Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cuzqun
Cuzqun (lat. Calligonum) — qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == GRIN saytında cuzqun cinsinə aid taksonların aşağıdakı siyahısı verilib: Calligonum aphyllum (Pall.) Gurke — Yarpaqsız cuzqun — Qafqaz, Rusiyanın Avropa hissəsi, Qərbi Sibir, Orta Asiya Calligonum arborescens Litv. — Ağacşəkilli cuzqun Calligonum azel Maire Calligonum bakuense Litv. — Bakı cuzqunu Calligonum caput-medusae Schrenk — Meduzbaşlı cuzqun Calligonum caput-medusae var. rubicundum Herder ex Regel Calligonum comosum L'Her. Calligonum comosum var. turkestanicum Korovin Calligonum elatum Litv. — Hündür cuzqun Calligonum eriopodum Bunge Calligonum leucocladum (Schrenk) Bunge — Джузгун белокорый Calligonum membranaceum Litv. Calligonum microcarpum I.G.Borshch.
Çuqun
Çuqun — dəmirin karbonla (2%-dən çox, adətən 3-4.5 % karbon), eləcə də tərkibində müəyyən miqdar manqan (1.5%-dək), silisium (4.5%-dək) və zəhərli qarışıqlar – kükürd və fosfor olan ərintisidir. Bəzən çuquna hər hansı bir xassə vermək üçün ona legirləyici adlanan elementlər – xrom, nikel, silisium, manqan və s. əlavə edilir. Bu cür çuqun legirlənmiş adlanır. Çuqunu domna sobalarında dəmir filizindən alırlar. Çuqun qara metallurgiyanın ən mühüm ilkin məhsuludur. Ondan polad istehsalında xammal kimi və tökmə ərinti kimi istifadə edilir. Müasir maşınqayırmada tökmə çuqunun payına ümumi kütlənin 75%-i düşür. Maşınqayırmada və tikinti qurğularında boz çuqun geniş yayılmışdır. Bəzən domna ferroərintiləri adlandırılan xüsusi Çuqun (domna ferrosilisiumu, ferromanqanı, ayna çuqun və s.) çox məhdud miqdarda əridilir, ondan poladı oksigensizləşdirmək və legirləmək üçün istifadə edilir.
Yarpaqsız cuzqun
Yarpaqsız cuzqun (lat. Calligonum aphyllum) — qırxbuğumkimilər fəsiləsinin cuzqun cinsinə aid bitki növü. == Təbii yayılması == Şərqi Türküstan, Şərqi Çin və Aşağı Volqa sahillərindən təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 2 m-ə qədər olan koldur. Yaşıl budaqlarının qabığı qırmızımtıl və ya alabəzək-qonur, mərciməkli, otvarı budaqları en kəsikdə dairəvi, nazik, yaşıl və ya açıq yaşıl, hamar, 2-6-ya qədər topa halında budaqların buğumlarından çıxır. Buğumarası hissələrin üst tərəfi ağ, pərdəvari, kənarlı, kütuclu, sonralar isə iki dilimə bölünən, qınvarı yarpaqaltlığı borusu ilə nəhayətlənir. Yarpaqları xırda, 2–3 mm uzunluqda, asan tökülən, yarımdairəvi, uc hissədən azca genişlənmişdir. Zoğları otvari, düz buğumlu, yarpaqsızdır. Çiçəklərin 2-si (1-3) birlikdə yarpaq qoltuğundan çıxaraq, uzunluğu 4–5 mm olan, çılpaq və aşağı yarısı buğumlu olan çiçək saplaqlarında yerləşir. Çiçək yanlığının hissələri qeyri-bərabər, xaricdəkilər enli-yumurtavari, uzunluğu 3 mm, arxa tərəfdən yaşıl, kənarlardan geniş, ağ bürüncəkli, daxildəkilər nisbətən ensiz, qısa və ağ, arxa tərəfdən çəhrayıdır.
Çoxbuğumlu cuzqun
Qırxbuğum cuzqunu (lat. Calligonum polygonoides) — cuzqun cinsinə aid bitki növü. Kiçik Asiya və İrandan təsvir edilmişdir. Balkan yarımadası, Kiçik Asiya və İranda təbii halda bitir. Azərbaycanda Naxçıvan MR-da Vəlidağ ətrafında yayımışdır. Azərbaycanın "Qırmızı kitabı"ına daxil edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 0,4-dən 7 m-dək, çox budaqlı, zərif çətirli koldur. Gövdələri və qoca budaqları əyilmişdir. Cavan zoğları uzun, əyilmiş, yaşıl və ya bozumtul-yaşıl, buğumlu, təxminən yarpaqsızdır. Qumluqlarda yaxşı bitir, üstünədək qumla örtülməyə dözür.
