Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çirkab (film, 2013)
Çirkab (ing. Filth) – 2013-cü ildə irland yazıçısı İrvin Uelşin eyniadlı romanı əsasında Con S. Beyrdin rejissorluğu ilə kriminal komediya-dram janrında çəkilmiş şotland filmidir. Film Şotlandiyada 27 sentyabr, İrlandiya və Britaniyada isə 4 oktyabr 2013-cü ildə vizyona girmişdir. ABŞ kinoteatrlarında filmin debütü 30 may 2014-cü ildə baş tutmuşdur. Bryus Robertson (Ceyms MakEvoy) Edinburqda polis serjantıdır; intriqant, manipulyativ, insanlara dəyər verməyən bir insandır, vaxtını narkotik alkoqol və bəzən də cinsi təcavüzlə keçirir, şəxsi evfemizmindən doğan çirkli oyunlarına ətrafındakı bir çox insanları cəlb edir. Robertson əxlaqlı və yaxşı tərbiyə görmüş dostu Klifford Bleysdi (Eddi Marsan) tez-tez qorxutmaqdan zövq alır, o, tez-tez masson lojasının üzvü olan bu dostunun arvadına zənglər edərək, oyunlarından biri kimi, onu qorxudur. Robertsonun həyatda əsas məqsədi detetktiv inspektor vəzifəsinə yüksəlməkdir və yapon tələbəbib öldürülməsi ilə bağlı araşdırmanı aparmağa başladıqda bu arzusuna gedən yolun açıldığını düşünür. Yavaş-yavaş o reallığa nəzarətini itirir, bununla belə oyunlarını davam etdirir, ağır hallüsinasiyalardan əziyyət çəkir. Filmin sonuna yaxınlaşdıqca onunhallüsinasiyaları daha da ağırlaşır və Bryus havalanır. Yuxu şəklində görünən və ona ağır psixotrapik dərmanlar verən həkimi vasitəsiylə məlum olur ki, Bryus körpəliyinin hansısa dövründə kiçik qardaşının ölümünə səbəb olmuş qəzanın baş verməsində özünü günahlandırır.
Ciruft
Ciruft— İranın Kirman ostanının şəhərlərindən və Ciruft şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 95,031 nəfər və 19,926 ailədən ibarət idi.
Hirkan
Hirkan (əvvəlki adı: Avrora) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Avrora qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Avrora şəhər tipli qəsəbə Hirkan şəhər tipli qəsəbə, Avrora qəsəbə inzibati-ərazi vahidi Hirkan qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. SSRİ dövründə bura Lənkəranın ən çox çay istehsal edən sovxozu olmuşdur. SSRİ dövründə "Avrora Çay Sovxozu" adlandırılmışdır. 1930-cu ildə Sovet hakimiyyəti dövründə şəhər tipli qəsəbə olaraq yaradılmışdır. 1934-cü ildə Baltik donanmasının "Avrora" kreyserinin şərəfinə "Avrora" çayçılıq sovxozu əsasında Avrora adlandırılmışdır və beləliklə qəsəbənin əsası qoyulmuşdur. Dağatəyi düzənlikdədir. 1964-cü ildə Hirkana şəhər tipli qəsəbə statusu verilmişdir. Xanbulançay su anbarı bu qəsəbədədir. Çayçılıq sahəsinin inkişafı 1970–1980-ci illərdə daha da sürətlənmiş, çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1976-cı ildə Lənkəran rayonunda tutumu 52 milyon m³ (kubmetr) olan Xanbulançay su anbarı Bəşəru çayının üzərində inşa olunmuşdur, bu böyük bənd bu günə kimi hələ də öz möhkəmliyi ilə seçilir.
