Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cettia cetti
Cettia cetti (lat. Cettia cetti) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin cettiidae fəsiləsinin cettia cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Təxminən 13-14 sm-dirlər. Yetkin fərdin arxa tərəfi açıq qəhvəyi, alt tərəfi ağımsov bozdur. Qısa qanadları və geniş quyruğu vardır. Sylviidae fəsiləsinə aid olduğundan onların xüsusiyyətlərini daşıyırlar: erkək və dişi fərd oxşardırlar. == Yaşayış tərzi == Bu kiçik oxuyan sərçələr əsasən Avropada yaşayırlar, amma şərqdəki populyasiyaları qısa məsafəli köçlər edirlər, çoxalma sahələri içində qışı keçirdirlər. Sıx bitki yaşamının olduğu suya yaxın yerlərdə yaşayırlar. Yuva bir kolluqda və suya yaxın olaraq düzəldilir. Bir dəfəyə 3-6 yumurta qoyurlar.
Çennay
Çennai (tam. சென்னை, ing. Chennai) — 1996-cı ilə qədər Mədrəs. Hindistanın cənubunda, Tamilnad Ştatının inzibati mərkəzi. Ölkənin dördüncü böyük şəhəri (Mumbay, Dehli və Kəlkütədən sonra), şəhər aqlomerasiyasının ölçülərinə görə isə dünyada 41-ci yerdə durur. Əsası 1639-cu ildə, Koromandel sahilində qoyulub. == Toponimika == Şəhərin köhnə adı olan Mədrəs, Mədrəspatnam kəndinin tam. மதராசப்பட்டினம, adından, Ost-İndia kompaniyası tərəfindən qoyulub. Daha bir yaşayış məntəqəsi olan Çennapatnam, Mədrəspatnamdan cənubda yerləşirdi. İki yaşayıç məntəqələri birləşəndən sonra, britaniyalılar şəhərin adını Mədrəs (tam.
Çetine
Çetinye (mont. ,serb. Цетиње/Cetinje) — Monteneqroda şəhər. Monteneqro konstitusiyasına görə, Çetinye Podqoritsa ilə birlikdə ölkənin "paytaxtlarından" biridir: burada prezidentin rəsmi iqamətgahı və Monteneqro Mədəniyyət Nazirliyi yerləşir. Şəhər vahid idarəetmə orqanı olmayan üç ayrı bələdiyyənin konqlomeratından ibarətdir. Ölkənin altıncı böyük şəhəri olan Çetinyenin əhalisi 14 min nəfərdir (2011).Lovçen massivinin ətəyi, dağarası hövzədə yerləşir. Avropanın ən yağışlı şəhərlərindən biridir. Zeta knyazı İvan Çernoyeviç tərəfindən 1484-cü ildə şəhərdə qurulan Çetinye monastırıMonteneqro şəhər rahiblərinin iqamətgahı oldu, daha sonra Monteneqro-Primorsk mitropolitinin kafedrası buraya köçrüldü və türk fəthçilərinə qarşı müqavimət mərkəzlərindən biri oldu. 1878 — 1918-ci illərdə müstəqil Monteneqronun paytaxtı olmuşdur. 1929 — 1941-ci illərdə Yuqoslaviya Krallığının Zeta banovinasının inzibati mərkəzi olmuşdur.
Çetinye
Çetinye (mont. ,serb. Цетиње/Cetinje) — Monteneqroda şəhər. Monteneqro konstitusiyasına görə, Çetinye Podqoritsa ilə birlikdə ölkənin "paytaxtlarından" biridir: burada prezidentin rəsmi iqamətgahı və Monteneqro Mədəniyyət Nazirliyi yerləşir. Şəhər vahid idarəetmə orqanı olmayan üç ayrı bələdiyyənin konqlomeratından ibarətdir. Ölkənin altıncı böyük şəhəri olan Çetinyenin əhalisi 14 min nəfərdir (2011).Lovçen massivinin ətəyi, dağarası hövzədə yerləşir. Avropanın ən yağışlı şəhərlərindən biridir. Zeta knyazı İvan Çernoyeviç tərəfindən 1484-cü ildə şəhərdə qurulan Çetinye monastırıMonteneqro şəhər rahiblərinin iqamətgahı oldu, daha sonra Monteneqro-Primorsk mitropolitinin kafedrası buraya köçrüldü və türk fəthçilərinə qarşı müqavimət mərkəzlərindən biri oldu. 1878 — 1918-ci illərdə müstəqil Monteneqronun paytaxtı olmuşdur. 1929 — 1941-ci illərdə Yuqoslaviya Krallığının Zeta banovinasının inzibati mərkəzi olmuşdur.
