Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Marselo Salas
Marselo Salas (isp. José Marcelo Salas Melinao; 24 dekabr 1974[…], Temuko) — keçmiş Çili futbolçusu.
Qalas
Qalas (osm. قلاص, türk. Kalas, alm. Galatz‎, mac. Galac, rum. Galaţi), Rumıniyanın şərqində Boğdan bölgəsində yer alan İbrail şəhəri və Moldova sərhədində yer alan bir şəhərdir. Son resmi rəqəmlərə görə 304.340 nəfərlik əhaliyə sahib şəhərdir, Rumıniyanın 7-ci büyük şəhəridir.
Salah
Salah — Qaraqoyunlu elinin kəndlərindən biri olaraq Ermənistan SSR-in İcevan (Karvansara) rayonunda, Tərsəçay sahilində, rayon mərkəzindən 15 km cənub-qərbdə meşə ilə örtülü səfalı bir yerdə azərbaycanlılar yaşamış kənd. Kəndin əhalisinin əhəmiyyətli bir hissəsi 1950-ci ildə qonşu Göyərçin kəndindən köçüb gələnlərdir. Azərbaycanlı əhalisi 1905-ci ildə 39, 1914-cü ildə 64, 1931-ci ildə 112 nəfər olub. Salah kəndindəki son azərbaycanlılar 1988-ci ildə faciəli olaylar zamanı kənddən bütünlüklə qovulmuş və orada ermənilər məskunlaşdırılmışdır. Kəndin adı 1991-ci ildə "Ağavnavank" olaraq dəyişdirilmişdir. Hazırda Tavuş marzına (vilayətinə) aid bir kənddir. == Tarixi == Salah kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı.
Salam
Salam (ibranicə שלום, ərəbcə سَلَام,) sülh və əmin-amanlıq deməkdir. Yəhudilər və Müsəlmanlar arasında görüşərkən istifadə olunan ifadədir. Bir çox türkdilli ölkələr tərəfindən də istifadə olunur. Yəhudilikdə "Salam" Allahın sifətlərindən biri kimi, İslamda Əs-Səlam Allahın adlarından biri kimi qəbul edilir və sülh, əmin-amanlıq bəxş edən mənasını daşıyır. Yəhudilər və Müsəlmanlar rastlaşdıqda, görüşdükdə biri digərinə "Salam" (Sülh üzərinizə olsun!) deməklə Allahdan ona salamatlıq, əmin-amanlıq, firavanlıq bəxş etməsini diləyir. == Sözün tarixi == Sözün ilk zamanlar deyiliş forması "Salam" deyil, "Şalom" şəklində idi. . Zamanla bu söz ərəb dilinə keçmiş və nəticə etibarilə formasını dəyişərək günümüzdəki "Salam" şəklində tələffüz edilmişdir == Yəhudilərdə Salam == Yəhudilik inancın görə "Salam" çox önəmli yer tutur. Belə ki, onlar bir-birləri ilə görüşərkən bu sözdən istifadə edirlər. İncil yazılarına əsasən, İsa Məsih də öz şagirdlərinə "bir evə girən zaman o ev sakinlərinə "Sizə Salam Olsun!" deyin" deməsi diqqətə layiqdir.
Salar
Salarlar — Çin Xalq Respublikasında yaşayan Türk xalqlarından biri. Sayları 104.503 nəfərdir . == Din == Salırlar Sünni müsəlmanlarıdırlar, Hənafi-Məturudi məzhəbinə aiddirlər. Salırlar öz ənənəvi yaşayış yerlərindən də başqa böyük şəhərlərdə Döngən kimi tanınan müsəlman Çinlilərlə bir arada yaşayırlar. İslam təhsili Sanlanbahai bölgəsində Jiezi kəndində Gaizi Mişit adı verilən bir mədrəsədə alırlar.
