Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bukval
Bukval (fr. Bouqueval) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel. Əhalisi — 293 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 19 km şimalda, Serji belediyyənin 28 km qərbdə yerləşir.
Ərkvaz
Ərkvaz — İranın İlam ostanının şəhərlərindən və Məlikşahi şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 14,225 nəfər və 2,771 ailədən ibarət idi.
Çuval
Çuval — Azərbaycanda böyük kisəyə deyilir. Çuvaldan əsasən taxılın saxlanılması üçün istifadə olunur. Xovsuz xalça üsuluyla toxuyurlar, ancaq bəzən xovlu xalça üsuluylada toxunur. Hələ X əsrə qədər muğan çuvalı artıq məlum idi. Tünd qırmızı rəngli çuvalı türkmənlər qızıl çuval adlandırırlar. Qızıl çuval bayram mərasimlərində, toy-düyündə, şənliklərdə istifadə edirlər.
Çuvar
Çuvar — İranın İlam ostanının İlam şəhristanının Çuvar bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 5,574 nəfər və 1,080 ailədən ibarət idi.
Çüvaş
Çüvaş — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. Çuvaş Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Etnotoponimdir.
Cukia Yoşimura
Cukia Yoşimura (18 fevral 1993) — Yaponiyalı peşəkar kişi BMX velosipedçisi. Yukia Yoşimura Yaponiyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Cukia Yoşimura 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.195 saniyəlik nəticəsi ilə 58-ci yeri tutdu.
Çuval hadisəsi
Çuval olayı və ya Çuval hadisəsi (ing. The Hood event) – 4 iyul 2003-cü ildə ABŞ-nin 2003-cü il İraqı işğal etdiyi dövrdə Şimali İraq ərazisində yerləşdirilən bir qrup türk əsgərinin əsir götürülməsi, başına çuval keçirilməsi və ABŞ hərbçiləri tərəfindən istintaq edilməsini əks etdirən hadisə. ABŞ əskərlərinin Süleymaniyədəki türk hərbi hissələrinə basqını nəticəsində, 15 kq partlayıcı maddə, snayper, qumbara və hökumət binalarının yaxınlığındakı mövqelərin işarələndiyi Kərkük xəritəsini ələ keçirdi. Əskərlər Türkiyənin ABŞ-yə etiraz etməsindən sonra, 60 saat içərisində azadlığa buraxıldı. Kürd kəşfiyyət orqanlarının iddiasına görə, türk əskərləri Kərkükün yeni seçilən hakiminə qarşı sui-qəsd planı qurmuş və bununla da bölgədə stabilliyi pozaraq Türkiyə birləşmələrinin bura daxil olmasına zəmin yaratmaq istəmişdir. Tərəflərdən heç birinin üzr istəməməsinə baxmayaraq, hadisəni araşdırmaq üçün qurulan ABŞ-Türkiyə komissiyası daha sonra peşmanlıq bildirən birgə bəyanat yaydı. Əlavə olaraq, ABŞ Müdafiə naziri Donald Ramsfeld Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğana hadisə ilə bağlı kədərini bildirən məktub yazdı. Çuval hadisəsi Türkiyə və ABŞ arasındakı diplomatik əlaqələri zədələdi və ABŞ-Türkiyə münasibətlərinin ən aşağı səviyyəsini göstərdi. Hadisəyə ABŞ mediasında çox az yer verilsə də, Türkiyədə bu hadisə böyük əks-səda yaratdı, bir çox insan bu hadisəni böyük təhqir kimi gördü və "Çuval olayı" olaraq adlandırdı. Türkiyə geniş dağ silsilələri ilə qonşu olduğu İraqın şimalını uzun müddət idi ki, daxili təhlükəsizliyinə təhdid olaraq görürdü.
Çuvar nahiyəsi
Çuvar nahiyəsi - XIV əsr-XIX əsrlər. İnzibati ərazi. 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Axıstabad sancağı inzibati–ərazi nahiyə 1728 Osmanlı İmperiyasının Tiflis əyalətində Qazax livası inzibati–ərazi nahiyə Salehlər (Salahlı), Daş Salehlər (Daş Salahlı), Kəsəmənli, Qazançı, Qaralar, Kosalar, Sarıqamış, Kiçik Ayyaran, Böyük Ayyaran, Qaradink, Cücəvank, Xoşgünan, Qarabulaq, İncəqya Qızıldağ, Molla Abdulla, Peykanlı, Nəfsi-Əskipara, Əskiprayi-Gəbran, Vəli, Qapıçı, Məlikşah, Qut, Kürdlü, Rskbkt, Gəranis, Yuxarı Almalıq, Qala, Şəkərqala, Əlibəy, Bağağus, Qışlaq, Ağalı, Kunan, Gəlinqaya, Qoşakilsə, Çinar, Uluxan, Xanpaşalı, Üçgöl, Ürkməz, Ürkməz, Əmiryarlı, Qazaxbəndi, Dəmirçi, Dəmirçilər, Dördcanlı, Şahnəzərli, Cudaquşlu, Vəyəlli, Çanğlar, Dərvişlər, Kəsəmən Qulubəy, Abdulla Altunçular, Salehlili, Qazaxlı İsmayıl, Pirili, Sübhanverdi, Qaraçılar, Şəmsabad, Ağaxan Kəsəmənli.