Cenia
Cotula (lat. Cotula) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Çatni
Çatni — Hindistanın ənənəvi sousu. Demək olar ki, bütün yeməklərə əlavə olunur və xüsusi dad verir. Tünd dadı ilə acı olmayan yeməklərə əlavə edilir və özünün gözəl rəngi ilə iştaha açır. == Ümumi məlumat == Çatni adətən tərəvəzlərdən hazırlanır. Bəzən isə meyvələrdən də çatni hazırlayırlar. Çatninin hazırlanması uzun vaxt tələb edir. Belə ki, bütün komponentlər tamamilə həll olunub bişməlidir. Çatni adətən şirin və dadlı olur. O iştahanı artırır və həzm sistəmini sürətləndirir. Yeməklə eyni vaxtda başqa qabda stola qoyulur və kim istəsə zövqünə uyğun olaraq yeməyinə əlavə edir.
Çəpni
Çəpni — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 19 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Orta əsrlərdə Anadoluda Ulu-Yörük tayfa ittifaqının bir qolu Çəpni adlanırdı XVI əsrdə Qızılbaşların Çəpni tayfasının məskunlaşması nəticəsində yaranmışdır == Toponimi == Toponim qədim oğuz tayfasından olan çəpni etnonimi əsasında əmələ gəlmişdir. Qızılbaş tayfalarından birinin də adı "çəpni"dir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Mənşəcə Səlcuq oğuzlarının Çəbni (Çəpni) tayfasının adını əks etdirir. 1828-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuş və İrandan gəlmə ermənilər yerləşdirilmişdir. Ona görə də XIX əsrin 80-ci illərinə aid mə'lumata görə kəndin əhalisi erməni idi (yenə orada).
Çətir
Çətir — insanları yağışdan və günəş şüalarından qoruyan oval şəkilli əşya. Çətirdən ilk dəfə təxminən 3400 il əvvəl Mesapotamiyada rütbənin və fərqliliyin rəmzi kimi istifadə olunub. Bu çətirlər mesapotamiyalıları yağışdan deyil, parlaq günəşdən qoruyurdu. Tarixən əksər hallarda çətirlərdən daha çox günəşdən qorunmaq üçün istifadə edilmişdir. Hətta ingiliscədə "umbrella" sözü latıncada kölgə mənasını verən "umbra" kəlməsindən yaranmışdır. E.ə. 1200-cü illərdə çətirdən Misirdə dini anlamda istifadə edilib. Misirlilər göy üzünün tanrının vücudundan düzəldilmiş dünyanı qoruyan bir çətir olduğuna inanırdılar və çətir götürmək yüksək əxlaq göstəricisi hesab olunurdu. Romalılar çətiri misirlilərdən götürmüş və ona ancaq qadınların istifadə etdiyi bir əşya kimi baxmışlar. Qədim Romada kişilər çətirdən istifadə etmirdilər.
Cenin
Cenin (ərəb. جنين‎) — Fələstin Muxtariyyətinin İordan çayının qərb sahilində yerləşən şəhəri, Fələstin Milli Administrasiyasının (PNA) eyni adlı vilayətinin inzibati mərkəzi. == Tarixi == Roma dövründə qəsəbə samariyalı Ginae kəndi kimi tanınırdı. 12-ci əsrdə Yakut əl-Həməvi Cenini "çoxlu bulaqlar olan kiçik gözəl şəhər" kimi təsvir etmişdir. Osmanlı imperiyası dövründə Cenin eyniadlı naxiyanın (nahiyənin) mərkəzi idi, 1596-cı il siyahıyaalınmasına görə burada 8 təsərrüfat var idi. 1882-ci ildə əhalisi 3 minə yaxın idi, 2 ailə xristian, qalanları müsəlman idi. 1922-ci ildə əhalinin sayı 2637 nəfər idi, onlardan 7 yəhudi, 108 xristian, 215 hindu və sikx, qalanları isə müsəlman idi. Şəhər 1930-cu illərdə Fələstinin İngiltərənin nəzarəti altında olduğu zaman şöhrət qazanmışdı. 1938-ci ilin yayında yerli ərəb Cenində ingilis müstəmləkəçi məmurunu öldürdü. Qətldə şübhəli bilinən yaraqlı qaçmaq istəyərkən tutularaq güllələnib.