Kirkit
Kirkid (Kirkit, və ya kirki) — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ikinci arğacı salmaq üçün istifadə edilən, qədimdə bəzi heyvanların (əsasən də keçi və ya ceyran) buynuzundan, 1934-cü ildən etibarən metaldan və s.-dən hazırlanan, ikidən dördə qədər dişi olan alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti daraq da adlandırırlar. Kirkidin iki, üç və ya dörd dişi olur. Zaman keçdikcə digər alətlər kimi bu alətlərin də forma və texniki xüsusiyyətləri təkmilləşmiş, kirkidin dişlərinə metal ucluqlar əlavə olunmuşdur. Arğacın hamar salınması üçün nəzərdə tutulan texnoloji tələblərə tam cavab vermədiyi üçün kirkid sonda tam metaldan hazırlanmışdır.
Pirkal
Pirkal- Aquifoliaceae fəsiləsində 400-600 növ Çiçəkli bitkilərdən olan bitki cinsi. Ilex affinis Gardner Ilex ×altaclerensis (Loudon) Dallim. Ilex amelanchier M. A. Curtis ex Chapm. Ilex aquifolium L. Ilex ×aquipernyi Gable ex Whittem. Ilex argentina Lillo Ilex arimensis (Loes.) Britton ex R. O. Williams Ilex asprella (Hook. & Arn.) Champ. ex Benth. Ilex ×attenuata Ashe Ilex ×beanii Rehder Ilex bioritensis Hayata Ilex brasiliensis (Spreng.) Loes. Ilex brevicuspis Reissek Ilex buergeri Miq. Ilex canariensis Poir.
Pirkax
Pirqax (Pirgah, Pirqaxbinə) — Azərbaycan Respublikasının Balakən rayonunun Püştətala kənd inzibati ərazi dairəsində kənd.
Sirkan
Sirkan-İranın Sistan və Bəlucistan ostanının Səravan şəhristanının Bəmpoşt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,347 nəfər və 284 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Şirkət
Şirkət və ya Firma — iki və daha çox fiziki şəxs yaxud hüquqi şəxsin mülkiyyətdən istifadə etməklə, məhsul istehsalı və satışından və ya xidmət göstərilməsində sistematik olaraq gəlir əldə edən hüquqi şəxs
Birka
Björkö adasındakı Birka (orta əsr mənbələrində Birca) Viking dövründə Skandinaviya ilə Şərqi Avropa və Şərq arasında əhəmiyyətli bir ticarət mərkəzi idi. Björkö, müasir Stokholmdan 30 kilometr qərbdə, Ekerö bələdiyyəsindəki Mälaren gölündə yerləşir. Birka adasında və Adelsö yaxınlığındakı Hovgarden'in arxeoloji yerləri Viking Skandinaviyalıların ətraflı ticarət şəbəkələrini və Avropa tarixinə təsirlərini göstərən bir arxeoloji kompleks meydana gətirir. Ümumiyyətlə, İsveçin ən qədim şəhəri sayılan Birka 1993-cü ildə UNESCO tərəfindən Dünya mirası elan edilib. Birkadakı Vikinq türbəsindən gələn gümüş üzük, bu dövrün Skandinaviyada olan ərəb yazılı ilk üzüyüdür. == Tarix == Birka, ticarəti idarə etmək və genişləndirmək üçün bir padşah tərəfindən qurulmuşdu. Skandinaviyanın ən erkən şəhər yaşayış yerlərindən biridir. Birka, Ladoga (Aldeigja) və Novqorod (Holmsgard) yolu ilə Bizans İmperiyası və Abbasilər Xilafətinə gedən çay və portaj yolundakı Baltik bağlantısı idi. Birka, İsveçdə 831-ci ildə Müqəddəs Ansqar tərəfindən qurulan ilk məşhur xristian icmasının yeri kimi də əhəmiyyətlidir. Birka, həmçinin, İsveçdə 831-ci ildə Müqəddəs Ansqar tərəfindən təsis edilmiş xristian icması kimi tanınırdı.
