2022 (MMXXII) — Qriqorian təqviminə görə Şənbə günü başlayan ildir. Bizim Era və Miladi tarixin 2022-ci ilidir. III minilliyin və XXI əsrin 22-ci ilidir. 2020-ci illərin 3-cü ilidir.
Fevral ayından etibarən Rusiyanın Ukraynanı işğal etməsi beynəlxalq qınaqlara, yüzlərlə şirkətin Rusiyadan çıxarılmasına, sanksiyalara, nüvə təhdidlərinə, 15,7 milyon ukraynalının (8 milyon məcburi köçkün və 7,7 milyon qaçqın) öz yurd-yuvasından didərgin düşməsinə və İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük silahlı münaqişəyə səbəb oldu.
18 Yanvar — Microsoft şirkəti Activision Blizzard şirkətini 68,7 milyard dollar dəyərində sövdələşmə ilə alacağını elan etdi. Bu sövdələşmə bir texnologiya şirkətinin tarixdəki ən böyük alışıdır
Avropa ölkələri öz hava məkanlarını Rusiya üçün bağladı
Belarusda keçirilən konstitusiya referendumu nəticəsində ölkənin nüvəsiz statusunu ləğv edildi və ölkədə Rusiya qüvvələrinin daimi olaraq yerləşdirilməsinə icazə verildi
2 Aprel — Rusiyanın Ukraynanı işğal etməsi: Buça şəhərinin küçələrində mülki geyimli cəsədləri göstərən xəbərlər və videolar yayıldı. Tapılan bəzi cəsədlərin əlləri bağlı olub. Hesablamalara görə 300-dən çox dinc sakin qətlə yetirilib
2022 Kosta-Rika Ümumi seçkiləri(II tur): Sosial Demokrat Tərəqqi Partiyası lideri Rodriqo Çaves Robles 52,82% səs ilə Prezident seçildi
4 Aprel — İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelaltıncı qiymətləndirmə hesabatının 3-cü və yekun hissəsini dərc etdi. Burada vurğulanır ki, ölkələrin hazırkı iqlim hədəfləri yalnız əsrin sonuna qədər 3 °C ətrafında qlobal istiləşmənin sabitləşməsinə gətirib çıxarır. Xəbərdarlıq edilir ki, istixana qazı emissiyaları ən geci 2025-ci ilə qədər pik həddə çatmalı və 2030-cu ilə qədər 43% azalmalıdır
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən, 2022-ci ilin mart ayında dünya ərzaq qiymətləri 1990-cı ildən görünməmiş artım nəticəsində ən yüksək səviyyəyə çatdı
Avropa isti dalğaları: Avropanın əksər hissəsində 40-43 °C temperatur qeydə alındı və bütün qitədə yüzlərlə gündəlik, aylıq və bütün zamanların temperatur rekordları qırıldı
30 İyun — Manipur toqraq sürüşməsi: Hindistanın Manipur ştatında böyük torpaq sürüşməsi baş verdi. 56 nəfər öldü, 18 nəfər yaralandı və 5 nəfər itkin düşdü
19 İyul — Avropa isti dalğaları: Avropanın böyük hissəsində baş verən anormal istilər böyük meşə yanğınlarına, səyahətlərin pozulmasına, bir çok ölkədə rekord yüksək temperaturlara və ən azı 3600 nəfərin ölümünə səbəb oldu
Avropa Mərkəzi Bankı (ECB) artan inflyasiya ilə mübarizə üçün 2011-ci ildən bəri ilk dəfə faizlərini artırmağa qərar verdi. Faiz dərəcələrini gözləniləndən daha çox — 50 bənd artırıldı və mənfi faiz dövrü də başa çatdı
14 Avqust — İrəvan partlayışı: Ermənistanın paytaxtı İrəvan şəhərində Surmalu ticarət mərkəzində böyük partlayış baş verdi. Partlayış geniş dağıntılara və yanğına səbəb oldu. 16 nəfər öldü və 63 nəfər yaralandı
17 Avqust — Türkiyə və İsrail 4 illik fasilədən sonra diplomatik münasibətlərini tam bərpa etmək barədə razılığa gəldilər
19 Avqust — Moqadişo otel hücumu: Əş-Şəbab silahlıları Somalinin paytaxtı Moqadişo şəhərində Hayat otelinə hücum etdilər. Əvvəlcə 2 minalanmış avtomobil partladıldı. Daha sonra silahlı şəxslər otelə basqın edərək insanları atəşə tuttu və girov götürdülər. Ən azı 21 nəfər öldü və 117 nəfər yaralandı
28 Avqust — Pakistan daşqınları: Pakistan "iqlim fəlakəti" elan etdi və ölkədəki son daşqınlar nəticəsində ölənlərin sayı 1000-i keçdiyinə görə beynəlxalq yardıma müraciət etdi. Bu 2017-ci ildən bəri dünyanın ən ölümcül daşqınıdır
1 Sentyabr — BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı ÇininSincan-Uyğur Muxtar Rayonunda uyğurların hüquqlarının pozulması ilə bağlı hesabat yaydı
2 Sentyabr — G7 ölkələrinin maliyyə nazirləri Rusiya neftinin ixracına qiymət tavanı ilə bağlı razılığa gəldilər. Belə ki, dekabrın 5-dən neftin qiymətinə, 2023-cü il fevralın 5-dən isə Rusiya neft məhsullarına məhdudiyyətin tətbiqi planlaşdırılır
Kancuruhan faciəsi: İndoneziyanınŞərqi Yava vilayətinin Malanq şəhərində Kancuruhan Stadionunda iki futbol komandasının azarkeşləri arasında baş verən iğtişaşlar nəticəsində 131 nəfər həlak oldu
5 Oktyabr — OPEC+ gündəlik hasilatı 2 milyon barrelə qədər azaltdı
6 Oktyabr — Nonq Bua Lamphu hücumu: TailandınNa Klanq rayonunun Nonq Bua Lamphu vilayətində keçmiş polis məmuru uşaq bağçasına hücum edərək, 22-si uşaq olmaqla 36 nəfəri qətlə yetirdi. Silahlı şəxs evinə qayıtdı və orada 2 ailə üzvünü, sonra özünü güllələyib öldürdü. Bu, Tailand tarixində ən ölümcül kütləvi qətlə çevrildi
Moqadişo partlayışları: Somalinin paytaxtı Moqadişo şəhərində Əş-Şəbab terror təşkilatı tərəfinfən 2 minalanmış avtomobilin partladılması nəticəsində 121 nəfər həlak oldu və 350-dən çox insan yaralandı
Morbi körpü çökməsi: HindistanınQucarat əyalətinin Morbi şəhərində Maççu çayı üzərindəki piyadalar üçün nəzərdə tutulmuş asma körpünün uçması nəticəsində azı 135 nəfər öldü, 180-dən çox insan yaraladı
13 Noyabr — İstanbul terror aktı: Türkiyəninİstanbul şəhərinin Bəyoğlu səmtindəki İstiklal prospektində əslən suriyalı olan Əhlam Əlbəşir tərəfindən terror hücumu baş verdi. Partlayış nəticəsində 6 nəfər öldü və 81 nəfər yaralandı. 1 gün sonra Əhlam Əlbəşir saxlanıldı. Bir neçə gün sonra terror aktı törətməkdə şübhəli bilinən 17 nəfər də həbs edildi