ÇİLƏ

Farscadır, çellə variantı da var. “Kiriş” (yay-oxda) deməkdir, “Koroğlu”da işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ÇİLÇIRAQ
ÇİLƏKƏN
OBASTAN VİKİ
Çilə
Çilə — Sufi dərvişlərin nəfslərini tərbiyə edib təsəvvüf yolunda irəlləmək üçün qırx gün inzivaya çəkilib riyazət (dünyanın rahatlıq və ləzzətlərindən əl çəkmə) və ibadətlə məşğul olmaları.
Çilə (Zəncan)
Çilə — İranın Zəncan ostanında kənd.. Mərkəzi şəhristanının Sirdan bölgəsinin Yuxarı Tarım kəndistanında, Sirdan qəsəbəsindən 120 km şimal-qərbdədir.
Gürcü çilədağı
Çiləbörd mahalı
Çiləbörd mahalı (Ceraberd məlikliyi, Çalaberd, Çiləbürt) — XIII əsr-1840 inzibati nahiyə, Qarabağ xanlığının bölgələrindən biri. İndiki Kəlbəcər, Ağdərə rayonların ərazisi. Sahəsi - Əhalisi - Yaranması — 1747-ci il Mərkəzi— Kasapet kəndi Sərhədləri — Mahalın sərhəd-sınırları haqqında yazılır: "Dördüncü, Çiləbörd mahalıdır. Bu mahalın uzunluğu Qırxqızdan başlayıb Bərdə və Bayat meşəsinin kənarında qurtarır. Eni isə Xaçın və Qabartı çayından Tərtər çayına qədərdir". (Bах: Qarabağnamələr, 2-ci kitab, Bakı, "Yazıçı", 1991, səh.) Mənbələrdə qeyd olunur ki, 1687-ci ildə Maqavuz nahiyəsində başçını öldürüb, qan qaçağı olan Isa (Yesay) Çiləbördə gəldi. Burda məskunlaşdı. Qarabağ bəylərbəyinə hədiyyə verib, məlik ünvanı aldı. Çiləbörd mahalının mərkəzi Kasapet şenliyi idi. Gülyataq, Möhrətaq kəndləri mahal məliklərinin sığnaqları olmuşdu.
Çiləbörd məlikliyi

Çiləbörd nahiyəsi

Çiləbürt
Çiləbürt (əvvəlki adı: Cerabert) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Həsənqaya kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Mağavuz kənd Sovetinin Cerabert kəndi Tərtər rayonunun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Cerabert kəndi Çiləbürt kəndi adlandırılmışdır. Caraberd, Craberd variantlarında da qeydə alınmışdır. Oykonim çilə (topa, yığın, nəsil) və bürt/berd/bərd (əsli ər. olan bu soz "qala, hasar, divar" mənalarında başqa dillərə də keçmişdir) komponentlərindən düzəlib, "insanlara aid qala və ya icma, kənd" mənasındadır. Ermənilər bu kəndi Cerabert kimi rəsmiləşdirmışdilər. 1992-ci ildən kəndin indiki adı bərpa edilmişdir. Çiləbürt kəndi Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Çiləbürt kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Çiləbürt kəndi