Cirit
Cirit — at üzərində oynanılan idman növlərindən biridir. At üzərindəki idmançının ciritini rəqibinə dəqiq atmasını, döyüş zamanı özünə və atına hakim olmasını və bu yolla rəqibinə hakim olmağı hədəfləyən qaydaları olan bir idman növüdür. Ümumiyyətlə Qars, Bayburt, Ardahan, Uşak və Ərzurumda oynanılır. Cirit türklərin Mərkəzi Asiyadan Anadoluya gəlişindən bəri oynadıqları döyüş oyunu olaraq bilinir. Sonrakı dövrlərdə Anadoluda oynanılan və atçılıq idmanı olaraq da bilinən cirit, nəsildən-nəslə ötürülərək mövcudluğunu bu gün də davam etdirir. Alp Arslan dövründə Anadoluda oynanılan bu idman növü, Şərqi və Orta Anadolunun fərqli bölgələrində daha çox yayılmışdır. XI–XVI əsrlərdə Anadoluda döyüşü oyunu kimi oynanılan cirit, sonrakı dövrlərdə, xüsusilə XIX əsrdə Osmanlı imperiyası sarayında ən böyük əyləncə idman növü idi. Müsabakalarda yaşanan hayati Yarışmalardakı həyati təhlükə səbəbiylə bu oyun II Mahmut dövründə qadağan edildi və daha sonra Anadoluda yenidən nümayiş oyunu olaraq oynanılmağa başlandı. Türkiyədəki cirit idmanına bugünkü dövrdə maraq Şərqi Anadolu bölgəsində yaşayan insanların daha sıx maraq göstərdiyi görülür. İlk Atçılıq İdman klubu 1957-ci ildə bu bölgədə Ərzurumda quruldu.
Corat
Corat — Azərbaycan Respublikasının Sumqayıt şəhər inzibati-ərazi vahidində qəsəbə. Sumqayıtın Xəzər sahilində yerləşən qəsəbəsidir. Corat qəsəbəsi Bakıdan 35 km şimal-qərbdə, Xəzər dənizin qərb sahilində, düzənlikdə yerləşir. Mənbələrə əsasən Corat kəndi eramızın V–VII əsrlərində meydana gəlmişdir. Hal-hazırda qəsəbənin ərazisi 225,6 ha-dır, amma keçmişdə ərazisi çox böyük olmuşdur. Orta temperatur yanvarda 3,1C, avqustda 24,9C-dir. Havanın ən aşağı temperaturu −13C yanvar ayında müşahidə olunub, ən isti temperaturu isə +40C avqust ayında qeydə alınıb. İllik yağıntının miqdarı 185 mm-dir. Corat qəsəbəsi üçün şimal küləyi – xəzri və cənub küləyi – gilavar xarakterlidir. 2008-ci ilin aprelin 1-i vəziyyətinə görə Corat qəsəbəsinin əhalisi 8,8 min nəfərdir.
Pirat
Dəniz quldurluğu və ya piratlıq — orta əsrlərdə dəniz quldurları tərəfindən okean və dənizlərdə, əsasən, ticarət gəmilərinə qarşı həyata keçirilən quldurluqdur. Dəniz quldurlarını, adətən, "flibustyer", "bukanyer", "kaper", "pirat" adlandırırdılar. Latınca "pirat" sözü "taleyini sınayan" deməkdir.
Sirat
Əs-Sirat (ərəb. الصراط‎‎‎) ― İslam və zərdüştilik dinlərinə görə cəhənnəm üzərində qurulmuş dar körpüdür. Zərdüşt dinində bu körpünün adı "Çinvat körpüsü" olaraq səslənir. Sırat ərəb dilindən tərcümədə "doğru yol" (ərəb. الصراط المستقيم‎‎) deməkdir. Lüğət alimlərinin bir qismi (o cümlədən, Süyuti) bu kəlmənin ərəb dilinə latın dilindən keçdiyini və "strata" sözündən qaynaqlandığını bildirirlər. Qurani-kərimdə bu söz tez-tez "sıratül-müstəqim" (istiqamətlənmiş, doğru yol) ifadəsi şəklində işlədilir ki, müxtəlif təfsirlərdə bunu İslam dininə inanmaq, halal-haramlara riayət etmək və hətta İmam Əli ibn Əbu Talibin (ə) imamətini qəbul etmək kimi yozurlar. Sırat körpüsü tükdən nazik, qılınc tiyəsindən itidir. Alimlərin bəziləri bu cəhəti hərfi mənada deyil, məcazi mənada qəbul etməyi tövsiyə edirlər. Yəni İslam müqəddəsləri sıratın bu qədər nazik olduğunu bildirməklə, əslində onun üzərindən keçməyin nə qədər çətin və təhlükəli olduğunu göstərmək istəyiblər.
