Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cümə
Cümə – dünyanın bir çox ölkələrində həftənin sayca beşinci ( bəzilərində altçncı ) günü. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin beşinci günüdür. Cümə həftədə cümə axşamı günü ilə şənbə günü arasında yerləşir. Rəsmi sənədlərdə cümə bəzən qısaldılmış şəkildə c.- da yazılır. " Cümə " sözü ərəb dilindəki " يوم CM'A " "toplanmak" ( toplam ) sözündən irəli gələrək yaranmışdır. Qədim Romada cümə günü gözəllik ilahəsi Veneraya, qədim alman tayfalarında Freyya qadın allahına həsr edimişdi.Ona görə də ingilis dilində cümə günü Friday adlanır. Beşgünlük iş həftəsi qəbul edilmiş ölkələrdə cümə günü istirahıət günüdən əvvəlki gün olduğundan işçilərin işə bir qədər laqeyd yanaşması hiss edlir. Rusiyada Pasxa dini bayramından sonra on həftə ərzində hər cümə günü ticarət yarmarkası keçirilirdi. İslam ölkələrində cümə günü qeyri – iş günüdür və kütləvi surətdə inasnlar məscidlərdə namaz qılırılar. ABŞ-də cümə günü haqqında deyirlər "TGIF" —"Thank God It’s Friday" (" Sağ ol, Allah , bu gün cümədir!") Qədim türk dilində bu günün adı, Altıncı Gün və Altınç dır.
Cürə
Cürə (lat. Spatula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Cüvə
Cüvə — Azərbaycan Respublikasının Ağdaş rayonunun Korarx kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Qolqəti kənd inzibati-ərazi vahidinin Cüvə kəndi Korarx kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Azərbaycana ilk gəlişləri XII əsrdən hesablanan, Səfəvilər dövründə qacarların tərkibində Azərbaycanın iqtisadi-siyasi həyatında fəal iştirak etmiş yivə/yıva tayfasının adından olduğu ehtimal edilir. Toponimin Güvə variantı da işlənməkdədir. == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == Əhalisi 517 nəfərdir.
Mütə
Mütə və ya Mütə nikahı; (ərəb. نكاح المتعة‎ Nikāh əl-Mut'ah) - İslamda bir kişi ilə razılığı olan bir qadının, kişi tərəfindən qadına verilən müəyyən mehriyyə müqabilində, müəyyən bir vaxt ərzində evlənməsi. Bəzi mənbələrdə müvəqqəti nikah da deyilir. Ərəb dili lüğətində "özündən faydalanılan şey" mənasına gələn mütə, fiqhi bir termin olaraq boşanma və ya evliliyin ləğvindən sonra kişinin qadına verdiyi hər hansı mehriyyəyə deyilir. Bundan başqa müəyyən bir mehriyyə qarşılığında, müəyyən bir vaxta edilən nikaha da mütə deyilir. Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi.Muhəmməd (əl-Buxari) dedi: Bu şəxs Ömər idi.
Çübə
Çübə (fars. چوبه‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 195 nəfər yaşayır (63 ailə).
Cut
Cut (lat. Corchorus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.
Bazar-Cümə
Bazar-Cümə — İranın Gilan ostanında yerləşən şəhər. Bazar-Cümə əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Bazar cümə
Bazar-Cümə — İranın Gilan ostanında yerləşən şəhər. Bazar-Cümə əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Cücə kabab
Cücə kababı
Cümə axşamı
Cümə axşamı – dünyanın bir çox ölkələrində həftənin sayca dördüncü günü. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin dördüncü günüdür. Cümə axşamı həftədə çərşənbə günü ilə cümə günü arasında yerləşir. Rəsmi sənədlərdə cümə axşamı bəzən qısaldılmış şəkildə c.a.- da yazılır. İslam dininə görə vəfat etmiş insanın yeddisindən sonra qırxına qədər hər cümə axşamı anım günü keçirilir. Ərəb dilində "cümə axşamı" "toplanmaqdan əvvəlki gün" (cümə namazında müsəlmanların bir yerə toplanması) mənasını verir. Qədim romalılarda cümə axşamı mifologiyaya görə Yupiterə, qədim slavyanlarda isə ildırım allahı Peruna həsr edilmişdi. Yaponca "cümə axşamı" "ağac günü" kimi səslənir (木曜日). Portuqalca "cümə axşamı" "beşinci gün" kimi səslənir (quinta-feira). == Maraqlı faktlar == Böyük Britaniyada seçkilər bir qayda olaraq cümə axşamı keçirilir.
Cümə məscidi
Cümə məscidi — müxtəlif dövlətlərdəki cümə məscidləri.