Çiləbürt monastırı
Çiləbürt monastırı – Tərtər rayonunun Çiləbürt kəndi ərazisində, Çiləbürt qalası və Üç körpə monastırı yaxınlığında yerləşən tarix-memarlıq abidəsi. Çiləbürt monastırı Tərtər çayının sağ sahilində, Çiləbürt qalasının şimal-qərbində, qaladan 2 kilometr aralıda yerləşir. Monastır regionun ən qədim və məşhur mədəni mərkəzlərindən biri olmuşdur. Kompleksə daxil olan tikililər – kilsə, rahib hücrələri və digər mülki tikililər XVIII əsrdə daha qədim tikililərin yerində inşa olunmuşdur. Çiləbürt monastırının başkilsəsi birnefli bazilika formasına malikdir. Monastırın iki tərəfli damı qoşa pilyastrlar tərəfindən dəstəklənir. Kilsənin giriş qapısı qərb divarında yerləşir. Cənub divarında iki, şərq və qərb divarlarında isə bir pəncərə yeri var. Kompleks ərazisində yeni tikililərin inşası zamanı daha qədim tikililərin daşlarından, həmçinin ərazidə olan xaçdalar və kitabəli daşlardan istifadə olunmuşdur.
Çiləbürt qalası
Çiləbürt qalası və ya Çaraberd qalası – Ağdərə rayonunun Çiləbürt kəndində yerləşən tarix-memarlıq abidəsi. Qala, Tərtər və Turağay çaylarının birləşdiyi yerdə, sıldırım qaya üzərində inşa edilmişdir. Orta əsr mənbələrində qala həm də Craberd və Çaraberd adı ilə qeyd edilir. Çiləbürd qalası ilk dəfə VII əsrin 20-ci illərində xəzərlərin Qafqaz Albaniyasına yürüşləri ilə bağlı Moisey Kalankatlı tərəfindən xatırlanır. Adından göründüyü kimi Çola və Car başlıqları tarixi Dərbənd (Çola) adıyla eyni səslənir . Çiləbürt qalası boş və müharibə zamanı əhali tərəfindən qala sığınacaq kimi istifadə edirdi. Qaladan Üç körpə monastırına aparan cığırın altında 1.5 metr diametrə malik tunel vardır. Qala böyük ərazini əhatə edir. Qala divarları daxilində süni düzləşdirilmiş meydançalar, çoxlu sayda tikililərin qalıqları və məzar daşları vardır. Çiləbürt qalası Tərtər və Turağay çaylarının birləşdiyi yerdə, sıldırım qaya üzərində inşa edilmişdir.
Çilədağı
Phlomoides (lat. Phlomoides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Çiləgir
Çiləgir (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd. Çiləgir (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Çiləgir (Qusar)
Çiləgir — Azərbaycan Respublikasının Qusar rayonunun Urva inzibati ərazi vahidində kənd. Qusarçayın sahilində, Qusar maili düzənliyindədir. Kənd 1999-cu ildə yaradılmışdır. Tədqiqatçıların ehtimalına görə, kəndin adı XVI əsrdə Anadoluda yaranmış Boz Ulus tayfa ittifaqına daxil olan Çilaxir tayfasının adı ilə bağlıdır. Etnotoponimdir. Xaçmaz rayonuda da Çiləgir adında kənd mövcuddur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1029 nəfər yaşayır. Əhalisini əsasən azərbaycanlılar təşkil edir.
Çiləgir (Xaçmaz)
Çiləgir — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Xaçmaz r-nunun Aşağı Zeyid i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır; Xaçmaz r-nunun Nərəcan i.ə.v.-də kənd. Məzarçayın sol sahilində, Samur-Dəvəçi ovalığındadır. Tədqiqatçıların ehtimalına görə, kəndin adı XVI əsrdə Anadoluda yaranmış Boz Ulus tayfa ittifaqına daxil olan çilaxir tayfasının adı ilə bağlıdır. Etnotoponimdir.
Çiləmə
Çiləmə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim uşaq oyunlarından biridir. Bu oyunu əsasən oyunçuların sayı çox olduğu hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Lakin oyunçular yetərsay olmadıqda uşaqlar bu oyunu dəstələrə bölünmədən, sanama üsulu ilə öz aralarında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bu oyunu iki uşaq aralarında növbə ilə topu çiləməklə oynayırlar. Hələ indiki müasir toplar istehsal olunmadığı bir dövrdə bu məqsədlə at və iri buynuzlu heyvanların xırda tükündən (yunundan) kos (top) hazırlayardılar. Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk və ya sanama üsulu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Oyuna başlamazdan əvvəl dəstələr bir-birindən 3-4 metr aralı dayanır. Sanama yolu ilə dəstələrdən biri oyuna başlayır.