Çıraq
Çıraq — işıq verən lampa; "Çıraq" — Əsrin Müqaviləsi imzalanmış 3 neft yatağından biri. Çıraq (Kəlbəcər) — Kəlbəcər rayonunda kənd. Çıraq — Dəvəçi rayonunda kənd. Qırx Çıraq — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə.
Qırat
Azərbaycanda məşhur olan Koroğlu dastanında Rövşənin (Koroğlunun) atası Alı kişidən qalan iki atından biri. Dastana görə günlərin bir günü Həsən xan atlara baxan Alı kişiyə tapşırır ki mənə ən yaxşı iki dayçanı gətirərsən. Alı kişi Qır at ilə Dür atı seçir və xana gətirir. Atlar hələ kiçik olduqlarından arıq və cılız görünürlər və bunu görən xan Alı kişinin gözlərini çıxartdırır ki, əgər at seçə bilmirsə bu da cəzası olsun. Gənc Rövşən atasının sözü ilə hər iki atı 40 gün qaranlıq bir yerdə saxlayır. Atların üstünə gün işığı düşməməli idi. Rövşən 39-cu gün səbri tükəndiyindən qapını aralayır və beləcə Dür atın üstünə işıq düşür və o qanadlarını itirir. Qır at isə ildırım kimi sürətli qara və güclü olur.
Hirkan şümşəsi (Hirkan pirkalı)
Elmi adı- Ilex hyrcana Pojark IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir- VU D2. Azərbaycanın nadir növüdür. 3–6 m hündürlüyündə, 7 −8 sm-ə qədər diametrdə həmişəyaşıl, alçaqboylu ağac və ya koldur. Yarpaqları 2–7 sm uzunluğunda, 1–3 m enində, dərivari, üstdən tünd yaşıl, parlaq, kənarları oyuqdişlidir. Çiçəkləri xırda, ağımtıl, çətirvari qoltuq çiçək qrupunda toplanmışdır. Tacı sünbülşəkillidr. Meyvəsi qırmızıdır, 7–9 m m uzunluğunda, 6–7 mm diametrindədir, uzunsov-şarşəkilli, sapları 3–8 mm uzunluğunda, 4çəyirdəklidir, çəyirdəkləri ensizdir, yan tərəfdən tillidir. May ayında çiçəkləyir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir. Tozlanması entomofildir.
Foursquare (şirkət)
Foursquare — Amerikan məkan texnologiyası şirkəti və məlumat bulud platformasıdır. Şirkətin yerləşdirmə platforması Foursquare City Guide və Foursquare Swarm proqramları da daxil olmaqla bir neçə biznes və istehlak məhsullarının əsasını təşkil edir. Foursquare məhsullarına bunlar daxildir: Pilgrim SDK, Places, Visits, Attribution, Audience, Proximity, and Unfolded Studio. Dennis Crowley və Naveen Selvadurai şirkəti 2008-ci ilin sonlarında qurdular və 2009-cu ildə istifadəyə verdilər. Şirkət indi Foursquare Şəhər Bələdçisi kimi tanınan, real vaxt məkanı paylaşma və qeydiyyatdan keçmə konsepsiyasını populyarlaşdıran yerli axtarış və kəşf mobil proqramının istifadəyə verilməsi ilə məşhurlaşdı. İstehlakçı tətbiqlərində edilən dəyişikliklərlə yanaşı, şirkət milyardlarla qeydiyyat vasitəsilə toplanmış məkan məlumatlarından istifadə edən məhsullar yaratmağa başladı. 2019-cu ilin may ayında Foursquare Snap Inc-dən Placed-i alıb. Sövdələşmənin şərtləri açıqlanmayıb. 2020-ci ilin aprel ayında Foursquare Factual Inc. ilə bütün səhmdar sövdələşmədə birləşməni elan etdi.
