Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hecet
Ləcət
Ləcət (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Ləcət (Qusar) — Azərbaycanın Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Çeçen
Çeçenlər — Şimali Qafqazda yaşayan xalq. Danışdıqları çeçencə Qafqaz dil ailəsinə aiddir. Böyük bir hissəsi Rusiyada yaşayır. Rusiyanın tərkibində muxtariyyətləri var. Çeçenlər sünnidir. Hənəfi və şafi məzhəblərinə inananlar çoxluq təşkil edir.
Cecə
Çaça (gürc. ჭაჭა) — bəzən üzüm vodkası adlanan açıq sarı rəngli alkoqollu içki. Əsasən Gürcüstanda istehsal olunur. Çaça termini Gürcüstanda üzüm distilləsinə istinad etmək üçün istifadə olunur. Çaça üzümlə yanaşı əncir, naringi, portağal, pomidor və tərxundan hazırlana bilər. Çaça əsasən distillə imkanları olan şərab zavodlarında hazırlanır. Ən məşhur çaça məhsullarından biri olan Binexi Estraqon 2007-ci ildə Mundus Vini mükafatlarında gümüş medal qazanmışdır.
Cefet-MG
Minas-Jerays Texnoloji Təhsil Federal Mərkəzi (port. Centro Federal de Educação Tecnológica de Minas Gerais) və ya qısaca Cefet-MG — Braziliyanın Belo Horizonte şəhərində yerləşən dövlət universiteti.
Cefet-RJ
Rio-de-Janeyro Texnoloji Təhsil Federal Mərkəzi (port. Centro Federal de Educação Tecnológica Celso Suckow da Fonseca və ya qısaca Cefet-RJ) – Braziliyanın Rio-de-Janeiro şəhərində yerləşən dövlət universiteti.
Cefet/RJ
Rio-de-Janeyro Texnoloji Təhsil Federal Mərkəzi (port. Centro Federal de Educação Tecnológica Celso Suckow da Fonseca və ya qısaca Cefet-RJ) – Braziliyanın Rio-de-Janeiro şəhərində yerləşən dövlət universiteti.
Cəhət təyini
Məhəldə üfüqün tərəflərini (cəhətlərini) təyin etmə . Cəhət günəşə, Qütb ulduzuna, yerli əlamətlərə, saat əqəbinə əsasən və kompasla təyin edilir.
Ləcət (Qusar)
Ləcət — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Ləcət oyk., sadə. Xaçmaz r-nlınun eyniadlı i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır. Keçmiş adı Ləcətoba olmuşdur. Kənd Qusar r-nundakı Ləcət kəndinə məxsus qışlaq yeri olduğu üçün belə adlandırılmışdı. Sonralar daimi yaşayış məntəqəsinə çevrilən kəndin adındakı ikinci komponent (oba sözü) düşmüşdür; Qusar r-nunun Həzrə i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Ehtimal etmək olar ki, oykonim ləc (bataq¬lıq) və ət (burada “yer, məkan" mənasım bildirir) komponentlərindən düzəlib, “bataq¬lıq yer" mənasındadır.
Ləcət (Xaçmaz)
Ləcət — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Ləcət (dəqiqləşdirmə)
Ləcət (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Ləcət (Qusar) — Azərbaycanın Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Ləcət bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ruhi Çenet
Ruhi Çenet (20 oktyabr 1990, Aydın ili) — türk youtuber və aktyor. Ruhi Çenet 20 oktyabr 1990-cı ildə Türkiyənin Aydın şəhərində anadan olub. Təhsili üçün Hindistana gedib. Hindistandan universitet təhsilini tamamladıqdan sonra 2011-ci ildə Türkiyəyə gəlib. Türkiyəyə gəldikdən sonra YouTube platforması üçün videolar hazırlamağa başladı. 4 noyabr 2022-ci il tarixinə əsasən YouTube'da 6,56 milyon abunəçisi var. 2019-cu ildə Çinin Uhan şəhərində ortaya çıxan koronavirus haqqında videoreportaj hazırlamaq üçün Ruhi Çenet 2 fevral 2020 tarixində Çinə getmişdir. Ruhi Çenet Çində olduğu müddətdə burdakı insanlardan reportaj götürmüş və pandemiya haqqında ətraflı məlumat əldə edə bilmişdir. Ruhi Çenet 11 fevral 2020 tarixində Ermənistana gedərək, burada Türklərə olan münasibət haqqında videoreportaj hazırlayır. O buradakı Ermənilərdən müsahibə götürüb, onlara bəzi suallar verib.