Salat
Salat (it. Salato, Salata) — klassik reseptdə soyuq yemək, müxtəlif tərəvəz və meyvələrin (əsasən kahı, göbələk, kartof, xiyar, paxla) qarışığından, sirkə, bitki yağı, mayonez, xama, limon şirəsi, duz, istiot ədviyyatlar əlavə etməklə hazırlanır. Salata tez-tez müxtəlif göyərtilər: kişmiş, şüyüd, cəfəri, kərəviz, yaşıl soğan, sarımsaq və s. əlavə edilir. == Növləri == Salatın müxtəlif növləri vardır: Alman kartof salatı və ya kartoffelsalat— adından göründüyü bu yeməyin əsası kartofdur; onun tərkibində bütün növ inqrediyent var, o cümlədən bekon, soğan, pomidor, yaşıl noxud, yumurta, qarğıdalı və hətta portağallar vardır; Fransız salatı — Fransa mətbəxinə aid salat növü; Kobb salatı — Amerikan mətbəxinə aid bu salat növü dilimlənmiş göyərti, pomidor, qovrulmuş ət, qaynadılmış toyuq əti, avokado, qaynadılmış yumurta, soğan, pendirdən hazırlanır; Lab — Laos mətbəxinə məxsus salat növü; Leço — yay fəslində qışda istifadə etmək məqsədilə tərəvəzlərdən hazırlanan salatdır; Malaq salatı — İspaniya mətbəxinə məxsus salat növü; Mimoza salatı — daha çox bayramlarda düzəldilən salatdır; Miçiqan salatı — Miçiqanda, Detroytda (ABŞ) və ətraf bölgələrdə restoranlarda məşhur olan salat növüdür; Meyvəli salat — müxtəlif meyvələrdən hazırlanan salat növüdür; Tərəvəz salatı — müxtəlif tərəvəzlərdən hazırlanan salat növüdür; Oliviye salatı — bir çox Şərqi Avropa ölkələrində məşhur olan və bəzi ölkələrdə bu salat Rus salatı kimi tanınan Rusiya mətbəxinə aid ənənəvi salatdır;Valdorf salatı — acı bibər ilə mayonez və ya limon suyu əlavə edilmiş ətirli kərəviz kökü və yunan qozu, nazik çöplər (orijinal) və ya köklərdən (müasir mətbəx) və turşaşirin almadan hazırlanan klassik amerikan salatıdır; Vineqret salatı — Rusiyada və keçmiş SSRİ-nin digər ölkələrində soyutma kartof, kök, çuğundur, lobya, şoraba kələm və ya duzlu xiyar, keşniş, şüyüddən hazırlanan salatdır; Tabule — Levant ərəb salatıdır; Şop salatı — Şərqi Avropa mətbəxinə aid salat növüdür; Yunan salatı — yunan mətbəxinə aid salat növüdür; İngilis salatı — ingilis mətbəxi aid salat növüdür; Sezar salatı, yumurta salatı, toyuq salatı, çuğundur salatı, nar salatı və s. == Salatlar haqqında maraqlı məlumatlar == Salat hazırlayarkən ilk növbədə salatda istifadə edəcəyiniz ərzaqların yaş olmamasına diqqət yetirin. Çünki, ərzaqların yaş olması sousun salatla qarışmasına mane ola bilər. Salata dad vermək üçün istifadə olunan ən təsirli yollardan biri də salata bir az sarımsaq əlavə etməkdir. Salatınıza bir az doğranmış nanə yarpağı əlavə etsəniz, ləzzətinin dəyişdiyini görərsiniz. Salatları yeməkdən əvvəl hazırlayın və limonunu, duzunu süfrəyə verərkən əlavə edin.
Saldaş
Saldaş — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Saldaş kəndi Hərtiz dağının cənub-qərbində, dağətəyi ərazidədir. Kəndin ərazisi əvvəllər sofülu tayfasına məxsus qışlaq yeri olmuş və Saldaşlıq adlanmışdır. Sonralar yaşayış məntəqəsinə çevrilən qışlaq Saldaş kimi rəsmiləşdirilmişdir.
