Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tobi Maquayr
Tobias Vinsent Maquayr (ing. Tobias Vincent Maguire, 27 iyun 1975) — ABŞ aktyoru və kino prodüseri. Sem Reyminin Hörümçək-adam filmlərindəki (2002–2007) rolu ilə məşhurlaşıb, 2021-ci ildə nümayiş olunan Hörümçək-adam: Evə yol yoxdur filmində rolunu yenidən canlandırıb. == Həyatı və ailəsi == Tobias Vinsent Maquayr 27 iyun 1975-ci ildə Kaliforniyanın Santa Monika şəhərində Vendi Braun və Vinsent Maquayrın ailəsində dünyaya gəlib. Onun iki yaşı olarkən valideynləri ayrılıb, Maquayr uşaqlığının çox hissəsini digər ailə üzvləri ilə yaşamalı olub. Maquayr uşaq olarkən aşpaz olmaq fikrində idi, anası 100 dollar verib onu drama təhsili almağına razı salmışdı. Oxuduğu məktəbin mühiti ona pis təsir etmişdi, təhsilini yarıda qoyaraq aktyorluq karyerasına davam etməli oldu. Hollivud ulduzu Tobey Maguire kinoda debütunu “Bu oğlanın həyatı” dramatik filmi ilə edib. Bu filmdə onun tərəf müqabilləri məşhur aktyorlar Robert de Niro və Ellen Barkin olub. Sonralar bir-birindən maraqlı rolları ilə kino-aləmində tanınan Maquayr "Hörümçək-adam" filmindəki ifasına görə dəfələrlə mükafatlara, nominasiyalara və qran-prilərə layiq görülüb.
Tobi adası
Tobi adası (Hoteoxobey) (ing. Tobi) — Palau adalarının tərkibinə daxil olan ada Sakit okeanın qərbində yerləşir. Helen və Tranzit rifləri ilə birlikdə Xatoxobey ştatını əmələ gətirir. Adanın sahəsi 60 ha-dır. Burada 30 nəfər (2005) yaşayır ki, onunda böyük hissəsi adanın qərbində yaşayır. Yeganə yaşayış məntəqəsi Xatoxobey kəndidir. Maksimal hündürlüyü 3 m, uzunluğu 1,6 km, eni 0,8 km-dir.
Triin Tobi
Triin Tobi (3 iyun 1995 Tartu, Estoniya) — Estoniyalı dağ-xizək idmançısı. Triin Tobi Estoniyanı 2014-cü ildə Soçidə təşkil edilən XXII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, slalom və böyük slalom yarışları üzrə iştirak etmişdir. == Karyerası == Triin Tobi birinci dəfə Olimpiya Oyunlarına 2014-cü ildə qatıldı. O, Soçidə baş tutan XXII Qış Olimpiya Oyunlarında qadınlar böyük slalom yarışlarında iştirak etdi. Tobi 3:09.17 saniyəlik nəticəsi ilə 90 atlet arasında 61-ci yeri tutdu.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun sxemi == Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun tarixi == Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
Cambi
Cambi İndoneziya əyalətidir. Mərkəzi Sumatranın şərq sahilində yerləşir və qərbdə Barisan dağlarına qədər uzanır. Paytaxtı və ən böyük şəhəri Cambidir. Vilayətin 50,058 km² ərazisi və 2010-cu il siyahıyaalmasına görə 3.092.226 nəfər əhalisi var. 2014-cü ilin yanvar ayına qədər bu rəqəm 3,412,459-a çatdı.
Çalbi
Çalbi (ing. Chalbi) — gilli şoranlıqlardan ibarət olan səhra. Səhra Keniyanln şimalında, Turkana gölünün şərqində qərarlaşır. Qabbra dilində səhranın mənası «Çılpaq və duzlu» mənasını verir. Bu ərazi Keniyanın ən quru və isti regionudur. Səhra qədim gölün yerində əmələ gəlmişdir. Səhrada insanlar ilğım müşahidə edilir.
CTOL
CTOL (ing. Conventional Take-Off and Landing), Ənənəvi enmə-qalxma sözlərinin qısaldılmış formasıdır. Sərnişin təyyarəsi kimi normal hava texnikaları enmə-qalxma meydanından istifadə edərək enmə-qalxma həyata keçirirlər.Ənənəvi enmə-qalxma sisteminə alternativ olan bir sistem də, Şaquli şəkildə enmə-qalxma hesab olunur. Dəniz təyyarələri enmə-qalxma meydanının əvəzinə sudan istifadə edirlər.
