Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cil
Cil (Lənkəran) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Cil (Göyçə) — Göyçə mahalında Çəmbərək rayonunda kənd.
Çil-çil ördək
Çil-çil ördək (lat. Stictonetta naevosa) — qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid çil-çil ördəklər yarımfəsiləsinin yeganə nümayəndəsi. Tünd rəngdə olub, parlaq lələklərə sahibdir. Növün əsas xüsusiyyəti bütün bədəni boyunca ağ çillərin olmasıdır. Orta hesabla, ördəyin uzunluğu 50-60 sm, qanadlarının uzunluğu 75-85 sm, kütləsi 800-1000 q-dır.
Çil-çil ördəklər
Çil-çil ördək (lat. Stictonetta naevosa) — qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid çil-çil ördəklər yarımfəsiləsinin yeganə nümayəndəsi. Tünd rəngdə olub, parlaq lələklərə sahibdir. Növün əsas xüsusiyyəti bütün bədəni boyunca ağ çillərin olmasıdır. Orta hesabla, ördəyin uzunluğu 50-60 sm, qanadlarının uzunluğu 75-85 sm, kütləsi 800-1000 q-dır.
Çih Çin-Şui
Çih Çin-Şui (2 aprel 1963) — Çin Taybeyini təmsil edən stolüstü tennisçi. Çih Çin-Şui Çin Taybeyini 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 13-cü pillənin sahibi olub.
Çin cır limon
Çin cır limonu
Cil (Göyçə)
Jil — Göyçə mahalında Çəmbərək rayonunda (Çəmbərək rayonundan Sevan mahalına aid olan cəmi 5 kənddən biri) == Tarixi == Krasnoselo rayonunu Vardenis rayonundan ayıran birinci kənd. Tarixi mənbələrə görə XII əsrdə bina edilmişdir. Jil – İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 28 km cənub-şərqdə, Sevan gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. F.Kırzıoğlu Cilkəndi formasında qeyd qeyd edir. İndiki Çəmbərək rayonu yaradılana qədər (31.XII.1937) Vardenis rayonunun tərkibində olmuşdur. Tarixi mənbələrdə kəndin XII əsrdə salındığı göstərilir. "Cil" toponimi Azərbaycan dilində "torpağın üstünü basan süpürgəvari ot" mənasında işlənən cil sözü əsasında əmələ gəlmişdir. Bu söz Qazax dialektində "otun bir növü", Naxçıvan dialektində "ağacın kökü" mənasında işlənir.
Cil (Lənkəran)
Cil — Azərbaycan Respublikasının Lənkəran rayonunun Şağlaser inzibati ərazi vahidində kənd. Cil çayının sahilində, Lənkəran ovalığında yerləşir. == Coğrafiyası == Rayonu mərkəzindən 16 kilometr şimal-qərbdə, Lənkəran ovalığında, dəniz səviyyəsindən aşağıda yerləşir. Şərqdən Limanı şəhəri və Marso (Ürgə) kəndi, qərbdən Xarxatan kəndi ilə həmsərhəddir. 602 ailə təsərrüfatı olmaqla 597 hektar ərazisi var.[mənbə göstərin] == Əhalisi == Əhalisi 2454 nəfərdir. == Toponimiyası == Oykonim "bataqlıq yer", "sucaq yer" mənasındadır. Kənd öz adını hazırda qurudulmuş eyni adlı göldən almışdır. Tarixi mənbələrə görə, kəndin adı Gilan vilayətindən köçən Cil tayfasının adından götürülmüşdür. == İqtisadiyyatı == Kənddəki təsərrüfat Lenin adına sovxozun tərkibində fəaliyyət göstərmişdir. Əhali tərəvəzçilik, çayçılıq və heyvandarlıqla məşğul olmuşdur.
Cil (bitki)
Cil (lat. Carex) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinə aid bitki cinsi.
Cil Abramson
Cil Ellen Abramson (19 mart 1954, Nyu-York, Nyu-York ştatı) — Amerikalı müəllif və jurnalistdir. The New York Times qəzetinin keçmiş icraçı redaktoru kimi tanınır; Abramson bu vəzifəni 2011-ci ilin sentyabrından 2014-cü ilin may ayına qədər tutmuşdur. O, 160 illik tarixində ilk qadın icraçı redaktordu. Abramson 1997-ci ildə New York Times qəzetinə qatılıb, redaktor adlandırılmadan əvvəl Vaşinqton bürosunun müdiri və idarəedici redaktoru olaraq çalışmışdı. Əvvəllər The Wall Street Journal-da istintaq müxbiri və büro müdirinin müavini kimi də çalışıb. 2016-cı ilin mart ayında ABŞ-nin "Guardian" qəzetinə siyasi köşə yazarı olaraq işə qəbul edilib. Abramsonun kitabı Donald Trump tərəfindən düzgünlüyünə görə təriflənsə də, 2019-cu ildə "Tacirləri Həqiqət" kitabında plagiat keçidlər və çoxsaylı faktiki səhvlər olduğu aşkarlandıqdan sonra jurnalistlər tərəfindən geniş tənqid aldı. 2012-ci ildə ən güclü qadınlar siyahısında Beşinci sırada yer alıb. Xarici Siyasətçilər tərəfindən o, dünyanın ən güclü 500 insanından biri seçilib. == Həyatı və təhsili == Abramson Nyu York şəhərində anadan olub və yəhudi evində böyüyüb.