Böyük Setnoy
Böyük Setnoy — Xəzər dənizinin şimal-qərbində, Volqa çayının deltasında yerləşir. İnzibati cəhətdən Həştərxan vilayəti, Kamızyak rayonu ərazisinə daxildir. Adanın şimalında Morskaya Kоsa, qərbdə — Kiçik Setnoy, cənubda isə — Morskoy Setnoy.
George Çerney
George Çerney (13 aprel 1990) — Rumıniyalı kişi ağır atlet. 85 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Rumıniyanı təmsil edir. George Çerney dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Kiçik Setnoy
Kiçik Setnoy (rus. Малый Сетной)— Xəzər dənizinin şimal-qərbində Volqa çayının deltasında yerləşir. İnzibati cəhətdən Həştərxan vilayətinin Kamızyakski rayonu ərazisinə daxildir. Adanın şimalında Sedmoy, qərbdə Nijnıy (ada) və Lixaçev adası, şərqdə Morskoy Setnoy və Böyük Setnoy adaları yerləşir. 45°41′ şm. e. 48°39′ ş. u.
Morskoy Setnoy
Morskoy Setnoy — Xəzər dənizinin şimal-qərnində Volqa çayının deltasında yerləşir. İnzibati cəhətdən Həştərxan vilayətinin Kamızyakski rayonu ərazisində yerləşir.
Mətnin sonu
Mətnin sonu – verilənlərin ötürülməsində mətn faylının sonunu göstərmək üçün istifadə olunan simvol. Mətnin sonunun göndərmə sonluğu simvolu (END-OF-TRANSMISSION, EOT) ilə üst-üstə düşməsi vacib deyil, çünki göndərilən mətnə (mətnin önünə və ya sonuna) çoxlu sayda xətalara nəzarət kodları və verilişin idarəedilməsi simvolları artırıla bilər. ASCII kodunda ETX simvolu onluq 3 (onaltılıq 03h) qiyməti ilə göstərilib.
Xentiy dağları
Xentiy dağları (monqolca: Хэнтийн нуруу; rom Hentiyn nuru) — Monqolustanın Töv vilayəti və Xentiy vilayətləri arasındakı dağ silsiləsidir. Xan Xentiy dağları, Qəti Mühafizə Sahəsində yerləşir və Çingiz xanın mənşəyi ilə əlaqəli olan Monqolustanın müqəddəs dağı Burxan Xaldun dağını əhatə edir.
Xentiy vilayəti
== Ərazisi == 1930-cu ildə yaradılan Xentiy vilayətinin ərazisi 80 325 Km2-dır. Xentiy vilayətinə 17 rayon (sum) daxilidir. == Əhalisi == 2017-ci ilə olan məlumatlara əsasən Xentiy vilayətinin əhalisi 76 020 nəfərdir. Əhalinin mütləqi monqollardan ibarətdir.
Çennay ekspresi
Çennay ekspresi (ing: Chennai Express, hind: चेन्नई एक्सप्रेस, tam: சென்னை எக்ஸ்பிரஸ்) — Rohit Shetty tərəfindən 8 avqust 2013-cü ildə ekranlaşdırılan Hindistan komediya filmidir. Baş rollarda Şah Rukh Khan və Dipika Padukone oynamışdırlar. Film 6 kateqoriya üzrə Filmfare Mükafatlarına namizəd olsa da, heç bir mükafat almamışdır. Film 422 crore (68 milyon dollar) gəlir əldə etmişdir. Çennay ekspresi Hindistanın ən çox gəlir gətirən filmi olmuş və Baykerlər 3 filmi tərəfindən 4 ay sonra bu rekord sındırılana qədər bu adı özündə saxlamağı bacarmışdır. == Süjet xətti == Hələ azyaşlı uşaq olanda Rahul hər iki valideynini ağır avtomobil qəzasında itirib. Yetim böyüyən Rahulu nənə-babası öz himayələrinə götürüb. Ancaq ad günü ərəfəsində sevimli babası gözlənilmədən dünyasını dəyişir. Onun kül halına gətirilmiş nəşini Rameşvarama aparmaq lazım gəlir. Ad günü ərəfəsində Rahul dostları ilə Qoaya istirahətə yollanmağa razılaşmışdı.