Hatı Çırpan
Hatı Çırpan (1890, Ankara, Ankara vilayəti – 21 mart 1956, Ankara), həmçinin Satı Kadın kimi də tanınır — Türkiyə siyasətçisi, Türkiyə Böyük Millət Məclisinin 1935-ci il parlament seçkilərində seçilən ilk qadın üzvlərindən biri. 1890-cı ildə Kahramankazan ilçəsində doğulmuşdur. Atasının adı Kara Mehmet Efendi, anasının isə Emine Hanım idi. 18 iyul — 23 avqust 1934-cü il tarixləri arasında reallaşdırılan İkinci Dil Qurultayından (türk. İkinci Türk Dil Kurultayı) əvvəl, 16 İyulda Prezident Mustafa Kamal Atatürk ekskursiya üçün Ankaradan 50 km uzaqda olan Kazan kəndinə (o dövrdə Ankara ilinin Kızılcahamam mahalının bir hissəsi idi) yollandı. Bu ekskursiya zamanı Atatürk Kazanın kənd muxtarı olan Satı Kadınla tanış oldu. O, Türkiyə İstiqlaliyyət müharibəsi dövründə dörd il döyüşən bir kəndli qadın idi. Onunla söhbət etdikdən sonra Atatürk Satı Kadınnın nailiyyətləri və intellektinə rəğbət bəslədiyini etiraf etdi. Afet İnanın sözlərinə görə, Atatürk onunla görüşdükdən sonra demişdir: "Bax bu parlament üzvü kimi uğur qazana biləcək qadındır". Satı Kadının uğurlu seçki kampaniyasını Atatürkün özü sponsorluq elədi və dəstəklədi.
Hirkan (vilayət)
Hirkan (ya da Cürcan), indiki Mazandaran, Gülistan və Gilan əyalətlərilə Türkmənistanın Xəzər dənizi sahillərini əhatə edən tarixi bölgə. Əhəməni imperiyası dönəmində bir əyalətin parçası olan bölgə, bir müddət Sasanilərin hakimiyyətində qaldı. Sasani dönəmində, bölgənin bir çox şəhərinə müdafiə məqsədli qalalar və surlar (divarlar) inşa edildi. İslamiyətin ortaya çıxışından sonra bir müddət ərəblərə xərac verən bölgə, III Yezid dönəmində (716) Əməvilərə qatıldı. 928-ci ildə qurulan Ziyarilərin idarəsinə keçən bölgə, Samanilər və Qəznəvilərə vergi verərək yüz il qədər savaş yaşamadı. Bölgə, XIV yüzildəki Monqol istilaları sonucunda yıxıma uğradı.
Hirkan acıyoncası
Securigera cretica — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" — VU D2. Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylı sərilən və ya qalxandır. Yarpaqları birqatlələkvari, 9-11 yarpaqcıqlıdır; yarpaqcıqları pazvari və ya uzunsov-tərs-yumurtavari, üstdən yaşıl, altdan mavi-göyümtüldür. Salxımları 7(5)-9(11) çiçəkli, çətirvaridir. Ksacıq zəngçiçəyi formasında, tacı ağ və ya açıq çəhrayı, aşağı hissədə bənövşəyi rəngdədir. Bayrağın ayası yumurtavari-dəyirmi, qayıqcıq düz bucaq altında əyilmişdir. Paxlaları aralanmış, silindrikdir. Toxumları uzunsov və ya qısa silindrik, pas-sarı rəngdə, 3-3,5 mm uzunluqda, 1 mm enindədir.