Qobi
Qobi (monq. Говь, çin. 戈壁) — Mərkəzi Asiya ərazisində geniş ərazini əhatə edən səhra. Səhra Çin və Monqolustan ərazilərində yerləşir. Xarakterik olaraq səhra və yarımsəhra lanşaftından ibarətdir. Səhra qərbdən şərqə 1600 km, şimaldan cənuba 800 km təşkil edir. Ümumi səhrası isə 1 300 000 km² təşkil edir. Qədim zamanlarda səhra «Şamo səhrası» adı ilə məşhur idiÇində səhranın genişlənməsinin qarşısını almaq məqsədi ilə Yaşıl çin səddi adlı layihə həyata keçirilir. == Etimologiya == «Qobi» sözünün Monqolca anlamı «susuz yer» mənasını verir. Üstəlik Mərkəzi Asiya ölkələrində, xüsusi ilə türk xalqlarında bu söz səhra və yarımsəhra mənasını ifadə edir.
Tabi
Tabi (yap. 足袋) — Yaponların ənənəvi milli corabı. Ayaq biləyinə qədər hündürlüyə malik olan pambıq üzü və pambıq astarlı, klassik ağ rəngdə və də bağlamaq üçün dəmir sancaqlara malik bu corablar adət etdiyimiz corablardan həm də baş barmağının digər barmaqlardan ayrılması ilə fərqlənir. Bu formada olduqlarından onları kişi və qadınlar zori, geta və digər qayış və ya ipli ənənəvi ayaqqabılarla geyinə bilirlər. Tabi milli geyimləri — kimono (yap. 着物) və digər vafuku (yap. 和服 — Yaponiya geyimi) növlərini, eləcə də, orta əsrlərdə samuray paltarlarını bir növ tamamlayır. Tabinin daha geniş yayılmış forması ağ rəngdədir. Ağ tabilər rəsmi mərasimlərdə, məsələn, məşhur çay mərasimi zamanı geyinilir. Kişilər səfərlər zamanı bəzən qara və göy tabi geyinir.
Tibi
Tibi (isp. Tibi) — İspaniyada yerləşən şəhər və bələdiyyə. Bələdiyyə Vals-d-Alkoy ərazisinin 70,38 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 1745 nəfərə çatmışdır.
Todi
Todi (it. Todi) — İtaliyada kommuna - Ərazi bölgü vahidi. == Əsas göstəriciləri == Umbriya regionunda yerləşir. Perudja ərazi mərkəzinə aiddir. Əhalinin sayı 2004-cü ilin məlumatlarına əsasən 17 075 nəfər, sahəsi isə 223 кm²-dir. Poçt indeksi 6059. Telefon kodu isə 075-dir. Yaşayış məntəqəsinin mühafizəkarı San Fartuna hesab edilir. 14 oktyabrda onun şərəfinə bayram keçirilir. Roma Papası Martin I burada doğulub.
Topi
Damaliscus lunatus (lat. Damaliscus lunatus) — Damaliscus cinsinə aid heyvan növü.
Xobi
Xobi (gürc. ხობი) – Gürcüstannın şimal-qərbində şəhər, Sameqrelo-Yuxarı Svaneti bölgəsində şəhərdir. == Əhalisi == Xobinin əhalisi 4242 nəfərdir (2014) == İqtisadiyyatı == Çay fabriki Konserv zavodu == Xobidə doğulmuş məşhurlar == Qriqol Çikovani (1910-1981) - gürcü yazıçısı, dramaturq və ssenaristi.
Altan Tobçi
"Altan Tobçi" (monq. Алтан товч, ᠠᠯᠲᠠᠨ ᠲᠣᠪᠴᠢ; mənası – "qızıl düymə", "qızıl külliyyat") — XVII əsrə aid monqol salnaməsi, tarixi-ədəbi abidə. Monqolustan tarixşünaslığının unikal irsi hesab edilir. Burada indiki dövrə qədər qorunub-saxlanılmamış köhnə salnamələrdən məlumatlar təkrarlanır. == Məzmun == "Altan Tobçi"nin iki variantı indiki dövrə qədər gəlib çatmışdır. Onlar "Kiçik Altan Tobçi" və "Böyük Altan Tobçi"dir. "Kiçik Altan Tobçi" XVII əsrin əvvəllərində ərsəyə gətirilmişdir. Burada dini mövzular üstünlük təşkil edir. Salnamə dünyanın və insanın yaranması haqqında miflərlə açılır, Hindistan və Tibetin padşahları, müqəddəsləri haqqında əfsanələrlə davam edir. Çingiz, Öqedey, Xubilay xanlar haqqında hekayələrlə yanaşı, 270 il ərzində Monqolustanda baş verən əlamətdar hadisələr nəql edilir.