Çuvaş Respublikası
Çuvaşıstan, Çuvaşıstan Respublikası, Çuvaşiya, Çuvaşiya Respublikası (rus. Чувашская республика, çuvaş Чăваш Республики) — Rusiya Federasiyası subyektlərindən biri. Paytaxtı Çeboksarı şəhəridir. Çuvaşıstan ərazisi 1551-ci ildə Rus imperiyası tərəfindən işğal edilib. O dövrdən başlayaraq çar hökumətinin müstəmləkə siyasəti çuvaş xalqını acınacaqlı hala salıb. Ən məhsuldar torpaqları əllərindən alınıb və xristianlığı qəbul etməyə məcbur olmuşlar. Respublikanın ərazisi 18.3 min kvadrat kilometrdir . Çuvaş Respublikası Volqa-Ural regionunda yerləşir. Paytaxtı Çeboksarı şəhəridir. Rusiya Federasiyasının tərkibindədir.
Çuvaş dili
Çuvaş dili (Чăваш чĕлхи) - türk dillərinin oğur qoluna aid dil, Rusiyanın Çuvaşiya Respublikasının rus dili ilə yanaşı ikinci rəsmi dili. Эктор Алос-и-Фонт. Оценка языковой политики в Чувашии Picket in defense of the Chuvash in Cheboksary Эктор Алос-и-Фонт, «Преподавание чувашского языка и проблема языкового поведения родителей», Чувашский государственный институт гуманитарных наук, 2015, Шупашкар.
Çuvaş Milli Muzeyi
Çuvaş milli muzeyi (çuvaş Чăваш наци музейĕ) — Çuvaşıstan Respublikasının mədəniyyət, təhsil və tədqiqat müəssisəsi. Çuvaş və digər etnik qrupların təbii abidələrinin, tarixinin, maddi və mənəvi mədəniyyətinin ən böyük anbarı. Çuvaşıstan Respublikası ərazisində və Rusiya Federasiyasının digər bölgələrində çuvaşların kompakt yaşadığı bütün yerlərin mədəni irsinin saxlandığı muzey mərkəzidir. Muzey daş dövründən bu günə qədər olan materialları (arxeologiya, tarix, incəsənət, texnika və s.) toplayır, saxlayır, öyrənir və nümayiş etdirir. Fonduna 160 mindən çox muzey əşyaları daxildir. Muzey 1921-ci ildə təşkil edilmişdir. 12 fevral 1921-ci il tarixində Çuvaşıstan Muxtar Bölgəsinin muzeylər seksiyasının qərarı ilə sənət və antik abidələrin qorunması məqsədilə Mərkəzi Çuvaş Muzeyi təşkil edildi. Muzeyin ilk rəhbəri Varşava Universitetinin Tarix və Filologiya Fakültəsinin məzunu 1937-ci ildə repressiyaya məruz qalmış Nikolay Pavloviç Neverov hesab olunur. Muzeyin arxeoloji və etnoqrafik kolleksiyaları 1920–1930-cu illərdə formalaşmağa başlamışdır. Muzeydə XVII–XVIII əsrlərə aid run əlifbası yazı abidələri var.
Çuvaş Nuqazaq (Auırqazı)
Çuvaş Nuğazağı (başq. Сыуаш Нуғаҙағы, çuvaş Чӑваш Нукасак) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Nuğazaq kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 30 km, kənd sovetliyindən (Tatar Nuğazağı): 2 km. ən yaxın dəmiryol stansiyasından (Tyukun stansiyası): 8 km.
Çuvaş Nuğazağı (Avurğazı)
Çuvaş Nuğazağı (başq. Сыуаш Нуғаҙағы, çuvaş Чӑваш Нукасак) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Nuğazaq kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 30 km, kənd sovetliyindən (Tatar Nuğazağı): 2 km. ən yaxın dəmiryol stansiyasından (Tyukun stansiyası): 8 km.
Çuvaş Qaramalı (Avurğazı)
Çuvaş Qaramalı (çuvaş Чăваш Хурамалĕ, başq. Сыуаш-Ҡарамалы) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Çuvaş Qaramalı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 25 km, ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 7 km.
Çuka ryori
Yaponiya Çin mətbəxi (Çuka (中華, 中華料理 çuka ryori, hərfi mənada "Çin yeməyi")) - Çindən Yaponiyaya gəlmiş və illər ərzində dəyişilmiş yapon xörəkləri. Bəzi yaponlar səhv olaraq bu xörəkləri Çin sayırlar, lakin çinlilər heç vaxt onları öz xörəkləri hesab etməyib və elə üsulla hazırlamayıblar. Bəzi hallarda onları Çin xörəyi edən yalnız əriştə olur, digər inqridientlər isə Yaponiyadan (hiyaşi-çuka) və ya hətta Avropadan (vetçina) olur. MDB ölkələrində hərdən yosunu səhvən çukka adlandırırlar, lakin bu salata aidiyyəti olmayan xörək də ola bilər.