Hirkan armudu
Hirkan armudu (lat. Pyrus hyrcana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR A2 abc; C1. Azərbaycanın nadir növüdür. Qafqaz endemikdir. 25 m-ə qədər hündürlüyündə ağacdır. Yarpaqları yumurtavaridir, kənarları xırda, sivridişlidir. Altdan ağ keçətükcüklü, üstdən tükcüksüzdür. Saplağı uzun, nazik, yarpaq ayasının uzunluğuna bərabər, zəriftükcüklüdür. Meyvələri darçını rəngli, basıq, kürəşəkilli olmaqla, birillik zoğlarda tək-tək və ya dəstə halında yerləşir.
Hirkan arıquşu
Hirkan arıquşusu (lat. Poecile hyrcanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinin poecile cinsinə aid heyvan növü. Bu quşlar nisbətən iri (bədəninin uzunluğu 140, qanadları 72–76 mm). Başı və çinədanı tünd qəhvəyi rəngdədir və buna görə digər arıquşulardan seçilir. Sakit nəğməsi böyük arıquşunun nəğməsini xatırladır. Çağırışları isə "si-si-tyürrrr…" şəklindədir.
Hirkan azatı
Hirkan azatı (lat. Zelkova hyrcana) — qarağackimilər fəsiləsinin zelkova cinsinə aid bitki növü. İranda təbii arealı vardır. Hündürlüyü 20-25 m olan ağacdır. Gövdəsinin qabığı hamar, yaşılımtıl-boz rəngdədir. Yarpaqları yumurtavarı uzunsov, 3-5 sm uzunluqda alt tərəfdən xüsusən damarlar boyu qısa tükcüklü, nadir hallarda çılpaq, 7-9 yan damarlara malikdir. Onların kənarları iti dişli olub, 1-3 mm uzunluqda saplaqlar üzərində yerləşir. Cavan zoğların yarpaqları bir qədər iri olub 12 sm uzunluqdadır meyvəsi bucaqlı, fındıqca, az və ya çox qısa tüklü və ya çılpaq, yaşılımtıl, 5 m uzunluqdadır. Aprel ayında çiçəkləyir, meyvələri isə oktyabr-noyabr aylarında yetişir. Hirkan azatı vələsyarpaq azata nisbətən isti və rütubət sevəndir.
Hirkan ağcaqayını
Hirkan ağcaqayını (lat. Acer hyrcanum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. Kiçik Asiya, Rusiya (Dağıstan), Türkiyə, Livan, Balkan ölkələri və İranda təbii arealı vardır. Böyük və Kiçik Qafqazda Alazan-Əyriçay vadisində, Naxçıvan MR və Talış dağlarında (Diabar) meşələrin tərkibində təbii halda yayılmışdır. Statusu: Azərbaycanın nadir bitkisidir. NT. Aşağı dağ qurşağından yuxarı dağ qurşağına qədər əhəngli və işıqlı quru yamaclarda yayılmışdır. Təbiətdə arealı geniş deyildir. Təbiətdə 18 m-ə qədər hündürlüyü və 30 sm-ə qədər diametri olan ağacdır. Cavan zoğları qırmızımtıl-qəhvəyi, yaşlı budaqları boz-qonur rəngdədir. Tumurcuqları qəhvəyi rəngdədir.
Hirkan bigəvəri
Hirkan bigəvəri (lat. Ruscus hyrcanus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bigəvər cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Nadir relikt növdür. 20-40 (60) sm boyunda yarımkoldur, dərili, tikanlı kaldodiləri və 4-9 topa-topa düzülmüş budaqları vardır. Budaqları yanlara və aşağıya əyilmişdir və üzərləri kladodilərlə sıx örtülmüşdür. Kladodiləri uzunsov-yumurtavari və ya uzunsov-lansetvaridir, yaşıl rəngdədir, sərtdir, 12-28(30) mm uzunluğunda, 8–12 mm enindədir. Çiçəkləri yaşılımtıldır, adətən kladodinin orta xətti üzərində 2-5–i bir yerdə olmaqla və ya az-az hallarda tək-tək düzülmüşdür, pərdəciyəoxşar çiçəkatlığının qoltuğundadır. Giləmeyvəsi qırmızıdır, kürəvari, diametri 7–9 mm-dir. Aprel-may aylarında çiçəkləyir.