Ceyms Tobin
Ceyms Tobin (ing. James Tobin) (5 mart 1918 – 11 mart 2002) — amerikalı iqtisadçı, Keynsçi maliyyə bazarları nəzəriyyəsi sahəsində mütəxəssis. İnvestisiya davranışı qaydası ilə bağlı apardığı tədqiqatlar maliyyə bazarına aid olan biliklərin artmasına səbəb olmuşdur. Bu tədqiqatlarına görə 1981-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Harvard Universitetində təhsilini başa vurduqdan sonra, ABŞ hərbi dəniz donanmasında xidmət etmişdir. 1946–1949-cu illərdə Harvard Universitetinin təqaüdçüsü olmuşdur, 1947-ci ildə Harvard Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir. 1950-ci ildən Yel Universitetində işləməyə başladı və 1957-ci ildə burada professor dərəcəsinə yüksəldi. == Fəaliyyəti == 1941–1943-cü illərdə Vaşinqtonda (Kolumbiya) Qiymətlərin Tənzimlənməsi İdarəsinin, Mülki Təchizat və Hərbi İstehsal Şurasının iqtisadçısı işləmişdir. 1949-cu ildə Kembric Universitetində Tətbiqi iqtisadiyyat bölməsində (Böyük Britaniya) işləmişdir. 1950-ci ildən Yel Universitetinin adyunkt professoru, 1957-ci ildən həqiqi (tam) professoru olmuşdur.
Tobin vergisi
Tobin vergisi (ing. Tobin tax) — 1978-ci ildə Nobel mükafatı laureatı Ceyms Tobin tərəfindən kapitalın miqrasiyasına nəzarət etmək, valyuta bazarlarında “həddindən artıq səmərəliliyi azaltmaq” və qiymətli kağızlar bazarında dalğalanmaları azaltmaq vasitəsi kimi təklif edilən spot valyuta əməliyyatlarına vergi. Valyuta əməliyyatlarının vergiyə cəlb edilməsinə alternativ bank haqqıdır. Xüsusilə, Almaniyada maliyyə böhranı ilə əlaqədar 2007-ci ildə tətbiq edildi və 2010-cu ildən maliyyə xidmətləri təminatçıları və kredit təşkilatları tərəfindən ödənilir. Rüsum maliyyə sektorunda kredit və ticarət əməliyyatlarının sistem riski ilə bağlı xərcləri ödəmək üçün nəzərdə tutulub. == Tarixi == Yel Universitetinin professoru Ceyms Tobinin orijinal ideyası Şərq İqtisadi Assosiasiyasının 1978-ci ildə Vaşinqtonda keçirilən konfransındakı çıxışında təqdim edilmiş və “Valyuta İslahatına dair Təklif” məqaləsində dərc edilmişdir. Onun təklifi valyuta bazarında spot əməliyyatlar üzrə vahid beynəlxalq verginin tətbiqi olub. Tobin vergisi qısamüddətli kapitalın transsərhəd miqrasiyasını məhdudlaşdırmalı idi. Əvvəlcə Tobin vergi dərəcəsinin 1% civarında ola biləcəyini düşünürdü, lakin sonradan onu 0,1-0,25%-ə endirdi. Xarici valyuta əməliyyatlarının vergiyə cəlb edilməsi, Tobinə görə, iki nəticə verməli idi.
Cyoti Svarup Pande
Cyoti Svarup Pande (1950 və ya 25 may 1951) — Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cyoti Svarup Pande 25 may 1951-ci ildə anadan olmuşdur. İqtisadiyyat üzrə magistr təhsili almışdır. Diplomat kimi 1976-cı ildən fəaliyyətə başlamışdır. 1976-cı ilin may ayından 1979-cu ilin may ayınadək Braziliyada ikinci,üçüncü katib kimi fəaliyyət göstərmişdir. 1979-cu ilin may ayından 1982-ci ilin may ayınadək Yeni Dehlidə ticarət nazirliyində nazir müavini vəzifəsində çalışmışdır. 1982-ci ilin dekabr ayından 1983-cü ilin avqust ayınadək Yeni Dehlidə xarici İşlər Nazirliyində katib müavini və nazir müavini vəzifələrində işləmişdir. 1983-cü ilin avqust ayından 1985-ci ilin aprel ayınadək Malayziyanın Kuala Lumpur şəhərində birinci katib vəzifəsində çalışmışdır. 1985-ci ilin iyun ayından 1997-ci ilin may ayınadək Yeni Dehlidə Xarici Xidmət İnstitutunda katib müavini və direktor vəzifəsində işləmişdir. 1997-ci ilin may ayından 2003-cü ilin yanvar ayınadək Yeni Dehlidə katib vəzifəsində çalışmışdır. 2003-cü ilin fevral ayından Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiridir.