Cuku
Cuku (塾) – Yaponiyada özəl və ödənişli hazırlıq məktəbləri. Əsas məktəbə və ya universitetə hazırlaşmaq üçün nəzərdə tutulub. == Tarix == Edo dövründə "cuku" termini fərdi alimlər və ya pedaqoqlar tərəfindən qurulan, döyüş sənətləri və ya fəlsəfi təlimləri öyrətmək üçün nəzərdə tutulan kiçik məktəbləri bildirmək üçün işlədilirdi. Digər məktəb növlərinə gənc samuraylar üçün nəzərdə tutulmiş hankolar və avam adamların uşaqları üçün nəzərdə tutulmuş terakoyalar idi. Meyci dövrünün əvvəllərində Yaponiyada vahid ibtidai təhsil sisteminin qurulmasından sonra cukular özəl hazırlıq məktəblərinə çevrilmişdir və əsasən ingilis dili, abak, piano kimi fənnləri öyrətmək üçün nəzərdə tutulmuşdu. 1970-80-ci illərdə Yaponiyada cuku təhsili öz pik nöqtəsinə çatmışdır. 1976-cı ilin statistikasına görə həmin il ibtidai şagirdlərin 20%-i, orta məktəb şagirdlərinin isə 38%-i cukuya gedirdi. Ölkədə isə 22.000-dən çox cuku fəaliyyət göstərirdi; hər cukuya 5 müəllim və 137 şagird düşürdü. == Vəziyyət == Müasir cukular incəsənət və idman kimi qeyri-akademik fənnləri və ya ingilis dili, riyaziyyat, yapon dili kimi universitetə daxil olmaq üçün lazım olan akademik fənnləri tədris edir. Bəzi cukular sadəcə ev şəraitində fəaliyyət göstərdiyi halda, şəbəkə şəklində fəaliyyət göstərən böyük cukular da mövcuddur.
Çuktu (Çaroymaq)
Çuktu (fars. چوكتو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 61 nəfər yaşayır (13 ailə).
İnjiç-Çuqun
İnjiç-Çuqun (abq. Йынджьыгь-ЧӏкІвын, qaraç.-balk. Гитче Инджик, kab.-çərk. Инджыдж цӏыкӏу) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikası, Abazin rayonunun inzibati mərkəzi. Tərkibində yeganə yaşayış məntəqəsi olan inzibati ərazi vahidliyinə aiddir. == Coğrafiya == Kənd kiçik Zelençuk çayının sağ sahilində, Abazin rayonunun qərb hissəsində yerləşir. Çerkessk şəhərindən 37 km cənub-qərbdə, Xabez rayonunun mərkəzi olan Xabez kəndi ilə üzbəüz ərazidə qərarlaşır. Kənd yaşayış məntəqəsinin sahəsi 60.3 km²-dir. Yaşayış məntəqələri ilə həmsərhəddir: şimalda Elburqan və qərbdə Xabez. Kənd respublikanın dağətəyi zonasında yerləşir.
Çuqun körpüsü (Vladiqafqaz)
Çuqun körpüsü Rusiyanın , Şimali Osetiya bölgəsində Vladiqafqaz şəhərindəki Terek çayı üzərində yerləşir. Şəhərin çay hissəsini mərkəzlə birləşdirir. Körpüdən Terekin sol sahilində General Pliev küçəsi başlayır. Sağ sahildə körpü Ştıba meydanına gedir. == Tarixi == 1860-cı ildə İngiltərədə şəhər rəhbərliyinin əmri ilə çuqun körpü hazırlanmışdır. Daha sonra, Vladiqafqaza çatdırılmış, quraşdırılmış və 22 noyabr 1863-cü ildə açılışı olmuşdu. Əvvəlcə Qafqaz valisi Böyük Qubernatorun Mixail Nikolayeviç Romanovun həyat yoldaşı Olqa Fedorovnanın şərəfinə "Olginski körpüsü" adlandırılmışdı. Körpünün uzunluğu 104 m və eni 6.5 m təşkil edirdi. 1902-ci ildə tramvay qurmağa başlayan və Olginski körpüsündə izlər qoyan Belçika və Alman mühəndisləri Vladiqafqaza gəldi. 1930-cu illərin əvvəllərində, Elektrosink zavodunun ehtiyacları üçün körpünün şimal tərəfində su kəməri quruldu.
Ceyms Kukun üçüncü dünya səyahəti
Ceyms Kukun üçüncü dünya səyahəti 1776-1780-ci illərdə baş tutdu və Kral Cəmiyyətinin tövsiyəsi ilə Britaniya hökuməti tərəfindən təşkil edildi. Onun məqsədi şimal-qərb keçidini tapmaq idi. Ceyms Kuk Şimali Amerikanın Sakit okean sahillərinə çatdı, qitənin qərb sahilinin xəritəsini çəkdi və Berinq boğazından keçdi. Lakin buz onun həm şərqə, həm də qərbə üzməsinə mane olurdu. Gəmilər Sakit Okeana qayıtdılar və qış üçün Havay adalarına çatdılar. Yerlilərlə atışma oldu və 14 fevral 1779-cu ildə Kuk atışmada öldürüldü. Ekspedisiyanın komandanlığını şimal-qərb keçidini tapmağa cəhd edən Çarlz Klerk öz üzərinə götürdü. Ölümündən sonra ekspedisiyaya Con Qor rəhbərlik edirdi. Gəmilər 1780-ci ilin oktyabrında İngiltərəyə qayıtdı. Orada onlar təmkinli qəbulla qarşılaşdılar.