Simbirsk Çuvaş müəllimlər məktəbi
Simbirsk Çuvaş müəllimlər məktəbi (çuvaş Чĕмпĕрти чăваш вĕрентӳçисен шкулĕ) — Çuvaş xalqının maarifçisi İvan Yakоvlеv tərəfindən 28 oktyabr 1868-ci ildə Simbirsk (hazırkı Ulyanovsk) şəhərində qurulan çuvaş, rus və Volqaboyu digər xalqların müəllimlərinin və digər ziyalılarının hazırlanması üçün təhsil ocağı. 1956-cı ilə qədər bu və ya digər şəkildə mövcud olan Simbirsk və ya Ulyanovsk vilayətinin mərkəzində yerləşmişdir. Məktəb həm də "Simbirsk çuvaş məktəbi" kimi də tanınır. Müxtəlif illərdə fərqli rəsmi adlar və statuslara malik olmuşdur. 1868-ci ildə gimnaziya şagirdi İvan Yakovlev Simbirskdəki mənzilində çuvaş uşaqlara dərs verməyə başladı. 1871-ci ildə Rusiya İmperiyasının Xalq Maarif Nazirliyi Simbirsk çuvaş məktəbinə rəsmi məktəb statusunu verdi. Simbirsk çuvaş məktəbinin rəsmi olaraq təyin olunmuş ilk müəllimi Kalaşnikov, Vasili Andreeviç olmuşdur.. Doqquz il sonra bu adi məktəb müəllim hazırlamaq məqsədilə - Çuvaş müəllim məktəbinə çevrildi. 1869-1886-cı illərdə Simbirsk Çuvaş müəllimlər məktəbində işləyən, eləcədə Simbirsk quberniyasındakı dövlət məktəblərinin müdiri və müfəttişi İ.N.Ulyanov onun formalaşmasına və inkişafına böyük töhfə verib. Məktəbin formalaşmasında İ.V.Vişnevski, P.D.Şestakov və Nikolay İlminski böyük zəhmət çəkmişdilər.
Çuvaş Respublikası Milli Kitabxanası
Çuvaş Dövlət Opera və Balet Teatrı
Çuvaş Dövlət Opera və Balet Teatrı (çuvaş Чăваш патшалăх оперăпа балет театрĕ) — 1960-cı ildə Çuvaş Respublikasında Çuvaş Dövlət Musiqili Teatrının bazasında yaradılmış Çeboksar teatrı. Mövcud teatr binası 1985-ci ildə inşa edilmişdir. Teatr 1960-cı ildə F. Vasilyevin ilk Çuvaş operası "Şıvarman" ("Su dəyirmanı") ilə açılmışdır. Kollektivə Boris Semenoviç Markov rəhbərlik edirdi. Əvvəlcə tamaşalar Çuvaş Musiqi və Dram Teatrının səhnəsində oynanılırdı. 1967-ci ildə Q. Xirbinin "Narspi" operasının səhnələşdirilmiş quruluşu həyata keçirildi. O, həmçinin Çuvaşıstan Sovet Muxtar Respublikasının K. İvanov adına Dövlət Mükafatına layiq görüldü. Teatrda ilk balet tamaşası — A. Adamın "Jizel" tamaşası oldu. 28 iyun 1970-ci ildə ilk milli çuvaş baleti dünyaya gəlmişdir. Bu F. Vasilievin "Sarpiqe" baleti idi.
K.V.İvanov adına Çuvaş Akademik Dram Teatrı
K.V.İvanov adına Çuvaş Dövlət Akademik Dram Teatrı (çuvaş Чăваш патшалăх К. В. Иванов ячĕллĕ академи драма театрĕ) — Çuvaşıstanın ən qədim teatrı, çuvaşların mədəniyyət mərkəzi. Bədii rəhbər - SSRİ Xalq Artisti Valeri Yakovlev, teatr direktoru - Çuvaş Respublikasının Əməkdar Mədəniyyət İşçisi Yuri Vladimirovdur. == Tarixi == === Kazan dövrü === Teatr 1918-ci ildə Kazanda İ.S.Maksimov-Koşkinski tərəfindən qurulmuşdur. İlk dövrlər kollektiv "Çuvaş dramı", daha sonra "Çuvaş Sovet səyyar teatrı" adlandırıldı. Teatrın açılşı A.Ostrovskinin "İstədiyiniz şəkildə yaşamayın" tamaşası ilə olmuşdur. === Çeboksardakı Sovet teatrı === 1920-ci ildə teatr Çeboksarıya köçdü. Teatrın repertuarı çuvaş dramaturqlarının pyeslərindən və rus klassiklərinin tərcümələrindən ibarət idi. Bundan əlavə çuvaş dilində tamaşalar oynanırdı. 1927-1939-cu illərdə. P.N.Osipov baş rejissor kimi teatra rəhbərlik etmişdir.