Çilənab
Çilənab (Əhər)
Çilənab (Vərziqan)
Çilənab (fars. چلناب‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 200 nəfər yaşayır (44 ailə).
Çilənab (Əhər)
Çilənab (fars. باشكند‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 136 nəfər yaşayır (26 ailə). Əhər şəhristanının Vərzəqan bölgəsinin Üzümdil kəndistanında, Vərzəqan qəsəbəsindən 14 km şimal-şərqdədir.
Çiləotu
Çiləotu (lat. Seseli) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Çilər
Çilər (İsp. Chilenos) — Çili milli etnik qruplar. Çilər əksəriyyəti Çili yaşayır baxmayaraq, əhəmiyyətli icmalar çox ölkələrdə, ən xeyli Argentina və ABŞ-də yaradılıb. Digər böyük Çili icmalar Avstraliya, Kanada və İsveç var. sıra kiçik olsa da, Çili xalqı da Antarktida və Falkland adaları daimi əhalisinin böyük hissəsini təşkil edir.
Çilət
Çilət — Azərbaycan Respublikası Kəlbəcər rayonunun Çıldıran kəndindən cənubda dağ. Hündürlüyü 1561 m. Cilet variantında da qeydə alınmışdır. Çilət "ciskin, sis, qatı duman" mənasındadır.
Çiləvənd-i Pain (Astara, İran)
Çiləvənd-i Pain (fars. چلوندپائين‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 975 nəfər yaşayır (204 ailə).
Əyri çiləotu
Əyri çiləotu (lat. Seseli tortuosum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin çiləotu cinsinə aid bitki növü.
İlxan Çilər
İlxan Çilər (1972, Dənizli) — türk yazıçısı və iş adamı. 1993-cü ildə Yaşar Nəbi Gənclik Mükafatları 'Möhtəşəm Hekayə Mükafatını' qazanan yazıçı Sürgün kitabı ilə 2011-ci ildə Avropa Birliyi Ədəbiyyat Mükafatına layiq görülüb. Onun hekayə və məqalələri iyirmidən çox milli və beynəlxalq antologiyada dərc olunur. Dənizlidə doğulub, İzmirdə böyüyüb. 1990-cı ildə İzmir Özəl Türk Kollecini bitirmişdir. 10 yaşında şeir yazmağa başlayıb. Orta məktəbdə oxuyarkən teatr tamaşaları və daha sonra gündəliklər yazaraq ədəbi əsərlər yaratmağa davam etmişdir. 1993-cü ildə Yaşar Nəbi Gənclik Mükafatları "Möhtəşəm Hekayə Mükafatı"na layiq görülüb. Boğaziçi Universitetinin Beynəlxalq Əlaqələr və Siyasi Elmlər fakültəsini bitirib. Öz ifadəsinə görə, o, Boğaziçi Universitetində tələbə olarkən şüurlu şəkildə öz sözləri ilə hekayələr yazmağa başlayıb.
BƏƏS-çilərarası münaqişə
BƏƏS-çilərarası münaqişə — Suriyanın rəhbərlik etdiyi BƏƏS Partiyası və onun alt qrupları ilə İraqın rəhbərlik etdiyi BƏƏS Partiyası və onun alt qrupları arasındakı münaqişə. == Tarixi == Münaqişə 1966-cı ildə Suriyada Mişel Əfləq və Səlahəddin Bitarın Hafiz Əsəd və Səlah Cədid tərəfindən devrildiyi dövlət çevrilişindən sonra BƏƏS Partiyasının Suriya və İraq fraksiyasına bölünməsindən sonra ortaya çıxmışdır. 1970-ci illərdə iki BƏƏS partiyası barışmağa nail olmuşdu, lakin 1979-cu ildə İraqdakı BƏƏS Partiyasında təmizləmə nəticəsində münaqişə yenidən alovlanmışdır. 1980-ci ildə Səddam Hüseyn İrana hücum edərək İran–İraq müharibəsinə səbəb olanda Suriya BƏƏS-i İranla müttəfiq olmağı seçmişdir. Nəticədə Suriya BƏƏS-i şiə islamçılarla, İraq BƏƏS-çiləri isə Qərb və sünni islamçılarla ittifaq qurmuşdur. BƏƏS Partiyasının bütövlükdə sekulyar olduğunu iddia etməsinə baxmayaraq, İraq BƏƏS-nə sünnilər, Suriya BƏƏS-nə isə nüseyrilər rəhbərlik etdiyi üçün münaqişə qismən məzhəbçilikdən qaynaqlanır. İraq BƏƏS-i Suriya BƏƏS-nə qarşı üsyanlarında "Müsəlman Qardaşlar"a dəstək vermişdir.

Значение слова в других словарях