Salmas
Salmas (fars. سلماس‎, az.-əbcəd سلماس، دیلمقان‎), Səlmas[mənbə göstərin] və ya digər tarixi adı Dilməqan — İranda şəhər və Qərbi Azərbaycan ostanında yerləşən Salmas şəhristanının Mərkəzi. == Etimologiyası == E'timad-ü səltənə bu şəhərin adının Assuriya hökümdarı Salmanasardan iqtibas olduğunu iləri sürmüşdür.Övliya Çələbi Salmas haqqında yazır: Tohid Məlikzadə Salmas adının iki bəxşdən təşkil tapdığını irəli sürür, bunlar Salma və as sözləridir. Salma salmaq feilindən törəmişdir, As isə Kültigin kitabələrində adı qeyd olunan As ve ya Az mədəniyyətindən alınmışdır. As/Az sözü məntəqədəki adlarda dəfələrcə qeyd ounub; Azərbaycan (Az+ərbaycan), Sivas (Siva+as), Astara (As+tara), Minas (Min+as) və s.Nəticədə Salmas sözünün mənası; "As elinin yurdu" şəklində özünü əks edir. == Tarixi == === Qədim dövr === 9 min illik Kültəpə (Əhrivan təpəsi)Yaxın şərqin ən qədimi yaşayış məskənlərindən biri olan Əhrivan təpə, Salmas şəhərinin şimal Qərb bölgəsində yer almışdır. Kültəpənin qazıntılarında tapılmış arxeoloji materiallar, salmasın qədim yaşayış mərkəzi olduğunu sübut edir. Bu təpənin böyük bir ərazidə yer aldığı, o çağlarda şəhər əhalisinin çox olduğundan xəbər verir.Aratta Dövləti Aratta Şəhər-Dövlətinin dəqiq sərhədləri bəlli olmasa da, bəzi tədqiqatçıların dediyinə görə Urmu gölü ətrafında yerləşirdi. Bu barədə Şumer lövlərində belə yazılır; "Aratta dağ ucalığında inşa edilmişdir. Yeraltı sular Arattanın suya olan tələbatını təmin edir.
Savaş
Müharibə — dövlətlər, tayfalar və siyasi qruplar arasında onların hərbi birləşmələri arasında hərbi əməliyyatlar formasında gedən münaqişə. Müharibə bir tərəfin digər tərəfə öz möqeyini zorla qəbul etdirmək cəhdidir. Digər sözlə, «müharibə siyasətin başqa formada davam etdirilməsidir». Albert Eynşteyn müharibə haqqında demişdir : == Ədəbiyyat == Война и армия. Философско-социологический очерк. М.: Воениздат, 1977. Война и мир в земледельческих предклассовых и ранних классовых обществах // Перщиц А. И., Семенов Ю. И., Шнирельман В. А. Война и мир в ранней истории человечества. Т. 2. М., Институт этнологии и антропологии РАН. 1994. С.7-127.
Talas
Talas (qırğ. Талас) — Qırğızıstanda şəhər, Talas vilayətinin mərkəzi. == Tarixi == Mahmud Qaşqaridə Talas şəhərinin Kiçi və Kümi kimi fərqləndirici leksik vahidləri özünü göstərir. 751-ci ildə baş verən Talas döyüşü ilə İslama qovuşur. Talas döyüşündən sonra Türk boyları at belində Anadoluya, Balkan və Avropa ölkələrinə qədər irəliləyirlər. == Coğrafiyası == Talas şəhəri yerləşdiyi Talas vadisinin adını daşıyan kiçik bir şəhərdir. Bura Manas Torpağı adlanır. Ehtimal edilir ki, eposun qəhrəmanı bu şəhərdə doğulub və onun qəbiri bu şəhərin yaxınlığındadır. Bu şəhərin mərkəzində, çay kənarında gözoxşayan təbii park yerləşir. 20 km aralıda yerləşən üç şəhərdə Kulan Say, Terek Say və Kurqan Taş şəhərlərində bir neçə qiymətli daş abidələr və petroqlif nümunələri var.
Valaş
Valaxş Karen — Sasani generalı, Karen sülaləsinin nümayəndəsi. == İlkin həyatı == Məşhur Karen sülaləsindən olub Azər Valaxşın nəvəsi idi. 665-ci ildə Təbəristanı işğal edərək Fərruxzad Bavəndini oldürmüşdü. Fərruxzadın oğlu Söhrab Mazandarana qaçaraq 673-cü ildə Təbəristana qayıtmış və atasının intiqamını almışdı. == Mənbə == Pourshariati, Parvaneh (2008). Decline and Fall of the Sasanian Empire: The Sasanian-Parthian Confederacy and the Arab Conquest of Iran. London and New York: I.B. Tauris. ISBN 978-1-84511-645-3.
Şamaş
Şamaş— Assuriya və Babil mifologiyasında Günəş tanrısının akkadca adı. Şumer mifologiyasındakı Utudan törəmişdir. Atası Sin (Nanna - Ay), əkiz bacısı ise İştardır (Şumerdə İnanna - Dünya).Ərəblər şəms-günəş adını bu tanrıdan götürüblər.
