Bu məqaləni vikiləşdirmək lazımdır. |
Cücə kabab ― kabab növlərindən biri. İran mətbəxində məşhur yeməklərdən biridir.[1]
Cücə kababın hazırlanmasında cücə ətindən, xamadan, soğandan, keşniş və cəfəri kimi göyərtilərdən, limondan, narşərabdan, duz və istiot kimi ədviyyatlardan istifadə olunur.
Cücə iki hissəyə bölünür, istiot və duz vurulub şişə taxılır. Xama ilə isladılıb manqalda qızardılır. Bu zaman şişlər arasıkəsilmədən çevrilir. Hazır vəziyyətə gətirildikdən sonra cücə şişdən çıxardılıb boşqaba qoyulur. Cücə şərab narşərab və ya limon dilimləri ilə yeyilə bilər.