Həsən bəy Ətabi
Həsən bəy Ətabi (fars. حسن‌‌بیگ عتابی تکلو‎ doğ.1567 - ö.1616)—Azərbaycan şairi. == Həyatı == Həsən bəy 1567-ci ildə Herat şəhərində anadan olmuşdu. Qızılbaş tayfa ittifaqının Təkəli elindəndir. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Ətabi təxəlllüsü ilə şeir yazırdı. Həsən bəy Ətabi Qəzvin və Rey şəhərlərində yaşamışdı. Sonra I Şah Abbasa xidmət etmiş, İsfahana yollanmışdı. Həsən bəy Ətabi Nami Bəkri kimi tanınan və şair Mir Məhəmməd Məsum Bəkri ilə bərabər Böyük Moğollar imperiyasına, Sultan Cəlaləddin Əkbər şahın yanına elçi getmişdilər.
Ancelina Coli
Ancelina Coli Voyt (ing. Angelina Jolie Voight; 4 iyun 1975[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası, Oskar mükafatı laureatı, üç dəfə "Qızıl qlobus" mükafatının sahibi, iki dəfə ABŞ aktyorları arasında Hildiya mükafatının qalibi, BMT–nin xoşməramlı səfiri. == Həyatı == Ancelina Coli 4 iyun 1975-ci ildə ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində doğulub. Məşhur ABŞ aktyoru Con Voyt və yarı fransız yarı kanadalı aktrisa Marşelin Bertranın qızıdır. Özündən böyük Ceyms Heyven Voyt adlı qardaşı var. Onun soyadı "Coli" fransız dilində "yaxşı", "gözəl" anlamını verir, lakin aktrisa özü fransız dilini bilmir. Ancelina Colinin valideynləri 1976-cı ildə ayrılır. Ancelina və onun qardaşı anası ilə Nyu-Yorka köçürlər. Bir il sonra atası Oskar mükafatına layiq görülür. Anası isə uşaqlarını tərbiyə etmək üçün karyerasından imtina edir, tez-tez uşaqlarını kinoteatra aparır və bütün vaxtını onlarla keçirir.
Codi Foster
Codi Foster (ing. Alicia Christian «Jodie» Foster; 19 noyabr 1962, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. == Həyatı == Hollywood-un məşhur aktrisalarından olan Alicia Christian Jodie Foster 1962-ci ilin 19 noyabrında ABŞ-nin Kaliforniya ştatında, Los-Anceles şəhərində dünyaya göz açıb. Jodie aktrisalıq fəliyyətinə hələ üç yaşında olarkən reklam çarxlarına və teleseriallara çəkilməklə başlayıb. 1970-ci illərdə isə “Walt Disney” studiyasının bir neçə filmlərində çəkilib. Aktrisanın böyük kinoda ilk rolu “Napoleon and Samantha” (1972) filmi ilə başlayır. 1974-cü ildə rejissor Martin Scorsesenin“Alice Doesn't Live Here Anymore” filmində rol alır. Daha sonra isə elə bu rejissorun “Taxi Driver” (1976) filmində yüngül həyat tərzli yeniyetməni canlandıran aktrisa 14 yaşında ilk dəfə Oscar-a nominant olur. Məhz bu filmdən sonra onu uzun müddət izləyən John Hinckley adlı bir şəxs sonradan 1981-ci ildə ABŞ prezidenti Ronald Reaganı öldürməyə cəhd etmişdir. O, bu addımıyla Jodie Fosterin xoşuna gəlmək istədiyini bildirmişdir.
