müdafiəsinə yönəlmiş yazılarlarla, Naxçıvan və Qarabağdakı ermənləri təhrik edəcək məqalələrlə çıxış edirdi.
Gevorq Varşamyan
Gevorq Varşamyan (erm. Գևորգ Վարշամյան) — Ermənistan siyasətçisi. O, Ermənistan Demokratik Respublikası (EDR) parlamentinin 2-ci çağırış deputatı olmuşdur. Bundan başqa, Varşamyan EDR hökuməti tərəfindən Ermənistanın işğal etdiyi Naxçıvan qəzasına qubernator təyin edilmişdir.
Gombulmeyvə sofora
Gombulmeyvə sofora (lat. Sophora pachycarpa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin sofora cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisidir. Yeraltı hissəsi güclü inkişaf edərək, kökləri üfüqi istiqamətdə böyüyür. Gövdəsinin hündürlüyü 60 sm, yuxarıya doğru böyüyərək düzgün budaqlanan, ipəkvari tükcüklərdən və güclü inkişaf edən yarpaqlardan ibarətdir. Cüt olmayan yarpaqlarının uzunluğu 18 sm, ellipsşəkilli yarpaqlarının uzunluğu 1-2 sm, eni 0,3-0,9 sm sıx tükcüklü olub, bitki bütünlüklə sarımtıl-yaşıl rənglidir. Uzunsov-sümbülşəkilli çiçək qrupuna aid olub, zirvədə yerləşən çiçəklərin uzunluğu 7-25 sm-ə bərabərdir. Kəpənəyəbənzər çiçəklərin uzunluğu 1,5 sm, tacı sarımtıl və ya ağımtıl rəngli olur. Dolğun, şişman meyvələri qara rəngli, silindrik, uzunluğu 2-5 sm, eni 0,7-0,9 sm olmaqla, demək olar ki, gərilmişdir. Toxumları böyrəkvari-yumurtaşəkilli, diametri 0,1-0,5-0,6 sm, tünd-qəhvəyi və ya qara rəngli olub, hamar və parlaqdır.