Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çilə
Çilə — Sufi dərvişlərin nəfslərini tərbiyə edib təsəvvüf yolunda irəlləmək üçün qırx gün inzivaya çəkilib riyazət (dünyanın rahatlıq və ləzzətlərindən əl çəkmə) və ibadətlə məşğul olmaları.
Çilə (Zəncan)
Çilə — İranın Zəncan ostanında kənd.. Mərkəzi şəhristanının Sirdan bölgəsinin Yuxarı Tarım kəndistanında, Sirdan qəsəbəsindən 120 km şimal-qərbdədir.
Çılə şəv
Çılə şəv — Dekabrın 21-dən 22-nə keçən gecə qeyd olunan talış milli bayramı. Çıla şəv ilin ən uzun gecəsində (qış bərabərliyi) qeyd olunur və talış təqvim döngüsündə xüsusi yer tutur. Bayram, talış mifologiyasına görə Xeyirin Şər üzərində qələbəsini və ilin ən sərt vaxtı olan qışı, ardınca yeni il, bahar, təbiətin oyanışı ərəfəsində qüvvələrin yenidən doğulmasını qeyd edir. "Çılə şəv" iki talış sözü olan "çıl" – qırx və "şəv" – gecə sözlərindən olub, hərfi mənada "qırxıncı gecə" və ya "qırx gecə" mənasını verir. Çillə gecəsi sözü azərbaycan dilinə məhz talış dilindən keçmədir. Bu gecədə böyüklər dan yeri sökülənə qədər qədər uşaqlara xalq nağılları, əfsanələr danışır, uşaqlar isə mahnı oxuyur, müxtəlif oyunlar, əyləncələr təşkil edirlər. Bayrama qədər kəsilməsi üçün hər evdə ən azı bir qarpız saxlanılır, əgər qarpız yoxdursa, o gecə kəsilən balqabaq və ya qovun da ola bilər. Qarpız və ya balqabaq, Günəşi simvollaşdırır. Adətə görə insanlar sübh tezdən Günəşin doğulması Xeyirin, Şər üzərində qələbəsini təcəssüm etdirir. Talışların daha bir qədim adətinə görə, həmin gecə yeyilən qovun, balqabaq yaxud qarpız bütün xəstəliklərə qarşı kömək edir.
Ailə
Ailə sözü — aralarında qohumluq münasibəti olan insanlar üçün işlədilir. == Ailəm == Ailə sosiologiya baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyidir. Ailə sözü Qərbdə əsasən ana-ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəminə deyilir. Biologiyada ailə sözü bir-birlərinə qohumluq dərəcəsi baxımından bir qrupda birləşən heyvanat ya da nəbatat üçün işlədilir. == Sözün mənşəyi == Ailə sözünün əsli ərəbcədən gələn عائلة (ailə) sözündəndir. Bu söz ərəbcədə dayanmaq mənasında olan عول (avl) kökündəndir. Bir-birlərinə dayanan, etimad edən insanlar üçün işlədilir. Ailə sözü müştərək xüsusiyyətləri olan elmi, texniki və sosial qruplar üçün də işlədilir. Misal üçün, bir istehsalçının bir məhsul xəttindəki məhsullara o istehsalçının məhsul ailəsi də deyilə bilər.
Cilən
Cilən — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Cilən kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kəndi 1840-cı ildə Ermənistanın Qafan rayonunun Balx kəndindən və Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələri Cilan adlı yerdə salmışdılar. Cilan "bataqlıq, sucaq yer" deməkdir. Kənd öz adını salındığı yerin adından almışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil.
Cine
Cine (ərəb. جنات‎, fr. Djinet) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 32 metr yüksəklikdə yerləşir. Kommuna paytaxt Əlcəzairdən təqribən 75 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 29 kilometr şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 21,966 nəfər idi.
Cirə
Cirə (lat. Cuminum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsə 4 qəbul edilmiş növ daxildir. == Taksonomiya == Cins 1753-cü ildə Karl Linney tərəfindən Species Plantarum-da təsvir edilmişdir. Tipik növü adi cirədir (lat. Cuminum cyminum). == Növləri == Cuminum borszczowii (Regel & Schmalh. ) Koso-Pol. Adi cirə (Cuminum cyminum L.) Cuminum setifolium (Boiss. ) Koso-Pol.