Çeçen adası
Çeçen — Xəzər dənizinin şimal-qərbində yerləşən, Çeçen arxipelaqının ən iri adası. Çeçen keçidi ilə Aqraxan yarımadasından və Kiçik Bazar, Piçujonok və Yaiçnı adalarından ayrılır. İnzibati cəhətdən Dağıstanın Kirov rayonu Mahaçqala şəhəri ərazisinə daxildir. Adadan şərqdə Prıqunki adası, cənubda isə Bazar, Piçujonok və Yaiçnıy adalarından yerləşir. Adalar öz aralarında kiçik boğazlarla ayrılır. Yaiçnıy adasını Aqraxan yarımadasından Lopatinski keçidi boğazı vastəsi ilə ayrılır. Adanın qərbində Çeçen (kənd) yaşayış məntəqəsi yerləşir. Sahil xətti dənizin səviyyəsindən asılı olaraq dəyişir. Onun uzunluğu 15 km, eni 10 km təşkil edir. Sahəsi 55 km²-dir.
Çeçen dili
Çeçen dili (нохчийн мотт) — Nax dillərindən biri, çeçenlərin milli dili. Çeçen dili Çeçenistanda, İnquşetiyada, Dağıstanın Xasavyurt rayonunda, Gürcüstanın Əhməd rayonunda yayılmışdır. 2010-cu ilin siyahıyaalmasına əsasən Rusiyada çeçen dilində danışanların sayı 1 354 705 nəfər olmuşdur. Çeçen dili yayılma dərəcəsinə görə Rusiyada beşinci yeri tutur (rus, ingilis, tatar və alman dillərindən sonra). Çeçenistanın rəsmi, Dağıstanın isə ədəbi dillərindən biridir.
Çeçen düzənliyi
Çeçen düzənliyi (rus. Чече́нская равнина, çeç. Нохчийн аре) — Şimali Qafqazın cənubunda, Böyük Qafqaz dağlarının ətəyində yerləşən düzənlik. Maksimum uzunluğu 110 km, maksimum eni 40 km-ə qədərdir. Çınqıllardan ibarətdir. Əsasən Çeçenistan Respublikası ərazisində, daha az hissəsi İnquşetiyada yerləşir. Bura Çeçenistan əhalisinin çoxunun cəmləşdiyi ərazidir. Düzənlik şimalda Terek, Sunja və Qroznı dağ silsilələri, qərbdə Nazran yaylası, şərqdə Qudermes dağ silsiləsi, cənubda Böyük Qafqaz dağları ilə əhatə olunmuşdur. Çeçenistan və İnquşetiyanın ən böyük şəhərləri Çeçen düzənliyində yerləşir: Qroznı, Urus-Martan, Şalin, Arqun, Qarabulaq. Рыжиков, Валентин Васильевич.
Çeçen mayakı
Çeçen mayakı — Xəzər dənizinin şimal-qərb hissəsində yerləşən Çeçen adasında mayak. Mayak 1863-cü ildə İngilis inşaatçılar tərəfindən inşa edilmişdir. Çeçen adasının yeganə tarixi abidəsidir. Mayak strateji obyekt statusuna malikdir. Çeçenistan adasının qərb ucunda, Xəzər dənizinin qərb sahilində, Aqraxan yarımadasından üç mil şimalda, Çeçen mayak ucaldılıb. Çeçen adasındakı mayak haqqında ilk məlumatlar, Rusiyaya səyahət edən və 1636-1638-ci illərdə Səfəvilər dövlətinə yollanan Şlezviq-Holşteyn səfirliyinin tərkibində olan alman səyyahı Adam Olearinin "Moskva səfərinin təsviri" əsərində qeyd edilmişdir Adam Oleari, bu adanın uclarından birində dörd dirəyin bir-birinə bağlandığını və onların üzərinin budaqları ilə örtüldüyünü bildirirdi. Адам Олеарий сообщал, что на Onların yanında gecə alovlandırılan iki böyük çuxur da vardı. Məlumdur ki, "dəniz gəmilərinin keçməsi üçün" adadakı alov haqqında 1723-cü ildə "dənizçilərin qeydlərində bir növ mayak təsvir edilirdi". Yerli diyarşünasların məlumatına görə, indiki mayakın yerində kiçik bir taxta mayak mövcud olmuşdur. Qeyd edək ki, hazırkı mayak Çeçen adasının yeganə tarixi abidəsidir.