Codi Vilyams
Codi Vilyams — (9 oktyabr 1950-ci il təvəllüdlü), anti-personal minaların qadağan edilməsi, insan haqlarının müdafiəsi (xüsusilə qadınların hüquqları) və günümüzdə dünyada yeni təhlükəsizlik anlayışlarını təşviq etmək səyləri ilə tanınan Amerikalı siyasi fəal. Piyada əleyhinə minaların qadağan edilməsi və təmizlənməsi istiqamətindəki işlərinə görə 1997-ci ildə Nobel sülh mükafatına layiq görülmüşdür. == Təhsili == Vilyams, Vaşinqtondakı Paull H. Nitze Advanced International Studies School-dan (Con Hopkins Universitetinin bir bölməsi) beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi aldı (1984), Vermontun Bratleboro şəhərindəki Beynəlxalq Təlim Məktəbindən (indiki SIT Lisansüstü İnstitutu) ikinci bir dil olaraq ispan və ingilis dilinin tədrisi üzrə magistr dəırəcəsini (1976), və Vermont Universitetinin bakalavr dərəcəsini (1972) almışdır. == Vəkillik fəaliyyəti == Vilyams 1992-ci ilin əvvəlindən 1998-ci ilin fevralınadək Beynəlxalq Minaların Qadağan Edilməsi Kampaniyasının (ICBL) qurucu koordinatoru vəzifəsində çalışıb. Bu işdən əvvəl, Nikaraqua və El Salvadordakı müharibələrlə əlaqədar on bir ilini,o, burada İnsan Hüquqları Ensiklopediyasına görə "1980-ci illər həyati təhlükəsi olan insan haqları işlərinə" sərf etdi. Hökumətlər, BMT qurumları və Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə görünməmiş əməkdaşlıq səyində Villyams, ICBL-in baş strateqi və sözçüsü kimi xidmət göstərdi, özü ilə işləyən iki qeyri-hökumət təşkilatını (QHT) doxsan ölkədə 1300 QHT-dən ibarət beynəlxalq güc mərkəzinə qədər inkişaf etdirdi. Kiçik başlanğıcından və 1992-ci ildəki rəsmi açılışından sonra, Vilyams və ICBL, 1997-ci ilin sentyabrında Osloda təşkil olunmuş diplomatik konfrans zamanı kampaniyanın heyətinə qarşı minalara qadağa qoyan beynəlxalq müqavilə imzaladı. Minalardan istifadəni qadağan edən Ottava müqaviləsinin qəbul edilməsində onun və ICBL-in xidmətləri böyükdür. Üç həftə sonra o, və ICBL Nobel sülh mükafatına layiq görüldü. O dövrdə, təxminən yüz illik tarixdə mükafatı alan onuncu qadın və üçüncü Amerikalı qadın oldu.
Con Coli
Coli Con (1.11.1857, İrlandiya, Offali qraflığı – 8.12.1933, Dublin) — ingilis geoloqu və geofiziki. == Haqqında == Dublində Triniti kollecini bitirmişdir. Dublin Universitetinin professoru (1897-ci ildən) idi. Yerin istilik rejimi üçün radioaktiv elementlərin əhəmiyyətinə birinci olaraq Coli diqqət yetirmişdir. İlk dəfə müxtəlif dağ süxur larında radioaktiv parçalanma prosesində elementlərin ayırdığı enerjinin miqdarını hesablamışıdır. Yer təkindəki proseslərin dövriliyinin tektonik proseslərin radioaktiv parçalanma ilə əlaqəsi fərziyyəsini irəli sürmüşdür (1925).
Coni qəbiristanı
Coni qəbiristanı Azərbaycan Respublikası Lerik rayonunun Coni kəndi yaxınlığında Son Tunc dövrünə aid (e.ə. II minilliyin II yarısı) aid arxeoloji abidə. İlk dəfə 1890-cı ildə fransız arxeoloqu Jak de Morqan tətqiq etmişdir. Daş qutu qəbirlərdən ibarətdir. Qəbirlərdən çaxmaqdaşından düzəldilmiş ox ucluqları, tunc qılınc, xəncər, nizə ucluqları, bəzək əşyaları və s. tapılmışdır. Talış-Muğan mədəniyyətinin səciyyəvi abidəsidir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, V cild, Bakı,2014. səh.383.