Civə
Civə (Hg) (farsca: جیوه-jive)– D.İ. Mendeleyevin elementlərin dövri sistemində 80-ci element. İtalyadakı Monte-Amyata civə yatağı Qədim Roma dövründən istifadə olunur. Civənin bu qədər qədimdən məlum olmasının səbəbi onunla əlaqədardır ki, orada çıxarılan kinovar (civə-sulfid HgS) havada qızdırıldıqda asanlıqla parçalanaraq metallik civə buxarları əmələ gətirir: HgS+O2→Hg+SO2 Civə e.ə. II minillikdə insanlara məlum idi. Əlkimyaçılar onu maddələrin qadın başlanğıcı, metalların anası, fəlsəfə daşının əsası hesab edirdilər. Onlar civəni argentium vivum ("CANLI GÜMÜŞ"), hidrargirum ("maye gümüş") və ya Mercurius adlandıraraq onun metalların şahı qızılla yaxınlığını nəzərə çatdırırdılar (işarəsi qızıl olan Merkuri planeti Günəşə ən yaxın planetdir). .Civə ağır metal, birləşmələri olduqca təhlükəli maddələr olub atmosferi, suyu, qida məhsullarını çirkləndirir. Tərkibində civə olan üzvi birləşmələr, xüsusən metal-civə daha təhlükəlidir. Civə ən toksik metallardan biri olub, ətraf mühitdə geniş yayılmışdır, trofik zəncirdə bioakkumlyasiya və hərəkət etmə qabiliyyətinə malikdir. Civənin qida zənciri üzrə hərəkətini sadə şəkildə aşağıdakı kimi göstərmək olar: su – dib çöküntüləri – biota (bentos, fito – zooplankton), balıqla qidalanan balıqlar və quşlar.
Cizə
Cizə, ə l - C i z ə (الجيزة) – Misirdə şəhər. Qahirənin cənub-qərbində şəhərətrafı. Cizə mühafazasının inzibati mərkəzi. Əhalisi 3,6 mln. (2012); Əhalisinin sayına görə Qahirə və İsgəndəriyyə şəhərlərindən sonra ölkənin üçüncü şəhəri. Nil çayının sol sahilində port. Nəqliyyat qovşağı; Metro xətti ilə Qahirəyə bağlanır. Turizm mərkəzidir. Cizə yaxınlığında fironların IV sülaləsinin nümayəndələri Xeops (Xufu), Xefren (Xafra) və Mikerinin (Menkaurun) e.ə. 3-cü minilliyin 1-ci yarısında tikilmiş və ellinizm dövrü ədəbiyyatında Dünyanın yeddi möcüzəsi sırasına daxil edilmiş əzəmətli Memfis nekropolu qalmışdır.
Nile
Xilə
Əmircan — Bakının Suraxanı rayonunda şəhər tipli qəsəbə. Hazırda Əmircan kəndində 53 küçə, 6 məktəb, 10 uşaq bağçası, 3 xəstəxana, 1 internat məktəbi, park, Səttar Bəhlulzadə adına mədəniyyət sarayı, Tofiq İsmayılov adına qəsəbə stadionu (Azərsun Arena), Məşədi Əzizbəyov adına klub, A.Bakıxanov adına və Neftçilər kitabxanaları var. Əmircan Bakının şərqində, Bülbülə gölünün sahilində yerləşir. Bakının Suraxanı rayonunun mərkəzi sayılır.1936-cı ildə qəsəbə statusu almışdır. Abşeronun ən qədim kəndlərindən biri olan Əmircanın köhnə adı Xilə olmuşdur. Təsadüfi deyil ki, Abşeronun əksər kəndləri və Bakını birləşdirən ticarət yolları buradan keçdiyi üçün bura Dərxilə,yəni Xilə qapısı deyirdilər. Maştağaya gedən yol isə Xiləlan adlanırdı. XIV əsrdə Əmir Nizaməddin hacıların ziyarətinə başçılıq etdiyi üçün onun əmirhac titulu kəndə verilir. Əmircan əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. Əmircanda evlərin sayı 1849-cu ildə 277, 1886-cı ildə 379 və 1921-ci ildə 615 idi.