Çeçen musiqisi
Çeçen musiqisi cənubdan Dağıstan xalqları, qərbdən Gürcüstan və Şimali Osetiyanın etnik qrupları ilə qarşılıqlı təsir zəminində inkişaf etmişdir. Milli musiqi ənənələri şifahi xalq yaradıcılığı abidəsi olan "Nart" eposundan qaynaqlanır. Çeçen xalq mahnı və rəqs melodiyaları, instrumental musiqisi janr etibarilə rəngarəngdir (laduqlu yiş, xalxaran yiş). Yiş tipli mahnıların mətni ifaçılar tərəfindən tamam və ya qismən improvizə olunur (məzəli – zabariyn yiş, beşik mahnısı – aqanan yiş). Kişi xorunun ifasında dini məzmunlu mahnılar xüsusilə qeyd olunmalıdır (nəzm, zikr). Xalq mahnılarının solo, xor, birsəsli və çoxsəsli ifası ənənələri mövcuddur. Bəzi spesifik janrlı mahnılardan (laylalar, ağılar) başqa, hamısı instrumental müşayiətlə ifa olunur. Zərb aləti gema, nəfəsli tsuzam, dutra, máa, şedaq qədim xalq çalğı alətləridir. XIX əsrin 80–90-cı illərindən komuz (kexat-pondur, yəni Qafqaz qarmonu) çeçenlərin ən populyar aləti olmuşdur. Zurna, iki tərəfli təbil, bayan, akkordeon, gitara geniş yayılmışdır.
Çeçen naxarı
Naxar (çeç. Нахар; Náxar) — 1991 — 2007 illərdə mövcud olmuş tanınmayan müstəqil İçkeriya Respublikasının valyutası. Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Çeçen qaçqınları
Çeçen qaçqınları — İki Çeçenistan müharibəsi səbəbindən on minlərlə çeçen Çeçenistanı tərk edərək Rusiyanın müxtəlif bölgələrində, eləcə də yaxın və uzaq xaricdə məskunlaşmaq məcburiyyətində qalır. Daxili Yerdəyişmə Monitorinq Mərkəzinin məlumatına görə 1990-cı ildən bəri yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətin olmuşdur. Bu rəqəmə 2008-ci ilə qədər evlərini tərk edən və onlara qayıtmayan Çeçenistanın yerli əhalisinin əksəriyyəti (təxminən 300 min insan, əksəriyyəti ruslar, həm də ermənilər, inquşlar, gürcülər, ukraynalılar və bir çoxları daxildir.) daxildir. Bir çox çeçen də Moskvaya və Rusiyanın digər şəhərlərinə köç etmişdir. Norveç Qaçqınlar Şurasının apardığı bir araşdırmaya görə, təxminən 139.000 çeçen Rusiya Federasiyasının müxtəlif bölgələrində məskunlaşıb. Qonşu İnquşetiyaya böhranın ən qızğın çağında, 2000-ci ildə İkinci Çeçen müharibəsinin başlamasından sonra təxminən 240 min qaçqın gəlir. Bu zamanlar respublikanın müharibədən əvvəlki əhalisini 300 min nəfər olduğu halda, müharibə başladıqdan sonra isə iki qat artır. Bu vərəm epidemiyasına səbəb olur. İkinci Çeçenistan müharibəsinin birinci ilində təxminən 325 min insan İnquşetiyaya gəlir. 1999-cu ilin noyabr ayına qədər respublikada təxminən 185 min insan, 2000-ci ilin iyun ayına qədər isə 215 min nəfər qaşqın vardı.