Çetinye oktoixi
Çetinye oktoixi (serb. Цетињски октоих) — Zeta Knyazlığının paytaxtı (müasir Monteneqro) Çetinyedə 1494-cü ildə çap edilmiş Şərqi pravoslav kilsəsinin ibadət kitabı. Kilsə slavyan dilinin törəməsi olan Serb slavyan dilində çap edilmiş ilk kitab, həmçinin Cənubi Avropada kirilcə nəşr edilmiş ilk kitab sayılır. Kitab rahib Makarinin rəhbərliyi altında Çetinye mətbəə evində çap edilmişdir, hansı ki 1493-cü ildə IV Georgi Çernoyeviç tərəfindən qurulmuşdur və Çetinye Manastırı ərazisində yerləşirdi. Birinci cild Oktoix sisteminin ilk dörd məzmununa həsr olunan himnlərdən ibarətdir, ikinci cild isə ikinci dördə. == Birinci cild == Birinci cild IV Georgi Çernoyeviçin hesabına çap edilirdi və 4 yanvar 1494-cü ildə tamamlanmışdır. Kitab 29 x 21,6 santimetr formatında 270 vərəqdən ibarətdir. Çap zamanı iki rəngdən (qara və qırmızı) istifadə edilmişdir. Tərtibat zamanı ksiloqrafik başlıq şəkilləri və inisiallardan istifadə olunmuşdur. Bu cildin 108 nüsxəsi bu günə qədər qorunub saxlanmışdır, onlardan biri Çetinye Manastırı muzeyindədir, 1987-ci ildə isə birinci cildin 600 faksimile nüsxəsi çap olunmuşdur.
Çorniy burnu
Çorniy burnu (ukr. Чорний) — Krımın qərbində, Çornomorski rayonu ərazisində yerləşən burun. Qara dənizin Karkinit körfəzinin daxilinə uzanır. Mejbodnoe kəndindən qərbdə yerləşir. Sahillərində Yarılqaç buxtası vardır. Burunda 1939-cu ildə mayak və naviqasiya işarəsi quraşdırılmışdır.
Cenis Bremner
Cenis Bremner (15 iyul 1974) — Kanadanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Cenis Bremner Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Cenis Bremner Olimpiadanın gümüş medalına sahib olub.
Cenis Coplin
Cenis Coplin (ing. Janis Lyn Joplin; 19 yanvar 1943[…], Port-Artur[d] – 4 oktyabr 1970[…], Hollivud, Kaliforniya) — amerikalı musiqiçi. === Həyatı === == İlk illər: 1943–1961 == 19 yanvar 1943 tarixində Port Arthur, Texasda işləyən bir ailənin ilk uşağı olaraq dünyaya gəldi. Bir neftayırma zavodu qəsəbəsində böyüyən Janis, yeni tanış olduğu hər kəs tərəfindən qeyri-adi biri olaraq xarakterizə edilirdi. Gənclik illərində sənətçi şəxsiyyətini kəşf edən ailəsi, ona bu sahədə özünü inkişaf etdirməsi üçün dəstək verdi. 14 yaşındə cəmiyyət tərəfindən qeyri-adiliyinə görə qəbul edilməyən Janis, özünü musiqinin və sənətin içində gizlətməyə qərar verdi. 18 yaşında, Texasdakı bir çox yerli klubda səhnəyə çıxmağa başladı. Daha sonra blues musiqisinə olan talantının tükəndiyini düşünərək, Lamar State College of Technology kollecinə daxil oldu. 1963-cü ildə məktəbi buraxdı və musiqi karyerası üzərində işləməyə qərar verdi. == Kaliforniya Həyatı == 1963-cü ildə avtostopla gəldiyi Kaliforniya Dream'ində hippi hərəkatınə daxil oldu.
