1. Yerin altından sızıb çıxan su mənbəyi; bulaq, qaynaq.
[Çinarların] arasından çıxan sərin çeşmə çınqıl daşların üzərindən xoşahəngli bir şırıltı ilə böyük çaylara doğru axıb gedirdi.
Sərin çeşmələrin qaynayır gözü; Yenə dinləyirəm aram-aram mən.
2. Məc. mənada.
Ey insan! Ürəyin qədrini bil ki; Həyat çeşməsidir o müqəddəs su.
◊ Göz çeşməsi – gözün yaş çıxan yeri, buruna tərəf olan yeri.
[Cavad] çox kövrəlmişdi, lakin özünü toxtatdı, gözlərinin çeşməsinə yığılan yaşı ürəyinə səpib həyəcanını söndürdü…