Çili
Çili (isp. Chile) və ya rəsmi adı ilə Çili Respublikası (isp. República de Chile) – Cənubi Amerikada dövlət. Çili şərqdə And dağları ilə qərbdə Sakit okean arasında qalan, şimaldan cənuba 4300 km boyunca uzanan ərazidə yerləşir. Şimalda Peru, şimal-şərqdə Boliviya, şərqdə Argentina ilə həmsərhəddir. Cənubda Dreyk boğazı, qərbdə isə Sakit okeanla əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Santyaqo, ümumi sahəsi 756,096.3 kvadrat kilometr, əhalisinin sayı 18 milyon nəfərdən çoxdur. Çili BMT (1945), BVF (1945), BYİB (1945), ADT (1948), ÜTT (1995),Merkosur (1996, assosiativ üzv) üzvüdür. Ölkənin adı Aymara dilində "dünyanın sonu" mənasını verən "chilli" sözündən gəlir. Tarixçi Xose de Akostanın göstərdiyi kimi, "Chile" sözü keçua dilində "soyuq" və ya "hədd" mənasını verirdi.
Çiloe
Çiloe adası́ (isp. Isla de Chiloé) — Sakit okeanda yerləşən, Çiliyə məxsus olan ada. Sahəsi 8394 km² təşkil edir. Çiloe arxipelaqının əsas adası olaraq arxipelaqın 91,4 % ərazisini təşkil edir (9181 km²). Sahəsinə görə Çilinin Odlu Torpaqdan sonra ikinci adasıdır. Cənubi Amerikanın isə sahəsinə görə dördüncü adasıdır. Onun şimaldan cənuba uzunluğu 190 km, maksimal hündürlüyü 1048 metr təşkil edir. Şərqdən qərbə eni 60 km-dir. Şərqi təpəli düzənliklərdən ibarətdir. Ada materikdən Ankud körfəzi və Korkovado körfəzi şərqdən, Cakao boğazı şimaldan, Quafo boğazı ilə isə cənubdan ayrılır.
Çilər
Çilər (İsp. Chilenos) — Çili milli etnik qruplar. Çilər əksəriyyəti Çili yaşayır baxmayaraq, əhəmiyyətli icmalar çox ölkələrdə, ən xeyli Argentina və ABŞ-də yaradılıb. Digər böyük Çili icmalar Avstraliya, Kanada və İsveç var. sıra kiçik olsa da, Çili xalqı da Antarktida və Falkland adaları daimi əhalisinin böyük hissəsini təşkil edir.
Çilət
Çilət — Azərbaycan Respublikası Kəlbəcər rayonunun Çıldıran kəndindən cənubda dağ. Hündürlüyü 1561 m. Cilet variantında da qeydə alınmışdır. Çilət "ciskin, sis, qatı duman" mənasındadır.
Şilə
Şilə (türk. Şile) — İstanbul ilinin ilçəsi. Mərmərə regionunun şimal-şərqində, Qara dəniz sahilində yerləşir. Şərqdə Kandıra, cənub-şərqdə Dərincə və Körfəz, cənubda Pendik və Qəbzə, cənub-qərbdə Çəkməköy, qərbdə isə Beykoz ilçələri ilə həmsərhəddir.
Cild
Dəri — insanın və heyvanların bədənini bir sıra kənar təsirlərdən qoruyan, habelə hissiyyat, tənəffüs və istiliyin tənzimi proseslərində iştirak edən xarici örtükdür. Dəri özündən altda yerləşən toxumaları müxtəlif mexaniki zədələrdən qoruyur, bədənə xəstəlik törədən mikrobları və yad maddələri keçməyə qoymur. Həmçinin, dəri toxumalardan artıq su itkisinə mane olur və bədənin temperatur tənzimində mühüm rol oynayır. Eyni zamanda, dəri onda yerləşən xüsusi törəmələr – reseptorlar vasitəsi ilə xarici mühitin qıcıqlarını (mexaniki, istilik və s.) qəbul etdiyindən duyğu üzvlərindən biridir. Dəridə olan müxtəlif reseptorlar orqanizmlə xarici mühitin qarışılıqlı təsirində böyük rol oynayır. Dəri ifrazat orqanı kimi də dissimilyasiyasının son məhsullarının çox az bir hissəsinin orqanizmdən xaric olunmasında iştirak edir. Dəridə ifrazat məsulları tər və piy vəziləri vasitəsilə xaric olunur. Dəridən tər daima xaric olur və bununla bədənin temperaturu və qanın osmotik təzyiqi tənzim olunur. İnsan bir gündə 500-900 sm³ tər xaric edir. Yay aylarında isə tərin miqdarı 2-3 dəfə artır.