Cil bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Edvin Çil
Edvin Çil (ing. Edwin Cheel; 14 yanvar 1872 – 19 sentyabr 1951, Sidney) — İngiltərə əsilli Avstraliya botaniki və mikoloqu. == Elmi fəaliyyəti == Edvin Çil göbələk və toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Edwin Cheel. 1923. Two additional species of leptospermums. 5 pp. Edwin Cheel. 1924. Notes on boronia in the pinnatae section, with a description of a new species.
Hündür cil
Hündür cil (lat. Carex elata) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü. == Yarımnövləri == Carex elata subsp. elata — Avropa, Qərbi Asiya, Şimali Afrika Carex elata subsp. omskiana (Meinsh.) Jalas — Avropa, Sibir, Qərbi Asiya Carex elata subsp. reuteriana (Boiss.) Luceco & Aedo — İspaniya Carex elata subsp.
Nəştərvari cil
Qara cil
Qara cil (lat. Carex nigra) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Çil qaratoyuq
Çil qaratoyuq (lat. Turdus viscivorus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Neştərvari cil
Neştərvari cil (lat. Carex lanceolata) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Pak İl-çol
Pak İl-çol (26 mart 1996) — Şimali Koreyalı xizək yürüşçüsü. Pak İl-çol Şimali Koreyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. Pak İl-çol birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 15 km məsafəyə sərbəst üsul yarışlarında iştirak etdi. İl-çol 43:43.4 saniyəlik nəticəsi ilə 119 atlet arasında 107-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
12-ci il
12 il (On ikinci il) — Bazar günündən başlayan uzun il. == Hadisələr == == Doğumlar == 31 avqust — Kaliqula, Roma İmperatoru (ö. 41).
120-ci il
== Hadisələr ==
1201-ci il
== Hadisələr == Aralıq dənizində zəlzələ baş vermişdir. == Doğumlar == Nəsirəddin Tusi — Azərbaycan alimi.
1202-ci il
== Hadisələr == IV Səlib yürüşü başlanmışdır.
1205-ci il
== Hadisələr ==
1206-cı il
== Hadisələr == Hindistanda türk sərkərdəsi Oütbəddin Aybək tərəfindən Dehli sultanlığının əsasının qoyulması. Onon qurultayı və Çingiz xan tərəfindən Monqol dövlətinin yaranması. Dehlidə "Qütbminar" minarəsinin inşasına başlanılması.
2022-ci il
2022 (MMXXII) — Qriqorian təqviminə görə Şənbə günü başlayan ildir. Bizim Era və Miladi tarixin 2022-ci ilidir. III minilliyin və XXI əsrin 22-ci ilidir. 2020-ci illərin 3-cü ilidir. 2022-ci ildə COVID-19 koronavirus pandemiyasının davam etməsi qlobal inflyasiya artımına təsir göstərdi. 2020-ci ilin sonunda başlayan COVID-19 infeksiyası əleyhinə vaksinasiyanın qlobal yayılması davam etdi. İl ərzində COVID-19 ilə bağlı məhdudiyyətlər ləğv edildi və beynəlxalq sərhədlər yenidən açıldı. Fevral ayından etibarən Rusiyanın Ukraynanı işğal etməsi beynəlxalq qınaqlara, yüzlərlə şirkətin Rusiyadan çıxarılmasına, sanksiyalara, nüvə təhdidlərinə, 15,7 milyon ukraynalının (8 milyon məcburi köçkün və 7,7 milyon qaçqın) öz yurd-yuvasından didərgin düşməsinə və İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük silahlı münaqişəyə səbəb oldu. 2022-ci ildə dünya əhalisinin sayı 8 milyardı keçdi. Bu il həmçinin tanınmış dünya liderlərinin, o cümlədən Sindzo Abe, Mixail Qorbaçov, II Yelizaveta, Tsyan Tsemin, XVI Benedikt və s.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır. 1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi. 2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.