Şanas
Şanas (fr. Chanas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russiyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38072. Kommunanın 1999-cu il üçün əhalisi 1931 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 142 ilə 223 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub, Qrenobldan 75 km qərbdə yerləşir.
Alas
Alas – Yakutiyada çoxillik donmuş yeraltı süxurların əriməsi və ərazinin enməsi nəticəsində əmələ gələn hamar çökəklikdir. Alas ot bitkiləri ilə örtülü olur, burada dayaz göllər də olur. Örüş kimi istifadə olunur. .
Abdulabad (Salmas)
Abdulabad (fars. عبدل اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 138 nəfər yaşayır (32 ailə).
Acvac (Salmas)
Acvac (fars. اجواج‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 411 nəfər yaşayır (82 ailə).
Adam Halas
Ayan (Salmas)
Ayan (fars. ‎عيان‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 349 nəfər yaşayır (76 ailə).
Ağaismayıl (Salmas)
Ağaismayıl (fars. اقااسماعيل‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Şahpur bölgəsinin Ləkistan kəndistanında, Şahpur qəsəbəsindən 8 km cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 306 nəfər yaşayır (76 ailə).
Ağziyarət (Salmas)
Ağziyarət (fars. اق زيارت‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Mərkəzi bölgəsinin Ənzəl kəndistanında, Urmiya şəhərindən 69,5 km şimal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 534 nəfər yaşayır (115 ailə).
Baharabad (Salmas)
Baharabad (fars. بهاراباد‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 80 nəfər. yaşayır (15 ailə).
Bahik (Salmas)
Bahik (fars. بهيك‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 281 nəfər yaşayır (56 ailə).
Balakən (Salmas)
Balakən (fars. بالكان‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 222 nəfər. yaşayır (32 ailə).
Balaş Abbaszadə
Balaş Abbaszadə (tam adı: Balaş Əlizaman oğlu Abbaszadə; 20 aprel 1950, Bakı – 7 may 2005, Bakı) — tarixçi-müəllim; yazıçı, jurnalist. Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1990); pedaqoji elmlər doktoru. == Həyatı == Balaş Abbaszadə 1950-ci il aprelin 20-də Bakı şəhərində anadan olub. Bakı şəhəri Yasamal rayonu 21 nömrəli məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət etmişdir. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1980-ci illərdə Xanlar (indiki Göygöl) rayonunda məktəblərarası tədris-istehsalat kombinatının direktoru, daha sonra həmin rayonun Qarabağlar kənd orta məktəbinin direkotru, sonralar isə Maarif Nazirliyində inspektor, eləcə də şöbə rəisi vəzifəsində işləmişdir.1989–cu ildə Elmira Qafarovanın əmri ilə Azərbaycan Respublikası Milli Məclisi sədrinin köməkçisi təyin edilib. 1996-cı ilə qədər həmin vəzifədə çalışıb. Bu dövrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin köməkçisi vəzifəsi də daxildir. 1990-cı il 20 yanvar gecəsi Elmira Qafarovanın səsləndirdiyi bəyənatın ərsəyə gəlməsində xidmətləri olmuşdur. Bəyənatın mətninin müəlliflərindən biridir.
Balaş Azəroğlu
Abizadə Balaş Allahbaxış oğlu (Balaş Azəroğlu) — şair, ədəbiyyatşünas, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1966), Azərbaycanın xalq şairi (1981). == Həyatı == Balaş Azəroğlu 1921-ci il noyabrın 11-də Bakı şəhərində anadan olub. Orta təhsilini də burada almışdır. Məktəbdə oxuyarkən ədəbiyyata böyük həvəs göstərərək vaxtının çox hissəsini bədii əsərlər oxumağa sərf etmişdir. Məktəbin ədəbiyyat müəllimi Cəfər Rəmzi bu sahədə ona böyük təsir göstərmiş, qəlbində ədəbiyyata olan böyük sevgisini də o yaratmışdır.. İlk mətbu şei ri "Dnepr" 1937-ci ildə Bakıda çapdan çıxmışdır. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçdüklərindən burada fars ibtidai məktəbində təhsil alır. Milli azadlıq hərəkatına qoşulur (1941). Bu da onun yaradıcılığında siyasi lirikanın ön plana keçməsində mühüm rol oynamışdır. İran Xalq Partiyasına daxil olur (1942).