Cümə namazı
Cümə namazı — cümə günləri zöhr namazı əvəzinə qılınır. İslam dinində, müsəlmanlar cümə namazını məsciddə camaatla bərabər qilmalıdılar. Bu namaz iki xütbə və iki rəkətlı namazdan ibarətdir. Xütbələr ayaq üstə oxunur. Peyğəmbərin (s) xütbəni ayaq üstə oxumasını bu ayə təsdiqləyir: "Onlar bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə (minbərdə xütbə oxuduğun halda) qoyub ona tərəf cumdular." == Quran ayəsi == Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
Cümə salamlığı
Cümə salamlığı — Osmanlılarda padşahın əhaliylə birlikdə cümə namazı qılması və bu əsnada baş tutan mərasim. Tarix boyunca İslam dövlətlərində sikkə kəsdirmək və xütbə oxutmaq hökmdarlığın önəmli ünsürlərindən hesab edilirdi. Xütbə cümə namazında hökmdarın adına oxunurdu və hökmdar da cümə namazını yaxınlıqdakı məscidlərin birində əhaliylə birlikdə qılırdı. Hökmdarın bu məqsədlə məscidə getməsi və məsciddən qayıtması Osmanlılarda cümə salamlığı və ya salamlıq rəsmi adı verilən mərasimlə baş tuturdu. Hökmdar və xalq arasındakı birliyi təmin edən cümə salamlığı yalnız dini olaraq deyil, eyni zamanda hüquqi, sosial və mədəni yönlərdən önəmli rol oynayırdı. Osmanlı dönəmində son cümə salamlığı xəlifə Əbdülməcid Əfəndinin 29 fevral 1924-cü ildə qıldığı namaz əsnasında baş tutmuşdur. == Mənbə == BA, HH, nr. 49.435; BA, İrade-Dahiliye, nr. 38.202; BA, Cevdet-Saray, nr. 576, 2215, 3289; İbn Kemal, Tevârîh-i Âl-i Osmân, I. Defter, s.
Cümə surəsi
62-ci surə
Cırıldayan cürə
Cırıldayan cürə (lat. Spatula querquedula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin cürə cinsinə aid heyvan növü.
Enlidimdik cürə
Enlidimdik cürə (lat. Spatula clypeata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin cürə cinsinə aid heyvan növü.
Halqalı cürə
Halqalı cürə (lat. Callonetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Konrad Çuze
Konrad Tsuze (alm. Konrad Ernst Otto Zuse‎; 22 iyun 1910[…] – 18 dekabr 1995[…]) — alman mühəndisi, ixtiraçısı və iş adamı, müasir kompüterin yaradıcılarından biri. == Fəaliyyəti == 1941-ci ildə düzəltdiyi Z3 hesablama maşını ilə o proqramlaşdırıla bilən kompyuterin və yüksək dilli proqramlaşdırmanın ixtiraçısı sayılır. Tsuzenin düzəltdiyi hesablama maşını rəqəmlərin dual təsvirinə əsaslanaraq üğürla işləyir. O bu maşını hesabat işlərində yaranan çətinliyi aradan qaldırmaq üçün ixtira etmişdir. Tsuze Berlində təyyarə zavodunda mühəndis kimi fəaliyyət göstərirdi. O, təyyarələrin statik hesabatları və riyazi məsələlərin həlli zamanı bu işlərin avtomatlaşdırılması üzərində düşünməyə başlayır. Tsuzenin ideyası dişli çarxlar və ştanqalardan imtina etmək və dual say sistemindən istifadə etməklə yeni bir məntiqə əsaslanan hesablama maşını düzəltməkdən ibarət idi. Artıq 1938-ci ildə, o, özünün ilk sınaq maşınını-Z1-i nümayiş etdirir. Bu maşın öz məntiqinə və yaddaş prinsipinə görə mexaniki maşınlara oxşayırdı.
Maviqanad cürə
Maviqanad cürə (lat. Spatula discors) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin cürə cinsinə aid heyvan növü.
Molla Cümə
Molla Cümə (tam adı: Süleyman Salah oğlu Orucov; d. 1854, Aşağı Layısqı, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası — ö. may 1920, Aşağı Layısqı, Nuxa qəzası, Azərbaycan SSR) — Azərbaycan aşığı və şairi. Molla Cümənin həyatı haqqında ən səhih mənbə şeir və dastanlarıdır. Molla Cümənin anadan olma tarixi indiyə qədər təxmini qeyd edilmişdir. O, 1854-cü ildə Nuxa qəzasının Aşağı Layısqı kəndində anadan olmuşdur. "Molla" təxəllüsünü ona savadlı olduğu üçün verilmişdir. Molla Cümənin əsas peşəsi əkinçilik olmuşdur. Qax, Zaqatala, Balakən varlılarının zəmisində biçin biçmiş və bundan aldığı zəhmət haqqı ilə ailəsini dolandırmışdır. Molla Cümə ilk təhsilini Aşağı Göynük kəndində İbrahim Əfəndizadənin mədrəsəsində almışdır.