Cenni (müğənni)
Kim Cenni (16 yanvar 1996, Gangnam) — Cənubi Koreyalı müğənni,aktrisa və reper. 2016-cı ildə YG Entertainment tərəfindən qurulan qız qrupu "Blackpink"-in əsas repçisi və aparıcı vokalıdır. Cənubi Koreyada doğulub böyüyən Cenni 2010-cu ildə Cənubi Koreyaya qayıtmazdan əvvəl səkkiz yaşında beş il Yeni Zelandiyada təhsil alıb. 2018-ci ilin noyabrında, Cenni "Solo" sinqlı ilə solo sənətçi kimi çıxış etdi. Mahnı həm Gaon Digital Chart-da, həm də Billboard-un Dünya Rəqəmsal Mahnılar cədvəlində birinci yeri tutaraq, yerli və beynəlxalq səviyyədə kommersiya uğuru qazandı. == Həyatı == === İlk İllər === Kim Jennie 16 yanvar 1996-cı ildə Cənubi Koreya-nın Seul şəhərində anadan olub. Səkkiz yaşında olarkən ailəsi ilə birlikdə Avstraliya və Yeni Zelandiya-ya səyahətə getdi. Yeni Zelandiyada olarkən anası ondan bu yerin xoşuna gəldiyini və qalmaq istədiyini soruşdu, Jennie "hə" cavabını verdi. Bir il sonra Yeni Zelandiya-nın Auckland şəhərindəki (Waikowhai) Vaikovai Orta məktəbinə oxumağa göndərildi. 2006-cı ildə "English, Change To Survive" MBC sənədli filmində rol aldı.
Cenni Herhardt
Cenni Herhardt — Amerika ədəbiyyatında realizmin ən görkəmli nümayəndələrindən biri, tanınmış yazıçı, ictimai xadim - Teodor Drayzerin romanı. Teodor Drayzer , bu romanında pulun, kapitalın, var-dövlətin cövlan etdiyi bir dünyada Cenni kimi sadə insanların taleyini, davranışını, həyatını, mənəviyyatını pozan Amerika həyat tərzini, inhisarçı kapitalizmi tənqid edir. Burjua cəmiyyətinin mənəvi faciəsi yazıçının sosial-realizm prizmasından dolğun boyalarla əks olunur. == Mənbə == Teodor Drayzerin Cenni Herhardt romanı. 2006-cı ildə Bakıda "Şərq-Qərb" nəşriyyatında çap olunub.
Cenni Karezi
Cenni Karezi (yun. Τζένη Καρέζη; əsl adı — Yevgeniya Karpuzi; 12 yanvar 1932, Afina – 26 iyul 1992, Afina) — yunan teatr və kino aktrisası. == Həyatı == Yevgeniya Karpuzi 12 yanvar 1934-cü ildə Afinada anadan olmuşdur (bəzi mənbələrdə 1932 və ya 1936 göstərilir). Atası riyaziyyatçı, anası isə məktəb müəllimi idi. Yevgeniya, ilk öncə Salonikidə, sonra Afinada özəl fransız məktəbində oxumuşdur. O, fransız dilini səlis öyrənmişdir. Gənc olanda atası ailəni tərk edəndə, anası ilə yaşamağa davam etmişdir. 1951-ci ildə Yunanıstan Milli Teatrına qəbul olundu və orada teatr məktəbində oxuyurdu. Onun müəllimləri arasında dramaturq Angelos Terzakis və rejissor Dimitris Rontiris var idi. 1954-cü ildə teatr məktəbini bitirdikdən sonra Aleksis Minotis və Katina Paksino kimi aktyorlarla birlikdə teatrda əsas rolları oynamağa başladı.
Cerni Smollett
Cerni Diana Smollett (ing. Jurnee Diana Smollett; 1 oktyabr 1986, Nyu-York, Nyu-York ştatı) — ABŞ aktrisası. Cerni karyerasına uşaq yaşlarında "On Our Own" (1994-95) və "Full House" (1992-94) kimi televiziya sitkomları ilə başlamışdır.