Cilvə
Naz və ya cilvə — şirin görünmək üçün davranılan rəftar və davranışlar.
Cil
Cil (Lənkəran) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Cil (Göyçə) — Göyçə mahalında Çəmbərək rayonunda kənd.
Çil-çil ördək
Çil-çil ördək (lat. Stictonetta naevosa) — qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid çil-çil ördəklər yarımfəsiləsinin yeganə nümayəndəsi. Tünd rəngdə olub, parlaq lələklərə sahibdir. Növün əsas xüsusiyyəti bütün bədəni boyunca ağ çillərin olmasıdır. Orta hesabla, ördəyin uzunluğu 50-60 sm, qanadlarının uzunluğu 75-85 sm, kütləsi 800-1000 q-dır.
Çil-çil ördəklər
Çil-çil ördək (lat. Stictonetta naevosa) — qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid çil-çil ördəklər yarımfəsiləsinin yeganə nümayəndəsi. Tünd rəngdə olub, parlaq lələklərə sahibdir. Növün əsas xüsusiyyəti bütün bədəni boyunca ağ çillərin olmasıdır. Orta hesabla, ördəyin uzunluğu 50-60 sm, qanadlarının uzunluğu 75-85 sm, kütləsi 800-1000 q-dır.
Eqon Şile
Eqon Şile (alm. Egon Schiele‎; 12 iyun 1890[…] – 31 oktyabr 1918[…], Vyana, Avstriya-Macarıstan) — Avstriya rəssamı. == Həyatı == Eqon Şile 12 iyun 1890-cı ildə anadan olmuşdu. Ekspressionist Eqon Şile XX əsrin məşhur rəssamı olub. O da seksual təsvirlərlə xeyli məşhurluq qazanıb. Bildirilir ki, o, 17 yaşlı modellə birlikdə həbs olunub. Şile erotikaya baş vuran ilk rəssamlardan biri olub. Eqon Şile 31 oktyabr 1918-ci ildə Vyanada vəfat edib.
Florida (Çili)
Florida — Çilidə şəhər.
J. Cole
Jermaine Lamarr Cole səhnə adı ilə J. Cole (28 yanvar 1985, Frankfurt-Mayn, Hessen) — Amerikalı reper, müğənni-mahnı yazarı, prodüser və səsyazma rejissoru. Almaniyada hərbi baza ərazisində anadan olub, Şimali Karolinanın Fayetteville şəhərində böyümüşdür. 2007-ci ilin əvvəlində "The Come Up" çıxış miksteypinin yayımlanması Cole'un reper kimi tanınmasında böyük rol oynayır. Solo karyerasını reper olaraq davam etdirmək niyyəti ilə 2009-cu ildə Jay-Z-nin Roc Nation şirkətiylə müqavilə bağladıqdan sonra iki əlavə miksteyp — The Warm Up (2009) və Friday Night Lights (2010) albomlarını yayımladı. Cole, ilk studiya albomu olan "Cole World: Sideline Story"ni 2011-ci ildə yayımladı. ABŞ Billboard 200-də bir nömrədə çıxış etdi və tezliklə Amerikanın Musiqi Sənayesi Birliyi (RIAA — Recording Industry Association of America) tərəfindən platin sertifikatla mükafatlandırıldı. Sonrakı iki buraxılışı — 2013-cü ildə Born Sinner və 2014-cü ildə 2014 Forest Hills Drive, tənqidçilərdən əsasən müsbət rəylər aldı, və hər albomu da ABŞ-da platin sertifikat aldı. Son olaraq, ona ən yaxşı rep albomu kategoriyasında Qremmi mükafatına nominasiyasını qazandırdı. 2016-cı ildə Billboard 200-də bir nömrəli çıxış edən və daha sonra platin sertifikat almış dördüncü albomu olan "Eyez Only" albomunu yayımladı. Beşinci albomu KOD, 2018-ci ildə yayımlandı və eyni zamanda Billboard 200-də ilk sırada çıxış edərək bir nömrəli çıxış etmiş beşinci albomu oldu.
Koronel (Çili)
Koronel (İspanca tələffüz: [koɾoˈnel]) — Çili şəhəri və kommunası. Biobionun səkkizinci bölgəsinin Konsepsion vilayətində yerləşir.