Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çıraq
Çıraq — işıq verən lampa; "Çıraq" — Əsrin Müqaviləsi imzalanmış 3 neft yatağından biri. Çıraq (Kəlbəcər) — Kəlbəcər rayonunda kənd. Çıraq — Dəvəçi rayonunda kənd. Qırx Çıraq — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə.
Qırx Çıraq
Qırx Çıraq — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Salyan rayonunun faktiki mövcud olan Qırx Çıraq qəsəbəsi dəqiqləşdirmə qaydasında Çuxanlı kənd inzibati ərazi vahidi tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 5 iyul tarixli 1298 nömrəli Sərəncamı ilə Bakı şəhərinin Qaradağ, Qırx Çıraq şəhərləri inzibati ərazilərinin 54373,5 hektarında Azərbaycan Respublikasının Şirvan Milli Parkı yaradılmışdır. Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində ümumi ərazisi 65580 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisinin 54373,5 hektarında Şirvan Milli Parkı, 6232 hektarında Şirvan Dövlət Təbiət Qoruğu və 4930 hektarında isə Bəndovan Dövlət Təbiət Yasaqlığı yerləşir. 2006-cı ildə aparılmış siyahıya almanın nəticələrinə əsasən əhalinin sayı 1.000 nəfərdir və əhalinin 71% şəhər əhalisidir. Qırx Çıraq da yaşayan etnik qruplar: yerli azərbaycan türkləri 80%, gəlmə kürdlər 10%, gəlmə talışlar 10%.
Çıraq (Kəlbəcər)
Çıraq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çıraq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Çıraq kəndi İstisu qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Çıraq kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kəndin əhalisi etnik mənşəyinə görə türkdür və onların ulu babaları əsrlərlə orada yaşayan yerli sakinlər olmuşdur. Kənd sakinlərinin danışıq dili Azərbaycan türkcəsidir. Kənddəki coğrafi adlar (toponimlər) türk mənşəlidir. Kənddə Ağbulaq yurdu, Qarabulaq yurdu, Dolçabulaq yurdu adlı bulaqlar var. Kəndin məşhur yerləri: Dərinçuxur, Dəmirqaya, Qırmızıtəpə, Göygav, Sarıgav, Həşərgələr, Sudolduran, Novun şamı, Tumuzluq, Arxacqaya, Arıxanaqaya, Şişqaya, Qayabaşı, Vəlinin çüxuru.
Çıraq (dəqiqləşdirmə)
Çıraq — işıq verən lampa; "Çıraq" — Əsrin Müqaviləsi imzalanmış 3 neft yatağından biri. Çıraq (Kəlbəcər) — Kəlbəcər rayonunda kənd. Çıraq — Dəvəçi rayonunda kənd. Qırx Çıraq — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə.
Çıraq Aldərə
Ağ Aldərə, Süd Aldərə, Çıraq Aldərə və ya Sarı Aldərə — Azərbaycanda yerli üzüm sortu. Naxçıvan Muxtar Respublikasına xasdır. Gec yetişir. Hektardan 100–150 sentner məhsul yığılır. Quraqlığa çox, göbələk xəstələklərinə nisbətən az davamlıdır. Yeyilir, mövüc üçün və şərab istehsalında istifadə olunur. Hazırda üzümçülük təsərrüfatlarında becərilir.
Çaraq
Çaraq — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Çaraq kəndi Ağbaş kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Çaraq kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Kəndin əhalisi 219 nəfər təşkil edir.
İraq
İraq (ərəb. العراق; kürd. عێراق) və ya rəsmi adı ilə İraq Respublikası (ərəb. جمهوریة العراق; kürd. کۆماری عێراق) — Qərbi Asiyada dövlət. İraq Yaxın Şərqdə dünyanın ən qədim mədəniyyətlərinin beşiyi olmuş Aşağı Mesopotamiya bölgəsində yerləşir. Şimalda Türkiyə, şərqdə İran, cənub-şərqdə Küveyt, cənubda Səudiyyə Ərəbistanı, cənub-qərbdə İordaniya, qərbdə isə Suriya ilə həmsərhəddir. Ölkənin cənub-şərqdə Fars körfəzinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Bağdad, ümumi sahəsi 438,317 kvadrat kilometr, əhalisinin sayı 40 milyon nəfərdən çoxdur. Digər böyük şəhərləri Mosul, Kərbəla, Nəcəf və Ərbildir.