Cəbi Bəhramov
Cəbi Əmirvar oğlu Bəhramov (16 iyul 1959, Qafan) — tarix üzrə fəlsəfə doktoru, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, Qərbi Kaspi Universitetinin "Politologiya və beynəlxalq münasibətlər" kafedrasının müəllimi. == Həyatı == Cəbi Əmirvar oğlu Bəhramov 1959-cu il iyulun 16-da Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan şəhərində (keçmiş Ermənistan SSR) anadan olmuşdur. 1966–1976-cı illərdə Zəngəzur mahalı Mehri rayonunun Aldərə kəndində S. Vurğun adına orta məktəbdə təhsil alıb. 1977-ci ildə Ümummilli lider H. Ə. Əliyevin təşəbbüsü ilə keçmiş SSRİ-nin başqa respublikalarının ali təhsil ocaqlarına oxumaq üçün göndərilən tələbələr içərisində Özbəkistan Respublikası Daşkənd Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və oranı 1982-ci ildə bitirmişdir. Həmin ildə Azərbaycan SSR Ali və Orta ixtisas Təhsili Nazirliyinin göndərişi (vəsiqə № 33) ilə AMEA A.Bakıxanov adına Tarix İnstitutuna baş laborant vəzifəsinə qəbul edilib. == Elmi fəaliyyəti == 1984-cü ildə "Azərbaycan dəniz neftçıxarma sənayesinin yaranması və inkişafı tarixi (1949–1960-cı illər)" adlı tarix üzrə fəlsəfə doktoru dissertasiya mövzusu üzərində işləməyə başlayıb və 1999-cu ildə bu mövzunu müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1982–1987-ci illərdə İnstitutda baş laborant, 1998–2000-ci illərdə kiçik elmi işçi, 2000–2001-ci illərdə böyük elmi işçi vəzifələrində çalışıb, 2001-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir və bu günədək həmin vəzifədə çalışır. 2003–2010-cu illərdə ictimai əsaslarla İnstitutun "Azərbaycan Respublikası tarixi" şöbəsinə rəhbərlik etmişdir. 1990-cı ildən pedaqoji fəaliyyətlə məşğul olub. 1990–1993-cü illərdə ATU və Aİ və MU-də "Azərbaycan tarixi" fənnindən mühazirələr oxuyub.
Cəbi Quliyev
Cəbi Hüseyn oğlu Quliyev (30 avqust 1990, Ağbulaq, Naxçıvan Muxtar Respublikası) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış üzvü. == Həyatı == Cəbi Quliyev 1990-cı il avqustun 30-da Şahbuz rayonunun indiki Ağbulaq kəndində anadan olub. 2008–2012-ci illərdə Naxçıvan Dövlət Universitetində beynəlxalq münasibətlər üzrə ali təhsil alıb. 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 2013–2015-ci illərdə isə Naxçıvan Dövlət Universitetində beynəlxalq münasibətlər tarixi üzrə magistr təhsili alıb. === Ailəsi === Cəbi Quliyev ailəlidir. 1 övladı var. == Fəaliyyəti == Cəbi Quliyev 2013–2014-cü illərdə Naxçıvan Universitetində Humanitar elmlər kafedrasında baş laborant, 2014–2018-ci illərdə isə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatın da aparıcı təlimatçı və baş təlimatçı vəzifələrində çalışıb. 2016-cı ildən Naxçıvan Dövlət Universitetinin müəllimi olan Cəbi Quliyev, 2017-ci ildən həmin universitetin dissertantıdır. 2017-ci ilin fevral-mart aylarında Erasmus+ k104 layihəsi çərçivəsində Türkiyə Respublikasının Çankırı Universitetində Pedaqoji təcrübə keçmişdir.
Enriko Toti
Enriko Toti (1882-1916) - İtaliyanın milli qəhrəmanı. Enriko, Avropa və Afrikada bir neçə dəfə ekstremal velosiped səyahətləri edən bir ayağını itirmiş əlil idi. Ölümündən sonra İtaliyanın yüksək hərbi mükafatı olan "Hərbi şücaətə görə" qızıl medalla mükafatlandırılmışdı. Tarixdə bu medalı qazanmış yeganə mülki şəxs hesab edilir. == Bioqrafiya == Enriko Toti 1882-ci ildə Romada anadan olub. 14 yaşında donanmaya xidmətə yollanmış və 1905-ci ilə qədər orada xidmət etmişdi. 1905-ci ildən dövlət dəmir yollarında ocaqçı kimi işə düzəldi. 2 mart 1908-ci ildə, Kolleferroda həmkarının səhvinə görə qatarın altına düşmüş və sol ayağını ağır zədələmişdi. Bundan sonra ayağı çanaq hissəsinə qədər amputasiya edilmişdi. Bir müddət 18 iyun 1904-cü ildə Piy qapılarının yanındakı binalardan birində açılan Bersalyerlər muzeyində işləmişdi.