Çeçen teatrı
Çeçenistanda qədim mərasimlərdə (toy, bayram, dəfn və s.) teatr sənəti elementləri olmuşdur. XX əsrin 30-cu illərindən özfəaliyyət, sonra isə professional teatr sənəti inkişaf etmişdir. 1931-ci ildə Qroznıda çeçen teatr studiyası yaradıldı. Studiyanın tədris repertuarına S. Baduyevin pyesləri daxil idi. Teatrın debütü onun “Qırmızı qala” əsəri ilə olmuşdur (1933). Çeçen və inquş teatr studiyaları əsasında 1934-cü ildə Çeçen-İnquş Dram Teatrı yaradılmışdır. Çeçen milli teatrının formalaşmasında Azərb. rej.-larının (A. Tuqanov, M. Əlili) böyük rolu olmuşdur. M. Esembayevin iştirakı ilə “Azərbaycanfilm” kinostudiyasında “Mən rəqs edəcəyəm” (1963) bədii filmi çəkilmişdir. Teatr xadimləri:Y. Zubayrayev, T. Əliyeva, A. İsayeva, X. Xakişeva, A. Həmidov, V. Tatayev, X. Mustafayeva və b.
Yan Çeçot
Yan Antoni Çeçot (pol. Jan Antoni Czeczot (Czeczott), belar. Ян Чачот, lit. Jonas Čečiotas; 24 iyun 1796 – 23 avqust 1847, Druskininkаy, Litva general-qubernatorluğu[d]) — Polşa, Belarus və Litva şairi, folklorşünası və etnoqrafı, Filomatlar Cəmiyyətinin üzvü. Vilna Universitetində Filomatlar Cəmiyyətinin təşkilatçılarından biri olmuşdur. 1824-cü ildə Orenburqa sürgün edilmişdir. Çeçot "Piosnki wieśniacze znad Niemna i Dźwiny, niektóre przysłowia i idiotyzmy w mowie sławiano-krewickiej, z postrzeżeniami nad nią uczonymi" əsərində ləhcə hesab etdiyi belarus dilinin qrammatik və tarixi eskizini vermiş, slavyan dillərinin sanskritlə oxşarlığına dair esse yazmış və nəhayət, atalar sözlərini qeyd etmişdir. Piosnki wieśniacze znad Niemna. We dwóch częściach. Wilno, 1837.
Rey Cenet
Əsasən Pirat ləqəbi ilə xatırlanan Rey Cenet (27 iyul 1931 - 2 oktyabr 1979) İsveçrə əsilli Amerikalı alpinist. O, Şimali Amerikanın ən yüksək dağı Alyaskanın Denali dağı (Mak-Kinli dağı) üzrə ilk bələdçi olub. Cenet aktrisa Korianka Kilçerin babasıdır. Cenetin Denali dağı ilə əlaqəsi 1967-ci ildə əvvəllər alpinizm təcrübəsi olmasa da, Qreq Blamberqin başçılığı ilə Denalinin zirvəsinə ilk uğurlu qış ekspedisiyasında iştirak edəndə başladı. Ekspedisiya Art Deyvidson tərəfindən Mənfi 148 dərəcə: Mak-Kinli dağının ilk qış qalxışı (1970)də təsvir edilmişdir. Cenet 2 oktyabr 1979-cu ildə alpinist həmkarı Hannelore Şmatz ilə birlikdə Everest dağından enərkən gecə hipotermiyaya düşərək öldü. Dırmanışdan yorulmuş, Şerpa (etnik xalq) bələdçilərinin onları dayanmamağa çağırmasına baxmayaraq, gecə yaxınlaşdıqca 28 000 fut (8 500 m) hündürlükdə çadır (kiçik sığınacaq) qurmaq üçün dayanmışdılar. İki Şerpa bələdçisi, Sunqdare Şerpa və Anq Janqbo, onların çadırlarında (sığınacaq) onlarla qaldı, lakin Cenet səhərə qədər sağ qala bilmədi. Qrupda oksigen balonu tükənirdi və Şmatz həmin gün Sunqdare ilə birlikdə "Cənub yəhəri"nə enmək istəyərkən öldü.