Azəri-Çıraq-Günəşli
Azəri–Çıraq–Günəşli — Xəzərin Azərbaycan sektorunda ən iri neft yatağı. Bakıdan təxminən 120 km şərqdə yerləşən bu yataq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) adından BP şirkəti tərəfindən işlənir. AÇG neft yatağı iki əsas lay dəstindən ibarətdir: Fasilə və Balaxanı. Konsorsium əvvəlcə hasilata Fasilə layından başlayıb, sonra isə Balaxanı layına keçəcək. AÇG-də hasilat 1997-ci ilin noyabr ayında başlamışdır. == İnkişaf mərhələləri == == Platformalar == 2011-ci ilin məlumatına görə AÇG yatağında beş platforma fəaliyyət göstərir. ABƏŞ konsorsiumunun sifarişi əsasında Qərbi Çıraq yatağı üçün növbəti, altıncı platformanın tikintisinə 2010-cu ildə başlanılıb. Platformanın tikintisinın 2013-cü ilin mart ayında başa çatdırılaraq istifadəyə verilməsi planlaşdırılır. Çıraq platforması — Çıraq platforması Bakıdan 120 kilometr şərqdə Xəzər dənizində yerləşən dəniz hasilat, qazma və yaşayış (HQY) platformasıdır. Bu platforma Azəri–Çıraq–Günəşli (AÇG) yatağından İlkin neft adlanan neftin hasilatna başlamaqla 1997-ci ildən istismardadır.
Sehrli Çıraq (1987)
Film lovğa Nazimin öz səhvi ucbatından daim çətinliklərlə qarşılaşmasından, sonradan isə öz səhvlərini başa düşərək peşimançılıq çəkməsindən danışır. 1)1991-ci ildə Bu filmlə yanaşı "Xeyirxah nağıl" və "Basatın igidliyi" filmlərinə görə rejissor Vaqif Behbudov Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülmüşdür. Kukla filmidir.
Çıraq Abdal (Sayınqala)
Çıraq Abdal (fars. چراغ ابدال‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (8 ailə).
Çıraq Hasarı (Zəncan)
Azəri–Çıraq–Günəşli
Azəri–Çıraq–Günəşli — Xəzərin Azərbaycan sektorunda ən iri neft yatağı. Bakıdan təxminən 120 km şərqdə yerləşən bu yataq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) adından BP şirkəti tərəfindən işlənir. AÇG neft yatağı iki əsas lay dəstindən ibarətdir: Fasilə və Balaxanı. Konsorsium əvvəlcə hasilata Fasilə layından başlayıb, sonra isə Balaxanı layına keçəcək. AÇG-də hasilat 1997-ci ilin noyabr ayında başlamışdır. == İnkişaf mərhələləri == == Platformalar == 2011-ci ilin məlumatına görə AÇG yatağında beş platforma fəaliyyət göstərir. ABƏŞ konsorsiumunun sifarişi əsasında Qərbi Çıraq yatağı üçün növbəti, altıncı platformanın tikintisinə 2010-cu ildə başlanılıb. Platformanın tikintisinın 2013-cü ilin mart ayında başa çatdırılaraq istifadəyə verilməsi planlaşdırılır. Çıraq platforması — Çıraq platforması Bakıdan 120 kilometr şərqdə Xəzər dənizində yerləşən dəniz hasilat, qazma və yaşayış (HQY) platformasıdır. Bu platforma Azəri–Çıraq–Günəşli (AÇG) yatağından İlkin neft adlanan neftin hasilatna başlamaqla 1997-ci ildən istismardadır.
Çıraq Hasarı (Xudabəndə)
Çıraq Hasarı — İranın Zəncan ostanında kənd.. Əhalisi 142 nəfərdir (2009). == Coğrafi yerləşməsi == Xudabəndə şəhristanı Ətraf kəndistanında, Qiydar qəsəbəsindən 17 km şimal-qərbdədir.