Mütə döyüşü
Mütə döyüşü (ərəbcə: غزوة مؤتة) — Şərqi Roma İmperiyası ilə Müsəlmanlar arasında baş vermiş ilk müharibə idi. İslam peyğəmbəri Məhəmməd böyük dövlətlərin hökmdarlarına elçilər göndərdi və onları İslama dəvət etdi. Bu səfirlərdən biri Haris bin Umayr, Bizans İmperiyasının Busra (Havran) valisinə göndərildi. Lakin Busra valisi Şurahbil elçini öldürdü. Bunu eşidən Məhəmməd Şürahbilin üstünə bir ordu göndərməyə qərar verdi. Müsəlmanlar 3000 nəfərlik bir ordu qurdular. Ordu komandanlığı ilə əlaqədar Məhəmməd bu təlimatları verdi: "Zeyd bin Harisəni komandir təyin etdim. Zeyd bin Harisə şəhid olarsa, qoy Cəfər bin Əbu Talib onu əvəz etsin, Cəfər bin Əbu Talib şəhid olarsa, Abdullah bin Revaha onu əvəz etsin oda şəhid olarsa Müsəlmanlar öz arasından münasib birini seçib onu özlərinə komandir təyin etsin." Daha sonra Məhəmməd orduya qadınları, uşaqları və yaşlıları öldürməmələri lazım olduğunu söylədi; Ağacları, evləri və kilsələri məhv etməmələrini buyurdu. İslam Ordusunun Mədinədən yola düşdüyünü eşidən Şürahbil, Bizans İmperatoru I. İrakliyə bir məktub göndərdi. Bu vaxt, qardaşı Sedusun əmrində Vadi'l Kürə müsəlmanlarla görüşmək üçün göndərir.
Mərmər cürə
Mərmər cürə (lat. Marmaronetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. (III-VU). Həssas, sayı azalmaqda olan növdür. Bədəninin ümumi rəngi bozdur, üzərində açıq rəngli dəyirmi ləkələr və naxışlar vardır. Erkəyin başında kəkil var. Avropa və Asiyada yayılıb. Azərbaycanda Kür-Araz və Lənkəran ovalıqlarının su hövzələrində, Xəzərin sahillərində, Araz dəryaçasında məskunlaşır. Ağgöldə və Sarısuda yuvalayır. Qamış və qarğılıqlarla zəngin olan subasarlar və göllərdə yaşayır.
Tusi cütü
Tusi cütü – riyaziyyat terminidir. Kiçik çevrə radiusu kiçik çevrənin diametrinə bərabər olan böyük çevrənin içində fırlanır. Tusi cütü ilk dəfə 13-cü əsrdə Nəsrəddin Tusi tərəfindən təklif edilmişdir.
Öznur Cürə
Öznur Cürə Girdi (1 oktyabr 1997, Kağıthane, İstanbul ili) — qadınlar arasında makaralı oxatma idman növündə W2 kateqoriyasında mübarizə aparan türk para-oxatan. O, Paralimpiya, dünya və Avropa çempionu və bəzi dünya rekordlarının sahibidir. == İdman karyerası == Cürə evdən uzaq olduğu, iflic səbəbi ilə xəstəxanalarda fiziki müalicə aldığı vaxtlarda oturaraq voleybol oynamağa başlayıb. Lakin o, bu idman növünə davam etməyib. Fiziki müalicəsi bitdikdən sonra İstanbula qayıdıb və 2019-cu ildə onu "Okçuluk Vakfı" idman klubuna dəvət edən para-oxatan Bahattin Həkimoğlu ilə tanış olduqdan sonra para-oxatma üzrə idman karyerasına başlayıb. O, makaralı oxatma yarışlarında W2 kateqoriyası üzrə mübarizə aparır. Məşqçiləri Elanur Karakoç və Hasan Basri Hancıdır. === 2024 === Cürə Fransanın Paris şəhərində keçirilən 2024 Yay Paralimpiya Oyunlarında qadınlar arasında fərdi makaralı oxatma yarışının sıralama mərhələsində 704 xal toplayaraq yeni bir dünya rekordu təyin edib. O, daha sonra həmin yarışda iranlı Fatimə Həmmatini məğlub edərək qızıl medalın sahibi olub. == Şəxsi həyatı == Öznur Cürə 1 oktyabr 1997-ci ildə İstanbulun Kağıthanə səmtində anadan olub.