Rus-Çeçen müharibəsi
Birinci Çeçen-Rus Müharibəsi — Rus-çeçen münaqişəsinin bir hissəsi olaraq Rusiya Federasiyası ilə Çeçen İçkeriya Respublikası arasında 1994-cü ilin dekabrından 1996-cı ilin avqust ayına qədər davam etmiş hərbi münaqişə. Bu müharibənin nəticəsi olaraq 7 avqust 1999-cu il — 16 aprel 2009-cu illərdə İkinci çeçen müharibəsi baş verdi. 1991-ci ildə SSRİ dağılandan sonra Çeçenistan öz müstəqilliyini elan etdi, amma bu müstəqillik heç bir ölkə tərəfindən tanınmadı. Bununla belə çeçenlər bu yoldan çəkinmədilər və 1991-ci ildə keçirilən seçkilərdə general Cövhər Dudayevi özlərinə prezident seçdilər. Rusiya mərkəzi hakimiyyəti bu seçkiləri qeyri-qanuni elan edib onun nəticələrini tanımadı. Ruslar Cövhər Dudayevə müxalif rəqib kimi Ömər Avturxanovu ortaya çıxardı və silahla da təchiz edirdi. Rusiya tərəfli müxalifət tərəfdarlarının məğlubiyyətindən sonra Rusiya prezidenti Boris Yeltsin 48 saat içində çeçenlərə silahlarını yerə qoymalarını əmr etdi. Cöhvər Dudayev isə onun bu işə qarışa bilməyəcəyini dedi. Daha sonra rus qoşunları Qroznıya aviazərbələr endirməyə başlayır və beləliklə müharibə başlanır. 4000 rus əsgəri Çeçenistana aid Nattereçni şəhərini tuturlar.
Rus-çeçen münaqişəsi
Rus-çeçen münaqişəsi (rus. Чеченский конфликт, Çeçenskiy konflikt) - Rusiya (bir müddət Sovet İttifaqı) dövləti ilə müxtəlif çeçen qüvvələri arasında çox vaxt silahlı, əsrlər boyu davam edən qarşıdurmadır. Formal hərbi əməliyyatların 1785-ci ilə uzanmasına baxmayaraq, münaqişənin kökləri daha uzaq keçmişdə axtarıla bilər. Rusiya İmperiyası əvvəllər müttəfiqi Gürcüstan və onun düşmənləri olan Səfəvilər və Osmanlı İmperiyasına bir keçid nöqtəsi olması xaricində, Şimali Qafqazın özünə çox az maraq göstərmişdi, lakin Rusiyanın bölgədəki fəaliyyəti ilə əlaqəli artan gərginlik çeçenlərin Rusiya varlığına qarşı 1785-ci ildə üsyanı ilə nəticələndi. Bu hadisələri daha sonrakı toqquşmalar və 1817-ci ildə başlayan Qafqaz müharibəsi izlədi. Rusiya yalnız 1864-cü ildə çeçen üsyançıları yatırtmağa müvəffəq oldu. Rusiya vətəndaş müharibəsi dövründə çeçenlər və digər Qafqaz xalqları 1921-ci ildəki sovetləşməyə qədər bir neçə il müstəqillik şəraitində yaşayırdılar. İkinci Dünya müharibəsi zamanı almanların Qafqazı işğalını Sovet rejiminə qarşı üsyan fürsəti olaraq görən çeçenlər, buna cavab olaraq 1957-ci ilə qədər geri qayıda bilmədikləri və və qalmaq məcburiyyətində olduqları Orta Asiyaya sürgün edildilər Çeçenlərlə Rusiya hökuməti arasında ən son münaqişə 1990-cı illərdə baş verdi. 1991-ci ildə Sovet İttifaqı dağılanda çeçen separatçıları müstəqilliklərini elan etdilər. 1994-cü ilin sonlarında Birinci Çeçenistan müharibəsi başladı və iki il davam edən döyüşlərdən sonra Rusiya qüvvələri bölgədən çıxdı.
Çerete
Çerete (it. Cerete) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 80 kilometr (50 mil) şimal-şərqində və Berqamodan təxminən 35 kilometr (22 mil) şimal-şərqdə yerləşir. Əhalisi 1378 nəfər (2008), əhalinin sıxlığı 106 nəfər/km². Sahəsi 13 km² ərazini tutur. Poçt kodu — 24020. Telefon kodu — 0346.
Çeqem
Çeqem (şəhər)