Aytun Çıray
Aytun Çıray (1957, Bayındır, İzmir ili) — TBMM XXIV, XXV, XXVI, XXVII çağırış millət vəkili, İYİ Partiyanın baş katibi, Türkiyə səhiyyə nazirinin müşaviri, həkim və siyasətçi. == Həyatı == Aytun Çıray 1957-ci ildə anadan olmuşdur. Egey Universiteti Tibb fakültəsini bitirib. Daxili xəstəliklər üzrə rezidentura təhsili almışdır. 1989-cu ildə başhəkim olmuşdur. Fransızca bilir. == Siyasi fəaliyyəti == Aytun Çıray müəyyən dövrlərdə səhiyyə nazirinin müşaviri, baş nazirin müşaviri, PETKİM, ERDEMİR və İSDEMİR İdarə Heyətlərinin üzvü olmuşdur. ERENCO şirkətinin İdarə Heyətinin sədri olmuşdur. Dünya Bankı 2. Səhiyyə Layihəsi Krediti Müqaviləsi danışıqlarına Türkiyə adından rəhbərlik edib.
Ciran (Piranşəhr)
Ciran (fars. جران‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 236 nəfər yaşayır (34 ailə).
Loya cirqa
Loya cirgə (puşt. لويه جرګه Böyük Şura)—ümuməfqan ağsaqqaları şurası. Ümuməfqan şurası olan Loya cirgə (Böyük Şura) Əfqanıstan tarixində dövlətin ictimai-siyasi həyatının ən mühüm məsələlərinin həllində böyük əhəmiyyət kəsb edib. Əfqanıstanda aşağı palatası (Xalq Şurası) xalq tərəfindən seçilən, yuxarı palatası (Senat) şah tərəfindən təyin olunan ilk müasir tipli parlament 1931-ci ildə formalaşıb. 1973-cü il şah rejimi devrilib respublika yaradılanda parlament buraxılıb və bir daha çağırılmayıb. 1978-ci il kommunist çevrilişindən sonra da parlament seçkiləri keçirilməyib. Nəhayət, 1988-ci ildə parlamentə çoxpartiyalılıq əsasında seçkilər keçirilib. 1990-cı ildə kommunist rejimini devirib hakimiyyətə gələn taliblər də parlamentsiz keçiniblər. 2001-ci ildə Əfqanıstana ABŞ qoşunları yeridiləndən sonra qəbul edilən 2003-cü il Konstitusiyasına əsasən, 2005-ci ildə ikipalatalı parlamentə - Milli Şuraya seçkilər baş tutub. == İkipalatalı parlament - Milli Şura == Əfqanıstan parlamenti ikipalatalıdır - Xalq Şurası və Ağsaqqallar Şurası.
Qıraq Kəsəmən
Qıraq Kəsəmən — Azərbaycan Respublikasının Ağstafa rayonunun Qıraq Kəsəmən kənd inzibati ərazi dairəsində kənd. Kürün sahilində yerləşən və yaxın tariximizə Qaçaq Kərəm (XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycan, Rusiya, İran və Türkiyədə qaçaqçılıq-xalq qəhrəmanlığı edib, nahaq qan tökməmiş və dünya qaçaqları arasında mərdliyi, ədaləti, səxavəti, kişiliyi ilə seçilən, eləcə də öz əcəli ilə Haqqın rəhmətinə qovuşmuş olan tək qaçaq), İsrafil ağa (bir kəndin bəyi olan bu igid, mərd və səxavətli şəxsiyyət, eyni zamanda Gəncəbasarın bəylər bəyi olmuş), Səməd Ağa Ağamalı oğlu (böyük dövlət xadimi, eyni zamanda latın əlifbasına türk dünyasında mərhaba deyən böyük şəxsiyyət), İlyas Abdullayev (Ali Sovetin Rəyasət Heyətinin sədri və böyük alim), Hüseyn Hacıyev (II Dünya müharibəsində vuruşa-vuruşa Berlinə qədər gedən qəhrəman polkovnik), Hüseyn Arif (xalq şairi) kimi böyük şəxsiyyətlər bəxş edən qədim kənddir. Ağalar bəy Qaçaq Kərəm (1860–1910) – Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin sonu, XX əsrin əvvəllərində Qərbi Azərbaycan, Türkiyə, İran və Rusiyada tanınmış qaçaq. Molla Zalın nəvəsi, Qaçaq Nəcəfin qardaşı nəvəsi, silahdaşlarından olan Balasöyünün dayısı oğludur. İsrafil ağa Kərbəlayev (1866–1917) – XX əsrin əvvələrinə kimi Qazax qəzasının tanınmış bəylərindən, xeyriyyəçi. Qaçaq Kərəm ilə qan düşməni olmuşdur. Balasöyün – XIX əsrin sonu, XX əsrin əvvələrində tanınmış qaçaq. Qaçaq Kərəmin silahdaşı və bibisi oğludur. Xalq şairi Hüseyn Arifin babasıdır (ata babası). Hüseyn Arif (1924–1992) – Azərbaycanın xalq şairi, 1949-cu ildən AYİ-nın üzvü, "Qızıl oraq" mükafatı, (1971), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1978).
Qıraq Müşlan
Qıraq Müşlan — Azərbaycan Respublikasının Zəngilan rayonunun Zəngilan kənd inzibati ərazi dairəsində kənd. Qıraq Muşlan kəndi Oxçu çayının sahilində, düzənlikdədir. Kəndi həmin rayonun İçəri Muşlan kəndindən ayrılmiş (qirağa çixmiş) ailələr saldiğına görə belə adlanmışdır. 1993-cü ildə Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Əfrayıl Hüseynov — polkovnik-leytenant.
Qıraq bağlayıcı
Qıraq bağlayıcı – fərdi kompüterin genişləndirmə yuvasına və ya lentşəkilli kabelin ucunda yerləşən bağlayıcıya taxılan çap lövhəsinin qırağı boyunca düzülmüş enli, yastı kontaktlar dəsti. Bu kontaktlar lövhəni verilənlərin ötürülməsinin ümumi sistem magistralı (şin) ilə birləşdirir. Qıraq bağlayıcılar çirklənməyə və yağlanmaya çox həssasdır, buna görə də onlara toxunmaq olmaz. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 257 s.
Çiran (Miyanə)
Çiran (fars. چرن‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 333 nəfər yaşayır (61 ailə).
Çoraq (Qars)
Çoraq — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 89 nəfərdir (2022).
Hit (İraq)
Xit (ərəb. هيت‎ — Heet) — İraqın Anbar mühafazasında şəhər. Əhalisi 65,000-dir.
Pşdər (İraq)
Pşdər və ya Pşdar şəhəri, İraq Kürdüstan Bölgəsində, Süleymaniyyə mühafəzəsinin bir mahalidir. Süleymaniyyə şəhərinin şərqində, İran sərhədi yaxınlığında yerləşir.
Qaranaz (İraq)
Qaranaz — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd. Kəndin əhalisini qədim Bayat boyudan törəmiş etnik türkmanlar təşkil edir.
İraq əməliyyatı
İraq əməliyyatı (Böyük Britaniyada İngiltərə-İraq müharibəsi kimi tanınır, ing. Anglo-Iraqi War) — İkinci Dünya müharibəsi zamanı Böyük Britaniya silahlı qüvvələrinin İraq Krallığı qoşunlarına qarşı strateji hərbi əməliyyatı. İngiltərənin Avropa və Şimali Afrikadakı məğlubiyyətlərindən sonra İraqın baş naziri Rəşid Əli əl-Geylani, İraq Baş Qərargahının rəisi Əmin Zəki Süleyman və polkovniklər Salah əd-Din əs-Sabahın rəhbərlik etdiyi almanpərəst millətçi "Qızıl Meydan" qrupu, Mahmud Salman, Fəhmi Səid və Kamil Çabib 1 aprel 1941-ci ildə Böyük Britaniyaya qarşı hərbi çevriliş həyata keçirdilər. Şahzadə Əbd al-İlah və ingilispərəst nazirlər Bağdaddan qaçdılar. Əl-Geylani sui-qəsdçilərin yaratdığı "milli müdafiə" hökumətinə rəhbərlik edirdi. Britaniya hərbi bazaları istisna olmaqla, ölkənin demək olar ki, bütün ərazisi yeni hökumətin nəzarətinə keçdi. Beyməlxalq dəstək qazanmağa çalışan yeni hakimiyyət SSRİ ilə diplomatik əlaqələr qurdu. Aprelin 17-də baş nazir Rəşid Əli əl-Geylani Milli Müdafiə Hökuməti adından Britaniya ilə müharibə olacağı təqdirdə faşist Almaniyasına hərbi yardım üçün müraciət etdi. Üçüncü Reyx İraqın yeni hökumətinə müsbət cavab verdi. Almaniya mayın 7-də Vişi rejimi ilə razılaşaraq Fransanın mandatı olan Suriya vasitəsilə İraqa hərbi texnika göndərməyə başladı.